Microsoft Word S?M?D vurgun doc



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə41/43
tarix28.06.2018
ölçüsü1,59 Mb.
#51983
1   ...   35   36   37   38   39   40   41   42   43

234 
GÖZÜM YOLLARDA QALMIŞDIR 
Gözüm yollarda qalmışdır, xəbər yox Kür qırağından,  
Usanmaq bilməyir könlüm yaşılbaşlar sorağından. 
O yerlər min xəyal eylər, təbiət şerə layiqdir,  
Öpər bülbül səhər tezdən gülün yaqut dodağından. 
Çəmənlər, yasəmənlər göz vurub bir cilvə göstərsə,  
Durar könlüm çıxar seyrə həyatın qəm otağından... 
Qarayazı meşəsində Anadil adlı bir quş var,  
Mənim sevdalı qəlbim tək asılmışdır ayağından. 
Yolum düşsün Səlahluyə, o qəbrə diz çöküm bir də,  
Anam Məhbubi yad ilə, öpüm solğun yanağından. 
Aman tale! Nə möhnətmiş onun dərdi, mənim dərdim...  
Bahar fəslində ayrıldı qızılgül üz budağından. 
Keçər aylar, keçər illər, yaz ey Vurğun, ömür azdır,  
Düşər bir gün laçın könlün şeir, sənət marağından. 
1936 
  


235 
LƏNKƏRAN ŞE RLƏR  
Taleyimdir ilham almaq,  
Söhbət açıb, qələm çalmaq  
Bizim dünya gözəlindən;  
Şə
rbət içdim öz əlindən  
Bizim yurdun - ana yurdun Şair!  
Sənmi oxuyurdun  
Dünən bizə hicran dərdi?..  
Yeni tarix nə göstərdi?  
Aç gözünü, yaxşı bir bax!  
Bu mən, bu sətı gəl yarışaq  
Ellər bizə "gəlin!" deyir;  
Doğma sənət, doğma şeir  
Göstərəcək ölkəmizi  
Qoy tanısın dünya bizi! 
Mən aşiqəm gözəlliyə,  
Muradıma yetəm deyə  
Dolaşıram bu torpağı;  
Hər budağın bir yarpağı  
Hər çiçəyin bir adı var,  
nsan adlı ustadı var  
Gözəlliyin bu dünyada.  
Gah havada, gah dəryada  
Mən sürürəm öz gəmimi,  
Tapıb könül həmdəmimi,  
Durub onunla üz-üzə,  
Dənizlərdə üzə-üzə,  
Nə yorulur, nə doyuram,  
Sahillərə üz qoyuram.  
Lənkəran da sahildədir;  
Gördüyümü deyim bir-bir  
Bu torpağın öz dilində:  
Bizim Xəzər sahilində  
Uzanmış bir gözəl şəhər,  
Yaşıl çalır səhər-səhər. 
  


236 
Hər qapıda kiçik bir bağ,  
Evcikləri boydan alçaq,  
Fəqət sadə, fəqət təmiz;  
Yorulmayır gözlərimiz  
Ortüyü ağ pəncərədən;  
Çox sevirəm doğrusu mən,  
Bu naxışlı örtüləri.  
Səhərlərin şehli təri  
Aynalardan töküləndə,  
Ağlayıram baxıb mən də  
Bu yerlərə sevincimdən;  
Bir səs gəlir öz içimdən:  
Yelkənin dəyməsin daşa,  
Sən də yaşa, sən də yaşa! 
Ə
tirlidir burda bağlar,  
Güzgü kimi yolları var.  
Xəyallara dalan çinar,  
Sıx kölgələr salan çinar  
Düşündürür burda məni.  
Xəyalırnın ağ yelkəni  
Uzaqlara qanad çalır  
Gah ucalır, gah alçalır,  
Qara qışdan dərs alalı  
Mən də şair tək olalı. 
Qoca çinar, qoca çinar!  
Kötüyündə nə sirlər var...  
Gah Turandan, gah  randan  
Gah o yandan, gah bu yandan  
Ordu çəkib gələnlərin  
Bir "dost" kimi gülənlərin  
Üstünə sən kölgə saldın,  
Sonra yazıq günə qaldın.  
Külək vurdu çinarlığı ...  
Ə
sib coşan rus çarlığı  
Üzərinə ordu çəkdi,  
O, başında bostan əkdi... 
  


237 
Bu gün belə durur səndə,  
"Sara" adlı cəzirəndə  
Generalın məzar daşı,  
O qatilin kinli başı  
Oynamışdı at belində.  
Ə
yri qilınc sağ əlində  
Durub kəsdi budaqları...  
Bu çölləri, bu dağları  
Qapladı
*
 bir nalə səsi,  
Qanlı çarın təntənəsi.  
Sevincindən göyə qalxdı,  
Bizə "tatar" deyib baxdı.  
Biz öldürdük generalı,  
Taptaladıq o medalı...  
ndi onun məzar daşı  
Aya qarşı, günə qarşı  
Endirmişdir dik başını...  
Fahişələr oynaşını.  
Bu yollardan ötüb keçən,  
O günlərdən bir az içən,  
Yad eləyir tüpürərək,  
Yoxdur ona yanan ürək!  
Qoca çinar, qoca çinar,  
Kötüyündə nə sirlər var! 
Deyirlər ki, çox qəhrəman  
Asılmışdır budağından...  
Biz onların varisiyiz,  
Yaşadırız onları biz.  
Qoca çinar, qoca çinar,  
Kötüyündə nə sirlər var!  
Ölmədin sən! Yaşadın sən!  
Bir ölkənin şahidisən.  
Yaşamışsan burda nələr!  
Qanlı-qanlı faciələr... 
                                                           
*
Bürüdü 


238 
Könlüm ötən köklü bir saz,  
Nə yazım ki, biliyim az...  
Arif istər məni qansın,  
Tarixçilər qoy utansın!  
Yazılmamış tariximiz,  
Tarixsizmi yarandıq biz?  
Bəzən olur yazıq şair  
Keçmiş günə, bizə dair  
Arxivləri axtararaq,  
Yığın-yığın, qalaq-qalaq  
Kitablara göz gəzdirir,  
Alır, baxır, seçir bir-bir.  
Bir parası əfsanədir.  
Baş çıxmayır bunlar nədir?  
Bir parası xatirələr...  
Deyil bunlar elmi əsər.  
Sən də, dostum, anla bir az!  
Elmi ucuz tutmaq olmaz!  
O insandır, təbiətdir,  
Ş
übhəsiz bir həqiqətdır.  
Arif gərək məni qansın,  
Tarixçilər qoy utansın!  
Yazılmamış tariximiz  
Tarixsizmi yarandıq biz? 
1936 
  


239 
BAHAR VƏ MƏ
Bahar nə xoş gəlir, ruha dad verir.  
Xəyala, duyğuya qol-qanad verir;  
Var olsun şerimiz, şairlərimiz! – 
Hər gülə, çiçəyə təzə ad verir. 
Çıxır dağ döşünə körpə quzular,  
Tərlanın səsini əks edir sular.  
Səhər yuxusundan ayıldır məni  
Sinəmə sığınayan böyük duyğular. 
Könül dinc durmayır, oynayır yenə,  
Ə
zəldən aşiqəm həyat şerinə;  
lk dəfə oğlumun əlindən tutub  
Çıxmışam səhərin tərlan seyrinə. 
Ölümə can vermə ölsən baharda,  
Könül müqaddəsdir, qalmasın darda;  
Baharın eşqiylə çıxır yuvadan  
Balası dalında qarışqalar da. 
Yaşıl köynəyini geyinir meşə,  
Yaxama quş kimi qonur bənövşə;  
Qoy məndən dərs alsın qoca təbiət,  
O da könlüm kimi gülsün həmişə. 
Bahar nə xoş gəlir, ruha dad verir,  
Xəyala, duyğuya qol-qanad verir;  
Var olsun şerimiz, şairlərimiz! – 
Hər gülə, çiçəyə təzə ad verir. 
1937, 20 aprel 
  


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə