Ağazeynal A. Qurbanzadə
222
Virtuallaşan siyasi xəritənin anatomiyası
Virtuallaşan dünyanın siyasi xəritəsinin anatomiyası antik dövrlərdən başla-
yaraq dinamik olaraq müasir dövrə qədər formalaşması davam edir. Ölkələrin
dialektik inkişaf tempini özündə əks etdirən virtuallaşan siyasi xəritəsinin for-
malaşması tarixən antik və yeni ölkələrin yaranmasında aktivlik nümayiş etdi-
rilməsi ilə fərqlənmişdir.
Virtuallaşan siyasi xəritənin formalaşması və tarixi-coğrafi mərhələrdə
dövrləşmənin müxtəlif variantları vardır.
156
Buraya “mənimsəmə”; “istehsal”;
“qloballaşma”; “informasiya” və s. iqtisadi-sosial və siyasi variantları daxil
edilir.
Eramızdan xeyli əvvəl IV-III minilliklərdə - Mesopotamiyada, Çində, Mi-
sirdə ilk quldarlıq dövlətlərinin formalaşmasının epoxası başlamışdır.
Feodal
istehsal münasibətlərinin yaranması bu prosesə daha qüvvətli təkan vermişdir.
Lakin qədim şahər-dövlətləri demək olar ki, zəif inkişaf etmişlər. İlk şəhər
dövlətlərinə e.ə III minillikdə (Hind çayı vadisində), şəhər dövlətlərə II
minillikdə Xuanxe vadisində yaranmasına dair məlumatlar mövcuddur. Yeni
Dünyada isə ilk şəhər-dövlətlər eramızın ilk minilliyinin birinci yarısında
müasir Meksika və Perunun ərazilərində yaranmışdır.
Böyük coğrafi kəşflərdən sonra dünyanın siyasi xəritəsində əsaslı sürətdə
dəyişikliklər baş vermişdir. Bu dövrdə xristian dini parçalanmış, iri imperiya-
lar yaranmış, bəşəriyyətin, xüsusilə demokratiyanın inkişafına səbəb olan bir
neçə inqilab baş vermişdir. Ən mühüm məsələ bu
epoxada Böyük Britaniya
dövləti monarxiya və müstəmləkəsi geniş ərazilərini əhatə etməyə başlamışdır.
Sonrakı dövrlərdə Böyük Britaniyanın müstəmləkə siyasətinin təsiri altında
Hindistan, Avstraliya, Kanada və s. dövlətlərinin formalaşmasında müstəsna
rolu olmuşdur.
Avrora ölkələrində, xüsusən sənaye iqtisadiyyatının tələbinə uyğun olaraq
coğrafi biliklərə ehtiyac artmaqda idi. Dəniz yollarını idarə etmək, beynəlxalq
ticarəti
nizama salmaq, sənaye müəssisələrini yaratmaq və onları xammalla tə-
min etmək və sairə üçün coğrafi biliklərinin olmasını tələb olunurdu. Artıq XX
əsrin başlanğıcında müstəmləkəçi dövlətlər tərəfindən dünya ərazisinin bölüş-
dürülməsi başa çatmışdı. Belə ki, 1876-cı ildə Afrikanın yalnız 10%-i Qərbi
Avropa ölkələrinin əsarəti altında idisə, artıq 1900-cü ildə bu 90% ərazini təş-
kil edirdi. Siyasi xəritənin formalaşmasının ən yeni dövrü Birinci Dünya mü-
156
Cб. Виртуальная реальность и проблемы ее описания. Киев, 2007.
Dialektik coğrafiya
223
haribəsinin qurtarması və ölkələrinin yenidən bölüşdürülməsi başlamışdır. Bu
dövrdə həmçinin yeni hərbi qurum - NATO yaranmışdır.
Müasir siyasi xəritədə sahəsinə görə on dövlət fərqlənir: Rusiya Federasi-
yası (17.1 mln.kv.km.), Kanada (10 mln.kv.km.), Çin (9,6 mln.kv.km.), ABŞ
(9,3 mln.kv.km.), Braziliya (8,5 mln.kv.km.), Avstraliya (7,7 mln.kv.km.),
Hindistan (3,3 mln.kv.km.), Qazaxıstan (2,8 mln.kv.km.), Argentina (2,7 mln.
kv.km.) və Sudandır (2,5 mln.kv.km.). Bu ölkələrdən hər birisinin ərazisi 3
milyon kv.km -dən artıq olan 7 ölkə - Rusiya. Kanada, Çin, ABŞ, Braziliya,
Avstraliya və Hindistan dünyanın quru hissəsinin yarıya qədərini tutur. Ərazi-
sinə görə ən kiçik dövlətlər Avropada, Asiyada,
Afrikada, Latın Amerikasında
və Okeaniyada yerləşirlər. Bunlardan 5-i - Andorra, Lixtenşteyn, San-Marino,
Monako və sahəsi 44 ha olan Vatikan Avropada yerləşir. Afrikada yerləşən
Seyşel adaları və Mavriti, Amerikada Barbados və Qrenada, Okeaniyada Ton-
qa və Nauru mikro dövlətlərdir.
Ölkələr əhalisinin sayına görə də qruplaşdırılırlar. Dünyada 11
dövlətin hər
birisinin 100 milyondan artıq əhalisi vardır. Bunlar Çin Xalq Respullikası,
Hindistan, ABŞ, Indoneziya, Braziliya, Pakistan, Rusiya Federasiyası, Banq-
ladeş, Yaponiya, Nigeriya, Meksikadır. Əhalisi 100
milyon nəfərdən çox olan
ölkələr dünya əhalisinin 3\5 hissəsindən, əhalisi 50 milyon nəfərdən çox olan
24 ölkə isə dünya əhalisinin 4\5 hissəsindən artığını özündə cəmləşdirmışlər.
Müasir siyasi xəritədə özünə yer tapmış dünya ölkələri coğrafi mövqelərinə
görə də qruplaşdırılırlar. Bunlardan materikdaxili, dənizkənarı, yarımada, ada,
arxipelaq ölkələrini göstərə bilərik. Bu qruplara aid olan bəzi ölkələrin adlarını
çəkə bilərik. Məsələn, yarımada dövlətlərinə İtaliya, İspaniya, Türkiyə, Hin-
distan, Səudiyyə Ərəbistanı, ada dövlətlərinə - Böyük Britaniya, İrlandiya,
Madaqaskar, arxipelaq
dövlətlərinə - Yaponiya, İndoneziya (13000 ada), Fi-
lippin (7000 ada) aid edilirlər.
Ağazeynal A. Qurbanzadə
224
İyirmi birinci önəm
Kreativ inkişafın virtual coğrafiyası
Kreativ iqtisadi inkişafın virtual coğrafi effektliyi
İnformasiya epoxasında kreativ iqtisadi inkişafın coğrafiyasının effektliyi-
nin məsələlərinə dair elmi mənbələrdə müxtəlif
ideyalar mövcuddur
157
. Fik-
rimizcə, məntiqi olaraq kteativ iqtisadi inkişafının önəmində “təklif və tələb”in
dialektik əlaqələrinin coğrafi və iqtisadi biliklərin praktikasının effektliyi ölkə-
nin dayanıqlığı üçün strateji mahiyyət daşıya bilər. Elmi və metodoloji düşün-
cə tərzi ondan ibarətdir ki, makroiqtisadi səviyyədə kreativ iqtisadi inkişafının
formalaşması və ərazi təşkilinin nisbətində tarazlı funksiyalarının çərçivələri
fəaliyyət göstərmək qabiliyyətinə malik ola bilsin.
Bu çərçivələrə aşağıdakı
iqtisadi və coğrafi resurs funksiyaları daxildir.
▼
Xammal resursun potensialı və effektliyi
▼
Resursun kompleks istifadəsinin virtuallığı
▼
Kreativ virtual resursun iqtisadi inkişafı
▼
Texnoloji tərəqqinin tədbiqi
▼
Kreativ ixrac –idxal məhsulunun coğrafiyası
Kreativ virtual coğrafi və iqtisadi problemlərinin reallaşdırmaq məqsədi ilə
bir neçə istiqamətlərini təhlil edək. Minillik sammitin materiallarında kreativ
resurslarından kompleks istifadə edilməsinə dair məsələlərinə önəm verilmiş-
dir. Önəmin ideyasında kreativ resurslarından dünya ölkələrində istifadə edil-
məsinin real imkanları dəyərləndirilmişdir. Paradoks ondan ibarətdir ki, inki-
157
Форрестер Дж. Мировая динамика. М., 2003.