Microsoft Word tagiyeva mehin doc



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə11/26
tarix14.09.2018
ölçüsü0,56 Mb.
#68599
1   ...   7   8   9   10   11   12   13   14   ...   26

 

31

II FƏS L. Azərbaycanın XTƏ-nin müasir inkişaf xüsusiyyətləri, 



onun əmtəə və coğrafi strukturu. 

 

2.1 Azərbaycanın B M sistemində XTƏ-nin inkişafını 

şə

rtləndirən amillər. 

 

   


Dünya  təsərrüfatının  və  bazarın  formalaşmasında  beynəlxalq  iqtisadi 

münasibətlərin  rolu  və  əhəmiyyəti  böyükdür.  Belə  ki,  bu  gün  Azərbaycan 

Respublikasi müxtəlif dövrlərdə dünyanın 152-dən çox xarici dövləti ilə iqtisadi 

münasibətlərdə  olmuşdur.  Onlardan  MDB  üzvü  olan  ölkələr  daha  böyük  paya 

malikdir.  Daha  çox  əmtəə  mübadiləsi  aparılan  digər  ölkələrə  isə    taliya, 

Rusiya,  Türkiyə,  Fransa,  srail,  ABŞ,  sveçrə,  Gürcüstan,  ngiltərə,  Almaniya, 

ran  və  s.  bu  kimi  dövlətlər  daxildir.  Şübhə  yoxdur  ki,  beynəlxalq  iqtisadi 

münasibətlərin  qurulması  və  inkişaf  etdirilməsi  üçün  ən  başlıca  amil    xarici 

portnyorların marağıdır. Onlar daha çox mənfəət götürməyə və yeni satış bazarı 

ə

lə  keçirməyə,  daha  ucuz  iş  qüvvəsini  tapmağa,  texniki  yenilikləri  və 



texnologiyanı tətbiq etməyə, sərfəli xammal və enerji mənbələri ələ keçirməyə, 

habelə turizm imkanları tapmağa çalışırlar. 

Hazırda  suverenlik  və    iqtisadi  müstəqillik    yoluna  qədəm  qoymuş 

Azərbaycanın  xarici  ölkələrlə  qarşılıqlı  fayda  verən  əlverişli  iqtisadi 

münasibətləri  genişlənməkdədir.  Belə  bir  əlaqələrin  yaradılması  üçün 

Azərbaycanda  həm  istiqlaliyyətmizin  iqtisadi  təməlinin  möhkəmləndirilməsini 

ə

ldə  edə  biləcək  ictimai-siyasi  qüvvə  və  həm  də  zəruri  iqtisadi  potensial 



imkanları  mövcuddur.  Bu  baxımdan  xarici  iqtisadi  münasibətlərin 

genişləndirilməsi  və  iqtisadi  fəaliyyətin  səmərəliliyinin  təmin  olunması  üçün  

aşağıdakı istiqamətlərdə iş aparılmalıdır: 

 

-Ölkənin  ixrac  potensialının,  onun  inkişaf  istiqamətlərinin  düzgün 



qiyməytləndirilməsi və müəyyənləşdirilməsi; 


 

32

 



- dxal  əvəzedici  sahələrin  inkişaf  imkanları  və  prespektivlərinin 

araşdırılması; 

 

-Xarici  maliyyə-kredit  resurslarının        Azərbaycan  Respublikasına  cəlb 



edilməsi; 

 

- qtisadi   təhlükəsizlik   konsepsiyasının   işlənməsi və  reallaşdırılması; 



 

- nteqrasiya prosesinin tənzim edilməsi və.s. 

Bu  gün  Azərbaycan  xarici  ticarət  əlaqələrini  ancaq  ənənəvi  təsəvvürlər 

ə

sasında,  yəni  ölkədə  artıqlıq  edən  istehsal  amillərinin  ixracı  və  qıt  olan  



istehsal  amillərinin  idxalı  prinsipi  əsasında  qurmaq  mütləq  zərurət  deyildir. 

Yanacaq  sənayesinin  üstün  inkişafı  və  ixrac  yönümlüyünə  müəyyən  dövr 

ə

rzində  iqtisadiyyatın  digər  sahələrinin  inkişafı  üçün  ancaq  istinad  kapitalının 



mənbəyi  kimi  baxılır.  Bu  isə  Azərbaycanın  struktur  investisiya  siyasətinin 

strateji məqsədi kimi qiymətləndirilir. Qeyd edək ki, dünya dövlətləri ilə sərbəst 

iki tərəfli əlaqə, beynəlxalq iqtisadi inteqrasiya prosesinin surətləndirilməsi və 

dünya  bazarı  ilə  qarşılıqlı  əlaqələrin  genişləndirilməsi  üçün  geniş  imkanlar 

açılmışdır.  Azərbaycanın  ümumdünya  təsərüfatı  ilə  çoxtərəfli  və  intensiv 

inteqrasiyasındakı uğurlar xeyli dərəcədə xarici ticarət əlaqələri ilə bağlıdır. Bu 

işdə  Azərbaycanda  xarici  ticarətin    və  valyuta  tənzimlənməsinin 

liberallaşdırılması  mühüm  addım  olmuşdur.  Bu  gün  dünyada  baş  verən  köklü 

keyfiyyət  dəyişilikləri,  o  cümlədən  beynəlxalq  əmək  bölgüsünün  yeni  əsaslar 

üzərində  dərinləşməsi,  qlobal  problemlərin  kəskinləşməsi,  elmi-texniki 

tərəqqinin  inqilabi  xarakter  alması  və  s.  beynəlxalq  iqtisadi  münasibətlərdə 

inteqrasiya    prosesində  obyektiv  zərurətə  çevirilmişdir.  Bunun  nəticəsidir  ki, 

hazırda  tədricən  iqtisadi  sərhədlərin  silinməsi,  bütün  dünyada  eyni  qanunlara 

tabe  olan  vahid  iqtisadi  məkanın  yaranması  prosesi  gedir.  Dünya  dövlətləri 

dünya  təsərüfat  sisteminə  fəal  surətdə  qoşulmaqla  bir  tərəfdən  özlərinin 

müvafik  ehtiyyatları  olmadığı  halda  belə  cəmiyyətin  təlabatını    daha  dolğun 

ödəmək,  iqtisadiyyatın  səmərəli    strukturunun  formalaşdırmaq  və  s.  bu  kimi 

mühüm  problemləri  həll  etmək,  digər  tərəfdən  isə  özlərinin  beynəlxalq  əmək 




 

33

bölgüsündə  malik  olduqları  üstünlükləri  reallaşdırmaq  imkanı  əldə  etmiş 



olurlar. 

Beynəlxalq iqtisadi münasibətlərin sonrakı inkişafı perspektivləri, dünya 

bazarının  həcminin  artması  imkanları  beynəlxalq  əmək  bölgüsünün  inkişafı 

dərəcəsi ilə, onun daha yüksək tiplərinə keçidlə müəyyən edilir.  

Lakin  beynəlxalq  əmək  bölgüsünün  beynəlxalq  iqtisadi  münasibətlərin 

ə

sası  kimi  inkişaf  imkanlarından  sosialist  iqtisadiyyatı  şəraitində  idarəetmənin 



inzibati-amirlik  metodları  və  bazar  münasibətləri  sferasının  darlığı səbəbindən 

kifayət  qədər  geniş  və  səmərəli  istifadə  edilmirdi.  Iqtisadiyyatın  həddən  artıq 

dərəcədə  dövlətin  mülkiyyətində  olması  səbəbindən  beynəlxalq  iqtisadi 

münasibətlərin  subyekti  kimi  əsasən  dövlət  çıxış  edirdi.  Keçmiş  sovet 

respublikaları,  xüsusilə  də  Azərbaycan  dünya  bazarlarına  mərkəz  vasitəsilə 

çıxırdılar.  Müəssisələr  isə  müstəqil  surətdə  beynəlxalq  bazarlara  çıxmaq 

səalhiyyətlərinə malik deyildilər. 

Buna  görə  də  beynəlxalq  iqtisadi  münasibətlərin  islahatı  ilk  növbədə 

aşağıdakıları özündə əks etdirməli idi: 

•  idarəetmənin  həddən  artıq  mərkəzləşdirilmiş  plan-sərəncamverici 

metodlarından bazar prinsiplərinə keçid; 

•  beynəlxalq  iqtisadi  münasibətlərin  dövlətləşdirilməsinin  qarşısının 

alınması; 

•  beynəlxalq iqtisadi münasibətlərin köklü surətdə liberallaşdırılması. 

Bu  barədə  Azərbaycan  Respublikası  Prezidentinin  5  aprel  1994-cü  il 

tarixli “Xarici ticarətin liberallaşdırılması haqqında” fərmanı mühüm əhəmiyyət 

kəsb edir. Bu fərmanla xarici ticarət üzərində dövlət inhisarı aradan qaldırılmış 

və  müstəqil  xarici  iqtisadi  fəaliyyət  prinsipi  tətbiq  edilmiş,  xarici  iqtisadi 

fəaliyyətin tənzimlənməsi sisteminin transformasiyasına təkan vermişdi. 

Beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı ilk növbədə ölkələrin qarşılıqlı 

ə

laqələrinin genişləndirilməsini tələb edir ki, bu zaman da əsas istiqamətlərdən 



biri  beynəlxalq  iqtisadiyyatı  tənzimləyən  müxtəlif  təşkilatlarla  əlaqələri 

genişləndirməkdən  ibarət  olmalıdır.  Azərbaycan  da  müstəqillik  qazandığı  ilk 




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə