Microsoft Word son dialektik corafiya docx



Yüklə 93,55 Kb.
Pdf görüntüsü
səhifə31/90
tarix29.10.2017
ölçüsü93,55 Kb.
#7408
1   ...   27   28   29   30   31   32   33   34   ...   90

  Ağazeynal A. Qurbanzadə 
 
82 
 
 
 
Altıncı önəm                   
Radikal coğrafiyanın dialektik baxışları
 
 
 
 
 
 
 
 
 
 
Radikal coğrafiya: sivilizasiya nəzəri baxışları 
 
XIX əsrin sonlarında cəmiyyətin ərazi təşkili və formalaşmasının önəmində 
yeni ideyalar əmələ gəlməyə başlamışdır. Bu tipli ideyalarının təsnifatında si-
vil strukturun miqyası, sivil ictimai tərəqqinin təsir dairəsi və s. məsələlər elmi 
mənbələrdə geniş istifadə olunurdu. 
Elmi mənbələrdə “sivilizasiya” anlayışının məzmunu ilə bağlı yekdil ideya 
istiqmətinə dair yanaşmalar mövcud  deyildir.  “Fəlsəfi ensiklopedik lüğət”də 
sivilizasiyaya (1989 ) 3 tərif verilir: 
 
Sivilizasiya - mədəniyyətin sinonimidir; 
 
Sivilizasiya - maddi və  mənəvi mədəniyyətin, ictimai inkişafın səviyyə 
pilləsidir; 
 
İctimai inkişafın barbarlıqdan sonra gələn pilləsidir
XX əsr fəlsəfəsinin dünyagörüşündə və təkamülündə aparalına elmi-meto-
doloji yanaşmalarının cərgəsində sivilizasiyanın formalaşmasına dair dörd ra-
dikal konstruktiv baxışlar diqqəti səlb edir:   
 
Sivilizasiya = ölkələr və xalqlarda mədəniyyətin dinamikasının  və 
onun inkişafının müəyyən  mərhələsidir ( A. Toynbi,
75
 Le Qoff J,
76
 M.Z.Bor
77
); 
 
Sivilizasiya = əksər xalqlar üçün “xətti”mədəniyyətinin dəyərliyidir 
(K.Yaspers
78
); 
 
Sivilizasiya = xalqların (ölkənin) mədəni inkişafının son anıdır 
(O.Şpenqler
79
). 
                                                            
75
 Тоюби А. Постижение истории. М.,1996. 
76
 Ле Гофф Ж. Цивилизация средневекового Запада. М., 1992.  
77
 Вор М.З. История мировой экономики. М.,1998. 
78
 Ясперс К. Альтернативные пути к цивилизации. М., 2003. 
79
 К теории цивилизационных формаций. 2001.
 


Dialektik coğrafiya
 
 
 
83
 
 
 
 Sivilizasiya = “zaman-məkan” fərqlərinin nəzəri baxışlarıdır (Ş.İto
80
). 
Problemə kompleks yanaşmaq tərzinin reallıqlarını irəli sürən radikal coğ-
rafiya tədqiqatçılarının  əksəriyyəti sivilizasiya önəmində “coğrafi mühit-cə-
miyyət”in təkamülü ilə əlaqələndirilməsinə səy göstərmişlər. “Coğrafi mühit-
cəmiyyət”in dialektik fonunda sivilizasiya inkişafının tsiklli nəzəri baxışlarına 
uyğun olaraq dörd əsas istiqamət götürülr:  
1.
 
Onillik = ortamüddətli amplitudalı tsikl.  
2.
 
Yarıməsrlik (Kontratyev tsikli) = insan nəslinin, texnoloji, eləcə də iqti-
sadi-siyasi mühitinin dəyişilməsini əks etdirən tsikl.  
3.
 
Əsrlik = sivilizasiyalarının dövri dəyişmələrini özündə birləşdirən tsikl. 
4.
 
Minillk = sivilizasiyalarının “qohum”luq dialektikasını əhatə edən super 
tsikl. 
Tədqiqatların əksəriyyətində tarixi-xronoloji sistemlərini önəmə gətirməklə 
yeni sivil yanaşmalarının formalaşmasına səbəb olmuşdur.  İlkin olaraq, 
K.Marks, A.Toyubi və başqaları  cəmiyyətin inkişafını təmin edən sivil struk-
turlarının gerçəkliklərinə dair ideyalar irəli sürdülər.  
Problemə kompleks yanaşsaq ümumi sivilizasiyanın inkişafını  təmin edən 
strukturlarının dinamikasında coğrafi təfəkkürun mütləq üstünlük cəhətlərində 
özünü göstərmişdir. Fikrimizcə, coğrafi təfəkkürünün dialektikası sivilizasiya-
nın formalaşmasında mövqeyi və dinamikası daha, erkən dövrlərdən başlaya-
raq öz təsirini göstərmiş və müasir dövrdə də davam edir.  
XIX əsrin sonu, XX əsrin əvəllərində Avropada və Şimali Amerikada baş 
verən elmi-tərəqqili strukturlarının dinamikası sivilizasiya meyli tədqiqatları-
nın meydana gəlməsinə səbəb olmuşdur. 
Buraya daxildir: cəmiyyətin  ərazi təçkilinin birxətli inkişafının struktur 
tsiklləri; ölkənin idarəedilməsində coğrafi-iqtisadi mədəniyyətinin və siviliza-
siyasının mövcudluğu; tarixi inkişafının rasional təkamülünün müasirləşdiril-
məsinə diqqətin artırılması və s. 
Praktiki olaraq müasir dünyanın dərk edilməsinin coğrafiyasında  şərq və 
qərb sivilizasiyası arasında dialektik gerçəkliklərinin dinamik “tsiklli xətinin 
hərəkəti” davam edir. 
XX əsrin fəlsəfəsinnin tələblərinə uyğun sivilizasiya anlayışının təsnifatın-
da müəyyən çərçivədə elmi düşüncə tərzi meydana gəlmişdir. Tədqiqatçılar
81
 
sivilizasiya düşüncə tərzinin sosial-iqtisadi, siyasi və coğrafi kontekstində iri-
miqyaslı problemlərinin araşdırmalarına üstünlük vermişlər. Bu baxımdan si-
                                                            
80
 
Ито Ш. Схема для сранительного исследования цивилизаций. М., 2001. 
81
  История мировой цивилизации. Киев, 2002. 


  Ağazeynal A. Qurbanzadə 
 
84 
 
 
vilizasiyanın nəzəri baxışları  bəşəri problemlərinin dərk edilməsində, komp-
leks strateji proqramlarının həyata keçirilməsinin praktikasında öz həllini tap-
mışdır. Müasir dövrdə sivilizasiyanın coğrafi baxışlarının metodologiyasında 
aşağıdakı məsələlər daha aktualdır:  
1) Coğrafi fikir tarixinin dialektikasında sivilizasiyanının “məkan-zaman” 
mövqeyi. 
2) Coğrafi məkanda ölkələrinin dayanıqlı inkişafını  təmin edən sivil yö-
nümlü tədqiqatlarının praktikası. 
3) Coğrafiya elminin sivil tədqiqatlarında  intellektual, kreativ faktorlarına 
önəm verilməsi və s. 
Yuxarıdakı ideya mənbələrinə əsaslanaraq “Şərq-Qərb” ifadəsi üzrə sivili-
zasiya formalarına dair anatomiyasını şərh edilməsini məqsədəuyğun sayırıq. 
 
1. Şəxsiyyət və cəmiyyət arasında dialektik  gerçəklik 
▼ 
▼ 
Şərq sivilizasiya cəmiyyətin  
dialektik mənafeyini üsütün tutur 
Qərb sivilizasiya şəxsiyyətin  
dialektik mənafeyini  üstün tutur 
 
2. İnsanın sosial –psixoloji dialektikasının önəmi 
▼ 
▼ 
Şərqdə adət-ənənlərin dialektika-
sı balans halında olmasını zəruri 
hesab edir 
Qərbdə insanın dialektikasının 
daha da aktivləşdirilməsinə səy 
göstərilir 
 
3. Dialektik həyat fəaliyyətinin  dəyişilməsi dinamikası 
▼ 
▼ 
Şərqdə dəyişmə təkamüllə, ruhi-
mənəvi dəyərlərə istinadla baş 
verir                       
Qərbdə həyat tərzi sıçrayışla baş 
verir, mənəvi dəyərlər önəmi 
yüksək səviyyə daşımır 
 
4. Sosiumun  davamlı strukturu və fərqlilik dialektikası 
▼ 
▼ 
Şərqdə kənd  cəmiyyəti,  kənd, 
tayfalar, ənənələri üstündür 
Qərb də şəhər cəmiyyəti, şəhər, 
müasirlik ön cərgədədir 
                  
 
 Şərq - Qərb sivilizasiyasının dialektik anatomiyası 
     
Radikal coğrafiya elminnin dialektik baxışlarında Şərq və Qərb sivilizasiya 
fərqlərinin anatomiyası  tədqiqatlarda geniş  məzmuna malikdir. Problemin 


Yüklə 93,55 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə