Microsoft Word S?M?D vurgun doc



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə12/43
tarix28.06.2018
ölçüsü1,59 Mb.
#51983
1   ...   8   9   10   11   12   13   14   15   ...   43

61 
* * * 
Çəkdiyim ağrılar bir yana dursun,  
nsafı, mürvəti sən atmadınmı?  
Mən sənə yar desəm dilim qurusun,  
Yarı, məhəbbəti sən satmadınmı? 
Qırdın qanadımı, qırdın qolumu,  
tirdin qəlbini, azdın yolunu.  
Tərlan xəyalımı, laçın könlümü  
Aldadıb-aldadıb oynatmadınmı? 
Vurğunun ahları yüksəlir göyə,  
Sormadın bu sirri, sormadın niyə?  
Dünyada bir şöhrət, bir altun deyə  
Ş
ahmarın qoynunda sən yatmadınmı? 
1928, 20 oktyabr 
  


62 
ş
çi 
Ə
yilsin səcdənə yıldızlar, aylar,  
Sənsən dünyaların fəxri, şöhrəti.  
Qarşında diz çökdü "Şanlı saraylar".  
Çünki qollarının vardır qüvvəti! 
Mən səni çox zaman gördüm əzilən,  
Ummadın kimsədən imdad, mərhəmət,  
Sən ey dost bağçası, sən ey dərd bilən!  
Sən öz qüdrətinə sığındın əvət! 
O günkü keçmişin məşəli söndü,  
Bir yeni kainat çıxdı qarşına.  
O qara qüvvələr xəyala döndü,  
Beş guşəli yıldız taxdın başına. 
Uzaqdan çınladı əmək səsləri,  
Sən də dayanmadan dedin: -  ləri. 
1928 
  


63 
* * * 
Ey uzaq göylərin yaxın elçisi!  
Şə
rqi təmsil edər mənəviyyatın.  
Rəngi-ruyimə bax, soldurdu məni  
Ş
übhələrlə dolu bir çox ayatın
*

Sən dedin ki, ruhum, fikrim azadə,  
Üfüqlər yolçusu dəli bir quşdur.  
O sağır göyləra açdığın cadə

  
Zəif qanadlarçün, bil ki, yoxuşdur. 
Məncə, istəklərin olsaydı burda,  
Qapanardı sənə göylərin yolu;  
Açiq bir nəzərlə baxsan hər yurda  
Qanlı bir xəncərdir bəşərin qolu... 
Böylə bir tarixdə öylə bir dünya  
Bilməm ki, şairim, mümkünmü qurmaq?  
Məndə də bir zaman vardı o röya,  
Uzaq kəhkəşanda qavallar vurmaq. 
1928 
                                                           
*
 
Ayələrin, burada düşündüklərin, dediklərin mənasında.   

 Geniş, böyük yol 


64 
ÖMRÜN PƏŞAN GÜNLƏR  
Açılıb gülsün, əzizim, hər çəmən, hər laləzar,  
Solmasın, yavrum, a Leyla, novbaharın gülləri. 
Ş
erimin qəlbi qədər qoy saf olub gülsün həyat,  
Oxşasın hər ruhu, qəlbi gülşənim bülbülləri. 
Özgə bir aləm olub hökm eyləsin hər ürəyə,  
Ellərin məsum həyatı, çöllərin sünbülləri. 
Nə rəvadır bir qızın fikriylə məhv olsun bəşər!  
Qıyma boğsun Vurğunu ömrün pərişan günləri. 
1928 
NG L S 
Bilirəm hər qəlbin mən iç üzünü,  
Bir çoxu fitnəli, həm böhtanlıdır  
Yenə qan içməyə dikib gözünü  
O yer ki, krallı və soltanlıdır. 
Qərbin üfüqündə bir bulud gəzər,  
Ə
qrəbə, əfiyə, ilana bənzər.  
Uzaq Şərq elinə qılsanız nəzər,  
Könüllər zədəli və hicranlıdır. 
Anlamaz cahanda nə vicdan, nə hiss  
O, insan donunda qocaman iblis.  
Çox da öyünməsin xain ingilis,  
Mənim aslan könlüm dəliqanlıdır. 
1928 


65 
UZAQLARA DOĞRU 
Arkadaş, deyirlər Əfqanda, Çində
nsanlar boğulur qanlar içində. 
Yenə də hökm edir xain istismar, 
Ağrıyan başların bəlaları var. 
Hər gün yeni bir dərd, yeni bir ələm, 
Qartal pəncələrdə qəhr olur aləm. 
Qəhr olur insanlıq, qəhr olur insan. 
Get-gedə tərk olur, alçalır vicdan; 
Həm də, gözdən iraq, gəlinlər qızlar 
Ə
lləri qoynunda zarıyar, sızlar; 
Sızlar qoca Şərqin məhkum yavrusı 
Çoxunun bir parça əkmək
*
 qayğusu 
O qarlı dağlara kim açacaq yol? 
Komsomol ... komsomol ... yalnız komsomol... 
1928 
  
                                                           
*
 
Çörək
 


66 
Ş
E R 
O axşam gəldim sizə,  
Nə hörmət etdin bizə?  
Bir durarıq diz-dizə,  
Qanında yox hərarət. 
Eşqimi qanmadınız,  
Heç də inanmadınız;  
Neçin utanmadınız?  
Heç satılırmı afət? 
Bir şairəm yaralı,  
Sevdiyimdən aralı;  
Siz satdınız maralı,  
Mən çəkirəm xəcalət. 
Dağlardakı saf suyam,  
Eşqimin yolçusuyam.  
Demirəm ki, qoçuyam,  
Yerində dur farağat! 
1928 


67 
* * * 
Bilməm nə xəyal ilə oyandım yenə erkən;  
Bir quş ki, uça düzlərə, səhralara azad  
Axşamları öz yurduna həsrətlə dönərkən,  
Çırpınmağa başlar yenə ruhumdakı fəryad. 
Qafqaz! O xəyal şahpəri röyama gələrkən 
Bir səs mənə qalx, qalx, - deyə qəmlərdə gülümsər... 
Yalqız quzu madər
*
 deyə ağlar və mələrkən 
Bir pəncə əzər qəhr ilə vicdanımı yeksər. 
Ə
lbət məni, təqib edəcəklər ki, bu fəryad  
Bədbinlərə məxsus, bizi şad etməyəcəkdir.  
Eyvah ki, min pəncədən olsam da həp azad  
Məndən o vətən zövqü uzaq getməyəcəkdir. 
[1928
                                                           
*
 
Ana
 


68 
* * * 
Həyat dedikiəri şübhəli bir şey,  
Ölümsə şübhədən çıxmaq deməkdir.  
Bu qəmgin təranə... bu kədərli ney  
Varlığı heçlikdə boğub yeməkdir... 
Mən də yolçusuydum bir zaman, əlbət,  
Bu köhnə dünyanın, fəqət nə gördüm?  
Hər gülən dodaqda bir qəmü həsrət,  
O qızın saçından mən ilham hördüm. 
Ə
sdi qara yellər, qanadı dizim,  
Gəncliyim tükənməz məlala düşdü.  
Mən bir karvanam ki, qalmadı izim,  
Ömrümün ilk günü zavala düşdü. 
[1928]  
BAHAR ŞƏRQ S  
Körpələrə 
Günəş doğdu, yayıldı,  
Yatan ellər ayıldi.  
Açdı çiçəkli güllər,  
Dilə gəldi bülbüllər.  
Qar, çovğun gözdən itdi,  
Dağlarda lalə bitdi.  
Qanadlandı buludlar;  
Yerdəki əlvan otlar  
Cücərib boy atdılar,  
Aləmə naz satdılar.  
Artdı suların səsi,  
Sevindirdi hər kəsi. 
1928 
  


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə