Microsoft Word S?BN?M s docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/33
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38368
1   ...   4   5   6   7   8   9   10   11   ...   33

23 
 
2.  Kibercinayətlər  geniş  mənada  (kompüterlərlə  əlaqəli  cinayətlər  kimi): 
kompüter vasitəsilə və ya kompüterlər, kompüter sistemləri və şəbəkələri ilə əlaqəli 
olan, eləcə də kompüter sistem və şəbəkələri vasitəsilə informasiyanın qanunsuz  əldə 
olunması,  təklifi  və  ya  yayılmasını  özündə  birləşdirən  istənilən  qanuna  zidd 
ə
məllərdir. 
Bütün  deyilənləri  ümumiləşdirərək  kibercinayətləri  belə  şərh  etmək  olar. 
Kibercinayətlər-kompüterlərin, kompüter proqramlarının, kompüter şəbəkəsinin işinə 
müdaxilə, kompüter məlumatlarının sanksiyalaşdırılmamış (icazəsiz) modifikasiyası, 
eləcə  də    kompüterlərin,  kompüter  şəbəkə  və  sistemlərinin  birbaşa  və  ya  dolayı 
istifadəsi  vasitəsilə  törədilən  digər  qanunazidd  ictimai  təhlükəli  və  qanunla 
cəzalandırılan əməllərdir.  
Kibercinayətkarlıq  anlayışının  şərh  olunmasında  mövcud  mübahisəli 
məsələlərdən  biri  onun  “ümumdünya  hörümçək  toru”  çərçivəsində  nəzərdən 
keçirilməsidir.    A.  Şetilovanın  fikrinə  görə  kibercinayətkarlıq  anlayışı  yalnız  qlobal 
internet  şəbəkəsində  törədilən  cinayətləri  əhatə  etmir.  O,  informasiya,  informasiya 
ehtiyatları  və  informasiya  texnologiyalarının  cinayət  obyekti  qismində  çıxış  edə 
biləcəyi  informasiya-kommunikasiya  sferasında  törədilən  bütün  növ  qanuna  zidd 
ə
məlləri də kibercinayətkarlıq hesab edir. 
Yuxarıda qeyd olunan BMT mütəxəssisləri tərəfindən müəyyən olunan şərhləri 
ümumiləşdirsək  kibercinayətkarlıq  termini  informasiya  texnologiyaları  sferasında 
istər  kompüterlər  vasitəsilə  törədilən,  istərsə  də  cinayət  obyekti  qismində 
kompüterlərin,  kompüter  sistemləri  və  şəbəkələrinin,  eləcə  də  onlarda  saxlanılan 
informasiyanın  çıxış  etdiyi  bütün  cinayətlər  spektorunu  əhatə  edir.  Kompüter 
cinayətləri  isə  yalnız  kompüterlərin,  kompüter  şəbəkələrinin,  eləcə  də  onlar 
tərəfindən işlənilən məlumatların təhlükəsizliyinə qəsd edən cinayətlərdir. Beləliklə, 
kompüter cinayətləri kibercinayətlərin tərkibinə daxildir. 
Avropa  Şurasının  “Kibercinayətkarlıq  haqqında  Konvensiyası”nda  kompüter 
cinayətlərinin 4 növü müəyyən olunmuşdur: 
-  qanunsuz daxil olma, giriş - maddə 2; 
-  qanunsuz ələ keçirmə - maddə 3; 


24 
 
-  məlumatlara müdaxilə - maddə 4; 
-  sistemə müdaxilə - maddə 5 
Kibercinayətlərin  məhz  bu  4  növü  “kompüter  cinayətləri”  hesab  olunur. 
Digərləri  ya  kompüterlə  əlaqəli  olan  (computer-related),  ya  da  kompüter  vasitəsilə 
törədilən (computer-facilitated) cinayətlərdir. Bu cinayətlərə isə aşağıdakılar daxildir:  
- kompüterlərin  silah  qismində  çıxış  etdiyi  cinayətlər  (elektron  oğurluqlar, 
dələduzluq və s.); 
- törədilməsində kompüterin alət rolu oynadığı əməllər (saytlarda milli, dini, irqi 
münaqişəni qızışdıracaq informasiyanın yerləşdirilməsi və s.) 
Kibercinayətkarlığın bu iki növü müzakirə obyekti kimi çıxış edir. Bəzi xarici 
tədqiqatçılar hesab edir ki, bu cinayətlər müasir texnikalar vasitəsilə törədilən qanuna 
zidd  əməllərdən  başqa  bir  şey  olmamaqla,  artıq  mövcud  olan  milli  cinayət 
qanunvericiliklərində öz əksini taparaq heç də yeni növ cinayətlər deyillər. Digərləri 
isə hesab edir ki, kibercinayətlər cinayətlərin keyfiyyətcə yeni kateqoriyası olmaqla, 
beynəlxalq  səviyyədə  qarşısının  alınması  məqsədilə  yeni  normaların,  tədqiqat 
metodlarının işlənib hazırlanmasını tələb edir.  
Həqiqətən  də,  nternet vasitəsilə  törədilən  bir çox  cinayətlər  yeni  növ  qanuna 
zidd  əməllər  hesab  olunmur.  Məsələn,  oğurluq  mülkiyyət  əleyhinə  cinayət  hesab 
olunur və onun internet vasitəsilə törədilməsi yeni tərkib yaratmır. Lakin bu cinayətin 
törədilmə  üsulu  yeni  qanunvericilik  normalarının  və  tədqiqat  metodlarının  işlənib 
hazırlanmasını  tələb  edir.  Bu  həm  də  onunla  şərtlənir  ki,  kibercinayətlər  əksər 
hallarda  dövlət  qanunvericiliyi  çərçivəsindən  çıxaraq  transmilli  xarakterə  malik 
olurlar. Bununla yanaşı cinayətlərin virtual xarakteri dəlillərin tez bir zamanda məhv 
edilməsinə imkan yaradır ki, bu da cinayətkarın axtarışlarını daha da çətinləşdirir.  
Kompüter  cinayətləri  nəticəsində  vurulan  zərərin  aşağıdakı  növləri 
mövcuddur.
1
 
1. Funksiyaların  pozulması.  Funksiyaların  pozulmasınında  4  növü  var  ki,  bu 
pozuntular aşağıdakı səbəblər üzündən baş verir. 
                                                           
1
Батурин
 Ю.М. Проблемы компьютерного права. - М.: Юрид. лит., 1991. - 272 с. 
 


25 
 
−  iş  qrafiklərində,  bu  və  ya  digər  fəaliyyət  cədvəllərində  dolaşıqlıqlara  səbəb 
olan müvəqqəti pozuntular; 
−  sistemin istifadəçilər üçün əlçatmazlığı; 
−  cihazların zədələnməsi (aradan qaldırıla bilən və bilinməyən); 
−  proqram təminatının pozulması (aradan qaldırıla bilən və bilinməyən). 
2. Əhəmiyyətli  resursların  itməsi.  Kompüter  cinayətlərinin  predmeti  əsasən 
pul, əşya, xidmət, informasiya və s. olur. Cinayətkarların  daha çox üstünlük verdiyi 
qəsd predmeti qismində isə pul çıxış edir. Bununla yanaşı informasiyanın - proqram 
təminatı və EHM yaddaşında olan məlumatların oğurlanması da geniş yayılmışdır. 
3. Hüquqların pozulması. 
Kibercinayətlərin  törədilmə  üsulları  isə  çoxtərəfli  olmaqla  aşağıdakılardan 
ibarətdir:  
1. Kompüter texnikasının məhv edilməsi: 
−  avadanlıqların məhv edilməsi; 
−  informasiya daşıyıcılarının məhv edilməsi; 
−  faylların məhv edilməsi (silinməsi); 
−  maşın daşıyıcılarında saxlanan informasiyaya icazəsiz girişdən müdafiə edən 
vasitələrin silinməsi. 
2. Kompüter texnikası obyektlərinin dəyişdirilməsi: 
−  avadanlıqların zədələnməsi; 
−  faylların icazəsiz dəyişdirilməsi (modifikasiyası); 
−  kompüter  sistemi  informasiyasını  icazəsiz  müdaxilədən  müdafiə  edən 
vasitələrin icazəsiz dəyişdirilməsi; 
−  kompüter sistemlərinin işinin bloklanması; 
−  kompüter sisteminə kənar, yad proqram vasitələrinin icazəsiz quraşdırılması; 
3. Kompüter  texnikası obyektlərinin götürülməsi: 
−  avadanlıqların oğurlanması; 
−  hər hansı informasiya daşıyıcılarından informasiyanın oğurlanması; 
−  faylların sürətinin çıxarılması;  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə