Microsoft Word S?M?D vurgun doc



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə16/43
tarix28.06.2018
ölçüsü1,59 Mb.
#51983
1   ...   12   13   14   15   16   17   18   19   ...   43

89 
Söylə, nə göstərim bu günə dair?  
Könüllər sərbəstdir, duyğular azad...  
Bu yeni dünyanın yolçusu - şair  
Dərdli günlərini heç edərmi yad? 
Budur bax, gözlərim qəlbim kimi şən,  
Bütün kainatım, bütün varlığım,  
Sanasan çiçəkli, güllü bir gülşən...  
Bitib-tükənməyir bəxtiyarlığım. 
ndi mən ömrümün bahar çağları  
Bilmədiklərimi bilirəm burda;  
Könlüm çox axtarır uca dağları,  
Bir gün dönəcəyəm çıxdığım yurda... 
1929, 26 noyabr 
  


90 
KONSERT AXŞAMI 
Gecəydi... 
Moskva hər günkü kimi 
insan dalğasilə dalğalanırdı. 
Kim bilir, fikrim 
nələr düşunürdü, nələr anırdı? 
Yorğun-arğın insanlar 
işdən sonra 
Yığışmışdı, divarları 
daş aynalı bir salona 
Konsert olacaq!.. 
Ömrün varlığını izləyən şair 
bu günə dair 
nə isə düşünürdü haman salonda. 
Bu axşam onda 
büsbütün başqa bir həyəcan vardı, 
Həyata çox sağlam inamı vardı. 
Bu aralıq 
Bütün varlığilə gümrah, qayğısız, 
səmimi bir qız 
ona yaxınlaşaraq. 
-Bayaq sizi göstərəmk arkadaşım səylədi ki,  
O sadə gənc uzaqlardan, Şərq əlindən qonaq gəlmiş;  
Məqsədiniz bu torpaqdan qüvvət alıb dönmək imiş.  
Söyləsəniz çox xoş olar, düzmü onun dedikləri?  
Hansı qüvvət, hansı məqsəd bu yerlərə çəkdi sizi?  
Düşündürün bu xüsusda, azca əyləndirin bizi.  
Ş
air: 
- O yerdə ki, günəş gülər, dəniz gülər, göy gülər,  
O yerdə ki, sarı bülbül yaz gününü qarşılar,  
O yerdə ki, quşlar oxur, söylənilən türkülər,  
Andırır ki, o torpağın zəngin təbiəti var;  
Axşamları, səhərləri çox xoş olur, o diyar – 
Hər könülə ilham verər, hər yolçunu saxlayar. 
  


91 
O, Qafqazdır ki, şairlər vurulmuşdur nazına,  
Könül oynar ixtiyarsız təbiətin sazına. 
- Heç anırmı xatiriniz o nəşəli günləri? 
Sıxılırm! varlığınız? 
- Heç sormayın onu siz! 
Yenə dalğın xəyalımdan nələr keçdi bilsəniz!  
O zaman ki, çiçəklərin arasında bəxtiyar  
Dolaşırdım öz-özümə, coşub əsdikcə ruzgar;  
O zaman ki, məni Günəş salamlardı yar kimi,  
Çırpınardım ürəyimdə bir xəstəlik var kimi...  
O zaman ki, qarlı dağlar örtünərdi dumana,  
Dənizlərin dalğasından səs düşərdi ormana,  
Uca, qorxunc qayalardan ilham alib yazardım;  
Qaranlıqlar çökən zaman düz yolumu azardım;  
Gecələrdim təbiətin qucağında çox zaman,  
Mən nə idim, bir çöl quşu... 
- Çöldə yaşarmı insan? 
- Köçəridir xalqımızın çox hissəsi əzəldən, 
Nə söylədimsə doğrudur, yaratmadım bunu mən.  
Günəş azca qızan kimi çəkilərdik bağlara,  
Dağlar bizə mehribandır, sığınaraq dağlara.  
Üç ay yayı keçirərək göy yaylaqlar başında,  
Yurd salırıq o yerlərin torpağında, daşında.  
Ş
ahinlərin qıy vurması, buludların axması,  
Uzaq-yaxın üfüqlərdə şimşəklərin çaxması,  
Ürəklərə naşə səpər, könül səadət izlər;  
O yerlərdə cana gələr sarı, solğun bənizlər...  
Nə zaman ki, arabalar köç yoluna düzülər,  
Kəndli yoldaş əkinindən, biçinindən üzülər,  
Yazlıq əkin işlərini unudurlar tamamən.  
Yaşamışıtm dönə-dönə çox görmüşəm bunu mən.  
Tarladakı sünbülləri dənlər köçəri quşlar,  
Gecələr çox səssiz olur, yalnız ular bayquşlar.  
Yayın orta aylarında gün otları yandırır,  
Hərəkətsiz o təbiət məzarlığı andırır. 
  


92 
Salon səssiz bir hal aldı, hərəkətdən əsər yox.  
Səhnədəki oynaq bir gənc söyləyirdi monoloq:  
- Buludlar oynaqdır, sanma şaşqındır. 
Dənizlər dalğalı, sular daşqındır; 
Həyat dedikləri hərəkətdədir, 
Bu ölməyən qanun təbiətdədir. 
Fikirlər, duyğular, əməllər hər an 
Dönər, təzələnər, çünki hər insan
Dünyada hər könül yüksəliş arar, 
Varlığın nə ilki, nə axırı var. 
1929 
  


93 
Ə
MƏK VƏ TƏƏ
Günəş doğub yayılmadan qayaları dələrək  
Balta vurar, külüng çalar yorulmayan qolları.  
Elektrik qüvvəsindən min bir cana gələrək,  
O hazırlar yer altında şöməndüfər
*
 yolları. 
Sonra qatar sürətilə trak... trak... tra... rak...  
Elçiləyər uzaqları dağı, daşı yırtaraq. 
Quş qonmayan o dağlar ki, nərəsindən yıxılar,  
Buludların rəngi qaçar bu sürətin səsilə;  
Nə yoruldum söyləyər o, nə də qəlbi sıxılar,  
Yıxar, qurar təbiəti bu günün nəğməsilə. 
O bilir ki, döyünməyən, hərəkətsiz bir ürək,  
ztirablar keçirirkən mumlar kimi sönəcək;  
O bilir ki, bu dünyada bəslənilən hər dilək,  
Çətinlikdən çəkinərsə bir xəyala dönəcək. 
Odur ki, bax, güvənərək qolundakı qüvvətə,  
Dəyişdirir kainatı, yeni bir donda qurur.  
Dalğalanan bu axın ki, məni salır heyrətə,  
Zaman axır sular kimi, saatlar çox tez vurur. 
Ə
srlərin qurduğuna qarşı duran bu sürət  
Güldürəcək, şübhəsiz ki, görüb duyan kəsləri;  
nsanlığın qüdrətinə təslim olur təbiət,  
Ş
air nəşə içindədir, duyur zəfər səsləri. 
1929 
                                                           
*
 
Dəmir yolu 


94 
ELLƏR DÜNYASI 
Al-yaşıl geyinmiş uca dağların  
Qartallı qoynundan uzaqlaşmışam;  
Könül bulandıran, xəyal küsdürən  
Tozlu bir diyarla qucaqlaşmışam... 
Burada hər tərəf – yerdən göyədək,  
Doğrudan yandırır, yaxır insanı;  
Acı bir hiss ilə gülümsəyərək,  
Deyirəm: gəzdiyim o yerlər hanı? 
Hanı ağ suların xoş təranəsi?  
Burda nə ildırım, nə şimşək çaxar:  
Yadıma düşdükcə Dilcan dərəsi  
Başından tüstülər, dumanlar qalxar. 
Gecələr ay gülməz buludlar qara,  
Boğulur varlığım hər bir addımda.  
Mən çox dırmanmışam qarlı dağlara,  
O ellər dünyası yaşar yadımda... 
[1929
  


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə