Microsoft Word S?M?D vurgun doc



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə38/43
tarix28.06.2018
ölçüsü1,59 Mb.
#51983
1   ...   35   36   37   38   39   40   41   42   43

219 
Doğrulda bilməzdi öz nişanını,  
Qardaşlar qanını, dostlar qanını.  
Düşmən qaldırardı öz bakalında  
Dənizlər dalında... Dağlar dalında...  
Sünbülüm, sünbülüm, sarı sünbülüm,  
Sənmisən çiçəyim, sənmisən gülüm?  
ki düşmənim var dünyada inan – 
Birinci faşistdir, ikinci siçan! 
1936, 14 mart 
  


220 
YADIMA DÜŞDÜ 
Başına döndüyüm gül üzlü sona!  
Ömrümün ilk çağı yadıma düşdü.  
Ş
airlər vətəni bizim tərəflər,  
Tərlanın oylağı yadıma düşdü. 
Oxuyun qəlbimi dastan içində,  
Ürək döyünməzmi astan içində?  
Payızın fəslində bostan içində  
Ş
amamanın tağı yadıma düşdü. 
Töküldü kağıza sinəmin sözü,  
O ana yurdumun ocağı, közü,  
Ceyranın duruşu, durnanın gözü  
Kəkliyin ayağı yadıma düşdü. 
Hanı at sürdüyüm boranda, qarda?  
Gəzdim aşıq kimi minbir diyarda;  
Gülüb oynadığım toyda, mağarda,  
Qızların qolbağı yadıma düşdü. 
Göylərə baş çəkir Göyəzən dağı,  
Axşam açıq olur ayın qabağı;  
Bizim gəlinlərin bayram qabağı,  
Fəsəli yaymağı yadıma düşdü. 
Sən bizim ellərin ruhuna bir bax!  
Bizdən inciməmiş bir əziz qonaq.  
Nişanlı qızların görüşdən qabaq,  
Telini saymaği yadıma düşdü. 
Vurğunun xəyalı gəzdi aranı,  
Gözümdə oynadı dağın boranı;  
Qışın buz qatığı, yayın ayranı,  
Payızın qaymağı yadıma düşdü. 
1936, may 
  


221 
AZAD  LHAM 
Ey azad ilhamım, gülər üzünlə  
Səhərin rəngini seyrə dalanda,  
Bülün kainatı gəzdir özünlə  
Kiçik bir zərrədən ilham alanda!..  
Doğra buludların bağrını qat-qat! 
Kim deyir gecələr bizə qəfəsdir?  
Daima qısqanan ürkək bir həyat,  
Məncə, bu dünyada bir quru səsdir!  
Sən, azad ilhamım, baş götürüb gəz,  
Ə
ngin üfuqlərə şığıyıb, yol al!  
Ə
zəldən belədir: geriyə dönməz  
Atılan bir güllə, uçan bir xəyal.  
nsan, deyirlər ki, çiy süd əməndir...  
Utansın dünyada qədir bilməyən!  
Mənim ki, oylağım göydür, çəməndir.  
Gəlməsin yanıma deyib gülməyən!  
Sən, azad ilhamım, nə bəxtiyarsan!  
Taleyim, hünərim güvənir sənə.  
Nə qədər dünyada varamsa, varsan,  
Ömür çox görməsin bu haqqı mənə! 
Nəsimi zahidlə durdu üz-üzə,  
Söylədi: haqq adlı bir divan quraq;  
Atdı pəncəsini gecə gündüzə,  
Boğdu həqiqəti sadə fırıldaq...  
Zahidin barmağın kəssəniz əgər,  
Tanrı dediyinə arxa döndərər...  
Bu miskin aşiqə baxın da bir az,  
Diri soyulsa da dözər, ağrımaz.  
Sən ey ülkərimiz, sönməz sənətkar!  
Ə
srlər boyunu gördü gözlərin;  
Tarixlər boyunca qaldı yadigar  
Ölməz fikirlərin, ölməz sözlərin!.. 
  


222 
Füzuli doymadı göz yaşlarından,  
Açdı qapısını səhər yelləri.  
ncidi ən yaxın sirdaşlarından,  
Ağlayıb, ağlatdı bizim elləri;  
Ağarmış saçında, saqqalında qış...  
Asiman dolandı şikayətindən,  
Karvanı dərd adlı səhrada qalmış  
Leylinin, Məcnunun hekayətindən.  
Gətir xatirinə Vaqifi bu dəm. 
Qırıldı qəlbində bir yurdun sazı   
Ağladı ardınca gözlərində nəm  
Uçan durnaların küskün avazı.  
Gərdi sinəsini o, fars dilinə,  
Haykırdı türk dili, türk şeri gərək!  
Bir yeni can verdi doğma elinə,  
Üfüqdən üfüqə qanad gərərək...  
Yazıq! Nəğməkarın ürək nğməsi  
Dəydi şüşə kimi, daş ürəklərə,  
Böyük bir insanın boğuldu səsi,  
Ahmı əks etdi min dağ, min dərə.  
Sən ey şerimizin, ana şairi!  
O tərlan xəyallı, sona şairi!  
Mən səni duyduqca qəmlər yeyirəm,  
Sonra öz-özümə dönb deyirəm:  
Ey azad ilhamım, nə bəxtiyarsan!  
Taleyim, hünərim güvənir sənə!  
Nə qədər dünyada varamsa, varsan.  
Ömür çox görməsin bu haqqı mənə! 
Başımın üstündə nə yumruq durur, 
Nə hicran səsi var mənim sazımda; 
Nə qanun qoluma qandallar vurur, 
Nə göylər darıxır xoş avazımda. 
Budur, bax, qəlbimin axar qanını 
çirdim sənətə, dedilər: "Var ol!" 
O böyük Leninin al nişanını 
Taxdı yaxasına şair-komsomol   
  


223 
Sən, azad ilhamım, o gündən bəri,  
Qarlı buludların üstdən aşırsan.  
Uçan durnalarla gəzib göyləri,  
Onlarla səs-səsə qaqqıldaşırsan.  
Səninlə çıxmışam ağ günə, inan!  
Adını laylada desin analar;  
Bir səs qulağıma gəlir hər zaman:  
Sənin dostun da var, düşmənin də var.  
ldırım baxişlı gözlərinlə süz  
Həyatda milçəkdən fil yapanları!..  
Odlu kəlmələrin atəşinə düz  
Ağızdan qurd kimi söz qapanları.  
Hər sözü-söhbəti başından yekə  
"Alim" adamların gözünə düz bax!  
Namuslu oğlunu sevən bir ölkə  
Gələcək günlərdən utanmayacaq!..  
Qamçıla, üzünün rəngi bozarmış  
O çirkin keçmişin son "vüqarını",  
Sən onun üstündə boranlı bir qış  
Gücilə şaqqıldat qanadlarını.  
Qamçıla, gündə bir cildə bürünən,  
Onluq mantlayan qara tuzları...  
Bizimlə getməyən, fəqət sürünən  
Vəzifə düşkünü o dəyyusları!  
Budur, dövrəmizdə daima "heyhat!" – 
Deyib bu dünyadan keçənlər də var.  
Meyxana küncündə səadət, həyat  
Eşqinə on gecə içənlər də var.  
Elin tərəfindən, xalqın adından  
Simsiz taxtaları çalandan danış!  
Söhbəti işvədən, meydən, qadından,  
Özgənin fikrini çalandan danış!  
Sən azad ilhamım, məni danla ki:  
"Şairim, hünərin, sənətin hanı?"  
Sən də birdəfəlik bunu anla ki:  
"Mənim düşmanımdır elin düşmanı!"  
Sən azad ilhamım, baş götürüb gəz! 
  


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə