Microsoft Word S?M?D vurgun doc



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə40/43
tarix28.06.2018
ölçüsü1,59 Mb.
#51983
1   ...   35   36   37   38   39   40   41   42   43

229 
Söylə bir, şairim, bahar gələndə  
Neçin pərişanlıq dillənir səndə?  
Neçin gözlərini dumanlar alır,  
Göz yaşın süzülür; gülümsəyərək  
Səninlə birlikdə xəyala dalır  
Göydəki qaraquş, yerdəki ürək...  
Mən də dərdlənmişəm küskün səsindən,  
Bir əsrin o qanlı faciəsindən. 
IV 
Oyan bir, şairim, oyan, bizə bax  
Qoy öpsün alnını bizim xoş səhər;  
Bu böyük günlərə arxalanaraq,  
Göstər bu meydanda yeni bir hünər;  
Bizim dünyamızda itməz zəhmətin,  
Həyatın qəlbidir şerin, sənətin,  
Bizdə şeir qədər böyükdür hünər,  
Hər kiçik şairin bir hörməti var.  
Hər alın tərilə yazılmış əsər  
Bizim qəlbimizdə qalır yadigar... 

Mən səni sevmişəm körpəliyimdən,  
Sənsən mehribanım, sənsən ustadım!  
Nə qədər bəxtiyar bir insanam mən  
Ki, sənin tələbən çağrılır adım.  
Mən də bir ölkənin yazan əliyəm.  
Bu bayram günündə bəzənməliyəm.  
Ş
airlər oylağı, ey əziz Vətən!  
Söylə, tanışmıdır sənə Onegin?  
Bilirəm Puşkini çoxdan sevirsən...  
Qizın da, oğlun da əzbərdən desin:  
Bizdə şeir də var, sənət də vardır!  
Ş
airə, sənətə hörmət də vardır!.. 
1936, avqust 
  


230 
Ç NARIN Ş KAYƏT  
Dindi yol üstündə qoca bir çinar:  
"Şairim, sənə bir şikayətim var:  
Bu qoca dünyanın şahidiyəm mən...  
Kölgəmdə dincəlir hər gəlib gedən.  
Bağçalar gül açır yaş torpağımda.  
Quşların adı var hər yarpağımda;  
Mən bu yer üzünə gələndən bəri  
Olmuş budaqların hava səngəri.  
Kötüyüm dünyanın sirrilə dolu,  
Dolanmış başıma karvanlar yolu;  
Bağrımı doğramış min bir cahangir.  
mtahan etmişəm onları bir-bir,  
Başımda oynamış yüz boranlı qiş...  
Sanma ki, qüdrətim, gücüm qalmamış,  
Bax, ayrılmamışam öz kötüyümdən!..  
Qəhrəman bir elin timsalıyam mən...  
Bir kəs inciməmiş sakit dilimdən.  
nsana yaxşılıq gəlmiş əlimdən – 
Yayda kölgəliyim dağlardan sərin,  
Yaylağı olmuşam biçinçilərin.  
Silmişəm onların alın tərini,  
Sonra dinləmişəm can dəftərini.  
Ağır səfərlərə çıxan hər nəfər  
Tükənmək bilməyən uzun gecələr  
Sığınmış qoynuma sözü var kimi.  
Örtmüşəm üstünü çadırlar kimi;  
Başına yağmamış nə yağış, nə qar,  
Tarix yaxşılığı yaxşı salamlar!  
Aylı gecələrin buludu lay-lay  
Dağılıb üzünü göstərəndə ay  
ş
ığı sallanır budaqlarımdan,  
Öpür şirin-şirin dodaqlarımdan.  
Bəzən də kükrəyib əsəndə külək  
Coşur varlığımda polad bir ürək. 
  


231 
Qalın şaxlarımın xışıltısından  
Zövq alır dünyanın şöhrəti insan.  
Bəzən də bir sərin axşama yaxın  
Ə
təkli çöllərdən hey axın-axın  
Qalxan dolaşalar qaqqıldaşaraq,  
Dərələr keçərək, dağlar aşaraq,  
Başımın üstündə dövrələr vurur,  
Bir yerə sıxlaşıb, məclislər qurur.  
Bu doğma quşların simfoniyasından  
Zövq alır dünyanın şöhrəti insan.  
Bəzən də canlanır gündüzün səsi – 
Yığışır kölgəmə uşaq dəstəsi;  
Azad yurdumuzun şərqilərindən  
xtiyar yaşımda zövq alıram mən...  
Sərilir kölgəmə xalı-xalçalar,  
"Bizdən də bəxtiyar bir nəsilmi var?" – 
Deyən uşaqların körpə yaşına,  
Günəşlər yurdunun vətəndaşına  
Baxdıqca böyüyür gözümdə insan,  
Çəkdiyim ağrılar çıxır yadımdan.  
Fəqət deyirlər ki, yoldaş mühəndis  
Məni bir arxasiz, yurdsuz, kimsəsiz  
Zənn edib, plana almışdır ki, mən  
ndi çıxmalıyam öz kötüyümdən...  
Demək qalmayacaq məndən yadigar.  
Ancaq mühəndisə bir sualım var:  
"Ömründə bir şitil, bir budaq belə,  
Mühəndis əkmişmi barı əlilə  
Ki, məni - bu boyda çinarı birdən  
Qoparmaq istəyir durduğu yerdən?"  
Mən bu şikayəti duyduqca dərin,  
Dedim ki, haqlısan, qocaman çinar!  
Bizdə təbiətə zülm edənlərin  
Nə insan duyğusu, nə də haqqı var! 
1936, oktyabr 
  


232 
SAB R N ŞƏRƏF NƏ 
Xəyalım bu gecə varaq-varaqdır.  
Dilsiz əsrləri o yaracaqdır.  
Gözümə bir qara keçmiş görünür,  
Bir qara keçmış ki, bizdən uzaqdır. 
O keçmiş – gecədir, buludu lay-lay,  
Yaslı gəlin kimi pərişandır ay;  
Orda təbiət də qara geyinmiş,  
Sonalar dərdlidir, yorğun axır çay. 
Orda parçalanır, didilir vətən,  
Tez düşür insanın saçlarına dən...  
Orda haqq bağıran qəhrəmanların  
Bir qılıncla gedir başı bədəndən. 
Boy atır sünbülün, gülün möhnəti,  
Sönür baxışların ilk məhəbbəti.  
Hər kiçik laylada "dərdim var" deyir  
Elin şirin dili, şirin söhbəti. 
Solğun dodaqları ah, aman gəzir,  
Ölümlər qapını çox yaman gəzir...  
Böyük bir şairin dalğın xəyalı  
Vətən çölrini pərişan gəzir... 
Sabir, o günləri gətirmə yada.  
Dünya unutmamış səni dünyada...  
Sinənə çarpdıqca kinli dalğalar  
Bir qoca dağ kimi durdun dəryada. 
Sən ey azadlığın səhər ruzgarı,  
Sınmadı qəlbinin tərlan vüqarı.  
Ə
srlər dolaşıq gəlib keçsə də,  
Tarix, unutmayır mərd oğulları. 
  


233 
Uzalı getdisə dünyadan əlin,  
Artıq çiçəkləndi arzun, əməlin,  
nsanın haqqını özünə verdik,  
Hər duyan ürəkdə qalxdı heykəlin. 
Oyanmış bu günəş, bu yer, bu insan,  
Artıq nə qamçı var, nə qara zindan,  
Nə matəm hıçqırır bülbülün səsi,  
O da ilham alır insan ağzından, 
Azaddır ellərin çiçəkli yazı,  
Bu yaz danışdırır Kürü, Arazı;  
Bu böyük günlərə min dastan deyir  
Ş
airin lirası, aşiqin sazı. 
Bəzəkli yurdumuz çiçək-çiçəkdir,  
Hər keçən ömrümüz bir gələcəkdir,  
Sənin də varlığın bir günəş kimi  
Ə
srlər boyunca sönməyəcəkdir! 
1936, 27 dekabr 
  


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə