Microsoft Word S?M?D vurgun doc



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə27/43
tarix28.06.2018
ölçüsü1,59 Mb.
#51983
1   ...   23   24   25   26   27   28   29   30   ...   43

158 
Basılmış ordusu çəkilib geri,  
Kinli baxışlarla baxır uzaqdan,  
Düşməni salmışıq əldən ayaqdan. 
Çoyutma
*
 bir güllə gözlənilmədən  
Yapışır alnıma, yıxılıram mən,  
Tutub gözlərimi örtür qızıl qan...  
nsan ölümünü bildiyi zaman  
Nələr keçirirmiş!.. Kainat qara.  
Kainat gözümdə çəkilir dara...  
Dolanır başıma sonsuz yamaclar,  
Yürüyür üstümə otlar, ağaclar,  
Canımda bir qara üşütmə vardır,  
Döyünən köksümün nəfəsi dardır; 
Bu dar zamanımda hamıdan əvvəl  
Qaldırır başımı mehriban bir əl,  
Çəkib dizlərinin üstünə alır,  
Bağlayıb yaramı qeydimə qalır  
Və deyir: "Özünü toxtaq tut bir az,  
Düşəndə dar günə insan danlmaz!"  
Duyub bir insanın dost olduğunu,  
Güclə tanıyıram səsindən onu.  
O, cəbhə yoldaşım, öz sevgilimdir,  
O, mənim agzımda şirin dilimdir.  
Silir gözlərimin qanını təmiz:  
"Biryerdə ölsəydik, deyir, ikimiz..." 
1933  
                                                           
*
 
Gözlənilməz 


159 
Ş
A R N SEVG L S NƏ
Sevgilim! Xavərim! Son bahar çağı  
Uçub tökülürdü ömrümün bağı...  
Həyata küsmüşdüm sozümün sağı,  
Üzümə ilk dəfə gülən sən oldun,  
Ş
airin qədrini bilən sən oldun. 
Qaşların surməsiz, üzün boyasız,  
Budur xəyalımda aradığım qız.  
Deyərək nə qədər sevindim, yalnız,  
Qızların vəfası olmayır deyə,  
Düşdüm əvvəlləri ümidsizliyə... 
Rəng alıb rəng verən ismətinlə sən,  
Həyata qaytardın məni yenidən.  
O ilk təsadüfün xəyalilə mən  
Həftələr yaşadım, aylar yaşadım  
Bir gün evinizdə çəkildi adım... 
Sən ey bağçaların, bağların barı!  
Könlümün sultanı, qəlbimin yarı!  
O gün, qapınıza gəldi çoxları  
Fəqət sən dediıı ki, ölməz sənətkar,  
Mənim ölməzlərə məhəbbətim var. 
Böyüdü heykəlin gözümdə əlan
*
,  
Tüstülü bir duman qalxdı başımdan!  
Bircə canım vardır, o sənə qurban  
Haqdan istəmişəm yarıyaq qoşa,  
Sən də de qocalaq, qarıyaq qoşa, 
ndi xumar-xumar baxan gözlərin,  
Süzülüb-süzülüb axan gözlərin, 
                                                           
*
O
 
andaca 


160 
Ruhumda bir günəş yaxan gözlərin,  
Oldu sənətimin ilham ocağı!  
Ömrümün ən gözəl, ən xoşbəxt çağı. 
Boranlı qışlardan çıxmışam yaza,  
Könlüm oynamayır gündə bir saza.  
Baxıb camalına söz yaza-yaza,  
Bir də söyləyirəm yarıyaq qoşa  
Sən də de qocalaq, qarıyaq qoşa. 
1934 
  


161 
QAFQAZ 

Uçurur fikrimi boşluqlara, bax:  
Göyü xəncər kimi dümdüz yararaq  
Uzanan dik qayalar, silsilələr;  
Qara yellər ona dörd yandan əsər.  
Ağ buludlar onu bərk-bərk sarmış.  
Dəli Qafqaz! O, baharsız bir qış – 
Deyə təsvir olunarmış hərdən;  
Torpaq olmuş o keçən günlərdən  
Sadə izlər görürəm daşlarda...  
Ağ dumanlar ağarır qaşlarda.  
Hələ dağlar, uçurumlar, dərələr,  
O gözəlliklə gülən mənzərələr  
Saxlayır yolçunu yoldan gecələr  
Sayrışır göydəki ulduzlu səhər... 
II 
Burda at çapdı keçən azğınlar,  
Burda yoxlandı qılınclar, qınlar.  
Burda şahlar, dərəbəylər, xanlar,  
Şə
ni-şöhrət keçirən xaqanlar  
Çoxdan öz vaxtını tərk etmişdir,  
Göyün altında sönüb getmişdir... 
* * * 
Elbrus! Söylə, bilinməzmi yaşın?  
Göyə meydan oxuyan qarlı başın  
Nə bəlalar, nə cəfalar çəkmiş?  
Kimlərin gözləri hey yol çəkmiş?  
Tökülən qanların haqqında danış!  
Ona matəmmidir üstündəki qış? 
  


162 
III 
Unudulmuş o keçən günlərdə,  
Yaşamış ömrünü sürgünlərdə  
Bir böyük şairin azadə səsi,  
Qalır ancaq yenə dünyada səsi.  
O sevərmiş bu gözəl Qafqazı tək,  
O, yaşıllıqları yalqız gəzərək,  
Düşünərmiş bəşərin taleyini,  
Qamçılarmış göyü, qanunu, dini;  
Arabir dinləyib əfsanələri,  
Meyli, rəqqasəli meyxanələri,  
Bir gülərmiş dodaq altından ona- 
Bəşərin öylə gülünc olduğuna. 
* * * 
Mən də keçdim o qaranlıq gecədən,  
Seyrə vardıqca o heçlikləri mən,  
Deyirəm: torpağa dönmüş babalar  
Uyub aldandı o boşluqlara hey...  
ndi dönmüş və dəyişmiş hər şey!  
Hər günün, hər gecənin bir canı var;  
Qara torpaqlara dönmüş babalar.  
ndi yoxdur uzanan qafilələr
*
,  
ndi yoxdur o talanlardan əsər... 
IV 
Keçdi səssiz saralan axşamlar,  
Qəmə qərq olmuş o odlar, şamlar...  
Keçdi mizraqlı döyüşlər, qanlar*,  
Zınqırovlu dəvələr, karvanlar  
Ki, bizim dağları aşmış hərdən...  
Torpaq olmuş o keçən günlərdən  
Sadə izlər görürəm daşlarda... 
                                                           
*
Atlı dəstələri 
  


163 
Ağ dumanlar ağarır qaşlarda. 
Başqadır indi bu dağlar, düzlər. 
Ne gözəldir gecələr, gündüzlər; 
Başqadır duyğu, şüur, iş, zəhmət, 
Başqadır elm, düha, min hikmət 
Dinamitlər qoyulur dağlara, bax, 
O qaranlıqlara yollar açaraq, 
Göy qatarlar şığıdıqca irəli, 
Daşmır zəhmətimin meyvələri. 
Nə gözəldir, necə xoşdur gecələr, 
Yolçular yoldaca rahat gecələr; 
Nə qaçaq var, nə də quldur səsi var
Nə "Soyun, ver!" nə də bir "Dur!" səsi var 
Axır axdıqca qızıl karvanlar, 
Yaşasın qardaş olan insanlar! 
* * * 
Bir zaman göz yaşı içmiş dərələr,  
Qayalar, silsilələr, məşcərələr  
ndi üç qardaşın olmuş vətəni...  
Üçü bir yerdə düşündükcə, məni  
Anacaqlar, sevəcəklər, bilirəm;  
O zaman dağda küləklər, bilirəm,  
Ötəcək bir gələcək şairini,  
Bu günün, bəlkə də, tək şairini!.. 
1934 
* * * 
Uzərimdə qara-qara,  
lan başlı buludlar var...  
Gəril, sinəm, hücumlara!  
Ayğır dalınca toz qopar... 
[1934
  


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə