Microsoft Word sevinc-qasimova



Yüklə 275,96 Kb.
Pdf görüntüsü
səhifə11/11
tarix08.04.2018
ölçüsü275,96 Kb.
#36633
1   2   3   4   5   6   7   8   9   10   11

 

 

23



Beləliklə,  axır  çərşənbə  tonqalının  özünə  məxsus  olan  bir  çox  mənaları 

vardır  ki,  həmin  mənaların  hamısı  oda  inam,  oda  pərəstiş,  yəni  od  kultu  ilə 

bağlıdır.  

Üçüncü fəslin ikinci yarımfəslinin ikinci paraqrafında “Su kultu ilə bağlı 



inanclar”  öyrənilir.  Bəllidir  ki,  dörd  çərşənbədən  ilki  su  ünsürü  ilə  bağlıdır. 

Şəkidə əzəl çərşənbədə sübh tezdən bulaq başına gəlirlər: 

                             Ağırlığım-uğurluğum suya, 

                             Azarım-bezarım suya,  –  

deyib, su üstündən atlanırlar. Sonra əl-üzlərini yuyur, bir-birlərinin üstünə 

su  atır,  sifətlərinə  su  çiləyirlər.  Xəstəliyə  tutulanları  da  su  üstündən 

hoppandırırdılar.  

Novruz mərasimlərində insanların bir-birinin üstünə su atması da diqqəti 

cəlb  edir.  Təbii  ki,  bu,  su  ilə  əylənmə  deyildir.  İnanc  mətnlərinin  nəzərdən 

keçirilməsi göstərir ki, su atmaq təmizlənmə, paklanma ayinin tərkib hissəsidir.  

Burada əsas məsələ suyun ilkin su olmasıdır. Yəni il təhvil olandan sonra 

ilk  dəfə  gələn  su  pak  və  möcüzəli  sudur.  Qaraqoyunlu  və  Dərələyəz  bölgəsi 

inanclarından birində deyilir ki, axır çərşənbə gecəsinin səhəri sübh tezdən durub 

axar su üstünə  getmək, suya salam  verib, üstündən üç  dəfə atlanmaq, sonra da 

həmin sudan bir qab gətirib, həyət-bacaya, evin dörd bucağına səpmək gərəkdir. 

Deyirlər ki, belə edəndə ilin xoş gələr, ağrı-acı görməzsən 

1



İnsanlar  axır  çərşənbə  gecəsində  il  təhvil  olandan,  yəni  təzə  il  girəndən 



sonra  axan  təzə  suyu  –  ilk  suyu  müqəddəs  hesab  edirlər.  Bu  su  dərdlərə  şəfa 

verir. Naxçıvan bölgəsindən toplanmış inancda deyilir ki, yazda birinci dəfə sel 

gələndə selin qabağından kim su doldurub içsə, hər dərdi sağalar deyərlər 

2



Üçüncü  fəslin  ikinci  yarımfəslinin  üçüncü  paraqrafında  “Bitki  kultu  ilə 

bağlı  inanclar”dan  danışılır.  Bitki  kultu  ilə  bağlı  Novruz  inancları  müxtəlif 

mövzular  ətrafında  birləşir.  Bunlardan  ən  əsas  olanı  ağacların,  xüsusilə  söyüd 

ağacının  ilin təhvil  olunduğu anda  başını torpağa toxundurması,  yaxud bir sıra 

inanclarda  deyildiyi  kimi  səcdə  etməsidir.  Bu  inanc  çox  geniş  yayılmışdır. 

Mətnlərə  görə,  ilaxır  günü  il  təhvil  olanda  ağaclar  başını  əyib  yerə  vurur. 

Deyirlər bunu təkcə at bilir. Bu vaxt kim niyyət eləsə, niyyəti hasil olar.  

Novruz  bayramını  səmənisiz  təsəvvür  etmək  olmur.  Ümumiyyətlə, 

səməni Novruzun əsas atributlarından sayılır. Səməni ilə bağlı inanclar da bitki 

                                                

1

 Azərbaycan  folkloru  antologiyası.  VII  cild.  Qaraqoyunlu  folkloru  /  Toplayıb  tərtib 



edənlər: H.İsmayılov, Q.Süleymanov. Bakı: Səda, 2002, s.10  

2

 Azərbaycan  folkloru  antologiyası.  I  cild.  Naxçıvan  folkloru  /  Tərtib  edənlər: 



T.Fərzəliyev, M.Qasımlı. Bakı: Sabah, 1994, 388 s.  


 

 

24



kultu  ilə  bağlı  qədim  təsəvvürlərin  izlərini  özündə  yaşadır.  Qazax  bölgəsi 

adətlərinə  görə,  bir  camda  qoyulmuş  səməninin  ailə  üzvlərinin  üz-gözünə, 

sinəsinə  toxundururlar  ki,  gözü  işıqlı,  üzü  təravətli,  ürəyi  möhkəm,  sağlam, 

ömürləri  uzun  olsun

1

.  Buradan  görünür  ki,  səməninin  qeyri-adi  gücü  var:  o, 



insana  sağlamlıq  və  uzun  ömür  bəxş  edə  bilir.  Ona  görə  də  bayramdan  sonra 

saralıb-solan  səmənini  hara  gəldi  atmazdılar.  Bunun  üçün  xüsusi  mərasim  var 

idi.  Qaraqoyunlu  bölgəsi  inancında  deyilir  ki,  səməni  saralıb  solanda  onu 

zibilliyə  atmazlar.  Bu  zaman  belə  səmənini  çaya  atıb,  dalınca  da  şəkər  atarlar. 

Belə olanda evə xeyir-bərəkət gələr 

2



Şirvanda Novruz bayramında səməni ilə bağlı oxunan nəğmə: 

Səməni, saxla məni,  

Atıl-batıl, səməni, 

İldə göyərdərəm səni.  

Vedrə-satıl, səməni 

Səməni, can səməni,  

Tamam cadı-pitilər 

Sənə qurban, səməni.   

Olsun batıl, səməni... 

Bu  dua-nəğmədə  səməninin  qeyri-adi  gücünü  görürük.  Səməninin  gücü 

cadu-pitini dağıdır, əhvalı yaxşılaşdırır, xeyir-bərəkət verir, xəstələri sağaldır, bu 

gücün sayəsində itiklər tapılır, ayrı düşənlər bir-birinə qovuşur. 

Üçüncü fəslin ikinci yarımfəslinin dördüncü paraqrafında  “Torpaq kultu 

ilə bağlı inanclar”dan bəhs olunur.  Novruz inanclarının xüsusi bir qrupu torpaq 

kultu  ilə bağlıdır.  Ümumiyyətlə, torpaq bütün  dünya  mifologiyalarında  məşhur 

obrazdır.  Novruz  inanclarında  da  torpaq  dörd  ünsürdən  biri  kimi,  dörd  ilaxır 

çərşənbələrdən biri ilə bağlıdır. Torpaq  inanclarda özünü kult şəklində  göstərir. 

Yəni torpaq canlı varlıq hesab edilmiş, müqəddəs sayılmış və ona tapınılmışdır. 

Torpaq çərşənbəsindəki torpaq ruhu torpağın sahibi olan əyədir. Bu çərşənbədə 

torpağa  qulluq  edilməsi  onun  sahibi  olan  torpaq  əyəsinə  hörmət,  ehtiram 

göstərilməsi  deməkdir.  İnsanlar  bunun  müqabilində  xeyir-bərəkət,  bol  məhsul 

diləyirlər. 

İnanclarda torpaq kultu ilə bağlı təndir obrazı var. O da həyat, tale, bəxt, 

qismət mənaları ilə bağlıdır. Ağbaba bölgəsində Novruz qabağı çərşənbə axşamı 

qaranlıq  basan  kimi  bir  nəfər  nisbətən  ürəkli  qadın  evin  təndir  damına  gedər, 

külfənin qarşısında durub deyərdi: “A Bacıxanım, Hacı Kərimin sağ olsun, mənə 

qardaşımdan,  atamdan  bir  xəbər”...  Guya  bu  zaman  külfədən  səs  gələrmiş. 

                                                

1

 Azərbaycan folkloru antologiyası. XXI cild. Qazax örnəkləri / Toplayanı M.Həkimov. 



Bakı: “Elm və təhsil”, 2012, s. 59 

2

 Azərbaycan  folkloru  antologiyası.  VII  cild.  Qaraqoyunlu  folkloru  /  Toplayıb  tərtib 



edənlər: H.İsmayılov, Q. Süleymanov. Bakı: Səda, 2002,s. 11 

 



 

 

25



Həmin  qadın  niyyət  edib  yatarmış. Əgər  yaxşı  yuxu  görsə, onun  niyyəti  qəbul 

ediləcəkdir

1

. Burada təndir yerin, torpağın simvoludur.  



Novruz  inanclarında  torpaq  kultunun  izləri  özünü  Kürdoğlu  obrazı  ilə 

bağlı  mətnlərdə daha maraqlı məzmunda göstərir. Məsələn, Ağbaba bölgəsində 

Novruz  bayramı  hələ  Novruza  30-40  gün  qalmış  bir  sıra  mərasimlərdən  sonra 

başlanardı.  Bu  mərasimlər  Xıdırelləz,  Kürdoğlunun  qayada  qalması,  çillə 

çıxarmaq, külfə (təndirin külfəsi – S.Q.) ilə danışıq (ilk niyyət), duzlu kökə və ya 

duzluca  yemək,  aş  qoymaq  və  s.  ibarət  idi.  Xıdırelləz  boranı  fevralın  onundan 

başlanardı...  Fevralın  19-da  Kürdoğlu  qayada  qalardı.  Bu  əfsanəni  danışan 

Ağbaba ağsaqqalları həmişə belə deyərdilər: “Kürdoğlu qayada qalan qalan gün 

yer nəfəslənir, küpədəki yağ şəhrlənir” 

2



Bu mətndən iki əsas məsələ aydın olur: 

Birincisi,  Kürdoğlu  inancı  Novruzqabağı  inanc  kimi  Novruz  mərasim 

kompleksinə aiddir; 

İkincisi  Kürdoğlu  inancı  torpaq  kultu  ilə  bağlıdır. “Kürdoğlunun  qayada 

qalan  qalan  gün  yerin  nəfəslənməsi”  torpağın  nəfəs  almağa  bağlaması,  qış 

yuxusundan  oyanması,  yaxud  təbiətin  qışda  ölüb,  yazda  dirilməsi  mifində 

olduğu kimi, nəfəs alaraq dirilməsi deməkdir. 

Beləliklə,  torpaqla  bağlı  inancların  nəzərdən  keçirilməsi  göstərir  ki, 

burada  torpaq  sadəcə  cansız  varlıq  deyildir.  Yəni  insanlar  onu  canlı  hesab 

etmişlər.  Torpaq  qışda  yatır,  yaxud  ölür.  Kürdoğlu  adlanan  ilk  nəfəslə  oyanır, 

yaxud dirilir. Torpaq dünyanın əsasını təşkil edən dörd ünsürdən biri kimi magik 

gücə malikdir. İnsanlar torpağa (torpaq sahibinə) sayqı ilə yanaşarlarsa, torpaq da 

insanlara  öz  xeyir-bərəkətini  verər.  Bütün  bunlar  Azərbaycan  xalqının  mifik 

dünyagörüşündə torpağın kultlaşdırılmasının izləridir. 

Üçüncü  fəslin  üçüncü  yarımfəsli  “Novruz  falları  ilə  bağlı  inanclar” 

adlanır. Novruz bayramı ilə bağlı inancların ən canlı şəkildə qorunduğu, yaşadığı 

sahə Novruz fallarıdır. Ümumiyyətlə, falları inanclardan kənarda təsəvvür etmək 

mümkün deyildir. Çünki fallar birbaşa inamlar dünyası ilə bağlıdır. Falda hər bir 

elementin  inanclarla  təsdiq  olunan  mənası  var.  Novruz  falları  əsasən  axır 

çərşənbə  ilə  bağlıdır.  Axır  çərşənbə  falları  sayca  çoxdur.  Biz  onların  bir 

hissəsindən, məsələn, alma, heyva və s. ilə bağlı fallardan əvvəl gələn hissələrdə 

yeri  gəldikcə  bəhs  etdik.  Digər  tərəfdən,  bizim  məqsədimiz  Novruz  fallarını 

                                                

1

 Azərbaycan folkloru antologiyası. VIII cild. Ağbaba folkloru / Toplayıb tərtib edənlər: 



H.İsmayılov, T.Qurbanov. Bakı: Səda, 2003, 475 s.  

2

 Yenə orada, s.28 



 


 

 

26



təsvir etmək yox, onlarla bağlı inancları araşdırmaqdır. Buna görə də əsas fallara 

toxunacağıq. 

Qulaq falı, qapıpusma, qulaqpusma adları altında qeyd olunan falabaxma 

Azərbaycanın hər bir bölgəsində geniş yayılmışdır. Bu falda Novruz bayramının 

mahiyyəti ilə bağlı bir çox mənalar gizlənmişdir: 

Birincisi, qulaq falına yalnız ilin axır çərşənbə gecəsi getmək olar. Bunun 

mənası  odur  ki,  həmin an  niyyət  məqamıdır.  Ürəyindən  keçən  niyyət  hasil  ola 

bilər. İkincisi, burada əsas məna ilk sözlə bağlıdır. Qulaq falında insan çox söz 

eşidə bilər. Lakin eşitdiyin ilk söz əsasdır. Ondan sonra eşidilən sözlər adi sözlər, 

adi danışıqlardır və fal baxımından heç bir əhəmiyyət kəsb etmir. 

Axır  çərşənbənin  məşhur  fallarından  biri  üzüksalma  adlanır.  Bu  fala-

baxma, əslində vəsfi-hal mərasimidir. “Vəsfi-hal” mərasimi mahiyyəti etibarlə su 

ilə falabaxmadır. Burada su kultu ilə bağlılıq var. Bu mərasimdə ərgən qızlar öz 

bəxt-talelərini  öyrənirlər.  Onlara  bu  xəbəri,  əlaməti  su  verir.  Bu  da  suyun 

kultlaşdırılması nəticəsində mümkün olmuşdur. Bu su isə, bildiyimiz kimi, adi su 

yox, çərşənbə suyudur. 

Güzgü  falı  və  yumurta  ilə  falabaxma  da  çox  geniş  yayılmış  Novruz 

mərasimlərindəndir.  

Ümumiyyətlə Novruz falları say və məzmunca zəngindir. Məsələn, kuzə 

falı,  açar  falı,  qıfıl  falı,  alma  falı,  başmaq  (ayaqqabı)  falı,  cıdır  falı,  iynə  falı, 

qovurğa falı, qovut falı, şam falı, ulduz falı və s. 

Tədqiqatın  “Nəticə”sində  göstərilir  ki,  istənilən  xalqın  inancları,  o 

cümlədən  Azərbaycan  xalqının  Novruz  ilə  bağlı  inancları  bütöv  bir  sistemdir. 

Bizə ayrı-ayrı məsələlər, fərqli mətləblər təsiri bağışlayan inanclar vahid bir əsas 

ətrafında  birləşərək  sistem  yaradır.  Novruz  inanclarını  ümumi  halda  nəzərdən 

keçirdikdə  burada  da  həmin  inancların  bağlı  olduğu  vahid  bir  əsası  müşahidə 

etmək  olur.  Məlum  olur  ki,  təzə  ilin  köhnə  ili  (yaxud  təzə  dünyanın  köhnə 

dünyanı) əvəz etdiyi Novruz bayramında iki zaman üz-üzə gəlir. Bunlardan biri 

getməkdə  olan  zaman,  o birisi  isə  gəlməkdə  olan zamandır. Bunların bir-birini 

əvəz etməsi Novruz bayramında baş verir. Bu zaman əvəzlənməsində ən mühüm 

məqam  ilin  təhvil  olunduğu  zaman  kəsiyidir.  Həmin  zaman  kəsiyi  ilə  bağlı 

inanclar vardır. O inanclardan məlum olur ki,  ilin təhvil olduğu məqam qeyri-

adi  zamandır.  Bu  zamanda  qeyri-adi  hadisələr  baş  verir.  Həmin  qeyri-adi 

zamanın  əsas  xüsusiyyəti  ondan  ibarətdir  ki,  bu,  bir  başlanğıc  anı,  qeyri-adi 

zaman nöqtəsidir. Bütün yeni zaman, yeni məkan və bu zaman-məkan daxilində 

baş verəcək hadisələr həmin zaman başlanğıcından, zaman nöqtəsindən başlanır. 

Bu zaman nöqtəsində baş verənlər fərqli xüsusiyyətlərə malik olur. 



 

 

27



Novruz inancları əski təbiət kultları haqqında təsəvvürləri özündə yaşadır. 

“Kult” – pərəstiş, tapınma deməkdir. Novruz inanclarının öyrənilməsi göstərir ki, 

babalarımız  od,  su,  bitki,  torpaq  kimi  təbiət  ünsürlərini  kultlaşdırmış,  yəni  bu 

ünsürlərin qeyri-adi varlıqlar olduğuna inanmış, onları müqəddəs varlıqlar hesab 

etmiş və bu ünsürlərlə bağlı mərasimi hərəkətlər icra etmişlər. 

Bu  bayramı  od-ocaqsız,  gur  Novruz  tonqalı  olmadan  təsəvvür  etmək 

mümkün  deyildir.  İnsanlar  qaranlıq  düşən  kimi böyük tonqallar  yandırır  və  bu 

tonqalların  alovları  gecənin  qaranlığını  işıqlandıraraq  adamlarda  böyük  sevinc 

çoşqusu,  şən  əhval-ruhiyyə  yaradır.  Bu  cəhətdən  Novruzla  bağlı  inanclarda  od 

kultunun – odu müqəddəsləşdirmənin mühüm yer tutduğunu görürük.  



 

Dissertasiyanın əsas müddəaları müəllifin aşağıdakı məqalələrində və 

elmi konfranslardakı çıxışlarında öz əksini tapmışdır: 

1.  Novruz  bayramı  və  milli-mənəvi  dəyərlər  //  Dədə  Qorqud,  2012,  III 

(44), s.101-109 

2. Novruz bayramı və milli dövlətçilik ənənələri // Azərbaycan şifahi xalq 

ədəbiyyatına dair tədqiqlər, Bakı, 2013, (42), s. 171-193 

3.  Azərbaycanda  Novruz  ənənələri  və  inancları  probleminin  əsasları  // 

Filologiya məsələləri, Bakı, № 7, 2013, s. 348-354 

4.  İlaxır  çərşənbələr  probelmi  və  onun  həlli  yolları  //  Humanitar 

problemlərin öyrənilməsinin aktual problemləri, Bakı, № 3, 2013, s.131-137 

5.  Социальное  единство  и  обмен  традициями  во  время  праздника 

Новруз  //  Ученые  записки  Таврического  Национального  Университета 

им.Вернадского, том 26 (65), № 2., 2013, с. 123-129 

6. Обрядовые игры праздника Новруз в Азербайджане // Материалы 

международной  конференции  «Язык.  Культура,  Этикет    современном 

полиэтническом пространстве». Нальчик, 2013, с. 140-143  

7.  İlaxır  çərşənbə  ayinləri  və  onalrın  inanc  əsasları,  Dil  və  ədəbiyyat, 

beynəlxalq elmi-nəzəri jurnal, 1 (89), bakı, 2014, s. 203-207 

 



 

 

28



Севиндж  Ашур кызы Касымова 

 

Традиции и поверья Новруза в Азербайджане 

Резюме 

Диссертация  состоит  из  введения,  трёх  глав,  заключения  и 

списка использованной литературы. 

Введение  диссертации  состоит  из  актуальности,  цели  и 

обязательств,  научных  новостей,  теоретико-методологических 

основ  темы,  теоретической  и  практической  важности,  апробации 

исследования. 

В  первой  главе  работы,  под  названием  «Новруз  как 

национальная традиция», в двух разделах  исследуются следующие 

вопросы: «Праздник Новруз как национально-духовная традиция», 

«Праздник Новруз и традиции национальной государственности». 

Предмет 


второй 

главы 


диссертации 

под 


названием 

«Обрядовые традиции, связанные с праздником Новруз» состоит из 

следующих  вопросов:  «Традиции,  связанные  с  последними 

вторниками 

года», 

«Традиции 



социального 

единства 

и 

распределения»,  «Традиции  представлений»,  «Традиции  игрищ», 



«Кулинарные традиции». 

Проблема третьей главы под названием «Поверья, связанные 

с 

праздником 



Новруз» 

охватывает 

следующие 

вопросы:  

«Неопределенная  точка  времени  в  поверьях  Новруз»,  «Поверья, 

связанные с культом огня», «Поверья, связанные с культом воды», 

«Поверья,  связанные  с  культом  растений»,  «Поверья,  связанные  с 

культом земли», «Поверья, связанные с гаданиями Новруз».  

В 

«Заключении» 



подводятся 

итоги 


проведенных 

исследовательских  работ.  В  этом  разделе  обобщены  выводы 

основные  положения  исследования  и  определены  направления 

дальнейшего изучения темы.  



 


 

 

29



Sevinj Ashur gizi Gasimova 

Novruz traditions and beliefs in Azerbaijan 

Summary 

The dissertation work consists of the introduction, three parts, the 

conclusion and the list of the used literature. 

In the introduction the actuality of the investigation is based on, the 

object, aim and duties of the investigation are determined, the scientific 

innovations,  methods  and  sources,  the  practical  and  theoretical 

importance of the investigation are spoken about, the information about 

the structure of the investigation is given.  

In the first part of the dissertation work called “Novrus as a national 

tradition”  the  following  problems  are  investigated  in  two  chapters: 

“Novruz holiday as the national-spiritual tradition” and “Novruz holiday 

and the national statehood traditions”.  

The  second  part  of  the  dissertation  is  called  “The  ceremony 

traditions about Novruz holiday” and it consists of the following chapters: 

“The  traditions  about  the  pre-Tuesdays”,  “The  traditions  of  the  social 

unity  and  distribution”,  “The  performance  traditions”,  “The  game 

traditions”, “The cuisine traditions”. 

The third part of the dissertation called “The beliefs about Novruz 

holiday”  and  the  following  problems  are  investigated  in  it:  “The  extra-

ordinary  time  point  in  Novruz  beliefs”,  “The  nature  cults  in  Novruz 

beliefs”,  “The  beliefs  about  the  cult  fire”,  “The  beliefs  about  the  cult 

water”,  “The  beliefs  about  the  cult  plant”,  “The  beliefs  about  the  cult 

soil”, “The beliefs about Novruz augury”. 

In  the  conclusion  the  results  of  the  investigated  work  is 

summarized.  In  this  part  the  main  provisions  of  the  investigation  are 

carried out and the future directions of the investigated subject are shown.      




 

 

30



НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ НАУК АЗЕРБАЙДЖАНА 

ИНСТИТУТ ФОЛЬКЛОРА 

 

   

 

 

 

 

 

 

   

 

 

 

 

 

 

 

На правах рукописи 

 

 

 

СЕВИНДЖ  АШУР кызы КАСЫМОВА 

 

 

ТРАДИЦИИ И ПОВЕРЬЯ НОВРУЗА В 

АЗЕРБАЙДЖАНЕ 

 

 

5719.01-Фольклористика 

 

 

 

 

А В Т О Р Е Ф Е Р А Т 

 

диссертации на соискание научной степени 

доктора философии по филологии 

 

 

 

 

БАКУ-2015 

Yüklə 275,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə