Microsoft Word sevinc-qasimova



Yüklə 275,96 Kb.
Pdf görüntüsü
səhifə2/11
tarix08.04.2018
ölçüsü275,96 Kb.
#36633
1   2   3   4   5   6   7   8   9   10   11

 

 

4



siyasi  və  dini  sistemlərinin  izlərini),  mərasimi  davranış  formalarını 

(bayramlaşma,  payapardı  və  s.),  zəngin  mətbəx-məişət  ənənələrini  özündə 

qovuşdurur. Bu bayramın Azərbaycan mədəniyyətinin nə qədər zəngin qatlarını, 

bu qatlara məxsus elementləri özündə qovuşdurub yaşatdığını əhatə etmək belə 

çətindir.  Bu  sadalananların  hər  biri  ayrı-ayrılıqda  müstəqil  tədqiqatların 

mövzusudur.  Bu  cəhətdən  bizim  apardığımız  araşdırmanın  predmetini 

Azərbaycanda  keçirilən  Novruz  bayramına  məxsus  ənənə  və  inancların 

öyrənilməsi təşkil edir.  



İşdə əsas məqsəd və vəzifələr. Tədqiqatın aparılmasında başlıca məqsəd 

Azərbaycanda Novruz bayramı ilə bağlı ənənə və inancların öyrənilməsidir. Bu 

məqsəd aşağıdakı vəzifələri əhatə edir: 

- Novruz bayramı ilə bağlı ilaxır çərşənbə ənənələrinin tədqiqi;   

- Novruz bayramı ilə bağlı tamaşa ənənələrinin tədqiqi;   

- Novruz bayramı ilə bağlı oyun ənənələrinin tədqiqi;   

- Novruz bayramı ilə bağlı magik ənənələrin (falların) tədqiqi;  

- Novruz bayramı ilə bağlı mətbəx-məişət ənənələrinin tədqiqi;   

- Novruz bayramı ilə bağlı inanc ənənələrinin tədqiqi; 

- Novruz bayramı ilə bağlı əsas kultların (od/atəş, su, bitki, torpaq  və s.) 

tədqiqi və s. 

Mövzunun  öyrənilmə  dərəcəsi.  Novruz  bayramı  ilə  bağlı  çoxlu 

tədqiqatlar aparılmışdır. Bu tədqiqatlar mövzu baxımından çox məsələləri əhatə 

edir. Çünki bu bayram bir kompleksdir və özündə mərasimlərdən tutmuş poetik 

ənənələrə,  mətbəx  məişət  məsələlərinə  qədər  saysız  dərəcədə  zəngin  ənənələri 

birləşdirir.  Tədqiqatlarda  bu  məsələlər  müxtəlif  yönlərdən  işıqlandırılmışdır. 

Eyni  məsələlərə  müxtəlif  dövrlərdə  fərqli  münasibət  bəslənmişdir.  Sovet 

dövründə  bu  bayramın  milli  mədəniyyətimizdəki  yeri  və  rolunu  dərindən  dərk 

edən  tədqiqatçılar  əsasən  onu  müdafiə  edən  yazılar  yazıblar.  Çünki  sovet 

ideoloqları  Novruz  bayramına  sırf  dini  bayram  donu  geydirib,  onu  milli 

mədəniyyətimizdən  silməyə  çalışırdılar.  Odur  ki,  millətsevər  alimlər  Novruz 

bayramının  dini  bir  bayram  olmadığını,  dini  ənənələrin  bu  bayrama  sonradan 

qarışdığını  sübuta  yetirməyə  çalışmaqla,  onu  xilas  etməyə,  yaşatmağa, 

hücumlardan,  repressiyalardan  qorumağa  çalışırdılar.  Bundan  irəli  gəlməklə 

Novruz bayramı həmin tədqiqatlarda, əsasən, yaz bayramı, təbiət bayramı kimi 

təqdim olunur. 

Novruz  bayramı  haqqında  daha  dolğun  tədqiqatlar  müstəqillikdən  sonra 

aparılmağa  başlanmışdır.  Bu  tədqiqatlarda  Novruz  bayramı  ilə  bağlı  bütün 

məsələlər əhatəli şəkildə qoyularaq həllinə çalışılmışdır. Ümumiyyətlə, Novruzla 

bağlı  araşdırmalarda  dissertasiyanın  predmetini  təşkil  edən  məsələlərə  də 



 

 

5



toxunulmuşdur.  Lakin  dissertasiyadakı  tədqiqatı  digər  araşdırmalardan 

fərqləndirən  başlıca  cəhət  ondan  ibarətdir  ki,  bu  tədqiqatda  Azərbaycan 

Novruzuna  məxsus  ənənələr inanc  əsaslarına bağlı şəkildə  sistemləşdirilmişdir. 

Yəni dissertasiyada Novruz ənənələri onların inanc qaynaqları, inanc kökləri ilə 

birgə  tədqiq  olunmuşdur.  Bu  zaman  mövzu  ilə  bağlı  mövcud  tədqiqatlardan 

yetərincə istifadə olunmağa çalışılmışdır. 



Dissertasiyanın əsas elmi yenilikləri. Tədqiqatda bir sıra elmi yeniliklər 

əldə edilmışdır. Onları aşağıdakı şəkildə ümumiləşdirmək olar: 

- Novruz bayramının milli mədəniyyətdəki yeri və rolu araşdırılaraq onun 

mənəvi ənənə kimi mahiyyəti üzə çıxarılmışdır; 

bayramın 



milli 

dövlətçilik 

ənənələrindəki 

yeri 


və 

rolu 


müəyyənləşdirilmişdir; 

- İlaxır çərşənbə ənənələri ilə bağlı bir sıra mübahisəli məsələlərə aydınlıq 

gətirilmişdir; 

- Novruz sosial birlik və paylaşma bayramı kimi səciyyələndirilmişdir; 

-  Novruz  tamaşa  ənənələrinin  əsas  məzmun  və  mahiyyəti 

müəyyənləşdirilmişdir; 

Novruz 


oyun 

ənənələrinin 

əsas 

məzmun 


və 

mahiyyəti 

müəyyənləşdirilmişdir. 

-  Novruz  mətbəx  ənənələrinin  mərasimi  mahiyyəti  və  inanc  əsasları 

müəyyənləşdirilmişdir; 

-  Novruz  inanclarında  qeyri-adi  zaman  nöqtəsi  müəyyənləşdirilmiş  və 

onun əsas mahiyyəti üzə çıxarılmışdır; 

-Novruz inanclarında od kultunun rolu və mahiyyəti müəyyənləşdirilmiş-

dir; 

-  Novruz  inanclarında  su  kultunun  rolu  və  mahiyyəti  müəyyənləşdiril-



mişdir;  

-  Novruz  inanclarında  bitki  kultunun  rolu  və  mahiyyəti  müəyyən-

ləşdirilmişdir;  

-  Novruz  inanclarında  torpaq  kultunun  rolu  və  mahiyyəti  müəyyənləş-

dirilmişdir;  

- Novruz fallarının inanc əsasları üzə çıxarılmışdır və s.  



Tədqiqatın  nəzəri-metodoloji  bazası.  Araşdırmanın  əsas  nəzəri-

metodoloji  bazasını  Azərbaycan  alimlərinin  tədqiqatları  təşkil  edir.  Bu,  ondan 

irəli  gəlir  ki,  Azərbaycan  xalqına  məxsus  Novruz  bayramı  ənənə  və  inancları 

daha  obyektiv  və  daha  ətraflı  şəkildə  məhz  Azərbaycan  alimlərinin 

tədqiqatlarında  əhatə  olunmuşdur.  Azərbaycan  Novruzu  ilə  bağlı  tədqiqat 

aparmış  xarici  ölkə  alimləri  (eləcə  də  bəzi  Azərbaycan  alimləri)  xalqımıza 




 

 

6



məxsus bu bayramın tarixini,  mənşəyini  yad  köklərə,  yad  mənşələrə bağlamış, 

onun  Azərbaycan  mədəniyyətinə  kənardan  gəlmə  olduğunu  sübuta  yetirmək 

istəmişlər. Halbuki Şərqdə geniş  yayılmış, çox böyük ərazidə  keçirilən  Novruz 

bayramının hamıya aid olan xüsusiyyətləri ilə bərabər, elə cəhətləri vardır ki, ona 

yalnız  türk  xalqlarının,  o  cümlədən  Azərbaycan  xalqının  keçirdiyi  Novruz 

bayramında  rast  gəlmək  mümkündür.  Bu  cəhətlər  xüsusilə  qədim  inanclarla, 

mərasimi görüşlərlə bağlıdır. Xarici ölkə alimləri bu faktlara bəzən göz yumub, 

onlara  etina  etmədiyi  halda,  Azərbaycan  alimləri  bu  kimi  faktlara  əsaslanıb 

Azərbaycan  Novruzunun  özünəməxsus  cəhətlərini  aşkarlamaq  istiqamətində 

böyük işlər görmüşlər. Biz də tədqiqatda Azərbaycan alimlərinin araşdırmalarını 

əsas nəzəri-metodoloji baza kimi götürməyi məqsədəuyğun bilirik.  

Novruz  bayramı  çox  qədim  köklərə  malik  tarixi  bayramdır.  Onu  tədqiq 

edərkən  tarixi  cəhətdən  yanaşma  həmişə  əsas  götürülməlidir.  Tarixi  yanaşma 

eyni  zamanda  müqayisəli  yanaşmanı  da  tələb  edir.  Çünki  Novruz  bayramı 

tarixən inkişaf edib təkmilləşmiş, onun şəklində, məzmununda dəyişikliklər baş 

vermişdir. Bunlar isə müqayisəli yanaşma tələb edir. Beləliklə, tədqiqatda metod 

kimi tarixi-müqayisəli yanaşma əsas götürülmüşdür. 

Dissertasiyanın  nəzəri  və  praktiki  əhəmiyyəti.  Tədqiqatın  nəzəri  və 

praktiki  əhəmiyyəti  vardır.  Dissertasiyanın  nəzəri  əhəmiyyəti  ilk  növbədə  onda 

ifadə  olunur  ki, burada  Azərbaycan Novruzunun  özünəməxsus  ənənələri  inanc 

əsasları  ilə  birgə  tədqiq  olunaraq  sistemləşdirilmişdir.  Bu  sistemləşdirmənin 

nəticələri, yenilikləri, əldə olunan qənaətlər, ehtimal və fərziyyələrin bu mövzuda 

yazılacaq sonrakı tədqiqatlar üçün nəzəri əhəmiyyəti vardır.  

Dissertasiyanın  praktiki  əhəmiyyəti  ilk  növbədə  Novruz  bayramının 

Azərbaycan  mədəniyyətindəki  rolunun  və  elmindəki  yerinin  get-gedə 

güclənməsi  ilə  şərtlənir.  İndi  elektron  informasiya  vasitələrində  (radio  və 

televiziyalarda,  internetdə)  Novruz  mövzusu  hər  il  vaxtaşırı  əsas  mövzuya 

çevrilmişdir. Bundan başqa ali məktəb dərsliklərində Novruz bayram kompleksi 

şifahi  ədəbiyyatın,  milli  etnoqrafiyanın  əsas  mövzularından  hesab  olunur. 

Dissertasiyada  aparılmış  tədqiqat  həm  elektron  informasiya  vasitələrində,  həm 

də ali məktəblərdə praktiki vəsait kimi istifadə oluna bilər. 



Tədqiqatın  aprobasiyası.  Dissertasiya  işi  AMEA  Folklor  İnstitutunun 

Mifologiya  şöbəsində  hazırlamışdır.  Tədqiqat  nəticələri,  əsas  yenilikləri 

müəllifin  Azərbaycanda  və  xarici  ölkələrdə  Azərbaycan  Ali  Attestasiya 

Komissiyasının norma və tələblərinə uyğun jurnallarda çap etdirdiyi məqalələrdə 

əks olunmuşdur. 

Dissertasiyanın  quruluşu:  Tədqiqat  giriş,  üç  fəsil,  nəticə  və  istifadə 

olunmuş ədəbiyyatın siyahısından ibarətdir. 




Yüklə 275,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə