Microsoft Word S?M?D vurgun doc



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə39/43
tarix28.06.2018
ölçüsü1,59 Mb.
#51983
1   ...   35   36   37   38   39   40   41   42   43

224 
Ə
ngin üfüqlərə şığıyıb, yol al!  
Ə
zəldən belədir: geriyə dönməz  
Atılan bir güllə, uçan bir xəyal. 
Ey günəş, ey bulud, girin qoynuma!  
Bu saf təbiətə mehribanam mən;  
Sevgilim, qolumu dola boynuma,  
Kəlmələr od kimi düşsün dilimdən.  
Kaman qaşlarını çatma, günəşim,  
Min sızıltı qopar dost ürəyindən!  
Dərin dəryalara batma, günəşim,  
Ə
zəldən düşmanam qaranlığa mən!..  
Məqsədim olmamış bir parça çörək,  
Mənim sənətim var, alın tərim var.  
Bayronu yarışa çağıram gərək,  
Sinəmdə ağ qalan bir dəftərim var.  
Bəşərdir torpağın, göyün təməli,  
Bəşərsiz günəş də yerə alçalır.  
Könüldür sənətin ölməz əməli,  
Hər simin üstündə bir aləm çalır.  
Mən ki, qaranlıqdan, qəfəsdən uzaq  
Könüllər yolçusu azad bir quşam.  
Sən ey kinlibaxış, tənəni burax,  
Mən öz zəhmətimlə azad olmuşam!  
Mən ki, əllərimi dünyadan üzüb,  
Demədim: "Bir sıfır yazılsın adım",  
Çayl Harold kimi insandan küsüb,  
Vətən torpağilə vidalaşmadım.  
Kim keçər bu yerin daşından, deyin?!  
Vətəndən ayrılar hansı şərəfsiz?  
A dostlar, günəşdən bir paltar geyin,  
Könül xallar vurur bəzənəndə siz!  
Ey bizim çəmənin sirdaşı quşlar,  
Çiçəkdən çiçəyə uçuşun siz də!  
Saatlar, əsrlər azad olmuşlar  
Bizim bu sosialist Vətənimizdə!  
Ey çaylar üstündə süzən sonalar, 
  


225 
Daşlara dəyməsin bir tükünüz də!  
Siz ey yeddisini doğan analar,  
Cəbhəda bir durur oğlan da, qız da!  
Siz ey bağçalarda yatan uşaqlar,  
Səadət tökülür xoş üzünüzdən!  
Sizinlə şənlənir bağçalar, bağlar,  
Analar zövq alır gülüşünüzdən.  
Ə
tir saç aləmə, sən ey qönçə gül!  
Öpüb yarpağını, dənləyim bir-bir;  
Səhər nəğməsini bağçada bülbül  
Mənim nəfəsimdən, məndən öyrənir.  
Sən ey bu torpağın qızı, gəlini,  
Utanma gül açan yanaqlarından!  
Hər səhər günəşə uzat əlini,  
Qüvvət əm günəşin dodaqlarından!  
Sən ey şehli səhər, ey sakit axşam!  
Qəlbi düşündürən hansı səbəbdir?  
Fəzaya gün kimi, ay kimi axsam,  
Torpaq inciməsin... Bu bir tələbdir...  
Ey ana torpağı, gözlərin aydın!  
Uzaqda səslənir indi zülümlər...  
Ağ günlü bayrağım, sən olmasaydın,  
Açardı qapımı vaxtsız ölümlər.  
Silahlı qardaşım, sərhəd boyunca,  
Atıcı gözlərin qızılquş olsun!  
Oxşasın boyunu anam doyunca,  
Dünyanın son adı qurtuluş olsun! 
1936, 2 avqust 
  


226 
SƏM M YYƏT YOLÇUSU 

Ş
airim, çaldığın bu telli sazdan,  
Günəşli gündüzdən, çiçəkli yazdan  
Könül xumarlandı ay dönə-dönə,  
Qəlbin vurğusunu say dönə-dönə. 
Doğrudur, saqqalın, saçın ağarmış,  
Ruhuna girməmiş qurd ağızlı qış...  
Ş
axtaya düşməmiş bir ilk baharsan,  
Döyüşdə, cəbhədə hərzaman varsan.  
Bu varlıq yaşadır əzəldən bizi,  
Bu varlıq yaşadır gənc nəslimizi.  
Çəkilsin dağların başından duman,  
Ölümdən, heçlikdən səadət uman  
nsanlar dünyadan görüm yox olsun,  
Sönük vicdanları yerə soxulsun! 
Utansın günəşin rəngindən bir az  
Axşam qaranlığı bəstələyən saz.  
Söylə, xəyanətə dözərmi vicdan?!  
Ağ günlər əsrini görən bir insan  
Dönüb göz yaşından ilham alarmı?  
Ş
er de, şair də heç qocalarmı?  
Ə
tirlər dağılır xoş nəfəsindən,  
Çiçəklər oyanır ayaq səsindən.  
Varlığın, vicdanın ləkədən uzaq,  
Böyüklə böyüksən, uşaqla uşaq;  
Ə
srə layiq olan bu ruhunla sən  
Ölkəmin qoca bir müəllimisən! 
"Mən də bir kişiyəm, varım-yoxum var,  
Üç qızıl əsgərim - üç çocuğum var" – 
Deyən bir atanı öpməliyik biz,  
Onu sevməlidir, sevir nəslimiz! 
  


227 
II 
Mənim də Yusifim səninkilərlə  
Qoşub bir məqsədə, qoşub bir dilə,  
Başında tutacaq bayrağımızı,  
Düşmənlər istərsə torpağımızı,  
Aslan kəsiləcək sular sonası,  
Bunu laylasında deyir anası. 
Ş
aiqim! Şairlər içində təksən,  
Təmiz vicdanmla gülsən, ipəksən.  
Dilindən küsməmiş tanış da, yar da,  
Səndən inciməmiş qarıncalar da...  
Keçdi qaranlıqda odlu gəncliyin,  
Xoş olsun indiki qulaq dincliyin. 
Günəş bir qüvvədir, yandıqca sönməz  
Tarixin təkəri geriyə dönməz...  
Ə
məlin qurtuluş, varlığın sənət,  
Yaşasın qardaşlıq, bir də məhəbbət!  
ndi "bir günəşin zərrəsiyik biz".  
Var olsun birləşən dost əllərimiz! 
1936, 18 avqust 
  


228 
BÖYÜK ŞA R N ŞƏRƏF NƏ 

Axıtdım alnımın inci tərini,  
Yanmadım ömrümün iki ilinə.  
Rusiya şerinin şah əsərini  
Çevirdim ilk dəfə türkün dilinə!  
Bir yeni sənətlə mən də doluyam,  
Ellər dünyasının ellər oğluyam.  
Yuxusuz gecələr çıxdı qarşıma,  
Fəqət tövşümədi bu polad sinəm.  
Artıq qovuşmuşam can sirdaşıma,  
Özümə bəxtiyar bir insan desəm, - 
Bu səs bir şairin vicdan səsidir,  
Düşünən bir qəlbin ifadəsidir. 
II 
Mən ki, hər gecəmi qatdım gündüzə,  
Üfüqdə sönməsin ulduzum, ayım!  
Sənət vadisində gəlsin üz-üzə  
Sənin Tatyananla mənim Humayım.  
Ey böyük sənətkar, hüzurunda mən  
Bəzən utanmışam səhvlərimdən;  
Neyləyim, qüdrətim zəifdir hələ,  
Görüm təbiətin kor olsun gözü!  
Ş
airim! Anladım bu gündən belə:  
Böyükdür cahanda sənətkar sözü...  
Məncə yaraşmayır çoxuna bu ad,  
Məni bağışlasın sevgilim həyat!.. 
III 
"Gəlişin ruhuma dərd verir, aman!..  
Məhəbbət dəmidir bahar, ay bahar!  
Qanımda, qəlbimdə nədənsə bu an.  
Məyus və ağlayan bir həyəcan var". 
  


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə