Microsoft Word S?M?D vurgun doc



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə23/43
tarix28.06.2018
ölçüsü1,59 Mb.
#51983
1   ...   19   20   21   22   23   24   25   26   ...   43

135 
* * * 
Sən ey varlığında sənət yaşayan,  
O sarı simlərin ustası yoldaş!  
Ə
gər mənliyini sevməsə insan,  
Onun bu dünyada mənası bir daş...  
Bəlkə də bir tozdur... onu küləklər  
stədiyi səmtə alıb sürüklər.  
Ölüb gedənlərin yasını burax,  
Anla ki, hər zaman axır bu həyat  
Daşqın sular kimi, gəncliyə bir bax!  
Fikrində, hissində inqilab yarat,  
Anla ki, hər zaman axır bu həyat! 
1932 


136 
YOLDAŞ KOMANDAN 
Bu gün dünya boyu bir axın var ki,  
nsanlar ayrılmış iki cəbhəyə.  
Avropa, meydanın o qədər dar ki,  
Ömrün tükənəcək "vay" deyə-deyə 
Bilirik, tülküdən daha qurnazsan
*
.  
Dilində "qardaşlıq", əlində silah;  
Yüz barışdırıcı kitab da yazsan,  
Tutqun üfüqlərdə açılmaz sabah. 
Bəsdir aldatdığın tarix boyunca  
ş
ləyib, yorulub ac yatanları;  
Yalan vədləri gördük doyunca,  
Gördük o gizlindən ox atanları... 
Sübutmu? Kitayın bu günkü halı,  
Yerindən danışan bədənsiz başlar...  
Qayalar qoynunda qəlbi yaralı,  
Zəhərdən gicəlib gülən qardaşlar... 
Biz az döyüşmədik, qoca dünyada,  
Qorxub çəkinmədik isti qanlardan.  
Atımız ölüncə, getdik piyada,  
Çıxdıq o qarışıq imtahanlardan. 
Sibir düzlərində, Türkmən çölündə  
Açıldı qolların dəmir bağları.  
Nevada, Volqada, Baykal gölündə,  
Sahillər boyunca qovduq ağları. 
Ş
erim olacaqdır iti süngülər  
Sinəmi səngərə verdiyim zaman.  
O gün cəbhədəki hər qızıl əsgər  
Səsləyəcək məni - "Yoldaş komandan!" 
1932 
                                                           
*
 
Hiyləgər 


137 
  
XAVƏR ÜÇÜN 
Karanlıklar çökürkən pəncərəmdə hər axşam,  
Parlar, gülər ruhimə gözlərində yanan şam.  
O şam ki, bir günəşdən daha parlak işıldar.  
Onda şair qəlbinin başqa bir arzusu var... 
Həyat, ölüm, səadət, 
Göz yaşları, fəlakət. 
Bütün bunlar canlanır xəyalımın önündə,  
Və ömrümün bəxtiyar olacağı bir gündə. 
Mən sənə bağlıyam bax! 
Səni görməzdən qabaq.  
Bu dünyada başımdan nələr keçdi, gözəlim,  
Gəl unutdur dərdimi, gəl bərabər gözəlim.  
yrənmişəm həyatın başı soyuqluğundan,  
Yorğunam sevdiciyim nəşə, kef yoxluğundan  
Gəl avla könlümü sən, inanmışam sözünə,  
Bəzən sadə və yoxsul görünsəm də gözünə.  
Bəni əfv et eşq üçün, bütün bunlar düzələr,  
ki gəncin payına yalnız səadət gələr. 
1932, fevral 
  


138 
SEVG L M XAVƏRƏ
Sınamışam dönə-dönə bu dünyada baxtımı,  
Heç ömrümdə məna karşı doğru bir göz baxdımı?  
Ə
gər sən də vəfasızlıq və xəyanət göstərsən,  
Olacaqsan gözlərimdə qiymətsiz pul kimi sən.  
Açıq danış, açıq boylan örtülü pərdələrdən,  
Ş
übhə doğar, çox görmüşəm insanlarda bunu mən.  
Yaraşırmı sənə, Xavər, ikiüzlü yaşamak?  
Sonra məni uçurarsan... bir aya bak, günə bak.  
Ləkəsiz ol onlar kimi, bu yaraşır adma,  
Vəfasızlıq və xəyanət səfalətdir kadına.  
Varsın, məni okşamasın gözəllərin kılığı  
Neyləyirəm bir aşkı ki, onun var ayrılığı?  
Gülür günəş, gülür həyat, bu gülüşdə həyat var,  
Sənin görə bilmədiyin özgə bir kainat var.  
Uçurumlar, kayalıklar korkutmayır kəlbimi,  
Dayanmışam dənizlərdə, dalğalarda dağ kimi.  
Tufan kopsun, yellər əssin, oynamaram yerimdən,  
Poladlardan kurulmuşam, əyilmərəm insana mən. 
1932 
  


139 
BAHAR 
Mən səni gördükcə gözlərim yanır,  
Sən ey gəncliyimin güzgüsü bahar!  
Uçan buludların bəzən dayanır,  
Yoxsa söyləyəcək bir sözünmü var?  
Sən ey gəncliyimin güzgüsü bahar! 
Özün bilirsən ki, xeyli zamandır  
Çiçəkli düzlərə qanad gərmədim.  
Kim deyər gəncliyim haman, hamandır – 
Mən keçən günlərə yol göstərmədim;  
Çiçəkli düzlərə qanad gərmədim. 
Bahar! Gəl demə ki, qanım soyuqdur,  
Mənim də qəlbimdə əməllərim var...  
Kim deyir, sevginin mənası yoxdur?  
Gözlə, qırılmasın ortada ilqar,  
Mənim də qəlbimdə əməllərim var... 
Qoy deyim onlari, eşit, sən də bil;  
Bil ki, hər əməlim bir kainatdır.  
Səsimə səs versin bağçada bülbül;  
Cahanda ən gözəl, məncə, həyatdır,  
Bil ki, hər əməlim bir kainatdır... 
1932 
  


140 
KOMSOMOL MARŞ
Bir yeni qüvvətlə sıçradıqca sən  
Baxır qüdrətinə sevinir Vətən.  
Dağlar da səslənir, daşlar da birdən:  
Hücuma tanklarla keçir komsomol,  
Təbiət, təslim ol! Düşmən, təslim ol! 
Qorxub çəkinmədik ölümdən, qandan,  
Çıxdıq illər boyu çox imtahandan,  
Dağı dağ üstünə qaldırır insan.  
Hücuma tanklarla keçir komsomol,  
Bir-iki, bir-iki, bir-iki... Sol! Sol! 
Daiğalan, bayrağım, qayna, dalğalan!  
gidlər qanıdır rəngindəki qan...  
Sabahın qoynunda borular çalan  
Hücuma tanklarla keçir komsomol,  
Təbiət təslim ol! Düşmən, təslim ol! 
Kimdir addımını sağdan atanlar?  
Yürüş ahəngini pozub qatanlar?  
Yerlərin göylərə işarəsi var:  
Hücuma tanklarla keçir komsomol,  
Bir-iki, bir-iki... bir-iki... Sol! Sol! 
Atın güllələri, yayılsın göyə.  
Azğın ürəklərə budur hədiyyə!  
Dünyada qan izi kəsilsin deyə  
Hücuma tanklarla keçir komsomol  
Təbiət, təslim ol! Düşmən, təslim ol! 
1932 
  


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə