Microsoft Word S?M?D vurgun doc



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə34/43
tarix28.06.2018
ölçüsü1,59 Mb.
#51983
1   ...   30   31   32   33   34   35   36   37   ...   43

197 
* * * 
Gecə can üstündə, açılır səhər  
Ayılır yuxudan, əsnəyir şəhər.  
Artıq görünməyir nə ulduz, nə ay  
Bir yeni sürətlə qaçır tramvay.  
Qoşur iş başına sağlam ürəklər  
Oxşayır səhəri sakit küləklər.  
Odur bax, azacıq dənizdən kənar  
Göytərə baş vuran işlək buruqlar.  
Bir yeni qüvvətlə soxulmuş yenə  
Bu sarı torpağın dərinliyinə.  
Baxır qəhrəmanım onlara sarı  
Sevərək seyr edir o buruqları.  
Parlayır alnında əzəmət, vüqar  
Üfüqdə at kimi çapır buludlar.  
Gülür təbiətin o göyçək qızı  
Üfüqlər qırmızı, göylər qırmızı.  
Qırmızı bir cahan əməlimizdir  
ş
ığı yandıran öz əlimizdir...  
Uğurlar sənə ey qoca kainat.  
Yaşasın gələcək! Yaşasın həyat! 
* * * 
Tarix! Bu ixtiyar gəncliyinlə sən  
Mənim sözlərimin ilk şahidisən.  
Dünya dəyişəcək atlas donunu  
Ə
zəldən qaydadır bilirəm bunu.  
nsanlar gələcək, gedəcək bir-bir  
Sular məcrasını dəyişəcəkdir.  
Özgə rəng alacaq çiçəklər, otlar  
Yaracaq göyləri uçqun buludlar.  
Düşəcək sulara ay da, ulduz da  
Baxıb seyr edəcək oğlan da, qız da.  
Açacaq sirrini bahar da, qış da  
Mehriban yağacaq qar da, yağış da. 
  


198 
Ruha küsməyəcək nə gül, nə yarpaq  
Sifariş verəcək günəşə torpaq...  
Dodaqlarda gülüş, qollarda qüvvət  
Qardaş olacaqdır bizə təbiət.  
O vaxt qoyulacaq qılınclar qına  
nsanlar güləcək çocuq ağlına...  
Mənim də sevdiyim bu əziz vətən  
lhamlar alacaq gələcəyindən.  
Açacaq ağzını qalın kitablar  
Bu ölməz insanlar, bu inqilablar,  
Bir-bir görünəcək gözlərimizə  
Salamlar verəcək gələcək bizə.  
Elçilər gələcək Misirdən, Şamdan,  
Günəşli gündüzdən, aylı axşamdan.  
Daşacaq Bakıda insanın sayı  
Ş
uralar Şərqinin ilk qurultayı.  
Burda başlanacaq! O gün ixtiyar  
Bir mədən işçisi alnında vüqar  
Başının üstündə bir qızıl bayraq  
Türkcə salam verib iclas açacaq.  
Ömrü az olsa da bu dastanımın  
O gün, bilirəm ki, qəhrəmanımın  
Burda yüksələcək bir tuunc heykəli  
Şə
rqi göstərəcək uzanan əli. 
1935, aprel 
  


199 
TORPAĞIN TƏLƏB  
Ş
airim! Qələmi götür də dinlə,  
Bir yeni dastan yaz öz əllərinlə!  
Dünyanın qoca bir şahidiyəm mən,  
Örtülü qız kimi qaçıb gizlənən,  
Dilsiz əsrləri yarıb keçmişəm,  
Günəşdən payımı mən də içmişəm. 
* * * 
Başım dəfələrlə düşdü qorxuya,  
Gözlərim getmədi şirin yuxuya.  
Döyüşlər səslənir qulaqlarımda...  
Mənim durna gözlü bulaqlarımda,  
Qanli süngüsünü yudu çoxları.  
Başımın üstündə düşmən oxları,  
Fırlana-fırlana sancıldı yerə,  
Xələtlər payladım hər cahangirə. 
* * * 
Yaşıma dolduqca qanlara doydum,  
Hər daşın altında bir oğul qoydum.  
Ah... o qılıncları, o qalxanları  
Sinəmin üstündən axan qanları  
Nəsildən-nəsilə verdim yadigar  
Üstü zər yazılı bir keçmişim var!  
Üstümə hər gələn bac aldı keçdi.  
Yaşım döyüşlərdə qocaldı keçdi  
Eşitsin nəslimiz məndə nələr var,  
Məndə həqiqətlər, əfsanələr var! 
1935 
  


200 
K SLOVODSK 
Göylər pərisini görmək əməli  
Gözümdə qalmışdı çocuqluğumdan...  
Tanış olmadığım dağlar gözəli  
Pərişan yuxuma girdiyi zaman  
Bir gecə, bir yuxu, bir də ikimiz  
And içib, söz verdik gələcəyə biz! 
Bu torpaq da bilir, bu göy də bilir – 
Ə
zəldən aşiqəm mən gözəlliyə.  
Saçlarım ağarır, gücüm əskilir  
Günlərin boş yerə keçməsin deyə;  
Açılsın qarşımda hər dağ, hər dərə,  
Qələm çalmalıyam gözəlliklərə! 
Ey günəş! Ey bulud! Ey əski dostlar!  
Adınız gələndə titrəyir dilim.  
Mənim təbiətə bir səfərim var,  
Səsimə səs versin doğma sevgilim!  
Bu tənha gecənin qoynunda barı  
Xəyalım seyr etsin ağ buludları. 
Dayanmış yanaşı yaşıl təpələr,  
Durur hər qapıda boylu bir çinar;  
Günəş yana - yana, yağış səpələr,  
Xilqətin nə böyük bir cəlalı var!  
Axır qıjıltıyla köpüklü çaylar  
Düşür qucağma ulduzlar, aylar. 
Başını yastığa qoyanda insan,  
Günəş kəhər ata minənə qədər  
Axır damarlarda şırıl-şırıl qan;  
Ə
tirlər içində oyanır səhər.  
Budur mən dediyim dünya gözəli!  
Onu bəzəmişdir xilqətin əli. 
  


201 
Böyük bir ölkənin hər bucağından  
Tatar da, gürcü də, türk də, çeçen də  
Ayrılıb gəlmişdir öz ocağından.  
Burda müsafir də, yoldan keçən də,  
Durur bu lövhənin qarşısında şən,  
Qarışır bir yerə deyib gülüşən. 
Budur bax, qarşımda Hava xramı,  
Günəşin altında çılpaq omuzlar
*
,  
Dağların döşünə sərilmiş hamı,  
Söz atır oğlanlar, gülüşür qızlar. 
Günəş gizlənməkdə, üfüq qırmızı – 
Elə bil donmuşdur buludlarda qan.  
Ruha tanış gələn Qaraçay qızı  
Ş
ahin vüqarilə keçir yanımdan. 
Hörüklü saçları iki qatardır,  
Durna baxışları dəniz kimi lal;  
Qanımda, qəlbimdə bir axın vardır,  
Mənə tanış gəlir üzündəki xal... 
Mən "dayan!" deyirəm, o deyir "sürət!"  
Dinib danışmayır canlı bir insan;  
Bu bəlkə əskidən qalma bir adət,  
Bəlkə də qısqanır nişanlısından? 
Dağların döşündə cərgələnərək,  
Durmuş ordu kimi şam ağacları;  
Dumanlar, çiskinlər dağdan enərək  
Yürüyür şəhərin üstünə sarı. 
Birdən şimşək çaxır, göy guruldayır,  
Qışqırır qocalar, ömrü yarılar;  
Qayalar dil açıb bərk uğuldayır.  
Günlüyün altına dolur qarılar. 
                                                           
*
 
Çiyin 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə