Microsoft Word S?M?D vurgun doc



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə10/43
tarix28.06.2018
ölçüsü1,59 Mb.
#51983
1   ...   6   7   8   9   10   11   12   13   ...   43

48 
* * * 
llər, qərinələr keçirsə aləm,  
Yadımda saxlaram hər zaman səni.  
Dərdimi bilməyən varmı bir adəm?  
Bu bir həqiqət ki, sevdi can səni. 
Dün öylə gedirdin ahəstə, rəvan,  
Bulandı su kimi gözlərimdə qan,  
Bir mənim başıma gəlmədi hicran,  
Kim basdı bağrına canhacan səni?.. 
O axşam, röyada gəzişə çıxdım,  
Aramızı vuran bir evi yıxdım...  
Titrəyə-titrəyə əlini sıxdım,  
Baxdım, zəhərləmiş o ilan səni... 
Baxırdın, sevdiyim, sən məlul-məlul,  
Çırpınar, gülərkən sevdalı ilul
*
.  
Bağırdım gülərək... ey ləkəli dul!..  
Məndən başqa sevməz bir insan səni! 
[1927
                                                           
*
yul 
  


49 
SƏNƏ
Düyünlü dağları kökündən vuran  
Ə
mək cəbhəsində “amansız”
*
 duran,  
Ə
qrəbli çöllərdə bağ-bostan quran,  
Zəhməti güldürən sənət olacaq. 
Azəri yurdunun zəhmətkeş oğlu,  
Ürəyi sevinclə, ümidlə dolu,  
Çəlikdən

 duruşu, dəmirdən qolu,  
Zəhməti güldürən sənət olacaq. 
Ey göylər suları, sən boşalma, dol!  
Tutduğun çiçəkli, reyhanlı bu yol,  
Hər qəlbə sevinclər vəd edər bol-bol,  
Zəhməti güldürən sənət olacaq! 
[1927
                                                           
*
Möhkəm dayanmaq mənasında   

Polad kimi möhkəm 


50 
D LCAN DƏRƏS  
Yenə gördüm səni, Dilcan dərəsi,  
Yadıma çox köhnə zamanlar gəlir.  
Ömür dedikləri bir karvan yolu,  
Nə canlar gedərək, nə canlar gəlir. 
Fələklər yaratmış bu yeri cənnət – 
Desəm, çox münasib həqqindir əlbət.  
Səndə var doğruluq, var səmimiyyət,  
O ibrət bağrına loğmanlar gəlir. 
Yazda gülümsərkən bütün kainat,  
Sən də bəzənərsən açarsan qanad; 
……………………………… 
Hər axşam səcdənə dumanlar gəlir. 
Qaşlar yarılanda günün telindən,  
Ə
mərsən dağların qarlı selindən.  
Sənə qonşu olan Qazax elindən  
Vəfalı, vəfasız mehmanlar gəlir. 
Yüksələr tar səsi hər eyvanından,  
Quşlar qanad salar keçsə yanından.  
Daşlar boyanmışdı bir gün qanından,  
Xəyalına qara dövranlar gəlir... 
1927 
  


51 
HAZIR OLUNUZ! 
Önümdə tufan var, hazır olunuz,  
gid Qafqazımın köhlən atları!  
Poladdan möhkəmdir sizin qolunuz,  
Quraq tərkinizdə pulemyotları! 
Çılğın dühalar ki, hökm edər Qərbə,  
Səbəb olacaqdır bir geniş hərbə  
Ə
minəm, vurduğum bu sonku zərbə  
Ə
yəcək yüksələn o qanadları!.. 
Ə
yəcək bilirəm, məndədir qüvvət,  
Biriikdə can bulur hər qərib niyyət.  
Ey cəbini
*
 Qərbin, sizdəsə əlbət  
Hikmətin ən qorxunc aparatları. 
Məndə də möhtəşəm, əlçatmaz vüqar,  
Yediyi buz həmən, içdiyi də qar,  
Sağlam bir ölkənin möhkəm fikri var.  
Yarılsın nərəmdən dağın qatları!.. 
1927  
  
                                                           
*
Müti, boyun əyən, qorxaq mənasında 
  


52 
UNUT... 
Unut, dedim, unut! Gətirmə yada,  
Bir daha dünyada sən, ey səs, məni!  
Sevdanın uğursuz o yollarında  
Daş-qalaq eylədi hər bir kəs məni. 
Çəmənlər, bağçalar, bağlar sarmsa,  
Fəzalar dönərək sular qararsa  
Hər şeyi bir ölüm qorxusu sarsa,  
Ə
yilməm bir daha... bir həvəs məni  
Hər dürlü matəmdən, qəmdən uçurdu  
Xəstə xatirimdə bir həyat qurdu.  
Tərk etdim o Qazax adlanan yurdu,  
Orda zəhərlədi bir nəfəs məni. 
Qoy gülsün taleyim, gülsün həyatım,  
Silinsin əskimiş hər xatiratım.  
Baxdım ki, bu yeni-yeni ayatım
*
  
Deyir sıxmayacaq bir qəfəs məni. 
1927 
ÇƏK L... 
Çəkil, çəkil artıq yoruldum, bıqdım

,  
Yanarsan, çox yaxın durma, ahımdan.  
Bir gün mən başqa bir dünyaya çıxdım  
O əski, pək əsk qərargahımdan.  
Bax, bu seyr etdiyim işçinin yurdu  
O bədbin qəlbimə çox ağır vurdu.  
Ş
ikayətçi idim bəlkə xilqətdən,  
Bu gün qüvvət aldım mən təbiətdən,  
Bəlalar tanrısı o məhəbbətdən,  
Çəkindim və döndüm qibləgahımdan... 
1927 
                                                           
*
Yeni yazdıqlarını, fikirlərini, düşüncələrini nəzərdə tutur.  

Yoruldum, bezdim 


53 
Ə
Y LMƏ
Həyat! O çox zaman görünür iyrənc,  
Bu səhnədə min bir qanlı pərdə var  
Sən bu çətinliyə düşsən də, ey gənc,  
çində saxlanan qüdrətə yalvar! 
Zaman! O amansız, qatil bir düşkün  
Bəzən dünyaları döyər şiddətlə.  
Səni də məhv etmək istərsə bir gün,  
Hər şeyə qarşı çıx, həm də cürətlə. 
Cürət! Odur bizi güldürən hər an,  
Cürətsiz bir həyat məhv olur, inan.  
ş
tə bu düsturu öyrənib də sən,  
Ə
r oğlu ər kimi tab et bəlayə. 
Mən bu sözlərimlə nə dedim bil sən,  
Çırpın üfüqlərə, uç etilayə!  
Ey gənc! Səadəti bir xəyal bilmə,  
Nə olursa-olsun, yalnız əyilmə! 
[1927
  


54 
ADSIZ ŞE R 
Mən o sevdalı qızın,  
O qanadlı yıldızın  
Hər halını sevərkən,  
Bu bəlaya pək erkən  
Düşməyimi bilmədim.  
O zamandan gülmədim.  
tginəm, aranamadım.  
Mən buna yaranmadım.  
Unut sən də gözəl qız!  
Mənə dünyada yalnız,  
Yalnız qaldı kölgələr,  
Qarlı, buzlu ölkələr...  
Hey gedirəm durmadan,  
Bir yuvacıq qurmadan,  
Səbəb nədir bu işə?  
Bu sərsəri gedişə... 
1927, sentyabr 
QADIN 
Qadın! O sevimli, süslü bir sona,  
Mən əsirəm, əlbət, əsirəm ona.  
O bəzən bir mələk, bəzən iblisdir,  
Çünki başdan-başa zövqdür, hissdir;  
Onda sevinclər var, iztirablar var.  
Bütün mənasilə etila, vüqar  
Həp ondan, qadindan, o gözəldəndir,  
Bu bır yeni deyil, bu əzəldəndir. 
1927, noyabr 
  


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə