Microsoft Word sevinc-qasimova



Yüklə 275,96 Kb.
Pdf görüntüsü
səhifə4/11
tarix08.04.2018
ölçüsü275,96 Kb.
#36633
1   2   3   4   5   6   7   8   9   10   11

 

 

9



bayramı  olduğunun  sübutudur.  Yada  salmaq  olar  ki,  müxtəlif  rəvayətlərdə 

Novruz  bayramı  dördüncü  islam  xəlifəsi  Həzrət  Əlinin  də  taxta  çıxması  ilə 

əlaqələndirilmişdir.  Tədqiqatçı  R.Allahverdiyev  yazır  ki,  “bayramın  keçdiyi 

mürəkkəb  tarix  yolu  göstərir  ki,  müəyyən  dövrlərdə  Novruz  mərasimi  ilə 

müqəddəs  sayılan  şəxslərin  əlaqələndirilməsi  meylləri  olmuşdur.  Bu  cür 

vəziyyətlərdə  tarixdə  böyük  hörmət  və  ehtiram  qazanmış  şəxsiyyətlərin  real 

tarixi  simaları  tədricən  rəvayətləşdirilmiş  (əfsanələşdirilmiş)  cizgilərlə 

əvəzlənilmiş  olur.  Sonrakı  dönəmdə  İslamın  təsiri  ilə  Novruz  mərasiminin 

müsəlmanların  müqəddəs  şəxslərindən  sayılan  Həzrət  Əlinin  taxta  çıxarılması, 

həmçinin,  xəlifələrin  taxta  çıxarılması  ilə  əlaqələndirilməsi  də  bu  cür 

əfsanələşdirilmənin nəticəsi kimi izah edilməlidir”

1

 . Prof.C.Qasımov da yazır ki, 



bir çox  mənbələrdə “Novruz”un “Adəmin  yaradıldığı  gün”, “Nuhun  gəmisinin 

torpağa oturduğu gün”, “Türklərin Ergenekondan çıxdıqları gün”, “Dünyada ilk 

hökmdar hesab  edilən  Kəyumərsin adı  ilə bağlı  gün”, “Cəmşidin  Azərbaycana 

səyahəti ilə bağlı gün”, “Atəşpərəstiklikdən qalan bir bayram”, “Yunus peyğəm-

bərin balığın qarnından çıxdığı gün”, “Həzrəti Məhəmmədin peyğəmbərlik xələ-

tini  geydiyi  gün”,  “İmam  Əlinin  xilafətə  gəldiyi  gün”,  “İmam  Əlinin  doğum 

günü”, “Küsülülərin barışması üçün  imam Əli tərəfindən  elan  edilən  bayram”, 

“İmam Əli ilə Fatimatü-Zəhranın evləndikləri gün” və sair göstərilir

2



Mütəxəssislərin qənaətincə, Novruz bayramında miflə tarix yan-yana, iç-



içədir. Prof. M.Qasımlı bu barədə yazır ki, Novruz bayramının tərkibi aşağıdaki 

iki qatdan ibarətdir: 

a) təbiətin oyanmasını əks etdirə mifoloji qat; 

b) müxtəlif tarixi dönəmlərin ovqatını ifadə və inikas edən siyasi-ideoloji qat.

3

  

Novruz bayramı XX əsrə qədər Azərbaycanda böyük coşqu ilə qeyd edil-



mişdir. Hətta Şimali Azərbaycan Rusiya imperiyasının tərkibində olduğu XVIII-

XIX  yüzilliklərdə  çar  hakimiyyəti  bayramı  rəsmi  dövlət  səviyyəsində  qeyd 

etməsə də, onun xalq tərəfindən keçirilməsinə heç bir maneçilik törətməmişdir. 

Məsələn,  H.Sarabskinin  “Köhnə  Bakı”  adlanan  əsərində  çar  dönəmində  Bakı 

                                                

1

 Allahverdiyev R. Azərbaycan təqvim miflərinin semantikası: Fil. üzrə fəl. dok. 



...dissertasiya. Bakı, 2011, s. 77  

2

 Qasımov C. Novruz bayramı milli-mənəvi dəyərlərin repressiyası kontekstində 



/ Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər, XXXI kitab. Bakı: Nurlan, 

2009, s. 15  

3

  Qasımlı M. Novruz mərasim kompleksinin tarixi-mifoloji anlamı / Azərbaycan 



şifahi xalq ədəbiyyatına dair tədqiqlər. VIII kitab. Bakı: Səda, 1999, s. 56   


 

 

10



şəhərində Novruz bayramının necə böyük coşqu ilə keçirilməsindən ətraflı bəhs 

olunur 


1

XX  əsrin  əvvəllərində  rus  imperiyasında  baş  verən  dalbadal  inqilablar 



nəticəsində  çar  hökuməti  çökür  və  Şimali  Azərbaycanda  Azərbaycan  Xalq 

Cümhuriyyəti  (AXC)  qurulur.  AXC  hökuməti  Novruz  bayramına  da  milli 

bayram  kimi  böyük  əhəmiyyət  vermişdir.  Bunu  AXC  dövründə  Novruz 

bayramının  yüksək  səviyyədə  keçirilməsini  təmin  edən  hüquqi  sənəd  də  sübut 

edir. “Novruz bayramı münasibətilə hökumət məmurlarına müavinəti-nəqdiyyə 

verilməsi haqqında qanun” adlanan bu sənəd AXC parlamenti tərəfindən 1919-

cu  ilin  martın  19-da  qəbul  edilmişdir.  AXC  hökuməti  Novruz  bayramının 

keçirilməsinə  xüsusi  önəm  verərək,  bu  məqsədlə  1919-cu  il  fevralın  18-də 

bayram  münasibətilə  müavinət  verilməsi  barədə  Parlamentə  qanun  layihəsi 

təqdim  etmişdir.  Sovetlər  dönəmində  Novruz  bayramı  kimi  milliliyi  yaşadan, 

dağılmağa  qoymayan  bayramlar  bolşeviklər-rus  ideoloqları  tərəfindən  nifrətlə 

kənara  itələnmiş,  hər  cür  repressiyalara  uğradılmış,  o  cümlədən  qanlı  təqiblərə 

məruz qoyulmuşdur. 

Novruz  bayramını  milli-mənəvi  dəyərlərin  sovet  dövrü  repressiyası 

kontekstində tədqiq etmiş C.Qasımov göstərir ki, Novruz bayramı 1920-ci illərin 

əvvəllərində  dövlət  tərəfindən  milli  bayram  kimi  qeyd  edilirdi.  Hətta  Nəriman 

Nərimanovun təşəbbüsü ilə Azərbaycan İnqilab Komitəsi “1921-ci il martın 22-

dək yol verilmiş fərariliyə görə əsgərlərə və hərbi qulluqçulara qarşı qaldırılmış 

işlərin xətm edilməsi haqqında” dekret qəbul etmişdi. Həmin dekretdə göstərilir-

di  ki,  müsəlmanların  Novruz  bayramı  ilə  əlaqədar  olaraq,  Azərbaycan  İnqilab 

Komitəsi  cari  il  (1921-ci  il  nəzərdə  tutulur  –  C.Q)  martın  22-dək  fərarilik 

etdiklərinə görə həbs edilib cəza çəkmə yerlərində saxlanılan bütün əsgərlərin və 

hərbi  qulluqçuların  istintaqı  dayandırılsın  və  onlar  təxirə  salınmadan  azad 

edilərək öz hərbi hissələrinə göndərilsin”

2



Qeyd  edək  ki,  Novruz  bayramına  qarşı  sovet-bolşevik  ideoloqlarının 



bütöv  tarixləri  boyunca  apardığı  mübarizə  öz  bəhrəsini  vermədi.  Bu  bayramı 

Azərbaycan  xalqının  ailə-məişətindən,  milli  yaddaşından  sıxışdırıb  atmaq 

mümkün olmadı. Novruz bayramının da rəsmi şəkildə bərpasına, müvəqqəti də 

olsa,  öz  təsirini  göstərdi.  Bu  işdə  görkəmli  partiya  və  dövlət  katibi,  yazıçı-

                                                

1

  Sarabski  H. Köhnə Bakı. Bakı: Yazıçı, 1982, s.127   



2

 Qasımov C. Novruz bayramı milli-mənəvi dəyərlərin repressiyası kontekstində 

/ Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər, XXXI kitab. Bakı: Nurlan, 

2009, s. 15  

 



Yüklə 275,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə