Microsoft Word S?M?D vurgun doc



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə19/43
tarix28.06.2018
ölçüsü1,59 Mb.
#51983
1   ...   15   16   17   18   19   20   21   22   ...   43

109 
və təkrar 
anmadım 
adım dolaşıq çağıran  
suların 
duyumlu səsnini..  
Mənə 
çox görmədi zaman  
çalışıb 
yaşamaq 
həvəsini...  
Gördüm 
damarlarımı dolaşan 
o köhnə qanın 
və onu yaradan 
köhnə romantikanın  
ə
n xəstə qurdunu... 
Öldürdüm onu!  
Öl- 
dür- 
düm!  
Və dedim: 
"Tarixi yaradan 
insanlar özudur.  
Bu, 
ə
n böyük 
ustamızın 
ə
n böyük sözüdür.  
Yenə dedim:  
Ə
limi mən də vermeliyəm 
işçilərin əlilə;  
Mən də 
daş atmalıyam  
Sosialist 
Vətənimizin  
təməlinə!  
Alqış! 
  


110 
      Dəmir əllərilə 
daxmaları sökən,  
yerində saraylar tikənlərə!  
Ölüm! 
Sarı gözlüyünə  
qaranlıq çökən,  
gözünü köhnə dünyanın 
heçliyinə dikənlərə.  
Alqış!  
Sosialist yurdumuza, 
Kanallar çəkən,  
lanlı çöllərdə  
ağ pambıq əkən 
zərbəçilərə!  
Ölüm! 
Başını paçasının  
arasında saxlayan  
Və ömrü yumurta kimi laxlayan 
tək atlı çərçilərə!  
Vur, 
dedim,vur!  
Zərbələrini 
bərk vur!  
Mənim 
arzum budur.  
Qollarına 
yeni qüvvələr gəlsin,  
və sənin! 
ə
linlə yüksəlsin  
Kirli, 
yamaliqlı kəndimiz,  
üklü, alıqlı kəndimiz.  
Hey!.. 
Hey!..  
Addımlarını möhkəm at! 
  


111 
Sənin çiyinlərində yüksəlir 
Bu yeni həyat!  
Bu həyatda gördüm:  
Kirli gömləyini əynindən atanların  
döşündəki beş bucaqlı qırmızını. 
Ayaqları dolaşa-dolaşa 
məktəbə gedən  
anamın qalstuklu qızını.  
Gördüm 
adsızlığını 
və savadsızlığını 
ləğv edən,  
Kəndimizə 
özək katibi gedən 
bolşevik işçiləri.  
Günlər axır irəli!..  
Görəcəyəm: 
canındakı 
sönməyən həvəslə,  
və kolxoza bir səslə 
yazılan əməkçilərin 
ağ saçlı qarısını.  
Mən 
onları duymaqla keçirdim  
ömrümün yarısını...  
Görəcəyəm  
Quduran 
və bığlarnıı kişmişlə buran  
ə
yriburun 
hampaların ölümünü, 
onların son gününü.  
Zaman axıcı bir su, 
görürəm bunu.  
Dəyişir 
və dönür 
  


112 
Bəşər fikri, 
bəşər duyğusu.  
Zaman axıcı bir su...  
Bu suyun 
ə
n qüvvəli  
motoru 
və requlyatoru
*
 - 
Proletar ordusu!  
Zaman axıcı bir su!  
Hey!.. 
Hey!..  
Addımlarını möhkəm at! 
Qat-qat çoxalt  
Kəndimizə yaraşıq 
və işıq 
verən elektrik tokunu.  
Mən 
onlara bağışlayım 
ş
erlərimin çoxunu  
və yazım:  
bu tok, 
bu toku yaradan "blok"  
ş
çi-kəndli birliyidir!  
Bu birlik  
şə
hərlə kəndin 
ə
n gözəl diriliyidir!  
Qoy 
kəndimizin üstünü  
Bulud kimi bürüyən 
və ətəyini sürüyən 
dumanlar 
Dağların ardına çəkilsin!  
Kəndimizə su gəlsin, 
dəmir yolu çəkilsin! 
                                                           
*
Nizamlayıcı
  


113 
  
Qoy 
minsin elektrik qatarına  
Sabaha salam versin  
Yarışa çıxanların 
zərbəçi dəstəsi.  
Sabahı da  
bu gün kimi,  
qura-qura  
Söyləyək:  
Ura!  Ura!!! 
1931 
  


114 
ÖLƏŞE RLƏR M 
"Tərbiyəçi olmaq üçün  
tərbiyə olunmaq lazımdır"  
K.Marks 
ncə bir bahar buludunn andıran 
və gəncliyi 
bir göl kimi dalğalandıran 
mavi gözlərə 
Yazdığım dastanlar 
Bu gün məndən uzaqsınız. 
Sizi mən 
ölən  
günlərin heçliyinə 
öz əlimlə göndərdim.  
Vərəmli 
və sıtmalı gecələrimi 
günəşli gündüzlərə döndərdim - 
“Dürrənin səsi”, 
“Dilcan dərəsi”,  
“Gözəllərim”, 
“Qəzəllərim”,  
...lərim..., lərim... 
və nələrim... 
Artıq gözlərimdən uzaqlaşdınız;  
Ölən bir cahanla siz 
gülüşsüz qucaqlaşdınız...  
O gün mən, 
ağır  
və ən 
çətin daqiqələrə qatlandım.  
Sərt  
və oynaq küləklər kimi, 
mən də qanadlandım.  
Bu bir uçuşdur! 
  


115 
Fikrim 
ruzgar, qanadlı bir quşdur.  
Axsadığım günlər oldusa bəzən  
mən yıxılmadım,  
Tarixə bolşevik yazılsın adım!  
Bayrağım 
damarlarımdakı qanlar kimi qırmızı,  
Polad nəslimizin varlığı beton!  
nanmadı gələcəyin bu gününə 
nə Berkley. 
nə Platon. 
Kapital 
qotur itlər kimi tükunü tökür; 
Onların uzağı görməyən gözlərinə 
qaranlıq çökür... 
Tarix 
açır xəyanətini sosial-faşistlərin. 
Bu xəbər üşüdür varlığını 
menşevik "kommunistlərin".  
Belə bir gündə 
mavi buludların rənginə uymaq  
və gecələrin sarımtıraq,  
Çarpaşıq görünüşündə 
həyat duymaq 
Yaramaz!.. 
Odur ki, mən 
Siniflər doyüşündən törənən 
bir əsgər kimi, 
Ş
eirlərimi şüarlara döndərdim.  
Onları son döyüşün 
ilk cəbhəsinə göndərirəm. 
1931 
  


116 
QIZIL ŞƏRQ 
nlədi Şərq, 
inlədi... 
Tunc əsrlərin dəmir çəngəlində. 
Çiyni zər paqonlu şahların, 
"gözə görünməyən allahların" 
ə
lində  
inlədi Şərq. 
Suların səsində matəm 
və göz yaşı dinlədi Şərq... 
Utanmadı, 
Böyük Britaniya lordları 
Utanmadı.  
Boynu zəncirli 
və kirli  
Şə
rqin 
"halına yanmadı".  
Odlara diri-diri qalandı Şərq.  
Dönə-dönə parçalandı Şərq – 
Altay, 
Tibet,  
Himalay,  
alay-alay 
o dağlar 
üzünü günəşə göstərmədi.  
Üyləri
*
 qabar tutan əllər 
ə
yilib öz gülünü dərmədi...  
Bunu görməyən.  
dealist əmələlər rənglədi maskasını,  
Günü-gündən, 
həmən  
açdı Şərq  
qollarını 
dərin 
                                                           
*
 
Barmaqların bükükləri 
  


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə