Microsoft Word sevinc-qasimova



Yüklə 275,96 Kb.
Pdf görüntüsü
səhifə5/11
tarix08.04.2018
ölçüsü275,96 Kb.
#36633
1   2   3   4   5   6   7   8   9   10   11

 

 

11



dramaturq,  ictimai  xadim  Şıxəli  Qurbanovun  böyük  rolu  oldu:  “Ş.Qurbanov 

1967-ci  ildə  Novruz  bayramının  ümumxalq  bayramı  olmaqla  dövlət 

səviyyəsində  qeyd  edilməsi  təşəbbüsü  ilə  çıxış  edir  və  öz  ideyasını  həyata 

keçirmək  yolunda  hər  cür  çətinliklərə  qarşı  mübarizədən  geri  çəkilmir. 

Düşünülmüş  şəkildə  tərtib  olunmuş  Novruz  bayramı  şənlikləri  Azərbaycanın 

bütün  bölgələrində,  xüsusən  Bakı  şəhərində  ümumxalq  şənliyi  səviyyəsinə 

qaldırıldı... Təbii olaraq, sonrakı illərdə sovet rejimi Novruz bayramının, eləcə də 

digər  xalq  ayin,  mərasimlərinin  qarşısına  öz  keçilməz  sipərini  çəkdi.  Bununla 

belə, Şıxəli Qurbanovun təşəbbüsü, milli cəsarəti ilə 1967-ci ildə böyük təntənə 

ilə qeyd olunmuş Novruz bayramı ürəklərdə kövrək iz qoydu”

1



Şimali Azərbaycanın öz müstəqilliyinə qovuşması ilə Novruz bayramı da 



mili əsarətdən xilas oldu. Əslində, Novruz milli müstəqilliyin bayramına çevrildi 

və bu işdə görkəmli dövlət xadimi, milli öndər Heydər Əliyevin çox böyük rolu 

oldu.  Novruz  bayramının  milli-mənəvi  dəyər  kimi  xalqımızın  həyatında  yerini 

çox gözəl bilən Heydər Əliyevin 1993-cü il tarixi sərəncamından sonra Novruz 

ölkədə ümummilli bayram kimi dövlət səviyyəsində qeyd edilməyə başladı.  

Ulu  öndər  Heydər  Əliyevin  dövlətçilik  kursunu  böyük  müvəffəqiyyətlə 

davam etdirən İlham Əliyev də Novruz bayramının milli dövlətçilik ənənələri ilə 

bağlılığına həmişə böyük əhəmiyyət vermişdir. Belə ki, “Azərbaycan xalq adət-

ənənələrinin, mərasim və bayramlarının yaşadılması, milli ruhda zənginləşdiril-

məsi, onların, xüsusən gənc nəslin təlim-tərbiyəsində mühüm rol oynaması kimi 

vacib  məsələlər  də  həmişə  İlham  Əliyevin  diqqətindədir.  Prezident  İlham 

Əliyevin Azərbaycanın milli Novruz bayramı şənliklərində iştirak etməsi, xalqla 

bir  olması  müstəqil  Azərbaycan  Respublikası  insanlarının  birliyindən,  sevincli 

günlərindən, parlaq sabahından soraq verir

2

. Novruz bayramının 2009-cu ilin 30 



sentyabrında  YUNESKO-nun  dünya  xalqlarının  qorunan  qeyri-maddi  mədəni 

irsi siyahısına daxil edilməsi Azərbaycan dövlətinin bütün dünyada böyük uğuru 

oldu. Bu işdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun 

xoşməramlı  səfiri  Mehriban  xanım  Əliyevanın  çox  böyük  rolu  olmuşdur. 

Novruz  bayramının  Azərbaycan  dövlətçilik  ənənələrinin  inkişafında  ən  böyük 

rolu Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 64-cü sessiyasında martın 21-

nin  bütün  dünyada  “Beynəlxalq  Novruz  günü”  elan  edilməsidir.  Burada  ən 

əlamətdar  cəhət  ondan  ibarətdir  ki,  yer  üzündə  üç  yüz  milyondan  çox  insanın 

                                                

1

 Novruz  Bayramı  Ensiklopediyası.  Tərtib  edənlər:  Bəhlul  Abdulla,  Tofiq 



Babayev. Bakı: Şərq-Qərb, 2008,  s. 128   

2

 Yenə orada, s. 79 




 

 

12



Novruz  bayramını  qeyd  etməsinə  baxmayaraq,  bu  qərar  məhz  Azərbaycan 

dövlətinin təşəbbüsü ilə baş tutmuşdur.  

Dissertasiyanın ikinci fəsli “Novruz bayramı ilə bağlı mərasim ənənə-

ləri”  adlanır.  Novruz  bayramının  ənənələrini  aşağıdakı  kimi  ümumiləşdirmək 

mümkündür:  ilaxır  çərşənbələrlə  bağlı  ənənələr;  sosial  birlik  və  paylaşma 

ənənələri; tamaşa ənənələri; oyun ənənələri; mətbəx ənənələri.  

İkinci  fəslin  birinci  yarımfəsli  “İlaxır  çərşənbələrlə  bağlı  ənənələr” 

adlanır.  Novruz  mərasim  kompleksinə  daxil  olan  mərasimlərin  əsas  hissəsini 

Novruz bayramı gününə – Yeni ilin ilk gününə qədərki ilaxır çərşənbə mərasim-

ləri  təşkil  edir.  Qeyd  edək  ki,  bu  çərşənbələr  təkcə  köhnə  ilin  yola  salınması 

baxımından  deyil,  həm  də  elmi  mübahisələrə  səbəb  olması  baxımından 

diqqətçəkicidir.  Bu  mübahisələrin  ən  faydalı  cəhəti  ondan  ibarətdir  ki, 

polemikalar,  mübahisələr  fonunda  Novruz  bayramı  ilə  bağlı  çoxlu  maraqlı 

faktlar, tədqiqatlar meydana çıxır 

1

.  



İlaxır çərşənbələrin sayı 4-dür. Bu, ən geniş yayılmış xalq inancıdır. Belə 

inanc mətnlərindən birində deyilir ki, qışda hər şey yatıb donur. Yaz gəlib dörd 

dəfəyə bunları ayıldır. Bunların ayılması Novruz bayramında olur. Ona görə də 

Novruz bayramı dörd həftədir 

2



Bu  dörd  çərşənbə  xalq  təqvimində  qışın  son  ayı  olan  Boz  ayın  dörd 



çərşənbəsidir. Xalq təqvimində də qışın müddəti 3 aydır. Əvvəlcə dekabrın 20-

dən yanvarın 30-dək davam edən 40 günlük Böyük çillə, ardı ilə fevralın 1-dən 

20-dək davam edən Kiçik çillə, sonda fevralın 21-dən martın 21-dək davam edən 

Boz ay gəlir. Boz ay həm qışın, həm də ilin son ayıdır. Onun 4 çərşənbəsi köhnə 

ilin  sonu  –  yeni  ilin  ərəfəsi  kimi  xalq  içərisində  əlamətdar  günlər  kimi  xüsusi 

fərqləndirilir  və  qeyd  olunur.  Bəzi  bölgələrdə  xalq  təqvimindəki  Boz  ayın  4 

çərşənbəsi ilə bərabər onlardan əvvəlki 3 çərşənbə də əlamətdar hesab olunur və 

onların da öz adları var. 

İlaxır  çərşənbələrlə  bağlı  ümumiləşdirmə-sistemləşdirmə  işini  ilk  dəfə 

folklorşünas  A.Nəbiyev  aparmış,  “İlaxır  çərşənbələr”  adlanan  kitabçasında  bu 

dörd  çərşənbəni aşağıdakı adlar altında  bu ardıcıllıqla sıralamışdır: Su,  od,  yel, 

                                                

1

 Hacıyeva M. Ən qədim xalq bayramı // Ədəbi düşüncələr. Bakı: Azərnəşr, 2003, s.43-



51; Cəfərzadə Ə. Unudulmuş əziz günlərimizdən // “Azərbaycan” jurnalı, 2001-ci il, № 9, 

s.  159-177;  Nərimanoğlu  K.V.  Özümüz,  sözümüz.  Bakı:  Çinar-Çap,  2005,  621  s.; 

Paşabəyli Ə. İlin axır çərşənbəsi // “Dədə Qorqud” jur., 2009,  № 1, s. 112-115; Qafarlı R. 

Novruz – yaranış, oyanış və yeniləşmə bayramı // “Xalq qəzeti”, 20 mart 2013; Xəlil A. 

Türk xalqlarının yaz bayramı və Novruz. Bakı: 2012, 144 s.  

2

Azərbaycan  folkloru  antologiyası.  I  cild.  Naxçıvan  folkloru  /  Tərtib  edənlər: 



T.Fərzəliyev, M.Qasımlı. Bakı: Sabah, 1994, s.56  


Yüklə 275,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə