Microsoft Word S?M?D vurgun doc



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə32/43
tarix28.06.2018
ölçüsü1,59 Mb.
#51983
1   ...   28   29   30   31   32   33   34   35   ...   43

187 
Ş
A R N ÖLÜMÜ 
ndi xəbər verim oxucuma mən  
Xəyalı küsdürən bir faciədən: 
* * * 
Qarabağ... Şuşada zəngin bir saray,  
Açılır qapısı, örtülür lay-lay;  
Onun divarları əl-əlvan naxış,  
Ə
srdən əsrə hədiyyə qalmış...  
Burda göstərilir quşa ox atan,  
Burda göstərilir min bir pəhləvan.  
Qılınclar, nizələr, yumruqlu qollar,  
Döyüşən insanlar, ayrılan yollar  
O qanlı günlərdən bir yadigardır,  
Onun da sirli bir tarixi vardir.  
Sarayda hökm edir ədalı bir xan,  
Qan-qarğış tökülür qaş-qabağından,  
Hər gün at belində... dəliqanlıdır,  
Ürayi fitnəli, əti qanlıdır;  
Onun sarayında hərəmxanalar – 
Salınmış qəfəsə nazlı sonalar...  
Ellər talan olur, vergilər ağır;  
Göylər cavabsızdır, buludlar sağır.  
Yalnız səadətlə gülür bu saray.  
Açılır qapısı, örtülür lay-lay. 
* * * 
Burda gün keçirir bir böyük şair,  
Yazır yazdığını həyata dair...  
O şair mədh edir min bir gülzarı,  
Bəlalı aşiqi, sevdalı yarı.  
Baxıb dumaların yaşıl telinə,  
Ə
rməğan göndərir Bağdad elinə.  
Bu sonsuz dərələr, qalın meşələr,  
Boynu bükük duran tər bənəvşələr  
Ş
airin sənəti, ilham ocağı... 


188 
Ömrünün bəxtiyar, qayğısız çağı.  
Bəzən xatırlayır Kür qırağın,  
Alır kəkliklərin ilic sorağını.  
Ş
airin ilhamı gözəldir deyə  
Ə
zəldən aşiqdir o gözəlliyə;  
Baxır kəlağaylı keçən gəlınə,  
Qarğı qələmini alır əlinə;  
Könlünü bəsləmiş sazlar əlində,  
Deyir türküsünü ana dilində;  
Səsinə səs verir dağda çobanlar...  
Bükür qamətini ağır zamanlar...  
Yazır çəmənlərdə yarın seyrini,  
O böyük şairin hər bir şerini  
Deyir laylasında bizim analar.  
Ölərmi yurdunu sevən sənətkar?!  
Vaqif, ey şerimin könül dastanı,  
De, söhbətin hanı, de, saznı hanı?  
Susdumu nəğmələr oxuyan dilin?  
Yasını tutdumu barı sevgilin? 
* * * 
Batdımı xəncəri xanın köksünə?  
Nifrət o alçağa! Nifrət o günə!  
Noldu söylədiyin axar qoşmalar?  
Andımı həsrətlə səni hər nigar?  
Ş
ahidin oldumu üfüqdəki ay?  
Söylə, yıxıldımı o məğrur saray?  
De, sənmi söylərdin son dəfə naçar:  
Bir yandan bağlayan, bir yandan açar.  
Vaqif, ey şerimin könül dastanı,  
De, söhbətin hanı, de, sazın hanı?  
Ey könül yolçusu, gülər sənətkar,  
Qədrini bilmədi sənin saraylar.  
ran ordusunu yeridəndə, sən  
Dedin ki, yadlara keçməsin vətən!  
Dedin: sərçeşmələr, dağlar bizimdir


189 
Almalı, armudlu bağlar bizimdir  
Dedin ki, türk dili, türk şeri gərək  
Böyük bir ölkəyə qanad gərərək,  
Üfüqdən üfüqə çapsın atını.  
Ə
ziz bir ölkənin xatiratını  
Verməyək dağıdan, vuran əllərə,  
Doğma sənət gərək bizim ellərə.  
Yazıq, sən deyəni demədi ruzgar,  
Çəkdi ordusunu Məhəmməd Qacar,  
Gözündə fırtına, baxışında qış,  
O insan qatili, o axtalanmış...  
Keçdi pəncəsinə onun Qarabağ  
Qayalar titrədi əlində zağ-zağ.  
Nişanlı qızların açıldı üzü,  
Qaldı ürəyində Vaqifin sözü...  
O qanlı günlərə şahid idin sən,  
Divarlar töküldü güllə səsindən .  
Naxışlı xalçalar", uzun xalılar,  
Babalar yurdundan qalan yadigar,  
"Hədiyyə" verildi o yaramaza;  
Sənsə gördüyünü düz yaza-yaza,  
"Dünyada doğru bir halət görmədin,  
Bütün əyri gördün, babət görmədin". 
* * * 
De, sənmi söylədin son dəfə naçar:  
Bir yandan bağlayan, bir yandan açar.  
O dövran qatilə oturdu baha – 
Yatıb, sağ çıxmadı cəllad sabaha.  
Qəhrəman bir oğul, polad bir ürək  
Onun otağına yalnız girərək.  
Çaldı xəncərini ilan başından.  
Zindanı, zənciri sevməmiş insan...  
Səninsə qəlbinin əsdi telləri,  
Yazdın Vidadiyə bu şad xəbəri. 
  


190 
O da həyatının ixtiyar yaşı,  
Yönünü döndərib qibləye qarşı,  
Dilində surələr, durdu namaza,  
Lənətlər oxudu o yaramaza.  
Vaqif, ey şerimin könül dastanı!  
De, söhbətin hanı, de sazın hanı?  
Dəydimi xəncəri xanın köksünə?  
Nifrət o alçağa, nifrət o günə!  
Keçdi qərinələr, keçdi əsrlər,  
Torpaqda qalmadı qullar, əsirlər...  
Ey böyük sənətkar, ey böyük insan,  
Nə olar başıni yerdən qaldırsan! —  
Kainat gözimə görünər röya,  
ndi bambaşqadır gördüyün dünya!  
Durulmuş, şairim, bulanmış sular,  
Döyüşlər, mizraqlar, azğın ordular...  
Sarayiar əbədi torpağa dönmüş,  
Məscid şamları da əriyib sönmüş.  
Nə bir əzan səsi, nə minarə var,  
Nə də fırıldaqç, azğın imamlar.  
Dəyişmiş bu hava, dəyişmiş bu yer.  
Odur, qalstuklu duran pioner  
Açıb qarşısında külliyyatını,  
Öyrənir, şairim, o, həyatını,  
Onunla birlikdə uçur xəyalm:  
"Ənliyi, kirşanı neylər camalın,  
Sən elə gözəlsən binadan, pəri!"  
Sözlərin olmuşdur dillər əzbəri.  
Dolansan dünyanı sən qarış-qarış.  
Tarix bir meydandır, ömür bir yarış.  
Ölkəmiz yarışın ön səflərində,  
Bir yeni dünya var hər əsərində...  
Uçan buludlar da çağırır "gəlin!"  
Qalxacaq, şairim, bir gün heykəlın  
Bizim Qarabağın Cidır düzündə,  
Vaqif canlanacaq onum üzündə... 
1935 
  


191 
SƏNƏT EŞQ  
Vuruldum o gün ki, şerə, sənətə  
Unutdum sevdiyim əyləncələri.  
Aşiqəm insana və təbiətə  
Ə
lim qələm tutub yazandan bəri. 
Bəzən xəyalımda uçur buludlar,  
Bir qətrə böyüyüb bir dəniz olur.  
Dünyanın ölməyən bir qanunu var,  
Bir yandan boşalır, bir yandan dolur. 
Mənsə bu varlığm içində qaynar  
Bir vulkan kimiyəm, gözlərimə bax;  
Könül tərlan kimi baş alıb oynar  
Buluddan buluda qanad çalaraq. 
nsanlar dost kimi oxuyur məni,  
Sözüm ağızlarda əzbər çəkilir;  
Ə
limlə qurduğum sənət bağında  
Ə
tirli lalələr, güllər əkilir. 
Öylə səfərbərəm, öylə hazıram,  
Qarşımda diz çöküb göylər alçalır.  
Bir yanda kağıza mən söz yazıram  
Bir yanda sevgilim piano çalır. 
1935 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə