Microsoft Word S?M?D vurgun doc



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə8/43
tarix28.06.2018
ölçüsü1,59 Mb.
#51983
1   ...   4   5   6   7   8   9   10   11   ...   43

36 
Qoyun, quzu bir-birinə qarışar,  
Qulplu qazanlardan qatıqlar daşar.  
Böylə həyat içrə yüzdən cox yaşar  
Zəhmətkeş dəliqanı bizim dağların. 
Bəslədiyi kök quzulardan kəsər,  
Bolluq içrə ömür sürər sərbəsər.  
Boynun əyib çeşmələrdən su içər  
Maralı, ceyranı bizim dağların. 
Xırdaca-xırdaca yağar yağışlar,  
Xəstə Vurğun bu dövranı alqışlar.  
Möhtərəm qarelər
*
 məni bağışlar,  
Cavandır yazanı bizim dağların. 
[1927]
 
                                                           
*
Oxucular 
  


37 
ƏLL ML K 
Müəllimlik - bu bir incə sənətdir,  
Bu yolu hər gedən olmalı incə.  
Saralmaz bir çəmən o göyərincə,  
Həyata pək yaxın bir məhəbbətdir. 
Almanlar etmişdir çox kərə təkrar – 
Mənimdir gələcək... müəllimim var...  
Dinlə vətəndaşım! Belə bir şüar  
Hər qəlbə tac verən bir fəzilətdir. 
Qələlər, zindanlar, qorxunc diləklər,  
Atəşli vicdanlar, çılğın ürəklər,  
Üfqündə məbud
*
 bir boşluq bəklər,  
Baxdım keçmişlərə, bu həqiqətdir... 
Ey göylər suları, sən boşalma, dol!  
Tutduğun çiçəkli, reyhanlı bu yol  
Hər qəlbə sevinclər vəd edər bol-bol...  
Bu günün qayəsi çünki zəhmətdir. 
1927, iyun 
                                                           
*
Məbud sözü burada sonsuzluq mənasında işlənmişdir. 
  


38 
ŞƏ
K  
Dünki
*
 bir lövhə ki, hər səmti viran,  
Dünki bir sinə ki, başdan-başa qan.  
Dünki hicranla, səfalətlə gülən,  
O gülüşlərlə belindən bükülən  
Yeni bir səhnədə cövlan edirəm,  
Sisli, yağmurlu sokaklar

 gedirəm.  
Qəlbi yox, duyğusu yox, şir kimi nər  
Bu yerin dağları hər gün bəzənər.  
Bəzənər, sanki xəyalımla tanış,  
Nə qədər fitri, gözəl bir yaranış  
Ki, dəyişməm onu heç bir gözələ.  
Bir zaman bəlkə də əllərdən ələ  
Düşərək ömür eləmiş zillətlə.  
Ə
ski, pək əski röya, bidətlə

...  
Həələ çaylardakı coşqun cərəyan,  
Bana bir başqa xəyalatı bəyan  
Ediyor. Böylə deyirlər ki, bu gün  
Ucalır göylərə bir şanlı dügün.  
Bən də təbrik edirəm iş bu halı,  
Artacaq yurdumun əlbət cəlalı. 
1927, iyul 
   
                                                           
*
Dünənki, keçmiş mənasında  

Küçələr - çətin, əzablı yollar mənasında  

Etiqad, inam mənasında 


39 
ONDAN DA GÖZƏLD R 
Göylər ki, müləvvən
*
 o şəfəqlərlə bərabər,  
Dəryalara, səhralara min cilvə

 sərasər- 
Ə
rz etmədə, bilməm nə zamandan bəri aləm  
Göylər deyə, göylər deyə çalxandı dəmadəm

.  
Çalxandı nəhayətsiz olan boşluğa əfkar
§
,  
Ə
n sonra təbiətdəki hikmətlərə naçar,  
Məruz olaraq enməyə bir cəbr ilə döndü,  
Min dürlü ziya parladı, min ah ilə söndü.  
Sönmək! O qaranlıq ki, çıxılmaz yolu var, ah!..  
Ömrün sonu ad verdi bu mənalara  
Allah! Allah! O nədir? Məncə təxəyyül cərəyani,  
Görmək dilərəm, varsa görünsün o "əyani".  
Atəş, su, bulud bir zaman Allah idi əlbət,  
Heyhat! Onu məhv etdi xəyalən bəşəriyyət.  
Dönmüş, o da dönmüş və dəyişmiş, bunu bildim,  
ndiysə onun eşqini çirkab ilə sildim,  
Sildim və inanmam ki, bunun hökmü əzəldir,  
Torpaqlara can verməyim ondan da gözəldir. 
1927, iyul 
                                                           
*
Rəngarəng, əlvan bəzənmiş, boyanmış mənasında  

Gözəllik vermək, əlvanlaşdırmaq  

 Daima, həmişə  
§
 Fikirlər 


40 
ORDA... 
Uzaq, bu həyatdan uzaq bir yer var  
Yaşıl dağlarında sərin bir ruzgar.  
Orda nə qəm vardır, nə bəla vardır,  
Desəm inanmazlar, etila
*
 vardır  
Ki, bütün varlığım, həp duyğularım,  
Müxtəlif dərdlərim və qayğılarım  
Orda, o ilahi çöhrədə gülər,  
Qarşımda saraylar, taclar bükülər.  
Həm də bidətlərdən

, dürlü imandan  
Bir əsər görunməz, çünki hər yandan  
Hər qəlbə müsavi

 məşəllər doğar,  
Bütün məsləkləri bir məslək boğar:  
Bu isə yaşamaq, həm yaşatmaqdır,  
Yarınkı dünyaya bu gün çatmaqdır. 
1927, iyul 
                                                           
*
Ucalıq, yüksəklik 

Etıqad, inam  

Bərabər 


41 
SALYAN GÖZƏL  
Mənə hər gün bu yaxın pəncərədən  
Dəli bir gözlə baxırsan, bu nədən?  
Yoxsa qəlbimdəki gizlin əməli  
Bəlkə bilmişsən, a Salyan gözəli!  
ndi bil söyləyirəm mən də açıq,  
Səni görmək dilərəm, yollara çıx!  
Çıx ki, arxanca mən eyvah eləyim,  
Sonra əhvalımı izhar eləyim,  
Sən qərib, mən də qərib... yox yananım, 
                                         dərd qananım... 
Yenə mhum dəli, yurdsuz kələbək
*
  
Kimi izlər sən torpaqda çiçək.  
Mənə dünyada bu cür ənı göyçək,  
Ə
n gözəl qüvvə ki, parlar bədənin,  
Belə derlər ki, xəyalında sənin  
Bir çocuq var... onu at! Ey gözəlim!  
Sənə layiq deyil, əlbət, o çocuq. 
[1927]  
                                                           
*
Kəpənək 
  


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə