Microsoft Word S?M?D vurgun doc



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə15/43
tarix28.06.2018
ölçüsü1,59 Mb.
#51983
1   ...   11   12   13   14   15   16   17   18   ...   43

82 
DOSTLAR XƏBƏR  
Bir xəbər almışam dostlar əlindən:  
Əğ
yarın başına dünya dar olub.  
Gedibdir əlindan hər ixtiyarı,  
Pozulub şövkəti tarımar olub. 
Mən demişdim ona: eşit, ey insan!  
Qalmayacaq sənə sürdüyün dövran.  
Bilir Azərbaycan, bilir Dağıstan,  
Dərdim el içində bir şüar olub. 
Arif ol, ey Vurğun, uyma şöhrətə,  
Alışdır özünü barı möhnətə;  
Bir bax tarixlərə, bax təbiətə  
Ağ günlərin sonu ahu-zar olub. 
Artıq bu sözlərin nə mənası var?  
Başımda bir köhnə qəm havası var.  
Onun Vurğun kimi mübtəlası var,  
Bir baxın ki, gedib kimə yar olub?.. 
1929, 16 sentyabr 
  


83 
ÖLÜMÜN MƏHKƏMƏS  
Soyuq bir qış axşamında süzərək kainatı,  
O, mənalı baxışlarla tərk elədi həyatı...  
Acımadan gəncliyinə parlaq əməllərinə,  
Həyatmı qurban verdi öz qatil əllərinə.  
Sayğısız bu yaramazlıq, ömrün bu iyrəncliyi  
Gələcək günlər eşqinə düşündürdü gəncliyi; 
B i r i n c i  s ə s 
O bizim kəndliydi, ta çocuqluqdan  
Birlikdə çalışar, əkin əkərdik;  
Yaşıl yamaclarda, dağlar başında  
Bir deyib, bir gülüb ləzzət çəkərdik. 
Uğursuz bir gündə acı bir külək  
Dağları, daşları bir yerə qatdı;  
O soyuq ruzgardan xəstələnərək,  
Yazıq il yanından ziyadə yatdı. 
O gündən bəridir təbiətində,  
Doğrusu, düşkünlük ağırlıq vardı;  
Seyrək eşitdiyim hər söhbətində  
Ölüm düşünərdi, ölmək arardı. 
 k i n c i  s ə s 
O çox mütəfəkkir, çox xəyalpərvər,  
Həyata, hər şeyə biganə idi.  
Görüb düyduğumu söyləsəm əgər,  
Bəlkə bir sayğısız divanə idi.  
Ömründə bir dəfə gülməzdi üzü,  
Çünki dumanlıydı düşüncələri.  
O bir qarşılardı gecə-günduzü  
Dadlı xəyallara uyandan bəri ... 
  


84 
Ü ç ü n c ü  s ə s 
Ə
srin geniş addımları sürət tapandan bəri  
Çoxlarına çətin gəlir mübarizə günləri;  
Axan sellər qarşısında aciz, miskin qalırlar.  
Sonra sonsuz bir heçlikdən dönüb "ilham" alırlar. 
Həyatı bir kölgə kimi, röya kimi duyanlar,  
Çətinlikdən çəkinib də hər xəyala uyanlar  
Yeniliklər dünyasına yummaq istər gözünü,  
Anlamaz ki, bu gedişlə o aldadır özünü ... 
1929 
  


85 
ÇÖRƏK DOSTU 
      Bir az yeyər, içər keyfi durular, 
açılar rəngi,  
Sonra sərməst olub, qızar gözləri. 
Onun sözləri  
O qədər mənalı olur ki, inan, 
Hər duyan insan  
Fəxr edər bəşərin bu övladilə,  
O da insanlığın böyük adilə, 
Bizi alqışlar, 
nitqlər başlar: 
" çək bu bakalı o sağlığa ki,  
Xəyalı yüksəkdir, qəlbi ləkəsiz,  
Ə
yilməz bir kəsə qalsa əkməksiz
*
".  
Yazıq üzülüncə meyxanalardan  
Büsbütün dəyişər, dönər ahəngi, 
açılmaz rəngi... 
Təəccüb gəlməsin sizlərə bu iş,  
Onu danışdıran meyxana imiş. 
[1929
                                                           
*
 
Çörəksiz 


86 
VƏTƏN HƏSRƏT  
Elindən, günündən ayrılan könül,  
Arabir vaxt tapıb ağlasın gərək.  
Ə
ziz kimsələri qırılmış kimi,  
Yas tutub qaralar bağlasın gərək. 
Demirəm incidib üzsün özünü,  
Ə
l üzüb dünyadan yumsun gözünü.  
Nə qədər olsa da Vətən sözünü,  
Duysun ürəyində, anlasın gərək. 
Bir şikəstə neyəm, bir qırıq kaman,  
Görmədim bir bəla-həsrətdən yaman,  
Vurğun ellər deyib ağlar hər zaman,  
Onun qaydasıdır, ağlasın gərək. 
1929 
  


87 
SƏF L QADIN 
Oxuyun! 
     Oxuyun şerimin 
sizə bağışladığı həyat səhnəsini,  
Oxuyun onun 
xəyala hökm edən odlu səsini.  
Mən söylədiyim, 
söyləmək istədiyim bu səhnə
köhnə, pək köhnə  
Fahişələr yurdundan bir nümunədir,  
O nədir?  
Ağarmış saçında qarlı qışların, 
boranlı giinlərin kölgəsi yaşar  
Ölgün gözləri göylərlə qucaqlaşar.  
Çünki yerdən, 
yerdəki cinayətdən, 
hər qanundan, hər adətdən,  
Yemiş dönə-dönə və diksinmişdir.  
Kinli gözlərdən uzaq, 
   pək uzaq bir küncə sinmişdir.  
Ey qadın!  
Ey ana!  
Bu gün sana  
soyuq baxan gözlər daşamı döndü'? 
          Yoxsa gözlərinə çirkinmi göründü?  
Dedilər sən böylə deyildin əzəl,  
Çiçəklərdən təmiz, güllərdən gözəl.  
Bəlkə də arxanca titrəyib qoşan  
illərin yorğunu bir könül varmış.  
Fəqət indi? 
Belin bükülmüş,  
saçın ağarmış,  
Nə dərdini bilən var,  
nə üzünə gülən var! 
[1929
  


88 
NQ LAB YURDU 
Dedilər hər sabah, hər axşam yenə  
Baxırsan yollara həsrətli gözlə...  
Mən də az anmıram o günləri ki,  
Alardın könlümü bir şirin sözlə. 
Söylə, yadındamı o zaman ki, mən  
Ə
lvida söylədim tanışlarıma;  
Duydum ki, inlədin, sızladın qəlbən,  
Dönüb göz gəzdirdin baxışlarıma... 
O gündən bəridir heç görüşmədik,  
Mümkünmü duymamaq keçən günləri?  
Nə bir danışmadıq, nə gülüşmədik  
Ayrılıq hökmünü verəndən bəri. 
Get, - deyirdi mənə o baxışların,  
Hicran günlərinin ömrü az olar.  
Qaydadır, boranlı, qarlı qışların  
Sonunda çiçəkli, güllü yaz olar. 
O sözün ağlımı yığdı başıma,  
Unutdum hər eşqi, unutdum yarı;  
Bir yeni kainat çıxdı qarşıma  
Öpürkən alnımı şimal ruzgarı! 
Başqadır burada həyat, hərəkət,  
Yazamam günlərin bu sürətini,  
Dünya dəyişmişdir, dönmüşdür əvət!  
Torpaqdan almışdır öz qüdrətini... 
Bu yerdə nə hicran, nə qayğı, nə qəm,  
Nə Sənan eşqi var, nə də intizar;  
Böyük fikirlərlə məşğuldur aləm,  
Bəşərin ölməyən dühaları var!.. 
  


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə