Microsoft Word S?BN?M s docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/33
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38368
1   ...   7   8   9   10   11   12   13   14   ...   33

32 
 
oğurlanmış  informasiyanın  faktiki  olaraq  müəllifdə  qalmasından  və  onun  bu 
informasiyadan istifadə imkanının itməməsindən irəli gəlir. 
5. ictimai dəyərlərə qəsd edən cinayətlər; 
6. ictimai təhlükəsizliyə qəsd edən cinayətlər; 
7. “computer-facilitated”  adlandırılan  digər  kibercinayətlər  –  kompüter 
şə
bəkəsi  vasitəsilə  törədilən  və  qanunla  qorunan  müxtəlif  obyektlərə  qəsd  edən 
cinayətlər. 
Beləliklə,  aydın  olur  ki,  kibercinayətlərin  əhatə  dairəsi  çox  genişdir.  Bu  isə 
kompüterlərin  artıq  həyatın  bütün  sferalarına  daxil  olmasından  irəli  gəlir. 
Kibercinayətkarlığın  miqyası  və  onun  hansı  ictimai  təhlükələr  yaratması  növbəti 
paraqrafda daha geniş şərh olunacaq. 
 
 
1.3  ctimai təhlükəliliyi nöqteyi nəzərindən kibercinayətkarlığa 
qarşı mübarizənin  zəruriliyi 
Kibercinayətkarlığın  vəziyyəti,  dinamikası,  miqyasından  öncə  kibercinayət-
karlığın tədqiqi problemini təhlil etmək lazımdır. Belə ki, bu məsələnin öyrənilməsi 
müəyyən  çətinliklər  törədir.  Bu  çətinliklər  kibercinayətkarlığın  daha sonrakı  tədqiqi 
üçün  məlumatların  alınmasından  irəli  gəlir.  Cinayətkarlığın  digər  növlərinin  tədqiqi 
üçün keçərli olan metodları kibercinayətkarlığın təhlili zamanı tətbiq etmək mümkün 
olmur. 
Kibercinayətkarlıq  təbiətinə  görə  transmilli  bir  haldır.  Bu  səbəbdən  də 
kibercinayətkarlıq  və  onun  növlərindən  olan  kompüter  cinayətlərin  bir  ölkə  və  ya 
ölkələr qrupu çərçivəsində təhlil etmək əhəmiyyətli olsa da bu halın həqiqi miqyası 
haqqında  təsəvvür  yaratmağa  imkan  vermir.  Kompüter  və  telekommunikasiya 
şə
bəkələrinin  transmilliliyi  və  qloballığı  cinayətkarın  bir  qitədə,  cinayət  halının  isə 
başqa bir qitədə törədilməsinə səbəb olur. Təəssüflər olsun ki, hazırki dövrdə heç bir 
kompleks  xarakterli  kriminoloji  təhlil  kibercinayətkarlığın  qlobal  miqyası  haqqında 
tam  təsəvvür  yaratmaq  iqtidarında  deyildir.  Bu  heç  də  yalnız  kibercinayətkarlıqla 


33 
 
mübarizə  üzrə  milli  qanunvericiliklər  və  onun  tətbiqi  təcrübəsindəki  fərqliliklərdən 
deyil,  həmçinin  burada  cinayət  statistikasının  formalaşdırılması  və  müdafiə 
sisteminin xüsusiyyətlərində fərqlərin mövcud olmasından asılıdır. 
Cinayətkarlığın  kriminoloji  təhlili  ilk  növbədə  illər  ərzində  formalaşmış 
statistik  göstəricilərin  təhlilindən  başlayır.  A. .Dolqovanın  fikrinə  görə  hal-hazırda  
kibercinayətkarlığın  vəziyyəti  və  strukturu  haqqında  tam  və  dolğun  məlumat  verə 
bilən rəsmi statistika mövcud deyildir. Ən yaxşı halda bu halın baş vermə dinamikası 
və  bu  dinamikaya  təsir  edən  səbəblərin  təhlili  aparıla  bilər.
1
 Kibercinayətkarlıq 
hallarının  əksər  hissəsi statistika çərçivəsindən kənarda qalır. Tam  əminliklə  demək 
olar ki, rəsmi statistikada ən yaxşı halda bu halların 20%-i öz əksini tapır.  
ABŞ-ın  FTB-nin  Milli  Şöbəsinin  kompüter  cinayətləri  üzrə  məlumatına  görə 
elektron  qəsdlərdən  85%-dən  97%-ə  qədəri  aşkara  çıxarılmamış  qalır.  Digər 
mütəxəssislər isə hesab edirlər ki, kibercinayətkarlıq hallarının gizliliyi RF-də - 90%, 
ABŞ-da  -  80%,  Böyük  Britaniyada  –  85%,  Almaniyada  –  75%-ə  qədər  təşkil  edir. 
Bununla  yanaşı  mütəxəssislərin  iddialarına  görə  yoxlanışlar  elektron  oğurluqların 
yalnız 10%-ni aşkara çıxarmaq iqtidarındadır. 
Mütəxəssislər  gizlilik  dərəcəsindən  asılı  olaraq  kibercinayətlərin  4  növünü 
fərqləndirirlər: 
1. Birinci qrupa baş vermə faktı haqqında nə hüquq mühafizə orqanlarının, nə 
də  zərər  çəkmişlərin  heç  bir  məlumatının  olmadığı  cinayətlərin  məcmusu  daxildir. 
Cinayət  halının  baş  verməsindən  yalnız  bu  informasiyanın  yayılmasında  heç  bir 
marağı olmayan günahkar şəxslər və onların əlbir olduqları şəxslər məlumatlı olurlar. 
Bu təbii gizlilikdir. Kibercinayətkarlığın tədqiqi ilə məşğul olan xarici mütəxəssislər 
kibercinayətkarlığın  təbii  gizliliyi  problemini  “aşkara  çıxarma  problemi” 
adlandırırlar. Məlumatlara görə törədilmiş kibercinayətlərin yalnız 1/10 hissəsi aşkara 
çıxarılır. 
2. Gizli kibercinayətlərin ikinci növü xarici mütəxəssislər tərəfindən “məlumat 
verilməməsi  problemi”  kimi  adlandırılan  süni  gizlilikdir.  Bunun  mahiyyəti  cinayət 
                                                           
1
Долгова
,  А.И.  Преступность,  ее  организованность  и  криминальное  общество.  /  А.И. 
Долгова
. - М.: Рос.криминол. ассоц, 2003. – 575 с.  


34 
 
halının  baş  verməsi  barədə  hüquq  mühafizə  orqanlarına  məlumat  verilməməsindən 
ibarətdir.  Bu  hal  zərər  çəkmişlərin  cinayət  halının baş  verməsi haqqında  məlumatın 
hansı  orqanlara  verilməsi  haqqında  məlumatsız  olmasından,  bəzən  isə  bir  çox 
müəssisə və təşkilatların yaranmış problemi öz gücləri hesabına həll eləməsindən irəli 
gəlir.  Müəssisələrin  belə  həll  yolu  seçməsinin  səbəbi  tədqiqatın  aparılması 
nəticəsində baş verən itkilərin cinayət nəticəsində dəymiş zərərdən çox olması halıdır. 
3.  Gizli  kibercinayətlərin  üçüncü  növünü  mütəxəssislər  bəzən  “sərhəd 
situasiyaları” adlandırırlar. Belə ki, bu qrupa törədilmiş cinayət faktı haqqında hüquq 
mühafizə  orqanlarına  məlumat  verilsə  də,  işi  tədqiq  edən  işçinin  tam  peşəkar 
hazırlığının  olmaması  nəticəsində  ona  düzgün  hüquqi  qiymət  verməməsi  və 
törədilmiş  əməldə  cinayət  tərkibi  əlamətlərini  aşkar  edə  bilməməsi  nəticəsində 
statistik uçotdan kənarda qalan cinayətlər daxildir. Bu hal əsasən kibercinayətkarlıqla 
mübarizə üzrə hüquq mühafizə orqanlarının maddi və maliyyə vəsaiti ilə zəif təmin 
olunduğu  ölkələrdə rast gəlinir.  
4.  Dördüncü  növ  gizli  kibercinayətlər  baş  vermə  halı  barəsində  hüquq 
mühafizə  orqanlarının  məlumatının  olduğu,  lakin  müxtəlif  təsəvvürlərdən    irəli 
gələrək  qeydiyyatı  aparılmayan  cinayətlər  (gizlədilən  və  ya  üstü  örtülən  cinayətlər) 
hesab  olunur.  Bu  hal  ölkədə  və  ya  şəhərdə  əmin-amanlıq  görüntüsü  yaratmaq 
məqsədilə statistikanın manipulyasiya edilməsi səbəbindən irəli gəlir. Bununla yanaşı 
hüquq mühafizə orqanları tərəfindən kibercinayətin törədilməsi faktının  gizlədilməsi 
səbəbi kimi şəxsi maraqlar və qərəzli meyllər çıxış edə bilər. 
Kibercinayətkarlığın  gizliliyinin  yuxarıda  sadalanan  amilləri  ilə  yanaşı 
mütəxəssislər  həmçinin  informasiya  amilini  və  bununla  əlaqədar  olan  və 
informasiyanın  texniki  mühafizəsi,  eləcə  də  hüquq  mühafizə  orqanları  işçilərinin 
lazımı  biliklərə  sahib  olmamasından  irəli  gələn  qeyri-müəyyənlik  halının 
mövcudluğu fikrini də irəli sürürlər. Beləliklə, digər cinayət növlərindən fərqli olaraq 
kibercinayətkarlığa yüksək gizlilik  əlaməti xarakterikdir. Bu səbəbdən də kriminoloji 
təhlilin  ilkin  mərhələsi  yəni  rəsmi  statistik  məlumatların  qiymətləndirilməsi 
kibercinayətkarlığın  miqyası  barəsində  real  təsəvvür  yaratmağa  imkan  vermir.  
A. .Dolqovanın fikrinə görə cinayət və məhkəmə statistikası bu cinayətkarlıq halında 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə