Microsoft Word tam jurnal -1 018 Nadir m pdf doc



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə13/140
tarix19.07.2018
ölçüsü1,8 Mb.
#57273
1   ...   9   10   11   12   13   14   15   16   ...   140

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
32 
 
Könül Səmədova  
Azərbaycan Dövlət Pedaqoji Universiteti,  
filologiya üzrə fəlsəfə doktoru, dosent, 
samadovakonul74@mail.ru
 
 
Azərbaycan dilinin Şimal qrupu dialektlərində cümlə üzvləri, 
cümlə tipləri və onlarda qıpçaq elementləri 
 
Açar sözlər: dialekt, qıpçaqlar, cümlə üzvləri, mübtəda, xəbər 
Ключевые  слова:  диалект,  кипчаки,  часть  предложений, 
подлежащее, сказуемое. 
Key words: dialect, Kipchacks, part of sentences, subject, 
predicate. 
 
Azərbaycan dili dialekt və şivələri sintaksisinin hər tərəfli tədqiqi 
isə xüsusi əhəmiyyət kəsb edir. Belə ki, böyük yazı ənənəsi, çox inkişaf 
etmiş sintaktik quruluşla bərabər, bu dilin keçmiş SSRİ-də və Yaxin Şərq 
ölkələrində  geniş  ərazidə  yayılmış  mürəkkəb  dialekt  sistemi  vardır. 
Genetik  cəhətdən  müxtəlif  türk  (Oğuz,  Qıpçaq,  güman  ki,  Xəzər  və 
başqa) tayfa dialektləri ilə bağlı olan Azərbaycan dili dialekt və şivələri 
mükəmməl  sintaktik  sistemi:  sadə  və  mürəkkəb  cümlə  strukturları, 
bağlanma  vasitələri,  söz  birləşmələri,  feili  tərkiblərin  rəngarəngliyi,  bir 
çox  maraqlı  xüsusiyyətləri  diqqəti  cəlb  edir.  Bu  baxımdan  dialekt 
qrupları nəinki yazılı ədəbi dildən, həm də bir –birindən seçilir. [2, s. 5] 
Şimal  qrupu  dialektlərinin  digər  dialekt  qruplarından  fərqli  olaraq 
cümlə  üzvlərində  baş  üzvlərlə  bərabər  ikinci  dərəcəli  üzvlərin  də 
özünəməxsus xüsusiyyətləri vardır. 
 Mübtəda. Mübtəda  cümlənin  elə  bir  baş  üzvüdür  ki,  qrammatik 
cəhətdən cümlənin digər üzvlərindən asılı olmayıb, adlıq halda, adətən, isim, 
əvəzlik,  substantivləşmiş  digər  nitq  hissələri  və  söz  birləşmələri  ilə  ifadə 
olunub, əlaməti xəbərlə müəyyən olunan əşyanı, şəxsi bildirir [5, s. 134]. 
Dialekt  və  şivələrimizi  sintaktik  cəhətdən  ədəbi  dildən  ayıran 
fərqlərdən biri də I və II şəxs, bəzən də III şəxslə ifadə olunan mübtədanın 
çox vaxt cümlədə özünü göstərməməsidir. Xəbərdə olan subyekt vasitəsilə 
ilə iş, hərəkətin kimə aid olduğu bəlli edilir. 
Mübtədasız cümlələrə çox vaxt dialoqlarda, əmr cümlələrində, xitab 
cümlələrində, atalar sözlərində, alqış və qarğışlarda təsadüf edilir. –Yeylağa 
malları aparıyam (Zaq.): – Qalmışam belə qoryubanı (Zaq.): – Səhər tezdən 
durup,  əl-üz  yuyub  işə  başdirem  (Zaq.):  –Çətin  dərdderqormıy-


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
33 
 
asan! (Zaq.): Oğlunun toyunu qorasan! (Qax): –Qapıdan baxa dureysan 
(Qax): –Ömrün  uzun,  yaman  qunqormiyəsən!  (Qax-İ.  Su):  - Çağırdı 
camātın  umum  iclasın (Zaq.):  – Oturuy  sərin  yerdə,  yiyə-içə  kef  çəkə 
(Qax – İlisu)  
 Ədəbi dil və dialektlərdə mübtəda daima adlıq halla ifadə olunur. 
Lakin  ən  maraqlısı  budur  ki,  şimal  qrupu  dialekt  və  şivələrində  müb-
tədanın yiyəlik halla ifadəsinə Zaqatala rayonunun Aşağı Tala kəndində 
təsadüf olunmuşdur: – Menin qoymuram. 
Türk dilinin qrammatik strukturunda mübtədanın, əsasən, xəbərdən 
əvvəl işlənməsi məlum faktdır. 
Bu  Ə.  Tanrıverdiyevin  «XVI  əsr  qıpçaq-poloves  dilinin 
qrammatikası»  kitabında  qıpçaqlara  aid  olan  sənədlərin  dilində  də  öz 
əksini  tapmışdır.  Bu  mətnlərdə  mübtədanın  xəbərdən  əvvəl  və  sonra 
işlənməsi  müşahidə  edilir.  Sənədlərdə  həmçinin  nitq  hissələri  ilə  ifadə 
olunan sadə mübtədalarla yanaşı, təyini söz birləşmələri ilə ifadə olunan 
mürəkkəb mübtədalar da müşahidə edilir [8, s. 87]. 
Xəbər. Şimal  dialektlərində  cümlənin  başqa  üzvlərinə  nisbətən 
xəbərin işlənməsində daha çox fərqli xüsusiyyət nəzərə çarpır. Ona görə 
də  burada  ancaq  xəbərin  işlənməsində  müşahidə  olunan  fərqli  cəhətlər 
çoxdur.  Xəbər  cümlənin  elə  bir  baş  üzvüdür  ki,  qrammatik  cəhətdən 
yalnız mübtədadan asılı olub, mübtədanın ifadə etdiyi əşyanın əlamətini 
bildirir,  adətən,  feilin  dəyişən  şəkilləri  ilə,  həmçinin  adlarla  və 
birləşmələrlə ifadə olunur. Xəbərin qrammatik cəhətdən mübtədadan asılı 
olması  onun  şəxsə və kəmiyyətə görə  mübtəda ilə uzlaşması  deməkdir. 
Xəbər ifadə vasitəsinə görə feili və ismi xəbər olur. Quruluşuna görə də 
iki cür olur: nitq hissələri ilə ifadə olunan sadə xəbərlər, söz birləşmələri 
və mürəkkəb adlarla ifadə olunan mürəkkəb xəbərlər. 
Aydındır ki, qədim və müasir türk dillərində feil xəbərli cümlələr 
ismi xəbərli cümlələrə nisbətən üstünlük təşkil edir. Ə. Tanrıverdiyev də 
qeyd  edir  ki,  feili  xəbərli  cümlələr  qıpçaqlara  aid  XVI  əsr  məhkəmə 
sənədlərində də çox işlənmişdir. Bu, « bir tərəfdən, feilin özünün bir nitq 
hissəsi  kimi  zənginliyi,  başqa  bir  tərəfdən  isə  cümlələrin  çox  vaxt  fəal 
hərəkətlə bağlı olaraq meydana çıxması hadisəsi ilə bağlıdır» [6, s. 183]. 
M. Şirəliyev dialektlərdə işlənən xəbər haqqında qeyd edir ki, ədəbi 
dildən  fərqli  olaraq  şivələrdə  bəzi  hallarda  xəbər  və  ya  xəbərlik 
kateqoriyası düşür. Bu halda predikat intonasiya vasitəsi ilə ifadə olunur: 
məs: -İşdəməyə  də  köməy,  yiməgə  də  köməy (Sal.):  - Quli,  haçarari 
mənə (Ş.): - Sən dedigün başqa, ōndedigi başqa (Ş.). 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
34 
 
Bəzən xəbər şəkilçilərinin və ol köməkçi felinin düşməsi hallarına da 
təsadüf  edilir:  məs: –  Öünavadan (Sal.):  – Sənin  sağ  əlin  mənim  başıma-
 (Qar.):  – Oğul,  sən  gedən  yollara  anan  qurban!  (Qaz.):  – Qoznanpolo: 
olmaz,  yağnandügigərəg (Sal.  -Beş.):  – Dlr  ki,  hal-  ehvalat  belə (Sal.  -
Sey.): – Atası mülküm qoca, anası yayma xatın, oğlu oba dəlisi, qızı dünya 
gözəli (Z. -Muğ.): – Baxdı gördi ki, qıza bağışdadığıüzik (Bal.): – Yol bo: 
gündü, su kiçigün(Bal.). 
 Ədəbi  dildən  fərqli  olaraq  şimal  qrupu  dialektlərində  bəzən  feili 
bağlamalarla  əmələ  gələn  mürəkkəb  xəbərlərə  də  təsadüf  edilir. -
Ola köməkçi  feili  yalnız  feili  bağlamalarla  deyil,  feilin  xəbər  şəkli  ilə  də 
işlənərək  mürəkkəb  xəbər  əmələ  gətirir  və  sual  yerində  işlənir:  məs:  –
 Görəsən,  gəlif ola?  (Bal.):  - Çayniyə  xata  salıb ola?  (İsm.):  - Fatma  xala 
öydədi  ola?  (İsm.):  – Arxa  su  gəlif ola?  (İsm.):  - Kağızı  yazdı ola?  (Ş.): – 
Dərman sabaişdiyəcək ola? (İsm.): – Uşaxdersdəngəlif tapar (Zaq.)  
Bəzən ola əvəzinə tapar sözü də işlənir: gəlib tapar, oxiyif tapar. Bu 
forma daha çox Zaqatala, Qax, Balakən rayonlarında geniş yayılmışdır. 
Ədəbi dildən fərqli olaraq dialekt və şivələrimizdə elə əmr cümlələrinə 
təsadüf edilir ki, burada cümlənin xəbəri iki müstəqil sözlə (çox vaxt II şəxs 
əmr şəkli ilə) ifadə olunur: məs: – Var get burdan! (Tov.): – Kitabi get gə-
vər mənə//mə (B.): – Eşşəyi gət gəl: –Dərə ağıldan su get gə (B. -Güz.). 
Bəzən  dialekt  və  şivələrimizdə  mürəkkəb  xəbər  tərkibində baş-
lamaq feli ilə birlikdə gələn məsdər, tərkibindən çıxaraq həmcins xəbər kimi 
işlənir:  məs: – Bığdani  əkmək  üçün  biz onibaşdıruğ//başdērüg  şum  elirüg, 
sürürüg(Muğ.): –Onnanso: ra yetişən vaxdibaşdi: ruğbiçirük(Şəki.): – Taxıl 
boğaz olannansōra başdır yetişir (Muğ.). Ədəbi dildə yuxarıdakı cümlələri 
belə  ifadə  etmək  olar: Buğdanı  əkmək  üçün  biz  onu  şum  eləməyə, 
sürməyə başlayırıq. Ondan sonra yetişən vaxtı biçməyə başlayırıq. Taxıl 
boğaz olandan sonra yetişməyə başlayır. 
Şərq  qrupu  dialekt  və  şivələrində  nəzərə  çarpan  xüsusiyyətlərdən 
biri  də  budur  ki,  burada  təkrarlı  feili  xəbərlərə  geniş  yer  verilir.  Bu 
təkrarlı feili xəbərlər həmişə inkar şəklində özünü göstərir. 
Bunların  həm  bağlayıcı,  həm  də  intonasiya  ilə  bağlanan  tiplərinə 
təsadüf edilir. Bağlayıcı ilə bağlanan feili xəbərlər formaca bir-birindən 
fərqlənmədiyi  halda,  intonasiya  ilə  bağlanan  feili  xəbərlər  bir-birindən 
seçilir. Belə ki, birinci xəbər indiki zamanla, ikinci xəbər isə əmr şəkli ilə 
ifadə  olunur:  məs:  – Nə  qədər  nəsiət  elədim,  adam  olmadı ki olmadı 
(Şəki.): – Hamı uturuban umun ağzına baxadu, uda heç nə dimiyədük ki 
dimiyədü(Qax.): – Mən neynimozi bilər, dimir, diməsün (Bal.): – Gid una 
de ki, isdəmiyədüisdəməsün, üzünüz alaruğ (Qax.). 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə