Microsoft Word tagiyeva mehin doc



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə23/26
tarix14.09.2018
ölçüsü0,56 Mb.
#68599
1   ...   18   19   20   21   22   23   24   25   26

 

68

 



Bütün  ölkələrdə  inteqrasiyanın  inkişafının  nəticəsi  kimi  inteqrasiya 

birlikləri çərçivəsində beynəlxalq ticarətin artımı çıxış edir. 

90-cı illərin əvvəllərində əsasən siyasi xarakter daşıyan və keçmiş SSR  

ölkələri  arasında  dövlətlərarası  münasibətlərin  qurulması  məqsədini  daşıyan 

Müstəqil  Dövlətlər  Birliyi  hazırda  daha  çox  üzv  ölkələr  arasında  iqtisadi 

inteqrasiyanın  konkret  çərçivələrinin  müəyyənləşdirilməsinə  yönəlmişdir. 

Azərbaycan  Respublikası  bir  sıra  MDB  ölkələri  ilə  azad  ticarət  rejimini 

yaratmış, sərbəst sərmayə üçün hüquqi baza tərtib olunmuşdur. 

Azərbaycan  Respublikasının  Dövlət  Gömrük  Komitəsindən  verilən 

məlumata əsasən 2013-cu ildə Azərbaycan Respublikasının MDB dövlətləri ilə 

ümumi  ticarət  dövriyyəsinin  həcmi  4062,88  mln.  ABŞ  dolları  o  cümlədən 

idxalın  həcmi  2553,24  mln.  ABŞ  dolları  ixracın  həcmi 1509,64  mln.  ABŞ 

dolları təşkil etmişdir. 

Cədvəl    3.3.-də  isə  ayrı-ayrılıqda  xarici  ticarət  dövriyyəsində  MDB 

dövlətlərinin  2012-cu  il  ilə  2013-cu  ilin  müqayisəli  təhlilini  nəzərdən  keçirə 

bilərik.         

 

 

 



 

 

 



Cədvəl 3.3. 

Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsində MDB dövlətlərinin payı (mln. ABŞ dolları) 

 

Dövriyyə 



dxal 

xrac 


Saldo 

2012 


2013 

2012 


2013 

2012 


2013 

2012 


2013 

Belarus 


79719.4  102031.40  68028.3  87334.80  11691.1  14696.60  -56337.2  -72638.20 

Qazaxıstan  393427.4  370997.6  340557.1  306763.3  52870.3  64234.30  -287686.8 -242529.00 

Qırğızıstan 

28917.6 


14528.00  24436.2 

1767.1 


26676.9 

12760.9 


24436.2  10993.8 

Moldova 


9037.6 

4205.7 


8785.9 

4015.5 


251.7 

190.2 


-8534.2 

3825.3 


Özbəkistan 

9550.8 


21447.9 

8027.4 


10769.4 

11523.4 


10678.5 

3496 


-90.9 

Rusiya 


2338254.6  2583022.80 1378416. 1505178.40 959838.1  1077844.40 -418578.4 -427334.00 

Tacikistan 

44149.7 

13805.9 


159.6 

42.9 


43990.1 

13763.0 


4230.5 

13720.1 


Türkmənistan 91629.8 

88152.4  32714.2  48300.3 

58915.6 

39852.1 


26201.4 

-8448.2 


Ukrayna 

625318.1  864689.2  539089.7  589071.3  86228.4  275617.9  -452861.3 -313453.40 

Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi 



 

69

                                                                               



MDB çərçivəsində bir sıra mühüm sənədlər tərtib olunmuşdur, o cümlədən: 

•  MDB-nin 2020-ci ilə qədər dövr üçün iqtisadi inkişaf strategiyası; 

•  MDB-nin  2020-ci  ilə  qədər  dövr  üçün  iqtisadi  inkişaf  strategiyasının 

birinci  mərhələsinin  (2009-2011-ci  illər)  həyata  keçirilməsi  üzrə 

Tədbirlər Planı; 

•  2003-2010-cu  illərdə  iqtisadi  sahədə  MDB  üzv  dövlətləri  arasında 

ə

məkdaşlığın  səmərəliliyinin  artırılması  və  inkişafına  yönəlmiş 



tədbirlərin  cra Planı; 

•  MDB-yə  üzv  dövlətlər  arasında  ticarət-iqtisadi  əlaqələri,  sosial-iqtisadi 

vəziyyəti əks etdirən, eyni zamanda inkişaf perspektivləri haqqında illik 

məcmuələr; 

•  MDB-yə  üzv  ölkələrdə  MDB-nin  20  illiyinə  həsr  edilmiş  tədbirlərin 

keçirilməsi nəzərdə tutulur. 

Hal-hazırda,  MDB  çərçivəsində  azad  ticarət  zonası  haqqında  saziş 

layihəsinin razılaşdırılmasına dair danışıqlar aparılmaqdadır. 

Qeyd  olunan  sənədlərə  uyğun  olaraq,  Azərbaycanda  müxtəlif  tədbirlər 

həyata keçirilir, zəruri məlumatlar tərtib olunur. 20 noyabr 2009-cu il tarixində 

“Müstəqil  Dövlətlər  Birliyində  malın  mənşə  ölkəsinin  müəyyən  edilməsi 

Qaydaları haqqında Saziş” imzalanmışdır. 

Azərbaycanın  üzv  olduğu  inteqrasiya  birliklərindən  biri  də  Avropa 

ttifaqıdır.  Azərbaycan  ilə  Avropa  ttifaqı  arasında  hərtərəfli  münasibətlərin 

hüquqi  əsasını  22  aprel  1996-cı  ildə  Lüksemburq  şəhərində  imzalanmış  “Bir 

tərəfdən Avropa Birliyi və onun üzvü olan dövlətlər, digər tərəfdən Azərbaycan 

Respublikası arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi” (TƏS) təşkil edir. 

TƏS  Azərbaycan  və  Avropa  ttifaqı  arasında  əməkdaşlığın  bütün 

mümkün, xüsusilə də siyasi və ticarət sahələrini əhatə edir. TƏS Azərbaycan və 

Avropa  ttifaqı  arasında  hərbi  sahəni  əhatə  etməyən  bütün  növ  əməkdaşlıq 

formalarının  çərçivələrini  təmin  edir.  Sazişin  əsas  məqsədlərindən  biri  də 



 

70

Azərbaycan qanunvericiliyinin Avropa hüquq sisteminə uyğunlaşdırılmasından 



ibarətdir. 

TƏS-in 2009-cu ildə müddətinin bitməsini nəzərə alaraq 2010-cu ilin 16 

iyul  tarixində  Avropa  ttifaqı  və  Azərbaycan  Respublikası  arasında  yeni 

Assosiasiya  Sazişinin  imzalanması  üzrə  danışıqlar  başlamışdır.  Bunun  üçün  4 

işçi qrup yaradılmış, bunlardan ikisində Xarici  şlər Naziriliyi, digər ikisində isə 

qtisadi  nkişaf Nazirliyi əlaqələndirici kimi çıxış edir. 

1992-2006-cı  illər  arasında  Avropa  ttifaqının  TAC S  Proqramı, 

Fövqəladə  Yardım  Proqramı,  ECHO  Humanitar  təşkilatı,  FEOGA  Ərzaq 

Yardımı Proqramı, Ərzaq Təhlükəsizliyi Proqramı, Bərpa Proqramı, Fövqəladə 

Humanitar  Yardım  Proqramı  çərçivəsində  Azərbaycanda  müxtəlif  layihələr 

həyata keçirilmişdir.  

Azərbaycanın  Avropa  Qonşuluq  Siyasəti  ilə  bağlı  fəaliyyəti  davam 

etdirilir.  Belə  ki,  2007-2010-cu  illərdə  Avropa  Qonşuluq  Proqramı  (AQP) 

çərçivəsində  Avropa  ttifaqı  və  Azərbaycan  arasında  Fəaliyyət  Planı  (2006-cı 

ildə imzalanmış) həyata keçirilməkdədir. 

  

Avropa  ttifaqı  tərəfindən  yeni  “Şərq  Tərəfdaşlığı”  təşəbbüsü  irəli 



sürülmüşdür.  Bu  təşəbbüsə  əsasən,  Avropa  ttifaqı  2013-cü  ilə  kimi  6  ölkəyə 

(Azərbaycan,  Belarus,  Moldova,  Ukrayna,  Gürcüstan  və  Ermənistan)  600 

milyon  avro  məbləğində  yardım  göstərməyi  planlaşdırır.  Bu  məbləğdən  250 

milyon  avro  artıq  təsdiq  edilmiş  proqramların  yenidən  tərtib  olunması,  350 

milyon avronun isə əlavə fondlardan ayrılması gözlənilir. 

“Şərq Tərəfdaşlığı” təşəbbüsü çərçivəsində 3 əsas məqsəd var: 

•  Hərtərəfli  nstitusional Quruculuq proqramları;  

•  Tərəfdaş  ölkələr  arasındakı  iqtisadi  qeyri-bərabərliyin  və  ölkələr 

daxilində  sosial  qeyri-bərabərliyin  aradan  qaldırılması  üçün  Pilot 

Regional  nkişaf Proqramları; 

•  Şərq Tərəfdaşlığı Çoxtərəfli Ölçüsü yerinə yetirilməsi.  



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə