Microsoft Word sevinc-qasimova


DİSSERTASİYANIN ƏSAS MƏZMUNU



Yüklə 275,96 Kb.
Pdf görüntüsü
səhifə3/11
tarix08.04.2018
ölçüsü275,96 Kb.
#36633
1   2   3   4   5   6   7   8   9   10   11

 

 

7



 

DİSSERTASİYANIN ƏSAS MƏZMUNU 

 

Dissertasiyanın  birinci  fəsli  “Novruz  milli  ənənə  kimi”  adlanır

Xalqımızın  həyatı  və  məişətində,  milli  düşüncəsində  tarixin  ən  dərin,  hətta 

bilinməz  qatlarından  başlanmaqla  bu  günə  qədər  mühüm  yer  tutan  Novruz  

bayramı bütünlükdə mərasim hadisəsidir. Birinci fəslin “Novruz bayramı milli-

mənəvi  ənənə  kimi”  adlanan  birinci  yarımfəslində  göstərilir  ki,  mədəniyyət 

tariximizdə Novruz bayramı kimi son dərəcə böyük, əbədiyaşar, tarixi və tarixi 

olduğu qədər də müasir bir abidə də var. Onun tarixi, mənşəyi həddindən artıq 

qədimdir. Novruz bayramı özünün ən ilkin mərhələsindən başlamış müasir döv-

rümüzə qədər müxtəlif məzmun və şəkildəyişmələrə uğramışdır. Bu dəyişmələ-

rin  əsas  səbəbləri  müxtəlif  dövrlərin  dini  ideologiyaları  olmuşdur.  Novruzun 

təkcə  Azərbaycanda  deyil,  ümumiyyətlə  yayıldığı  bütün  regionlarda  təmasda 

olduğu,  qaynayıb-qarışdığı  dinlər  tarixinə  nəzər  saldıqda  görürük  ki,  dünyanın 

xristianlıq,  islam  kimi  nəhəng  dinləri  Novruz  bayramına  təsir  edib,  onun 

məzmun  və  formasında  müəyyən  izlər  qoysa  da, Novruz  bir bayram  kimi  heç 

vaxt  bu  dinlərin  içərisində  əriyərək  yox  olmamışdır.  S.Rzasoy  qeyd  edir  ki, 

Novruz  bayramı  tarixinə  görə  ilkin  mifoloji-kosmoqonik  görüşlərlə  bağlıdır. 

Mifoloji  düşüncənin  parçalanaraq  tarixi  düşüncəyə  keçidi  zamanı  əski  dinlərə 

transformasiya  olunmuş,  daha  sonrakı  inkişafında  müxtəlif  səmavi  və  qeyri-

səmavi  dinlər,  dini-ideoloji  görüşlərlə  qovuşmuşdur.  Bu  baxımdan,  Novruz 

bayramı aşağıdakı din və dini-mifoloji dünyagörüşlərini özündə birləşdirir: 

1. Qədim türklərin  şamanizm  dünyagörüşü; 

2. Qədim və erkən orta əsr türklərinin  tanrıçılıq  dini; 

3. Qədim Azərbaycan və İran xalqlarının  zərdüştilik dini; 

4. İslam  dini və onun müxtəlif təriqət və məzhəbləri; 

5. Xristian türk xalqlarının simasında  xristianlıq dini; 

6.  İudaist  türk  xalqlarının  (əsasən  tarixi  xəzərlərin  və  onların  çağdaş 

törəmələrinin) simasında  musəvilik – iudaizm dini. 

7. İki milyona yaxın buddist türklərin simasında  buddizm  dini və s.

1

  

Novruz bayramı  orta əsrlər  mədəni-ideoloji  düşüncə tarixinin  ən  nəhəng 



hadisəsi olan islam dini ilə təmas zamanı müəyyən dəyişikliklərə məruz qalsa da, 

aradan  qalxmadı

2

.  Meydana  çıxan  yeni  dinlər  qədim  köklərə  malik  Novruzla 



                                                

1

 Rzasoy  S.  Novruz  bayramının  konseptual-fəlsəfi  əsasları  /  Azərbaycan  şifahi  xalq 



ədəbiyyatına dair tədqiqlər, XXXI kitab. Bakı: Nurlan, 2009, s. 90  

2

 Azərbaycan ədəbiyyatı tarixi. I cild. Bakı: Elm, 2004, s. 107  




 

 

8



ziddiyyətə  girsə  də,  bu  bayram  yaşamaqda  davam  etmişdir.  Hər  bir  dini 

ideologiya  əvvəlcə  onu  inkar  etmiş,  sonra  sanki  Novruzla  barış  içərisində 

yaşamışdır.  Bunun  əsas  səbəbi  Novruz  bayramının  milli-mənəvi  dəyərlərə 

söykənməsi idi.  

Birinci  fəslin  “Novruz  bayramı  və  milli  dövlətçilik  ənənələri”  adlanan 

ikinci  yarımfəslində  göstərilir  ki,  Novruz  bayramının  tarixi  Azərbaycanın  milli 

dövlətçilik  ənənələri  ilə  həmişə  sıx  bağlı  olmuşdur.  Prof.A.İmanquliyevanın 

adlandırdığı kimi “Mərkəzi Asiyadan Balkanlara qədər uzanan böyük bir ərazidə 

məskunlaşan bütün türk xalqları tərəfindən sevinclə qarşılanan Yeni il – Novruz 

bayramının”

1

 tarixinə  nəzər  salınarsa,  onun  milli  dövlətçilik  ənənələri  ilə  sıx 



bağlı olduğu üzə çıxar. Novruzun tarixi çox qədimdir. Tədqiqatçılar bu tarixi nə 

qədər dərinə aparırlarsa, Novruz bayramının tarixi sanki tükənmir. Hələ 1927-ci 

ildə  Y.V.Çəmənzəminli  yazırdı  ki,  bu  günə  qədər  adət  və  ayinlərimiz  tədqiq 

sahəsindən uzaqda  qalmışdır.  Az-çox Novruz  haqqında  fikir  yürüdülmüşsə  də, 

tarix  nəzərə  alınmamış  və  məsələ  mücərrəd  mülahizələr  şəklində  durub 

qalmışdır.  Şərq  müəlliflərinin  bu  barədə  verdiyi  məlumat  qarışıqdır  və  çox 

zaman  məsələyə  sami  etiqadları  qarışdırdıqlarından  tarixi  həqiqət  ortada  itib 

gedir.  Məsələn,  “Bürhani-qate”nin:  “Cənab  haq  aləmi  və  Adəmi  ol  gündə 

(Novruz  günü)  xəlq  elədi”  deməsi  bizə  Tövratı  andırır.  Halbuki,  qədim 

Azərbaycan  və  İran  Tövrat  fəlsəfəsinə  yabançıdır

2

.  Y.V.Çəmənzəminlinin 



“Bürhani-qate” adlanan fars mənbəyinə əsasən verdiyi  fikrindən məlum olur ki, 

pişdadiyan  (pişdadilər)  sülaləsindən  olan  məşhur  Cəmşid  şah  “əqtabi-ərzi” 

(dünyanın qütbləri arasındakı əraziləri) gəzib Azərbaycana gəlir. Burada hündür 

bir yerdə şah taxtı qurdurur, əyninə şahlara məxsus geyim geyir, başına şah tacı 

qoyaraq  həmin  taxtda  əyləşir.  Sübh  tezdən  günəş  qalxır  və  onun  şüaları  şahın 

tacına və taxtına düşərək ətrafı parlaq işığa qərq edir. Hamı sevinir və həmin gün 

bir “yovmi-mümtaz”, yəni “seçilmiş, fərqli, məşhur bir gün” olduğuna görə onu 

Novruz  adlandırıb,  bundan  sonra  hər  il  böyük  bayram,  rəsmi  dövlət  bayramı 

kimi  qeyd  etməyə  başlayırlar.  Bu  mərasimdə  iki  cəhəti  mühüm  hesab  edirik. 

Bunun  birincisi  Novruz  bayramının  dövlətçilik  ənənəsi  ilə,  ikincisi  isə 

Azərbaycanla bağlanmasıdır. “Bürhani-qate”dəki rəvayətdə Novruz bayramının 

Cəmşidin  taxta  çıxması  ilə  bağlanması  bu  bayramın  bilavasitə  dövlətçilik 

                                                

1

 İmanquliyeva  A.  Novruz  Şərq  ölkələrində  /  Azərbaycanda  Novruz  (toplu). 



Toplayanı, nəşrə hazırlayanı və elmi redaktoru Azad Nəbiyev. Bakı: Çıraq, 2012, 

s. 51-57  

2

 Çəmənzəminli  Y.V.  Azərbaycanda  zərdüşti  adətləri  /  Y.V.Çəmənzəminli. 



Əsərləri. 3 cilddə, III cild. Məqalə, oçerk və xatirələr. Bakı: Elm, 1977, s. 83  


Yüklə 275,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə