Microsoft Word S?M?D vurgun doc



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə1/43
tarix28.06.2018
ölçüsü1,59 Mb.
#51983
  1   2   3   4   5   6   7   8   9   ...   43






SƏMƏD VURĞUN 
SEÇ LM Ş 
Ə
SƏRLƏR  
BEŞ C LDDƏ 
I C LD 
"ŞƏRQ-QƏRB" 
BAKI-2005 
  



Bu kitab "Səməd VurğunƏsərləri. Yeddi cilddə. I cild" 
(Bakı, Elm, 1985) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır 
Tərtib edəni:                                                    Aslan Salmansoy 
Redaktoru:                                                    Aybəniz Vurğunqızı 
  
894.361 - dc 21  
AZE 
Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. I cild. Bakı, "Şərq-Qərb",  
2005, 264 səh. 
Dədə  Qorquddan  gəlib  Qurbanidən,  Aşıq  Abbasdan,  Sarı  Aşıqdan,  Aşıq  Ələsgərdən  keçən  yolun 
boyük bir zirvəsi xalq şairi Səməd Vurğundur. O, elə xoşbəxt sənətkarlardandır ki, ömrü yaratdığı şeir, 
həyatı danışdığı dil qədər yaşarıdır. 
Səməd Vurğun Vətənin və poeziyanın yaddaşında təkrarsız poetik şəxsiyyət, milli və beynəlmiləl 
ictimai xadim, elm və sənət təşkilatçısı, qeyri-adi şair, dramaturq, mütərcim və mütəfəkkir kimi yaşayır. 
Xalq ədəbiyyatı ilə yazılı ədəbiyyatnı bizə yaxın ən böyük körpüsü sayılan ölməz sənatkar əsasən 
heca  vəznində  yazdığı  şeirləri  və  dram  əsərləri  ilə  dilimizin  bütün  zənginliyindən  və  şirinliyindən 
bəhrələnərək  dillər  əzbəri  olan  poeziya  örnəkləri  yaratmışdır.  "Azərbaycan"ı  yurdumuzun  poetik 
tərənnümünə  çevrilən  ustad  sənətkarın  xalq  şeri  səpkisində  yazdığı  qoşmaları,  əruz  vəznində  lirik 
qəzəlləri,  ictimai-siyasi  və  fəlsəfi  mövzulu  bir  çox  şeirləri  ədəbiyyatımızın  qızıl  fonduna  daxil 
olmuşdur. 
Səməd  Vurğunun  "Seçilmiş  əsərləri"nin  bu  cildində  qüdrətli  şairin    1924-1937-ci  illərdə  yazdığı 
ş
eirlər toplanmışdır. 
ISBN 9952-418-44-X 
© "ŞƏRQ-QƏRB", 2005 
  






AZƏRBAYCAN ƏDƏB YYATININ VURĞUN DÖVRÜ 
Məni yelkən kimi qərq etsə də dəryada zaman,  
Vurğun öldü deməyin, bir əbədi sənəti var... 
Səməd Vurğun 
Azərbaycan  ədəbiyyatı  tarixində  "sovet  epoxası"  deyilən  dövrün  böyük 
poeziyasını  yaradanların  sırasında  Səməd  Vurğunun  adı  xüsusi  ehtiramla  çəkilir. 
O,  Vətənin  və  poeziyanın  yaddaşında  təkrarsız  poetik  şəxsiyyət,  milli  və
beynəlmiləl  ictimai  xadim,  elm  və  sənət  təşkilatçısı,  qeyri-adi  şair,  draramaturq, 
mütərcim və mütəfəkkir kimi yaşayır. 
Səməd  Vurğun  (Səməd  Yusifoğlu  Vəkilov,  21  mart  1906-27may  1956)  təkcə
ş
erimizin  yox,  təbiətimizin  də  milli  timsalı  idi.  "Muğan"  poemasını,  ceyran 
obrazını  o,  təbiət-şəhər  müxalifətində  ikincinin  hələ  "kult"  təşkil  eldiyi  dovrdə
yaratmışdı. Folkloru və sazı, qopuzu və ozanı, təbiəti və dağları xatırladan kolorit 
və əda onun həm şəxsiyystini, həm də poeziyasını eyni vaxtda ifadə edirdi. 
Səməd  Vurğun  həmişə  tribunaya  da  qartal  kimi  sinə  gərərdi  və  bu  tribuna  nə
qədər  uca  olsaydı,  Vurğun  ona  bir  o  qədər  yaraşardı.  Ov  dalınca  çıxdığı  qaya 
başından  təbiətə  boylanarkən  bütünlüklə  zirvələr,  dağlar  Vurğun  ilhamının  şaha 
qalxdığı,  at  oynatdığı  oylaq  və  meydan  üçün  vüsət  və  ucalıq  ölçüsü  yox  idi.  Şair 
kosmosun  fəthi  dövrünü  görsəydi,  ayrı  heç  nəyi  yox,  məhz  kosmik  peyki  planetə
müraciət  etmək  üçün,  ən  münasib  tribuna  adlandırardı  və  həmişə  olduğu  kimi, 
Vurğun monoloqu belə bir tribunaya yenə də yaraşardı! 
Ş
übhəsiz,  Vurğun  üçün  ən  böyük  tribuna,  kosmik  orbitdən  də  uca  xitabət 
kürsüsü  isə  poeziya  idi.  Məhz  bu  tribunadan  şair  bütün  planeti  görür  və  bütün 
planetdən  görünürdü.  Lakin  daha  mənalı  olan  odur  ki,  dünya  və  planet 
auditoriyasına da o, həmişə "Azərbaycan" monoloqu ilə müraciət edirdi. Vətəndaş
və vətənpərvər şair üçün ana Vətənin adından uca poetik xitab yox idi. 
Bir  sözlə,  bütün  dünya  bu  poeziyada  öz  əksini  tapırdı.  Lakin  dünyanın  da 
mərkəzi bu poeziyada - Azərbaycan idi! 
Bir  metafora  kimi  Azərbaycan  o  illərdə  ən  iri,  ən  möhtəşəm  bədii  əksini  bu 
ş
eirdə tapmışdı. "Ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan" -dillər əzbəri 
bir beyt bu gün də Vətənə məhəbbət etirafının riyazi düsturu olaraq qalır - "Könül 
və  can"  bərabərdir.  "Vurğun  və  Azərbaycan"  -  milli  bədii  fikirdə  son  yüzilin  ən 
klassik poeziya tənliyi ilə, şeirdə "Vurğun arifmetikası" 
  



isə  belə  idi!  Və  həmin  tənliyin  ən  klassik  həllini  də  öz  poeziyasında  Vurğun  özü 
vermişdi. 
Könül  və  can  kimi,  Vurğun  və  Azərbaycan  da  bir-birindən  ayrılmaz  idi: 
"Ayrılarmı könül candan?" - bu, kiməsə,  yaxud nəyəsə  yönələn ritorik  sual deyil, 
ş
airlə vətən arasında "elani-eşq" və "əhdi-peyman" idi. Təsadüfi deyil ki, bir bədii 
metafora  kimi  Azərbaycan  Vurğuna  qədər  hələ  heç  bir  şeirdə  bu  qədər bütöv,  bu 
qədər  tam  olmamışdı.  Heç  nə  bu  rəmzi  əbədi,  mənəvi  vəhdəti  parçalamağa  qadir 
deyildi. 
Səməd  Vurğunun  qartal  kimi  sinə  gərdiyi,  səmasında  pərvaz  etdiyi  ən  uca 
tribunaların  biri  -  Yazıçılar  ttifaqının  ikinci  qurultayının  xitabət  kürsüsü  oldu. 
Səməd  Vurğun  həmin  kursüdən  sovet  poeziyasını  uçmağa  hazırlaşan  qartala 
bənzədir  və  bu  sözləri  deyərkən  kürsüyə  sinə  gərmiş  şairin  özü  işlətdiyi  obrazın 
ə
yani heykəlinə çevrilirdi. Vurğun bu qartalı daha da uzaqlara, romantik zirvələrə
səsləyirdi.  Ümumiyyətlə  o,  romantikadan  həmişə  romantik  bir  ehtirasla  danışırdı. 
Bütün  sovet  ədəbiyyatında  M.Qorkidən  sonra  romantikanın  böyük  bayraqdarı 
Səməd Vurğun idi! 
Poeziyanın "Vurğunlu tribuna" obrazına üçüncü bir xitabət kürsüsünü də əlavə
etmək  olar:  şair  "Ölüm  kürsüsü"  əsərində  bolqar  öndəri  Dimitrovu,  "Zəncinin 
arzuları"nda isə rəssam zəncini xitabət və ittiham kürsüsündə təsvir edir. 
Nəhayət,  onun  özünün  Londondakı  ziyafət  kürsüsündən  dünyaya  yayılan  gur 
səsi,  romantik  portreti  realist  bir  qələmlə  şeirdə  həkk  olundu.  K.Simonovun 
"Dostum  Səməd  Vurğunun  Londondakı  ziyafətdə  nitqi"  adlı  məşhur  şeri 
"Vurğunlu tribuna" obrazını rus poeziyasında da yaratdı. 
Bu yüksək tribunadan o, uca fikirlər, işıqlı, qanadlı ideallar təbliğ və tərənnüm 
edirdi.  Lakin  "sovet  poeziyasının  problemlərini"  şair  yalnız  yüksək  xitabət 
kürsülərindən  söylədiyi  elmi-nəzəri  çıxışlarda  həll  etmirdi.  Vurğun  ilhamının  ən 
uca  orbiti  poeziyanın  səması  idi:  o,  hələ  "Muğan"  poeması  ilə  özündən  sonrakı 
poetik perspektivin - Tvardovskinin və Yeqor  sayevin gələcək epik axtarışlarının 
—  "Üfüqlərdən  üfüqlərə"  və  "Yaddaşın  məhkəməsi"  üslubunun  ilk  özül  daşlarını 
qoyur. Elmi-texniki inqilabın təbiət əleyhinə çevrilən nəticələrinə qarşı poeziyanın 
böyük  üsyanını  elan  edir.  XX  yüzilin  təbiəti  müdafiə  salnaməsinin  ilk  səhifəsinə
məhz  Səməd  Vurğunun  "Muğan"  poemasındakı  ceyranın  emblemini  həkk  etmək 
lazımdır. 
Daha  sonrakı  poemasında  -  "Zamanın  bayraqdarı"nda  Səməd  Vurğun  sovet 
hakimiyyəti  dövründə  həqiqi  istedadın  həmişə  qarşılaşdığı  böyük  bədii  çətnliyi 
yenidən  və  uğurla  həll  edir:  mühüm  ideoloji  sosial-tarixi  mövzunun  konyunktur 
çərçivədə "adi siyasi təfsir"ini yox, əsl fəlsəfə və poeziya səviyyəsində həllini verir. 
Repressiya dövrünün ən sərbəst sulı o illərdə Vurğun poeziyasından eşidilir: "Qalib 
gələcəkmi  cahanda  kamal!".  Həm  qədim  intibahın,  həm  də  bizimlə  çağdaş  illərin 
bu Hamlet sualnı o, " nsan" dramında əsl bir Tolstoy vüsəti ilə XX yüzilin "Hərb 
və sülh"ü barədə bədii və fəlsəfi düşüncələr əzəməti ilə  yenidən, özü də hamıdan 



Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət

    Ana səhifə