Microsoft Word sevinc-qasimova



Yüklə 275,96 Kb.
Pdf görüntüsü
səhifə10/11
tarix08.04.2018
ölçüsü275,96 Kb.
#36633
1   2   3   4   5   6   7   8   9   10   11

 

 

21



Dissertasiyanın  III  fəsli  “Novruz  bayramı  ilə  bağlı  inanclar”  adlanır. 

Novruz  bayramı  ilə  bağlı  inanclar  həmin  ənənələrlə  yaşayan  insanların 

düşüncəsinin, dünya haqqında, varlıq aləminin məkan-zaman quruluşu haqqında 

təsəvvürlərinin  əsasında  durur.  Həmin  məkan-zaman  təsəvvürləri  inanclarda 

obrazlar  şəklində  öz  təcəssümünü  tapmışdır.  Bu  cəhətdən  Novruzun  bütün 

fəlsəfəsinin, məna və mahiyyətinin kökləri inanclarda əks olunmuşdur. 

Üçüncü fəslin birinci  yarımfəsli “Novruz inanclarında qeyri-adi zaman 

nöqtəsi” adlanır. Təzə ilin köhnə ili (yaxud təzə dünyanın köhnə dünyanı) əvəz 

etdiyi Novruz bayramında iki zaman üz-üzə gəlir. Bunlardan biri getməkdə olan 

zaman,  o  birisi  isə  gəlməkdə  olan  zamandır.  Bunların  bir-birini  əvəz  etməsi 

Novruz bayramında baş verir. Bu zaman əvəzlənməsində ən mühüm məqam ilin 

təhvil olunduğu zaman kəsiyidir. Həmin zaman kəsiyi ilə bağlı inanclar vardır. O 

inanclardan  məlum  olur  ki,    ilin  təhvil  olduğu  məqam  qeyri-adi  zamandır.  Bu 

zamanda qeyri-adi hadisələr baş verir. Həmin qeyri-adi zamanın əsas xüsusiyyəti 

ondan ibarətdir ki, bu, bir başlanğıc anı, qeyri-adi zaman nöqtəsidir. Bütün yeni 

zaman, yeni məkan və bu zaman-məkan daxilində baş verəcək hadisələr həmin 

zaman  başlanğıcından,  zaman  nöqtəsindən  başlanır.  Bu  zaman  nöqtəsində  baş 

verənlər fərqli xüsusiyyətlərə malik olur. C.Bəydili (Məmmədov) göstərir ki, ilin 

təhvil  olma  anı  xalq  ənənəsində  həm  də  “aləmin  yatan  vaxtı”  adlanır.  Müəllif 

yazır  ki,  aləmin  yatan  vaxtı  Azərbaycan  xalq  inamlarında  qışın  sonunu,  yazın 

başlanğıc anını göstərən mifik vaxtdır. Mifoloji təsəvvürlərdə aləmin yatan vaxtı 

ilin axır çərşənbəsinə təsadüf  edir.  Bununla bağlı  deyilir  ki, Novruz bayramına 

açılacaq gecədə gündüzlə gecə tən yarı olan zaman çaylar bir anlığa dayanır və 

sonra  yenidən  axır.  Bu  görüşlərə  görə,  aləmin  yatan  vaxtı  deyilən  həmin  anda 

bütün  canlı  və  cansız bilinən aləmdə  nə  varsa hamısı bir anlığa  yuxuya  gedər, 

yəni sanki ölüb-dirilər. O anda kim nə arzu eləsə, diləyi hasil olar 

1



İnanclardan məlum olur ki, ilin təhvil olma anını insan yox, heyvanlar hiss 

edir, o cümlədən bu zaman nöqtəsində sular bir anlığa dayanır, ağaclarsa başını 

yerə  əyərək torpağa toxundurur. Lakin bu zaman  nöqtəsinin  qeyri-adiliyi təkcə 

bunlarla qurtarmır. Əgər insan göstərilən əlamətləri başa düşüb, bunun ilin təhvil 

məqamı  olmasını  anlasa,  həmin  an  ürəyində  nə  keçirsə,    o  da  həyata  keçər; 

insana  vergi  verilər,  ürəyində  tutduğu  niyyət  hasil  olar,  arzu-istəkləri  baş  tutar. 

Beləliklə,  ilin  təhvil  olunduğu  an  qeyri-adi  zaman  nöqtəsidir  və  bu  zamana 

                                                

1

 Bəydili (Məmmədov) C.  Yaz  bayramı ilə bağlı  bir sıra mifoloji  obraz və anlayışların 



simvolikasından // “Dədə Qorqud” jur., 2003, № 1, s. 41  

 



 

 

22



təsadüf edən, ona tuş gələn insanın istənilən arzusu həyata keçir. Bəs bu, nə ilə 

bağlıdır? 

Novruz  mərasim  kompleksində  ilin  təhvil  olma  anı  qeyri-adi  zaman 

nöqtəsidir. Bu  zaman anında  hər şey fərqli  olur:  heyvanlar qeyri-adi  hərəkətlər 

edib insanları bu andan xəbərdar etməyə çalışırlar. Başqa təbiət ünsürləri də adi 

hallarından  çıxıb,  bir  anlığa  qeyri-adi  hala  düşürlər:  həmin  an  sular  dayanır, 

ağaclar  isə  başlarını  yerə  əyib  torpağa  toxundururlar.  Bu  andan  xəbər  tutan 

insanın həmin məqamda ürəyindən keçirdiyi arzu, istək, niyyət hansı məzmunda 

olmasından asılı olmayaraq dərhal həyata keçir. 

Üçüncü  fəslin  ikinci  yarımfəsli  Novruz  inanclarında  təbiət  kultları” 

adlanır.  Novruz  inanclarının  öyrənilməsi  göstərir  ki,  babalarımız  od,  su,  bitki, 

torpaq kimi təbiət ünsürlərini kultlaşdırmış, yəni bu ünsürlərin qeyri-adi varlıqlar 

olduğuna inanmış, onları müqəddəs varlıqlar hesab etmiş və bu ünsürlərlə bağlı 

mərasimi hərəkətlər icra etmişlər. 

Üçüncü fəslin ikinci yarımfəslinin birinci  paraqrafında “Od kultu ilə bağlı 

inanclar” araşdırılır. Novruz bayramını od-ocaqsız, gur Novruz tonqalı olmadan 

təsəvvür etmək mümkün deyildir. İnsanlar qaranlıq düşən kimi böyük tonqallar 

yandırır  və bu tonqalların alovları  gecənin  qaranlığını  işıqlandıraraq adamlarda 

böyük  sevinc  çoşqusu,  şən  əhval-ruhiyyə  yaradır.  Bu  cəhətdən  Novruzla  bağlı 

inanclarda  od  kultunun  –  odu  müqəddəsləşdirmənin  mühüm  yer  tutduğunu 

görürük. 

Ümumiyyətlə  od  türklərin  inanclarında  mühüm  mövqeyə  malikdir. 

Seyfəddin  Altaylı  yazır  ki, atəş  də,  eynilə su  kimi türklər tərəfindən  müqəddəs 

sayılıb.  Dünyanın  yaradılması,  yaz  və  atəş  arasında  bir  əlaqənin  olduğuna 

inanılıb


1

. Bütün bu təsəvvürlər öz izlərini Novruz adətlərində saxlayıb. 

Bu bayramda tonqalqalama xüsusi  mərasimdir. Necə gəldi, harada  gəldi 

tonqal  qalamaq,  onunla  istənilən  formada  əylənmək  olmazdı.  Bunun  xüsusi 

rəsmi,  qaydaları,  yəni  mərasimi  vardır.    Məsələn,  Şəkidə  olduğu  kimi,  hər 

həyətdə böyük tonqallar qalanır, ətrafında şənlənir, üstündən tullanıb deyirlər: 

                                   Ağrım, uğrum tökülsün, 

                                    Oda düşüb kül olsun. 

                                    Yansın alov saçılsın, 

                                    Mənim bəxtim açılsın.  

                                                

1

 Altaylı S. Novruz və “Ərgənəkon” dastanı arasındakı oxşarlıqlar // “Dədə Qorqud” jur., 



2008, № 2, s. 85 

 



Yüklə 275,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə