Microsoft Word S?M?D vurgun doc



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə11/43
tarix28.06.2018
ölçüsü1,59 Mb.
#51983
1   ...   7   8   9   10   11   12   13   14   ...   43

55 
* * * 
Bir qəlb ki, çalxalanar, hər zaman coşar,  
Tufanlar keçirən dəryaya bənzər.  
Qafqazda çırpınar, Altaya qoşar,  
Dağlardan atılan bir yaya bənzər. 
Of... bu yerlər yazıq ruhuma dardır,  
Kəsilmiş yollarım dumandır qardır.  
Vaxta ki, bu hüdud, bu sərhəd vardır,  
Ömür dedikləri röyaya bənzər. 
Sən ey mərhəmətsiz, duyğusuz, casus!  
Ey sərvət dünyası, sən sürün, sən sus!  
Bəşər qardaşlığı tərk etmiş, əfsus!  
Hər əməl dumanlı xülyaya bənzər. 
1927, 2dekabr 
ANDIM 
Mən and içmişəm ki, bir də qələmim  
Gözəllərdən ilham almayacaqdır.  
Peymanını pozan xəyal həmdəmim  
Dərgahıma sayə salmayacaqdır. 
Keçindim nə yaman dərdi-hal ilə,  
Bir qara üzlü, ah, ideal ilə...  
Açılmaz ürəyim hər vüsal ilə;  
Onlardan yadigar qalmayacaqdır. 
Hesablaşmaq istər könül xilqətlə,  
Bir sevdiyim deyil, hər təbiətlə;  
Gülsəm, güləcəyəm, əbədiyyətlə,  
Sazım gəldi-gedər çalmayacaqdır. 
1928, 7 yanvar 
  


56 
BAYRAM QABAĞ
Mayıs' üçün 
Gənclər! Bu gün sizi ülvi, ziqiymət
*
,  
Bir gün qarşısında görürəm əlbət  
Həyata can verən bu qızıl sancaq

,  
Hörmətə şayestə

, layiqdir ancaq. 
Ey gənc! Unutma ki, hər səadəti,  
Uğursuz bir qüvvə güdər, eşit ha!  
ş
tə həyatın bu sərsəm adəti,  
Tarixə kölgələr əks edər hala?! 
Ə
vət zəman-zəman bu düsturi bən,  
Düşündükcə bəza
§
 qalıram məyus.  
Vəqta bu acizlik çox da sürmədən,  
Önümdə səslənir bu günə məxsus.  
Ə
vət o... o böyük, o cəsur heykəl,  
Diyor mətanəti gəl bəndən öyrən. 
Oxuyum, öyrənin o dühayi siz,  
Odur quranımız, odur ayəmiz.  
Gənclər! Alovlardan xəlq olunduq biz,  
Yaşamaq, yaşamaq, budur qayəmiz. 
1928 
  
                                                           
*
May 

 Qiymətli, əlamətdar –  

 Qiymətli, əlamətdar –  
§
 Bayraq 


57 
HƏYATA DOĞRU... 
Yetər! Yetər artıq boş əyləncələr,  
Can almaq vaxtıdır bu gün xilqətdən...  
Günəşli gündüzlər, aylı gecələr,  
Bir ağızla deyir: yaz təbiətdən! 
Yetər telli sazlar, şikəstə "ney"lər,  
Bu nalələr bizi dağıdar, eylər.  
Yetər, zənn edirəm xəyali şeylər,  
Bir az da bəhs edək biz maddiyyatdan. 
Uyduq əzəl gündən hər xəyala biz,  
Buludlarda söndü hissiyyatımız...  
Boğuldu dərdlərlə kainatımız,  
Qayə bunlarmıdır incəsənətdən? 
Yetər vaxt itirmək təranələrlə,  
Yetər oda yanmaq pərvanələrlə,  
Həyat geri qaldı əfsanələrlə,  
Uzaqlaşmalıyıq hər təriqətdən. 
Gəlin! Gəlin bu gün fürsət əldəykən,  
Qanlı dəryalara göndərək yelkən...  
Sən, ey dünyasından əlini çəkən!  
Nə tapdın o sonsuz göyə xidmətdən? 
Zavallı! Bir dön də ətrafına bax!  
Bir bax ki, gecələr nə qədər parlaq!  
Qaranlıq qəlbində sən dəxi od yax,  
Günəşli gündüzlər doğar zülmətdən. 
1928 
  


58 
QAFQAZ 
Bilsin axtaranım, tanışım, dostum,  
Eşitsin dənizlər, qaralar
*
 məni  
Adım çəkiləli qan, irin qusdum.  
Çox incitdi mübhəm yaralar məni. 
Gələli dünyaya Məhəmməd,  sa,  
Qırdı qardaşlığın şah damarını  
Onların qoyduğu məscid, kəlisa  
Hələ də sormada xaiqın varını. 
Ə
yildim şahlara, xanlara xeyli  
Vuran vurmayana "Sən də vur" dedi.  
Ölüm pəncəsində yaşamaq meyli  
Cəlladlara qızdı "Bir az dur" dedi. 
Ə
sdi zərbələrlə duyğusuz ruzgar  
Dedim "Qara günün, ağ günü" də var.  
Artıq aradığım o gün doğalı,  
Dillərdə nəğmə var, sularda lalə, 
Qoynumda dost əli mehman olalı  
Zümrüd yamacların bitirdi lalə.  
Haqqın, ədalətin dönməyən qolu  
Açdı hər qapıya bağlanan yolu 
[1928
                                                           
*
 Quru, torpaq, insanlar mənasında 
  


59 
Ş
ER M 
Hörmətli əmizadəm  brahimə 
Sən nəsən? Hər zaman, hər an çalxanan,  
Bu darğın qəlbimin həyəcanısan.  
Artıq unudulmuş keçən günlərin  
Gözümdə canlanan son nişanısan. 
ncəlik hər qəlbi qəhr edər gerçək!  
Gəl bu əninindən
*
, ahından əl çək.  
Sən ey yazıq şerim, ey solğun çiçək  
Matəm dəryasısan dərd ümmanısan. 
1928, 31 may 
ACI GÜLÜŞLƏ
Sən ey altun qəfəslərdə xumarlanan, süzulən,  
Bilirmisən hüsnünlə hankı qəlbdir üzülən?  
O qəlbdir ki, həyatında min bir acı yemişdir,  
Ə
zəl gündən gəncliyini sənə qurban demişdir.  
O qəlbdir ki, yetimlikdə, yoxsulluqda boğuldu,  
Təbiətin ən qarışıq bir günündə doğuldu...  
ş
tə, məni qəhr edirkən bu sayğisız səfalət,  
Vurulduğum o gözlərdə mən axtardım səadət  
Fəqət, sən ey zənginlərin, böyüklərin yavrusu,  
Dünyalara hakim olan bir şairin qayğusu  
Ə
sdi qara yellər kimi, gəlib keçdi yanından,  
Mən doymaram ovuc-ovuc içsəm belə qanından...  
Özün gəl, ey sevdiciyim, özün çıx meydanıma.  
Ya qanına mən boyanım, ya sən boyan qanıma... 
1928, 31 may 
  
                                                           
*
 
Dərd
 


60 
* * * 
Bir yaz sabahının ilk əzanıydı,  
Süzüldü gözlərim xumarlanaraq.  
Xilqətin mənalı bir zamanıydı,  
Sular səslənirdi dalğalanaraq. 
Açdım önümdəki bir pəncərəni,  
Adamı şiddətlə döydü küləklər.  
Mən seyrə dalırkən dağı, dərəni,  
Uzaqdan gülürdü güllər, çiçəklər. 
Ağarırkən göyün siyah kəfəni,  
Bu gün bir coşqunluq vardı qanımda.  
Mən əski qəlb ilə anaraq səni,  
Demişdim: "Ah, Əkrəm olsan yanımda!" 
1928, 1 sentyabr 
  


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə