Microsoft Word S?M?D vurgun doc



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə31/43
tarix28.06.2018
ölçüsü1,59 Mb.
#51983
1   ...   27   28   29   30   31   32   33   34   ...   43

181 
Qoyunlar, quzular düzdə, bələndə
*
,  
Səs-səsə verişib, mər-mər mələrmiş.  
Qapıya bir əziz qonaq gələndə,  
Xınalı erkəklər qurban gələrmiş. 
Deyirlər, qocalar, düşkün qarılar  
Qaranlıq damlara doldurularmış.  
Acından quruyub, ölərmiş onlar  
nsanın nə yaman adəti varmış. 
Sonra cəsədləri atıb çöllərə,  
Didib dağıdarmış qurdlar və quşlar.  
Tarix bir karvandır, həyat bir dəvə,  
Bir əfsanə gəlir bizə olmuşlar. 
Dillənin, ey sönmüş atəşgədələr!  
Odlara yandımı dağlar gözəli?  
Tarix, de başından keçmişdir nələr?  
Nələr törətməmiş insanın əli? 
Ey böyük bəşərin çocuqluq yaşı,  
Nə çirkin, nə gülünc bir keçmişin var!  
Atəşlər aşiqi Zərdüştün başı  
Qalmış əsrlərdən bizə yadigar. 
[1935] 
                                                           
*
 
Çöldə 


182 
ZƏRDÜŞTÜN XÜLYALARI 
Üç min il keçəcək dönəcək zaman  
Batacaq yaslara xain Əhrimən,  
"Təsliməm" - deyəcək ulu Hürmüzə,  
Qaranlıq gecələr dönüb gündüzə,  
Ə
lvida deyəcək qaranlıqlara...  
Günəş höküm edəcək borana, qara.  
Yerdən çəkiləcək soyuq və azar,  
Hər günün, gecənin bir qanunu var.  
Ə
tirlər saçacaq ətrafa güllər,  
Gecənin qoynunda ötən bülbüllər  
Səs-səsə verişib toy başlanacaq.  
Həyat seviləcək, alqışlanacaq...  
Aşıb-daşacaqdır bağlar, bağatlar  
O vaxt uzanacaq günlər, saatlar,  
Gecənin ömrüsə gödələcəkdir!  
Tarixə böylə bir gün gələcəkdir!  
Düşəcək sulara ulduzlar, aylar.  
Artıq olmayacaq körpüsüz çaylar,  
Ə
riyib axacaq dağların qarı,  
lanlar mələşən çöllərə sarı.  
Yaşıl don geyəcək susuz yamaclar,  
Boysuz olmayacaq otlar, ağaclar.  
Dünyanın şöhrəti olacaq insan,  
Nə azar qalacaq, nə olüm, nə qan.  
nsan oğlu yer üzünə  
Gəldiyindən ta bu günə  
Qapılmışdır xəyallara...  
stərmisən? Get də ara.  
Sirri dərin, fikri dərin  
Daş ürəkli əsrlərin  
Ə
fsanələr ocağını! 
Al da onun sorağını  
Divarları uçub qalmış 
  


183 
Yazısını tozlar almış  
Məbədlərin görüşündən...  
Gəl oxucum! Yaxın gəl sən! 
nsan oğlu azad bir quş  
Ə
zəldən o məftun olmuş  
Azadlığın xülyasına.  
Atıldıqca dəryasına,  
Xəyalların, fikirlərin,  
Bəzən dayaz, bəzən dərin  
Dənizlərdə kürək çəkmiş...  
Tarix nələr görəcəkmiş! 
O gəzdikcə hər ölkəni  
Dənizlərin ağ yelkəni  
Dalğaları yara-yara,  
Yellənmişdir uzaqlara.  
Dənizlərdə qopan ruzgar  
Qasırğalar, fırtınalar  
Quduz kimi hey qudurmuş  
nsanla üz-üzə durmuş.  
Gəl, ey Zərdüşt! Gəl də dinlə!  
Hesablaşaq biz səninlə  
Tarix uzun bir körpüdür  
Ə
fsanədən həqiqətə...  
Bax insana, təbiətə,  
Bax gecəyə, bax gündüzə,  
Sığındıqca sən Hürmüzə,  
Xəyalların söndü göydə  
Yer başına döndü, göy də.  
Daha bilməm keçdi nələr  
Sən ey sirlər, əfsanələr,  
Dünyasının böyük başı!  
Ulduzların ilk sirdaşı!  
Uzaqdansa dinlə barı  
Səndən sonra olanları! 
  


184 
nad bəşər yorulmamış,  
Nə yay bilmiş, nə də ki, qış  
Nə soyuqdan, nə istidən,  
Nə alovdan, nə tüstüdən  
Qamaşmışdır gözlərimiz.  
Dəryaların sirrini biz  
Çox aradıq, çox axtardıq,  
Gedər-gəlməzlərə vardıq...  
Bizim cəsur elçilərdən  
Bir parası batıb hərdən  
Girdabları yara-yara  
Yem olmuşdur balıqlara! 
Yerin şöhrətidir əzəldən insan,  
nsan yer üzünə tanrı gələli.  
Bir tərəfdə həyat, bir tərəfdə qan,  
Nələr yaratmamış insanın əli! 
Bəşər yorulmamış əsrlər boyu  
Açarsız, qapısız əfsanələrdən,  
Könül bir çeşmədir ki, onun suyu  
Yağışlar altında bulanmış hərdən... 
Bir yanda şahların qan rəngli tacı,  
Bir yanda zəncirli qullar dünyası.  
Bir yanda bir quru çörək möhtacı,  
Sakit axşamları qərib röyası. 
Nəbilər, dahilər, ərlər, ərənlər,  
Həyat meydanında çapmış atını.  
" şıqlı bir günə yol göstərənlər",  
Tapdamış bəşərin xatiratını. 
[1935
  


185 
FÜZUL N N DƏRD  
Şə
bi-hicran yanar canım.  
Tökər qan çeşmi-giryanım.  
Oyadar xəlqi əfqanım.  
Qara bəxtim oyanmazmı?  
Füzuli 
Sən ey sevdalı sənətkar,  
Səsində min şikayət var.  
Duyanlar hər zaman ağlar,  
Desəm, bir böhtan olmazmı? 
Sığındın təbi valaya
*
,  
Vuruldun hüsnü Leylaya.  
Nahaqdan düşmə sevdaya,  
Gözün yaşlarla dolmazmı? 
Xəyalə qərq olub hərdən,  
Zəhərləndin küləklərdən...  
O qansız, daş ürəklərdən  
Könül rəncidə

 qalmazmı? 
Nə odlar görmüsən bilsən,  
Ə
zəldən aşiq oldun sən,  
Böyük ruhunla bir türksən,  
Muradın şəmi yanmazmı? 
Füzuli, incidin yardan,  
Gileyləndin saraylardan...  
Keçirkən karvanın qardan,  
Dedin üz döndərən yazmı? 
Səninlə oynadı dövran,  
Doyunca öpmədin yardan,  
Ə
sən sevdalı ruzgardan  
Tənoffüs ruha siğmazmı? 
                                                           
*
 Ali, yüksək  

  ncik 


186 
Nədir Leyli, nədir Məcnun?  
Nədir aşiq, nədir məftun?  
Gəzirsən daima məhzun
*
.  
Sınıq qəlbin - sınıq sazmı? 
Yıxılmış gördüyun dövran,  
Dəyişmiş, başqadır insan,  
Azərbaycan, Azərbaycan,  
Böyük dahilərin azmı? 
Sən ey sevdalı sənətkar,  
Səsində min şikayət var.  
Duyanlar hər zaman ağlar  
Desəm, bir böhtan olmazmı? 
[1935
* * * 
Döyür pəncərəmi qışın ruzgarı  
Vaxtsız ölümmüdür üstümə gələn?  
Çəkilsin gecənin qaranlıqları...  
Ömrə son sozümü deməmişəm mən,  
Vaxtsız ölümmüdür üstümə gələn? 
1935, 5 yanvar 
* * * 
Ruhumda ruhunun parçası vardır,  
Təşəkkür yetirək təbiətə biz.  
Xavərim, ömrümüz nə bəxtiyardır,  
Xalqı küsəndirir səadətimiz. 
1935, 12 yanvar 
                                                           
*
 
Kədərli, qəmli 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə