Microsoft Word tam jurnal -1 018 Nadir m pdf doc



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə17/140
tarix19.07.2018
ölçüsü1,8 Mb.
#57273
1   ...   13   14   15   16   17   18   19   20   ...   140

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
45 
 
strukturunu,  təhkiyə  axarının  spesifik  xüsusiyyətlərinə  məxsus 
qanunauyğunluqları  müəyyənləşdirməklə  təsbit  etmək  mümkündür.  Bu 
xüsuslar  diqqətə  alınaraq  “Kitabi  -Dədə  Qorqud”un  “Qan  Turalı 
boyu”nda  keçən  və  yoldaşlarının  Qan  Turalı  haqqında  söylədikləri  bir 
soylama  sistemli  şəkildə  nəzərdən  keçirilmiş,    katib  xətalarının 
düzəldilməsinə, 
sözlərin 
düzgün 
oxunuş 
variantlarının 
və 
etimologiyasının  müəyyənləşdirilməsinə  cəhd  göstərilmiş,  cümlələr 
arasındakı  məntiqi  bağlılığın  bərpasına  və  bütövlükdə  soylamanın 
məzmununun  dəqiqləşdirilməsinə  çalışılmışdır.  Həmin  parça  abidədə 
aşağıdakı şəkildədir: 
 
Yigitləri  Qan  Turalıyı  ögüb  soylamış,  görəlüm,  xanım,  nə 
soylamış:  
1.Qab qayalar başında yuva tutan 
2. Qadir, ulu taŋrıya yaqın uçan 
3. Mancılığı ağır taşdan ğızıldayub qatı enən 
 4. Arı gölüŋördügin şaqıyub alan 
5. Qıya üyigə/ öykə dib yürürkən tartub üzən 
6. Qarıncuğı ac olsa qalqub uçan 
7. Cümlə quşlar sultanı çal-qara quş 
8. Qanadıyla, saqsağana kəndüzinşaqıdurmı? 
9.  Alp  yigitlər  qırış  güni  qarımından  qayururmı?  –  dedilər  (D. 
188). 
Göründüyü kimi, soylamanın əksər misralarında az anlaşılan və ya 
heç  anlaşılmayan bir - iki söz olsa da,  3- cü,  5- ci və 8- ci misralarda 
fikir  bütünlüklə  qarışıq  şəkildə  ifadə  olunmuşdur.  Buna  görə  də  biz 
soylamanın  bütün  misralarını  ayrı-ayrılıqda  nəzərdən  keçirməyi  daha 
münasib hesab etdik. 
1.Qab qayalar başında yuva tutan 
Nəşrlərdə  qap/qab  sözü  əksər  hallarda  “yüksək,  uca”  mənasında 
izah edilmişdir (F. Zeynalov-S. Əlizadə -“sərt”). Bu  məna, görünür ki, 
M.  Kaşğrlı  lüğətindəki  kapa  “qaba  və  yüksək  olan  hər  şey”  sözünə 
əsaslanır  (17,  III,s.  217).  KDQ-də  köksi  gözəl  qaba  dağ  ifadəsində  də 
qaba  sözünün  “yüksək”  mənasını  fərqləndirmək  mümkündür.  Lakin  o 
halda  nə  üçün  söz  qab/qap  şəklində  işlənmiş  olsun?  Qab/qap  söz ü 
abidənin  başqa  bir  yerində  də  işlənmişdir:    Qab  بﺎﻗqayalar  oynamadın 
yer obrıldı / Qarı bəglər ölmədin el boşaldı (D. 192). Fikrimizcə, hər iki 
nümunədə fonetik tərkib və mənaca eyni olan bu sözü  altaycada, V. V. 
Radlov və L. Budaqov sözlüklərində qeydə alınmış kapçal “dik, sıldırım” 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
46 
 
sözü  ilə  bağlamaq  mümkündür.  Tədqiqatçılar  kapçal  sözünü  monqol 
mənşəli hesab edirlər (12, s. 273). Lakin sözü türk dillərinin materialları ilə 
də  izah  etmək  olar:  qap/qab  +  -çal  /-cıl.  Misrada  izahına  ehtiyac  duyulan 
ikinci  söz  tut-  feilidir.  Adətən,  yazılı  abidələrdə  və  müasir  türk  dillərində 
yuva tut- ifadəsi yerinə  yuva qur- ifadəsi işlənir. Burada isə yuva sözü tut- 
feili ilə birləşmə təşkil edərək yuva tut- şəklində verilmişdir.  Tut- feili yuva 
tut-  ifadəsinin  tərkibində  “qurmaq,  düzəltmək,  təşkil  etmək,  tərtib  etmək” 
mənası  bildirir.  Eyni  mənada  bu  feilə  “Kitabi-  Dədə  Qorqud”da  bir  neçə 
yerdə təsadüf edilir: Bəkil razı oldı. Qalqdı yer öpdi. Dədəm Qorqud himmət 
qılıcın  belinə  bağladı.  Çomağı  omuzına  bıraqdı.  Yayı  qarusına  keçürdi. 
Şahbaz  ayğırı  (mətndə:  ayğırlı)  çəkdürdi,  buda  bindi.  Xısımını,  qavumını 
ayırdı, evini çözdi, Oğuzdan köç eylədi. Bərdəyə, Gəncəyə varub vətən tutdı 
(D. 236); Qalın Oğuz bəgləri Beyrək içün əzim yas tutdılar (D. 92); Yad 
qızı halaluma dəstur versün! / Maŋa tutangərdəgə ayruq girsün! (D. 144). 
Sonuncu nümunədə gərdək tutmaq ifadəsinin tərkibindəki tut- feili tutul- 
(maŋa  tutulan)  şəklində  qayıdış  növ  mənasında  anlaşılmalıdır. 
Tərkibində  tut-  feili  iştirak  edən  bu  tipli  mürəkkəb  sözlərə  müasir 
Azərbaycan  dilində  də  təsadüf  edilir:  yas  tutmaq,  matəm  tutmaq,  oruc 
tutmaq.  Birləşmələrdə  tut-  feilini  asanlıqla  qur-  feili  ilə  əvəz  etmək 
mümkündür. M. Şəhriyar dilində  bu feil  qırx tutmaq , toy tutmaq, yas 
tutmaq, bayram tutmaq, matəm tutmaq, xətm tutmaq mürəkkəb feillərinin 
yaranmasında  iştirak  edir:  Heydərbaba  kəndin  toyun  tutanda,  Qız-
gəlinlər  həna,  piltə  satanda  (25,  s.12);  Heç  bilmədim  nə  vaxt  tutuldu 
toyun (25, s.128); İndi bizə bayram tutmaq, Sədməsi var kəramətə (25, 
s.175); Əcəl kəsdi yanıvı, Axır aldı canıvı, Qırxıvı tutan gecə, Oxudum 
elanıvı  (25, s.135);  Navarın  kisin  tutduq,  İqbalın  səsin  tutduq,  Navarda 
toy tutmamışİqbalın yasın tutduq (25, s.133); Toy tutub kətsayağı, alma 
da atmış gəlinə (25, s.120); Görərdin toy tutuldu, güllər açdı, qaş-qabaq 
öldü  (25,  s.145);  Öldürür  xəlqi,  sora  xətmin  tutub  ‘Yasin’  oxur  (25, 
s.188) və s.  
Bu misallardakı yas tut-, matəm tut-, eləcə də oruc  tut-  mürəkkəb 
feilləri  Şimalda  da  işlənir.  Bayram  tut-,    xətm  tut-,  qırx  tut-  mürəkkəb 
sözlərinə  Şimalda  rastlanmır.  Toy  tut-  ‘toy  eləmək’  sözü  Şimalda  bir 
qədər fərqli məcazi mənada ‘kiməsə dərs vermək, cəzalandırmaq’ mənası 
ifadə edir. Aydın görünür ki, bu mürəkkəb sözlərin tərkibindəkitut- feili 
müasir Azərbaycan dilindəki tut- ‘tutub saxlamaq’ feili ilə eyni fonetik 
tərkibə  malik  olsa  da,  fərqli  sözlərdir.  Göstərilən  mürəkkəb  sözlərin 
tərkibindəki  tut-  feili  ‘qurmaq,  düzəltmək,  təşkil  etmək’  mənası  ifadə 
edir. Eyni mənalı feilə qədim türk yazılı abidələrində rastlanır: İl tutsıkyir 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
47 
 
Ötükən  Yış  ermiş  “El  qurulacaq  (təşkil  ediləcək)  yer  Ötükən  Yış 
imiş”(Köl Tigin abidəsi); Olurıpan türk bodunın ilin, törüsin tutabirmis, 
iti bermıs “Məskunlaşıb türk xalqının elini, qanununu təşkil etmiş, tərtib 
etmiş”  (Köl  Tigin  abidəsi).  Bunlara  əsasən  misradakı  yuva  tut-  ifadəsi 
“yuva qurmaq” mənasında anlaşılır. 
     2. Qadir, ulu taŋrıya yaqın uçan .  
    3. Mancılığı ağır taşdan ğızıldayub qatı enən. Misranı qrammatik 
cəhətdən  izah  etmək  mümkün  deyil.  Bu  anlaşılmazlıq  həm  yanlış  oxunuş 
variantlarından,  həm  də  katib  xətalarından  qaynaqlanmışdır.  Drezden 
nüsxəsindəki həmin misra haqqında  S. Tezcan yazır:“Mancılığı ağır taşdan 
ğızıldayup  qatı  enen.  Bozuk  bir  anlatımdır;  nasıl  düzeltmek  gerektiğini 
kestiremiyorum.  Anlatılmak  istenen  şudur:  ‘Ağır  mancınık  taşı  gibi 
gızıldayarak  sert  biçimde  dalış  yapan  (kartal)’.  İlk  sözcük  bir  sıfat 
gibimancılığī okunursa anlam verilebiliyor, fakat bu da iyi bir çözüm değil” 
(26, s. 259).İfadəyə  D. 233-də Təpəgözün dilindən verilmiş soylamada da 
təsadüf edilir: Ağır mancılıq taşla atam derdim...  Mancılıq sözü mancınıq 
və  mancılıq  variantlarında  Anadolu  yazılı  abidələrində  geniş  şəkildə 
işlənməkdədir:Nefs-i  şum  mancılığıbizi  kaldırıp  atmadın,  sürülmüş  şeytan 
bize  gülüp  temaşamıza  bakmadın...(Saat.  XV);    El-  mencenıku  (arap.). 
Mancılık  dedikleri  alettir  ki  hisarın  içine  taş  atarlar  (Terceman.  XV); 
Mancılığ ile Kelas’ı aldı ol / Çıkuban tekfurü hizmet kıldı bol (Enver. XV); 
İbrahim  Peyğamber  manclıkında  ne  var  idi  (Cennet.  XV);  Kendini  bela 
mancılığına koya ve kaza denizine koya (Envar. XV); Pelken (fars.): Türkçe 
mancılıkderler  (Ni‘meti.  XVI);  Kıra  (fars):  Mancınıktır  ki  selefte  ceng 
alatındandır,  anınla  hisar  içre  taş  atarlar,  amme  mancılık  derler  (Bürh. 
XVIII-  XIX)  və  s.  (19,  IV,  s.2795-2796).  D.  233-dəki  mancılığı  ağır 
taşdan  ifadəsini  necə  başa  düşmək  olar?  Ağıla  gələn  variantlardan  biri 
mancılığı  sözündəki  -ı  şəkilçisinin  yiyəlik  və  ya  mənsubiyyət  şəkilçisi 
olmasıdır:  mancılığı  “mancılığa  aid,  mancılığa  məxsus”.  Əski  monqol 
dilində n samiti ilə bitən sözlər yiyəlik halda -un, -ün şəkilçisi yerinə -u, -
ü şəkilçisi qəbul edir (22, s.412). Bəzi qıpçak dillərində, o cümlədən də 
karaçay-balkar  və  kumık  dillərində  isimlər  I  və  II  şəxs  mənsubiyyət 
şəkilçilərindən sonra yiyəlik halda -ın, -in şəkilçisi yerinə -ı, -i şəkilçisi 
ilə işlənir: tenqim+in “yoldaşımın” yerinə tenqim+i(24, s. 67; 27, s. 219). 
Lakin  bu  faktlar  göstərilən  variantın  doğruluğunu  təsdiq  etmək  üçün 
yetərli  görünmür.  Ən  başlıcası  isə,  nə  “Kitabi-Dədə  Qorqud”da,  nə  də 
başqa  yazılı  abidələrdə  -ı,  -i  şəkilçisinin  yiyəlik  və  ya  mənsubiyyət 
şəkilçisi məzmununda çıxış etməsinə aid nümunə tapmaq mümkün deyil. 
Bunun  əksinə  olaraq    D.  233-dəki  mancılıq  taş  ifadəsi  abidələrdə 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə