Microsoft Word S?M?D vurgun doc



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə18/43
tarix28.06.2018
ölçüsü1,59 Mb.
#51983
1   ...   14   15   16   17   18   19   20   21   ...   43

102 
B R AZ GÜLMƏK ÜÇÜN 
Qardaşım Osman Sarıvəlliyə 
Söylə sən ey, təbiət! Yoxmu sənin günəşin?  
Bu qaranlıq gecələr həmişəlikmi əşin?  
Mən də bir insanam, ah! Məna ver sözlərimə,  
Bəlkə də kor kimiyəm, işıq ver gözlərimə,  
Mən də görüm varlığı, Ayı, Günü, ulduzu;  
Hər çiçəyi, hər gülü, hər qadını, hər qızı  
Oxşamaqdan yoruldum; 
Başqalşmaq istərəm.  
Qanadlı bir quş kimi dağlar aşmaq istərəm.  
Arzularım çoxalır, mən acizəm uçuşda,  
Karvanım çıxdı yoldan bir çıxılmaz yoxuşda...  
O qaranlıq gecədə mən itirdim yolumu,  
Həyat bükdü belimi... Həyat qırdı qolumu...  
Sən ey quduz təbiət! Sən ey zəhərli ruzgar!  
Bu nəşəsiz günlərin, söylə, nə mənası var?  
Bəlkə də hər bir ağ gün bir qara gün deməkdir...  
Bəlkə də hər şirinlik bir acılıq yeməkdir...  
Bəlkə yalandır Günəş, həqiqətdir gecələr,  
Yordu mənim beynimi bu saysız bilməcələr.  
Sorsalar bu pərdəli fəlsəfələr neçindir?  
Deyin bu göz yaşları bir az gülmək üçündür. 
1930, 5 dekabr 


103 
MƏN HAZIRAM 
Bu gün mənim 
Sağlam bədənimdə qan-tərə batan 
Və yatan 
Bir saat kimi 
qəlbimi 
Bir şad xəbər salamladı:  
Dedilər: "Sinif qovğasıdır"  
Gələcək hərbin adı.  
gid bir əsgər 
və qəhrəman  
Bir komandan kimi bəzən  
çimdə mən 
Qalın və dolama yollar aşaraq – 
Ş
rak!  
Ş
rak!  
Ş
rak! 
Atılan güllələrə sinə gərirəm,  
Düşmən ordugaha yol göstərirəm 
və deyirəm:  
Qollarında qüvvət,  
Ürəyi sağlam bir gənc üçün  
Yaralanmış bir göyərçin kimi  
Qanadlarını sallayaraq  
Ucuz ölmək gülncdür.  
Burax, dedim - 
Məni burax!  
Dayanılmaz hərəkət...  
Azad nəfəs aldığım bu məmləkət  
Halal etməz igidlərin qanını,  
Mən hücumdan geri qalsam!  
Dəmirdir əsam. 
Nişan alsalar da gözlərimin qarasına – 
Bolşevik qəlbimlə, 
hazıram mən də  
Gələcək sinif qovğasına! 
1930 


104 
MƏN DƏ B R ƏSGƏR K M  
Nəbilərin,  
kralların, 
ş
ahların 
ölümünə qərar yazırıq!  
Biz 
hərb istəmirik,  
hərbə hazırıq.  
Yoldaş firqə!  
Qanımız, 
canımız, 
bütün həyəcanımız  
Günəşin istisilə doludur.  
Bizi  
Qaranlıqdan 
işığa çıxaran  
və hər zənciri qıran  
Son məqsədin 
son yoludur.  
Bu yolun yolçusu 
daşqın bir su 
Və dənizlər kimi dalğalanan,  
Dəmir qapılardan intiqam alan  
Proletar!..  
Bölük-bölük, 
qatar-qatar  
çoxaldıqca nəslimiz,  
Dünyanın hər yerində biz.  
Gözlərimiz ayıq 
oxumalıyıq  
beynəlmiləl havasını,  
Bu 
son əməl  
havasını. 
  


105 
Qoy 
qarımış kapitalın  
Çürük 
və laxlamış 
dişləri ağarsın...  
Qoy 
onların,  
O ipək döşəməli 
salonların  
hər bəxtiyarlığı,  
bütün varlığı 
heçliyə varsın!  
Qoy 
dəmir barmaqlarımız  
Soyuq 
və qaranlıq gecələrin 
bağrını dəlsin!  
Düşmən qüvvələr  
qarşı-qarşıya gəlsin 
və başlansın  
Yerləri, 
göyləri 
titrədən bir hərb;  
Cənub, 
Ş
imal, 
Şə
rq,  
Qərb  
Bölünsün iki düşmən 
və barışmaz cəbhəyə!  
O zaman 
mən 
"daloy istismar!" – deyə,  
qızıl süngümü soxmaliyam  
piyli və yekə qarınlara!  
Vurduğum yara 
  


106 
gərək bir də sağalmasın!  
Düşmən ordugahdan  
nişan qalmasın!  
Nəbilərin, 
kralların, 
ş
ahların 
ölümünə qərar yazırıq!  
Biz hərb istəmirik,  
hərbə hazırıq!.. 
1931 
  


107 
RAPORT 
Bakı mədən işçilərinə 
G R Ş 
Mən 
nəfəsləri benzin 
və kükürd qoxulu 
milyonların şairiyəm, 
Düşməniyəm onların — 
Divarları məxmər  
və ipək döşəməli  
salonların... 
RÜCU
*
 
Vur, 
dedin, vur! 
Zərbələrini 
bərk vur! 
Mənim arzum budur:  
Qollarına 
yeni qüvvələr gəlsin,  
və sənin 
ə
linlə yüksəlsin  
Kirli, 
yamaliqlı kəndimiz,  
üklü, 
alıqlı kəndimiz!.. 
SALAM 
Salam sizə!  
Sizin qəlbinizlə
yaşayan, 
                                                           
*
 
Müraciət 


108 
və matorlu kəlmələri 
çiynində daşıyan  
      yeni şerin 
yeni şairindən 
salam! 
Ş
öhrətim kəndli  
Qapımız ömründə 
                  xırman görmədi  
məhsullu 
və bərəkətli... 
Yaşatmadım 
qanadımın altında  
      bir an,  
Ustamızın yolundan 
sapanlan,  
və qurtuluş gününü 
keçmişdə tapanları.  
Mənə 
bu dərsi 
verdi zaman.  
Qırdım zaman-zaman 
gözlərimə dolaşan  
      biri çaş
biri sarı 
gözlüyü mən,  
Sirrini görmədiyim dünya  
Gözlərimə 
göründü yenidən;  
Unutdum  
tüstülü daxmasında 
yemlik yediyim  
Babamın 
aciz xülyalarını.  
Unutdum 
o səfil gecələrin 
sərxoş röyalarını 
  


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə