Microsoft Word sevinc-qasimova



Yüklə 275,96 Kb.
Pdf görüntüsü
səhifə6/11
tarix08.04.2018
ölçüsü275,96 Kb.
#36633
1   2   3   4   5   6   7   8   9   10   11

 

 

13



torpaq  çərşənbəsi

1

.  Bir  sıra  görkəmli  alimlər  dörd  ünsür  məsələsi  ilə  bağlı 



diqqətçəkici fikirlər söyləmişlər

2



İlaxır  çərşənbələrin  4  ünsürlə  bağlılığı  Novruz  mərasim  kompleksinin 

əsaslarına  aid  olan  “cəmlə//cəmrə”  anlayışı  ilə  də  təsdiq  olunur.  Əbdülxalıq 

(Abdulhaluk)  Çay  “cəmrə”  anlayışı  barədə  türk  tədqiqatçılarının  verdikləri 

məlumatları  ümumiləşdirərək  yazır  ki,  baharın  gəlməsi  xalq  arasında  atəş  və 

istiləşmə mənasında olan “cəmrə” ilə də ifadə olunur. Cəmrə 20 fevralda havaya, 

27 fevralda suya, 6 martda torpağa düşər. Bu, sira ilə havanın, suyun və torpağın 

istiləşməyə  başlaması  mənasındadır

3

.  Bu  məlumatlar  göstərir  ki,  cəmlələr  4 



çərşənbənin  4  ünsürlə  hər  hansı  bağlılığına  da  işarə  edir.  Elə  yuxarıdakı 

məlumatları sistemləşdirsək, bu, aydın olar: 

Birinci çərşənbə --------- birinci cəmlə ------- havaya cəmlə dəydi; 

İkinci çərşənbə ----------- ikinci cəmlə -------- suya cəmlə dəydi; 

Üçüncü çərşənbə --------- üçüncü cəmlə ------ yerə cəmlə dəydi;  

Dördüncü çərşənbə ------ dördüncü cəmlə ---- ............................. 

Göründüyü kimi burada 4 ünsürün ilaxır çərşənbələrdə bir-biri ilə əlaqəsi, 

daha  doğrusu,  ünsürlərin  növbə  ilə  oyanması  öz  əksini  tapmışdır.  Bizim 

fikrimizcə, “cəmlə” elə od ünsürünün özüdür. Birinci çərşənbədə od özü oyanır, 

sonra növbə ilə o biri ünsürləri oyadır. Bu halda yuxarıdakı cədvəli elmi şəkildə 

belə tamamlamaq olar: 

Birinci çərşənbə ---------- birinci cəmlə ------- od oyanır; 

İkinci çərşənbə ----------- ikinci cəmlə -------- hava oyanır; 

Üçüncü çərşənbə --------- üçüncü cəmlə ------ su oyanır; 

Dördüncü çərşənbə ------ dördüncü cəmlə ---- yer (torpaq) oyanır.  

Cəmlə  dəymə, cəmlə  düşmə  elə  oyanma,  dirilmədir. Cəlal Bəydili  yazır 

ki,  inama  görə,  qışda  hər  şey  yatıb  donar.  Yaz  isə  gəlib  dörd  dəfəmə  bunları 

ayıldar  ki,  bunların  da  ayılması  Novruz  bayramında  olar.  Ona  görə  Novruz 

bayramı dörd həftədir – deyilir... Hər il beləcə dünyanın yaradılışı bu bayramda 

canlandırılır. Əski dünya nizamı dağılır, yenisi yaranır” 

4



                                                



1

 Nəbiyev A. İlaxır çərşənbələr. Bakı: Azərnəşr, 1992, s.41  

2

 Abdulla  B.  Azərbaycan  mərasim  folkloru.  Bakı:  Qismət,  2005,  208  s.;  Təhmasib  M. 



Adət,  ənənə,  mərasim,  bayram  //  “Ədəbiyyat  və  incəsənət”  qəz.,  1966;  Qafarlı  R. 

Novruz – yaranış, oyanış və yeniləşmə bayramı // “Xalq qəzeti”, 20 mart 2013.; 

Qasımlı  M.  Novruz  mərasim  kompleksinin  tarixi-mifoloji  anlamı  /  Azərbaycan  şifahi 

xalq ədəbiyyatına dair tədqiqlər. VIII kitab. Bakı: Səda, 1999, s. 50-57.  

3

 Çay A.M. Nevruz – Türk Ergenekon Bayramı. Sekizinci Baskı. Ankara, 1999, s.378  



4

 Bəydili (Məmmədov) C. Türk mifoloji sözlüyü. Bakı: Elm, 2003, s.278 

 



 

 

14



Müxtəlif tədqiqatçıların söylədiyi fikirlər və apardığımız təhlil əsasında 4 

ilaxır çərşənbənin adları ilə bağlı aşağıdakı  nəticəyə gəlirik: 

a)  4  ilaxır  çərşənbənin  müxtəlif  bölgələrdə  fərqli  adları  vardır.  Bu 

çərşənbələr heç bir bölgədə qədim Şərq 4 ünsür sistemi olan “ab-atəş-xak-bad” 

sxeminə uyğun olaraq ardıcıl şəkildə “Su çərşənbəsi”, “Od çərşənbəsi”, “Torpaq 

çərşənbəsi”, “Yel çərşənbəsi” kimi adlandırılmamışdır.  

b) 4  ilaxır  çərşənbənin  el arasındakı adları  içərisində  qarışıq şəkildə “Su 

çərşənbəsi”, “Torpaq çərşənbəsi”, “Yel çərşənbəsi”, “Ağac çərşənbəsi” adlarına 

da rast gəlinir. Bu, Novruz bayramının xalq təsəvvüründəki fəlsəfəsi ilə bağlıdır. 

Bu fəlsəfənin kökləri birbaşa qədim türk mifologiyası ilə bağlıdır.  

c)  Novruz  bayramının  mifik  fəlsəfəsinə  görə,  təbiət  qışda  ölür,  yazda 

dirilir. Dirilmə oyanma şəklində olur. 4 ilaxır çərşənbə yazın, yeni ilin ərəfəsidir. 

Hər çərşənbədə bir ünsür oyanır və bunların oyanması ilə bütün təbiət dirilir və 

Yeni il başlanır. Bu, Novruzun fəlsəfəsidir və 4 çərşənbənin 4 ünsürlə bağlılığı 

Novruzun təbiət, dünya, ümumiyyətlə, varlıq aləmi haqqındakı fəlsəfəsini ortaya 

qoyur. 


ç)  Azərbaycan  Novruz  bayramında  4  çərşənbədə  4  ünsürün  oyanması 

ənənəsi  qədim  türk  mifik  görüşləri  ilə  bağlıdır.  Qədim  türk  mifologiyasında 

dünyanın yaradılışının əsasında 5 ünsür durur: torpaq, ağac, atəş, dəmir, su. Bu 

təsəvvür zamanla 4 ünsür haqqındakı qədim Şərq görüşlərinə qarışmışdır. Daha 

sonra 4 ünsür fəlsəfəsi hakim düşüncəyə çevrilsə də, 5 ünsür haqqındakı inanclar 

xalq  düşüncəsində,  folklorda,  o  cümlədən  Novruzla  bağlı  təsəvvürlərdə 

yaşamaqda davam etmişdir. 

Novruz  mərasim  kompleksinin  magik  xarakterli  ayinlərindən  biri 

danatma  adətidir.  Mərasim  Novruz  gecəsi  icra  olunur.  İnsanlar  səhərə  qədər 

oyaq qalır, Günəşi qarşılayırlar. Novruz bayramı mərasim kompleksi Od-Günəş 

ünsürü ilə sıx bağlıdır. Bu, acı, sərt, ölüm, aclıq, qıtlıq saçan qışın yola salınması, 

həyat  verən, bolluq, ruzi-bərəkət  gətirən  yazın  qarşılanması  mərasimidir. Lakin 

yaz  öz-özünə  gəlmirdi.  İnsanlar  müxtəlif  magik  mərasimlərlə  onu  gətirir  və 

qarşılayırdılar. İnsanlar Novruz gecəsi oyaq qalıb, səhər dan yeri söküləndə yeni 

ildə ilk dəfə doğacaq Günəşi gözləyirdilər. Bu, Günəşin hər günkü doğması yox, 

Yeni ildə el-obaya, dünyaya ilk gəlişi idi. Çünki soyuq qışdan sonra insanların, 

heyvanların, bitkilərin bütün həyatı Günəşin gəlişindən asılı idi. Axır çərşənbənin 

əsas  adətlərindən  biri  papaqatdı  adətidir.  Buna  bəzi  yerlərdə  qurşaqsallama, 

şalsallama, baca-baca, yaxud nünnünü də deyilir. Məzmunu axır çərşənbə gecəsi 

evlərə  papaq  atıb,  pay  istəməkdir.  Papaqatdı  adəti  ilə  bağlı  çoxsaylı  folklor 

məlumatları və öz müşahidələrimiz əsasında deyə bilərik ki, papaqatdı adətinin 

iki  mənası  var:  Birincisi,  üzdə  olan,  hamı  tərəfindən  icra  olunan  bayrampayı 




Yüklə 275,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə