Microsoft Word son dialektik corafiya docx



Yüklə 93,55 Kb.
Pdf görüntüsü
səhifə23/90
tarix29.10.2017
ölçüsü93,55 Kb.
#7408
1   ...   19   20   21   22   23   24   25   26   ...   90

Dialektik coğrafiya
 
 
 
59
 
 
tehsal texnologiyası dəfələrlə dəyişmiş və dəyişməkdədir. Lakin, korporasiya-
da dəyişməz bir şey vardısa, o da onun işgüzar fəaliyyət prinsipləridir.  İBM 
yaradan Uiltsonlar ailəsinin “Biz mənəviyyatımızdan başqa hər bir şeyi də-
yişirik” ifadəsi bütün dövrlər üçün əsas ideya mənbəyi hesab edilir.   
 
 
Coğrafi - iqtisadi “ideal” model funksiyasının rasionallığı       
 
Təklif etdiyimiz ideyanın  əsas elmi-praktiki mahiyyəti ondan ibarətdir ki, 
coğrafiya elminin öyrəndiyi funksional iqtisadi “ideal” modelinin diversifi-
kasiyasının tsiklləri yeni məntiqə söykənir. Məntiqi məzmunu ondan ibarətdir 
ki, funksional  tsiklinin “ideal” model  informasiyası effektlik  yaradır, bunun-
la yanaşı coğrafi-iqtisadi inkişafının fonunda “energetik  güc”ün formalaşma-
sını tamamlayır. Bu səbəbdən də “ideal” model ölkənin dayanıqlı iqtisadi-
sosial və siyasi inkişafın təsadüfi ideyası deyil, o, bütovlikdə cəmiyyətin  dia-
lektikasının təbii vəhdədi kimi fəaliyyət göstərir.
56
 Dayanıqlı inkişaf fonunda 
baş verən “energetik güc”ün dəyişkənliyinin cazibə qüvvəsinin miqyasının 
çərçivəsində regionun (ölkənin) struktur modelinin “məhsuldarlığı”nın rəqa-
bətqabiliyyətliyini aktivləşdirir. 
Dayanıqlı inkişafın “ideal” modeli  və onun tsiklli diversifikasiyası sosial-
iqtisadi inkişafının şaxələnmiş sahələrinin ərazi təşkilini təmin edir. Qlobal st-
ruktur siyasətində baş verən dəyişikliklər prosesi duzxətli asılılıq üzrə deyil, 
dialektik hərəkət çərçivəsinin tsikllinin asıllıq gerçəkliyinin fonunda dəyişilir. 
Bu asılılıq səbəbindən də ölkənin iqtisadi inkişafında baş verən dəyişikliklər 
prosesinin “zəncirvari” (tsikli) struktur funksiyalarını özündə birləşdirir. 
Elmi təhlilin fonunda “ideal” model: şaxələnmiş ərazi-istehsal strukturunun 
dayanıqlı inkişafının (istiqamətlənmiş) nəzəri = modelidir. Nəzəri “ideal” 
modelinin dayanıqlı inkişafında “hərəkətverici ideya” ərazi-istehsal diaqnosti-
kasının bazisi hesab edilir; funksional modeli isə ərazi-istehsal diaqnostikası-
nın ümumi dayanıqlı tendensiyaya əks səviyyədə dəyişməsinin funksiyalarını 
özündə birləşdirir. 
“İdeal” model  = hər bir ölkənin optimal inkişafının elə bir sistemdir ki, o 
tədqiqat obyektini əks etdirməklə yanaşı, dialektik coğrafiya elminin tədqiqa-
tının məzmununda praktika ilə uzlaşmasını təmin edir və onu aktivləşdirir. Bu 
səbəbdən də “ideal”model ümumi coğrafiya elminin tədqiqat metodologiyası-
nın hərəkətverici  mənbəyidir.  
                                                            
56
 Qurbanzadə A.A. Regionalogiya. Bakı, 2013. 


  Ağazeynal A. Qurbanzadə 
 
60 
 
 
Funksional “ideal” modelinin anatomiyasınin  müqayisəsi göstərir ki, hər 
bir tsiklli inkişafın tərəqqisi və ya tənəzülü hərəkətin “tədqiqat & praktika” sə-
viyyəsi ilə bağlıdır. Bu ideyanın elmi-praktiki əhəmiyyəti ondan ibarətdir ki, 
tsiklli inkişafının dəyərləri ön plana çəkilir və bəşəri xarakterə çevrilməsi ilə 
əlaqələndirilir. Bu çevrilmələr öz təbiəti etibarilə coğrafiya elminin nəzəri təd-
qiqat obyekti olub ərazi resurslarının kompleks istifadəsində struktur sahələri-
nin optimal səviyyəsini müəyyən edir. 
Ərazi-istehsal strukturunun optimal təşkili, idarə olunmasının kompleksli-
yində funksional coğrafi “ideal” modelinin qurulması  və praktikada istifadə 
edilməsi coğrafiya elmi tədqiqatlarının effektli aparılmasında mühüm əhəmiy-
yəti vardır. Bu səbəbdən də “ideal” modelinin  əsasında  nəzəri coğrafiya elmi-
nin məntiqində funksional struktur siyasətinin həlli yollarında imkanlarının 
yaranmasıdır.                          
Coğrafi-iqtisadi “ideal” modelin reallıq dərəcəsi göstərir ki, təbii xammal 
resursları ilə zəngin olan İEOÖ inkişafına uyğun optimallıq səviyyəsi daha çox 
yüksək göstəriciyə malik olmur. Dayanıqlı inkişaf konsepsiyasının ümumiləş-
miş strategiyasının gerçəkliyinə uyğun olaraq inkişaf etməkdə olan ölkələrdə 
baş verən konyuktur dəyişkənliklər resurslardan kompleks istifadə edilməsinə 
mənfi təsir göstərir. 
İnkişaf etmiş  sənaye ölkələrində “ideal” modelinin təminatında resurs po-
tensialından kompleks istifadə edilməsi səbəbindən struktur sistemləri daya-
nıqlı iqtisadi güc qüvvəsinə çevrilməsinə  səbəb olmuşdur. Buraya daxildir = 
resurslardan elmi əsaslarla istifadə edilməsi, istifadə edilən resursun “kəmiy-
yət-keyfiyyət” potensialının yüksəldilməsi; istehsal tsikllərinin əsasında ərazi-
iqtisadi kompleksinin optimallığının yaradılması; bazar konyukturunun iqti-
sadi-sosial təminatı  və s. 
Resurs potesialından “kəmiyyət-keyfiyyət” kontekstində kompleks istifadə-
sinin nəticəsində ÜDM-lun effektli idarəedilməsi ilə yanaşı, ölkənin  ərazi-
istehsal strukturunun “ideal” modelinin yaradılmasının təminatında da iştirak 
edir. Bu təminatının ideya motivi ondan ibarətdir ki, “ideal” modelinin əsasın-
da elmtutumlu və yüksək texnologiyaya əsaslanan, rəqabətədavamlı və ixrac-
yönümlü məhsullarının istehsalına nail olmaqdan ibarətdir.  
Elmi mənbələrinin təhlilləri və ümumiləşdirilmiş göstəricilərə  əsasən qlo-
ballaşan iqtisadi-sosial dayanıqlı inkişafının əsasında dialektik coğrafiya el-
mində dörd “ideal” modeli (R) daha effektlidir:      
 
 
                               


Dialektik coğrafiya
 
 
 
61
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bilik istehsal edən model  (G) BMT-nın ekspertlərinin təhlillərinə  əsasən 
bilik istehsal edən ölkələrinin qloballaşma mühitində daha çox dayanıqlıqlı 
halları ilə fərqlənirlər (ABŞ, Yaponiya,  Almaniya və s.). 
Texnoloji model (A) Bu model bilik istehsal etmir, amma idxal edib, uğurla 
tədbiq olunur və texnoloji metodlarla çoxşaxəli və ixrac potensiallı məhsulla-
rının istehsalına kompleks istimul yaradır.  
Xammalyönümlü model (D) Bu model ilkin olaraq xammal ixracına yönəl-
dilən ölkələr  üçün daha şox xarakerli sayılır.  
Aqrar-sənaye kompleks modelin  (L) tərkibinə  kənd təsərrüfatı  məhsulları-
nın texnoloji emalı, realizasiyası, qlobal bazar mühitinə uyğunlaşdırılması və 
s. daxildir. 
Azərbaycanda aparılan “ideal” modeli siyasətinin nəticəsidir ki, makroiqti-
sadi sabitlik reallaşır, iqtisadi artım tempinə görə qlobal iqtisadi inkişafının 
dialektikası  təmin olunmaq üzrədir. Bu sahədə bir cox elmi və iqtisadi 
beynəlxalq təşkilatlarının fəal üzvlərinin tərkibibənə daxil olmuşdur. 
Azərbaycan beynəlxalq səviyyədə investisiya imkanlarına malikdir. Bu sə-
bəbdən də ölkənin iqtisadi inkişafı maliyyə böhranına qarşı Mərkəzi Asiya re-
gionunun  əksər inkişafda olan keçid iqtisadiyatlı ökələrindən daha yaxşı da-
vamlılıq nümayış etdirir. Məntiqi olaraq ölkənin təbii resurs potensialı  həlli 
tam kəşf edilməmiş qalır. Azərbaycanın iqtisadi inkişafı səviyyəsi təbii resurs-
larından “ideal” modeli çərçivəsində faydalanmaqla yanaşı, son illərdə  struk-
tur siyasətinin diversifikasiyası həyata keçirilir. 
    
 
             
 
 
G

D

R


Yüklə 93,55 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə