Microsoft Word S?M?D vurgun doc



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə3/43
tarix28.06.2018
ölçüsü1,59 Mb.
#51983
1   2   3   4   5   6   7   8   9   ...   43

10 
və  vəhdəti  ona  müasirliyin  beynəlmiləlçi  bir  şairi  və  mütəfəkkiri  kimi  ittifaq  və
dünya şöhrəti qazandırdı. 
Ş
übhəsiz  ki,  o,  hər  şeydən  əvvəl  Azərbaycan  xalqının  öz  milli  qəhrəmanlıq 
keçmişinin və ağrılı, dramatik bu gününün nəğməkarı idi. 
Hər şerində Vurğun - eyni vaxtda üç qatda, Azərbaycan, Dünya və Tarix adlı üç 
məkanda  yaşayan  filosofdur.  Onu  bu  və  ya  digər  məhdud  zamanın  konyunktur, 
ibtidai,  merkanlilist  süzgəcinə  salıb,  ona  orada  qiymət  vermək  ən  böyük 
məhdudluq  olardı.  Sözlərin,  sətirlərin  adi  mənası  bu  obrazın  ancaq  görünən  qatı, 
səthi və zahiri tərəfidir. 
Səməd  Vurğunda  nisbi  həqiqətlərin  hər  birindən  qlobal  həqiqətlər  görünür. 
Bədii  düşüncədə  ən  vulqar,  ehkamçı,  unitar  dövrün  ən  sərbəst  fəlsəfi  sualım 
poeziyada  Səməd  Vurğun  verib:  "Qalib  gələcəkmi  cahanda  kama!",  zorakılıq, 
repressiya,  "kazarma  sosializmi"  deyilən  dövrün,  kamalın  -  yəni  marksizmin  qəti 
qələbəsi sayılan epoxanın Hamlet sualı, Tolstoy “Hərb və sülh” ü, həm bəşəri, həm 
də  ilahi  komediyası  " nsan"  faciəsi  idi.  Zamana  Gete  və  Faust  xitabını  da  yeni 
ş
eirdə məhz Vurğunun dilindən eşidirik: 
Bu dünyaya neçə dəfə keçib sonradan,  
Öz elimlə uzadaydım günün ömrünü. 
O, yer kürəsinə sığmırdı, "sovet ideologiyasına" necə sığa bilərdi? Sonsuzluğa, 
intəhasızlığa sığmırdı, "bolşevik sxolastikaya" necə sığa bilərdi? 
Ş
air  cahana  sığmayan  ruhunu,  sərhədsiz  düşüncəsini  sıxdığı  üçün  zamana 
üsyan edir, faniliyi və müstəqilliyi üçün vaxtın (!) özünü qınayır: 
Uzadaq ömrünü hər bir anın da  
Yel kimi ötməsin vaxt üstümüzdən! 
Yaxud: 
Bulud tez keçməsin başımın üstdən,  
Çay da yavaş axsın sular boyunca.  
Qoy dünya böyüsün, zaman uzansın,  
Bir günün ərzində aylarla yansın  
Al günəş gözündən nur yağa-yağa.  
Ömrün kitabını tamamlamağa  
Çox da can atmasın əlimdə qələm.  
Bu saat, bu dəm  
Heç yana, heç yerə mən tələsmirəm. 
  


11 
Təkcə tələsən vaxtı yox, hətta tələsən fırçanı, qələmi təhdid edir: 
Ömrün kitabını tamamlamağa  
Çox da tələsməsin əlimdə qələm. 
Nəhayət, bütün tələsənləri, dünyaya bütün kəmfürsət və kəmhövsələ baxanları 
giley hədəfi edir: 
...Qoy uzansın gecə, geciksin səhər, 
...Bu saat bu dəm  
Heç yerə, heç yana mən tələsmirəm. 
Tamlığa,  sonsuzluğa  o,  yalnız  ömür  adlı  zamanda  yox,  həm  də  "Azərbaycan" 
adlı məkanda, Vətəndə nail olub. 
Ə
n  mükəmməl  "Azərbaycannamə"  -  40-60-cı  illər  şerində  hamıdan  çox 
Vurğunun poeziyasıdır. Könül və can kimi Vurğun və Azərbaycan da bu şeirdə bir 
yerdədir:  "Ayrılarmı  könül  candan,  Azərbaycan,  Azərbaycan".  Onu  bir  (janr,  bir 
oğul  kimi  yaradan  Azərbaycanı  o,  şeirdə  yenidən  yaradır.  Milli  himn  şəklində, 
"Muğan"  şəklində,  "Bakının  dastanı",  "Aslan  qayası"  şəklində,  hətta  "Lökbatan" 
şə
klində!  Muğanın,  Bakının,  Lökbatanın  ikinci  dastanı  bu  tamlıqda,  bu 
möhtəşəmliklə daha heç kəsdə yoxdur. 
Digər tərəfdən, Azərbaycanın şeir dilini Vurğun yenidən yaradır. Bu tamlıqda, 
duruluqda,  saflıq  və  gözəllikdə  Azərbaycan  türk  şeir  dili  o  illər  hamıdan  çox 
Vurğuna xas idi. 
Nəhayət, Azərbaycanın qəhrəmanlıq keçmişinin ruh və yaddaş tarixinin şeirdə 
ə
n  mükəmməl  salnaməsini  o  illər  yenə  hamıdan  kamil  məhz  Səməd  Vurğun 
yaradır:  Zərdüştün,  Hürmüzün,  Şirinin,  Fərhadın,  Vaqifin,  Söhbətin,  Şahbazın 
obrazları səhnədən bizim tarixə məhz Vurğunun dili və sözü ilə daxil olur. 
Sovet  dövrü  ədəbiyyatında  həqiqi  milli  xarakterin,  realist  zadəgan-kübar 
(mülkədar)  obrazının  ilk  tutumlu  nümunəsi  sayılan  Cahandar  ağanın  da  ( smayıl 
Ş
ıxlı, "Dəli Kür") daha qədim, ilkin Gəray bəy mənşəyini Səməd Vurğunda tapmaq 
olar.  Poemada  ("Komsomol"  poeması)  romantik  Cəlal  şərəfsiz  və  qəddar 
Kəbleyinin  qurşun  yağmuruna  hədəf  olur,  amma  Gəray  bəyin  özünü  Səməd 
Vurğun  "Komsomol  qurşunu"  ilə  öldürmür;  onu  Humayın  teyfi  Kürdə  qərq  edir. 
Bu, Gəray bəyin hətta ölümünə şairin rəğbətinin ifadəsi idi. 
  


12 
* * * 
Səməd  Vurğunun  adı,  şaxsiyyəti,  milli,  poetik  "mən"i  ilə  ən  çox  bağlı  əsər 
"Vaqif" dir. 
Tarixən Vaqifin həm də dövlət xadimi kimi Azərbaycan ədəbi-ictimai fikrinin 
inkişafında  görkəmli  xidmətləri  olmuşdur.  Şair  Vaqif  poeziyada  realist  xəlqiliyin 
milli-etnoqrafik  koloritin  və  xalis  dünyəvi  nikbinlik  fəlsəfəsinin  bərqərar 
olmasında  müstəsna  rol  oynamışdır.  Qarabağ  xanlığının  vəziri,  ayıq  va  müdrik 
dövlət  xadimi,  alim,  Zaqafqaziya  xalqlarının  doslluğunun  carçısı  və  Avropaya 
rəğbətin  ilk  tərəfdarlarından  biri  kimi  də  Vaqifin  tarixi  siması  işıqlı  və
cazibədardır.  Bütün  bu  keyfiyyətlər  ümumiləşdirilmiş  və  Səməd  Vurğun 
Azərbaycan  sovet  dramaturgiyasında  Xəyyamdan  sonra  ikinci  böyük  şairin 
romantik bədii obrazını yaratmışdır. 
Süjetin  mərkəzində  qüvvətli  şəxsiyyətin  durmasına  baxmayaraq,  hadisələr 
miqyaslı  xalq  dramı  və  sosial  dram  məcrasında  cərəyan  edir.  Pyes  boyu  sanki 
güclü  yeraltı  təkanın  uğultusu  kəsilmir,  uzun-uzun  illər  feodal  hakimlərin  zülm 
etdiyi  məzlum təbəqələrin  səbr kasasının daşacağı anı tamaşaçı intizarla  gözləyir. 
Lakin "Vaqif" - həm də şair və onun taleyi barədə dramdır. Pyesdə "şairin taleyi"- 
elin taleyinə qaynayıb qarışır. Vurğun Vaqifi xalqa, elə arxalanır, onun qəhrəman, 
zəhmətkeş və sənətkar oğullarına qarşı təşkil edilən və planlı şəkildə idarə olunan 
hakim  zorakılıqla  barışmır,  təkcə  öz  mövcudluğu  ilə  hər  cür  fiziki  və  mənəvi 
müstəbidliyə müqavimət göstərir. Müstəbid və ziyalı problemi həm Vaqif-  brahim 
xan, həm də Vaqif  Qacar xətlərində qoşa davam etdirilir. Bu xətlərin hər ikisində
tarixi  təfərrüatla  yanaşı  müasir,  fərdi-avtobioqrafik  məqamlara  da  aşkar  işarələr 
var.  Nəzərə  alsaq  ki,  "Vaqif"  1937-ci  ildə  yazılıb  və  1938-ci  ilin  5  oktyabrında 
tamaşaya qoyulub, onda burada təsvir olunan XVIII əsr hadisələrində 1937-ci ilin 
"podteksti"ni də tanımaq çətin olmaz. 
"Xanlar"  (1939)  dramında  şair  artıq  yaxın  keçmiş  -  Bakı  proletariatını  tarixi-
inqilabi  mübarizəsi  mövzusuna  müraciət  edir  və  məşhur  inqilabçı  Xanlar 
Səfərəliyevin  surətini  yaradır.  XVIII  əsrin  şairi  və  cəngavəri  kimi,  XX  yüzllliyin 
Bakı  fəhləsi  də  əslində,  mahiyyatcə  geniş  xalq  kütləsinin  milli-mənəvi  və  ictimai 
mənafeyinin  təmsilçisi  olaraq  qalır.  Lakin  hadisələrin  bədii  rəsmində,  üsyana 
qalxan xalqın taleyi və mübarizəsinin bolşeviklər partiyasının inqilabi fəaliyyəti ilə
sıx  əlaqədə  təsviri,  xüsusən  Koba  surətinin  ideya  şərhində  şəxsiyyətə  pərəstiş
kultunun o illərə xas ədəbi stereotipləri də aşkar şəkildə özünü göstərir. "Xanlar" - 
tarixi koloritli, obrazlı-fəlsəfi miqyası ilə "Vaqif" səviyyəsinə qalxmasa da, tarixi-
inqilabi  mövzunun  romantik-epik  həlli  istiqamətində  dövrün  axtarışlarnı  əks 
etdirən orijinal bir nümunə kimi əhəmiyyətini qoruyub saxlayır. 
  


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə