Microsoft Word tam jurnal -1 018 Nadir m pdf doc



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə9/140
tarix19.07.2018
ölçüsü1,8 Mb.
#57273
1   ...   5   6   7   8   9   10   11   12   ...   140

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
22 
 
məsələ  başqa  cürdür.  Bu  xörək  Rusiyada  və  bütün  dünyada  səciyyəvi 
Qafqaz xörəyi hesab olunur. Ümumiyyətlə, bu, bir çox maldar xalqlara, o 
cümlədən  də  dağlılara  daha  çox  tanışdır.  Şaşlıq  sözünün  adına  gəlincə, 
baxmayaraq ki, o heç bir şübhə yeri olmayan türk mənşəlidir, Qafqazda, 
hətta türkdilli Azərbaycanda (belə çıxır ki, türkdilli olmayan Azərbaycan 
da  var  –  İ.M.)  öz  dillərinin  lüğət  ehtiyatından  çıxış  edib  onu  izah  edə 
bilməz”.* (V.V. Poxlyobkin Naçionalnıe kuxni naşıx narodov. M.Leqka i 
pişeva promışlennost. 1983, s. 118) 
Bugünkü  ədəbi  dilimizin  lüğət  tərkibində  bir  çox  arxaikləşmiş 
yemək  adlarına  rast  gəlmirik.  Təbiidir  ki,  onlar  nə  vaxtsa  işlək  olmuş, 
xalqın məişətində, mətbəxində geniş yer tutmuşdur. Bunlardan eləsi var 
ki,  mənaca  daralmış  (məsələn,  aş  sözü  kimi),  bəziləri  isə  ədəbi  dilimiz 
üçün köhnəlmişdir. Tamam köhnəlmiş “Kitabi-Dədə Qorqud”da işlənmiş 
yemək adlarından bəzisinə nəzər salaq: 
Bazlamac  (bozlamac)  variantına  da  təsadüf  edilir.  “Kitabi-Dədə 
Qorqud”  dastanlarında  sac  üstə  bişən  fətir  mənasında  bazlamac  sözünə 
rast gəlirik: Gəldin ol kim soldıran soydır, mapadanca yerindən uru turar, 
əlin-yüzin  yumadan  toquz  bazlamac  ilən  bir  küvdək  yoğurd  kəvəzlər, 
toyınca tıqa-basa yeyər, əlin bögrinə urar, aydır (FZ,SƏ, KDQ, 33). 
Bozlamaş  indiki  Gülüstan  is.  –doğramac...  Güllü  qarı  bir  boşqab 
bozdamaş qayırıb. /ADDL, 84-85/. 
V.V.Radlovun  lüğətində  isə  bazlama  şəklində  işlənir:  bazlama 
/osm./ Pirojnoe s iz sloenoqo testa s medom – qatlama şəkilli ballı pirojna 
/Radl.  T.  IV,  ç.2,  s.1546/.  Hinduşah  Navçıvaninin  “Sihah  ül-əcəm” 
lüğətində “bozlamac-yağlı çörək” mənasında qeyd olunmuşdur. 
“Bozlamac”  adının  mənşəyi  maraqlıdır.  “Buz”  sözü  Midiyada 
“kefləndirici içki” mənasında işlənmişdir. Midiyada buslar adlı bir qəbilə 
olub  ki,  bu  da  kefləndirici  içki  hazırlayan  deməkdir.  Azərbaycanlılarda 
isə maya sözünün acıtma və xama şəklində olması da maraqlıdır. “Xama” 
termini  isə  Midiya  dilindı  “Xuoma”  xatırladır  ki,  bu  da  müqqədəs 
“şənləndirici içki” deməkdir”. Zənnimizcə, fətir və içki sözləri arasında 
heç bir yaxınlıq yoxdur, bu ancaq olsa-olsa bir ehtimaldır. 
Azərbaycan  dilinin  lüğət  tərkibində  ən  qədim  vahidlərdən  olan 
geyim  adlarına  da  “KDQ”  boylarında  tez-tez  rast  gəlirik:  kəpənək 
(yapıncı),  çəpkən,börk,  don,  kaftan  (qaptan),  kürk,  ədük,  külah  və  s. 
“KDQ”  boylarında  milli  türk  sözlərilə  yanaşı  külah  (baş  geyimi)  fars 
alınmasına da təsadüf edirik: 
Altmış ərkəc dərisindən kürk eləsə, topuqlarını örtmiyən, altı erkəc 
dərisindən  külah  etsə,  qulaqlarını  örtmiyən,  qolı-budı  xırancə  ,  uzun 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
23 
 
baldırları incə, Qazan bəgün tayısı – At ağızlu Aruz qoca çapar yetdi (c. 
49-50). 
Möhtəşəm  mənəvi  abidəmiz  “Kitabi-Dədə  Qorqud”da  toy 
mərasiminə, habelə müxtəlif milli adət-ənənlərimizə də aid qiymətli sətir-
lər  çoxdur.  Dastanda  elçilik  “kiçik  düyün”,  toy  “ulu  düyün”,  “ağır  dü-
yün”  adlandırılır.  Bu  gün  el  arasında  işlənən  “beşikkərtmə”,  “beşik-
kəsmə”,  nişanlı  ifadəsi  “Kitabi-Dədə  Qorqud”  boylarında  öz  əksini 
tapmışdır: “Baybican bəg aydır: “Bəglər, allah-təala mana bir qız verəcək 
olursa,  siz  tanıq  alın:  Mənim  qızı  Bayborə  bəg  oğlına  beşikkərtmə 
yavuqlu olsun.- dedi” (Kitabi-Dədə Qorqud. Bakı, 1988, s. 52) 
“Dügün”  sözünün  ədəbi  dilimizin  tarixində  işlənmə  mənzərəsini, 
müddətini öyrənmək baxımındam aşağıdakı mülahizə də razılıq doğurur: 
“dügün  –  ziyafət,  böyük  qonaqlıq.  Bu  söz  XX  yüzilliyin  əvvəllərinə 
qədər toy sözü ilə  çox tez-tez sinonim kimi paralel şəkildə  işlənmişdir, 
indi isə bir sıra dialekt və şivələrdə təsadüf olunur. Ehtimal ki, toy feil 
əsasına  aiddir.  bunun  fonetik  inkişafını  belə  təqdim  etmək  olar:  toy- 
toyun- tuyun, tüyün- düyün- dügün (V.İ. Aslanov. İstoriçeska leksikoloqi 
azerbadjanskoqo yazıka. Dok. Disş, Baku, 1973, s. XIX). 
Milli adət-ənənələrimizdən olan toy mərasimindəki başlıq- toy xərci 
istəmə  adəti  də  qədim  tarixə  malikdir.  Bu  adət  “Kitabi-Dədə  Qorqud” 
boylarında da təsvir edilmişdir. Banıçiçəyin qardaşı Dəli Qarçar başlıq kimi 
aşağıdakıları  istəyir:  “Dəli  Qarçar  aydır:  “Bin  buğra  gətürün  kim,  maya 
görməmiş ola. Bin dəxi ayğır gətirün kim, heç qısrağa aşmamış ola. Bin dəxi 
qoyun görməmiş qoç gətirün. bin dəxi bürə gətirün mana”- dedi” (c. 56). 
“Kitabi-Dədə  Qorqud”  dastanı  Azərbaycan  türklərinin  qədim 
məişətini dolğun əks etdirən əvəzsiz abidədir. dastanın  boylarında bir  çox 
məişət əşyalarının və ev avadanlıqlarının adlarına da rast gəlmək olar: Aya 
(sapandın daş qoyulan yeri), ayaq (qədəh, piyalə), badya, ban ev (hündür 
çadır), buqağu-buxov, qaytaban (dəvələrin saxlandığı yer), dolama beşik 
(nənni),  süylük  (şiş,  kabab  şişi),  tənəf  (çadır  ipi),  çəlbir  (qantarğa) 
(Gətirdiyimiz  məişət əşyalarının adlarını akad. H.Araslının 1962-ci ildə 
nəşr  etdirdiyi  “KDQ”  dastanından  seçmişik).  “Kitabi-Dədə  Qorqud” 
dastanının lüğətində məişət leksikasının, etnoqrafik sözlərin, xalqımızın 
mənəvi  və  maddi  varlığı  ilə  əlaqədar  söz  və  deyimlərin  bolluğu  diqqəti 
çəkir:  Əlbəttə,  bütün  bunları  aşkarlamaq  üçün  əsaslı,  ciddi  araşdırmalar 
zəruridir. Yazımızı belə bir nikbin sonluqla bitririk. 
“KDQ” boylarında işlənmiş etnoqrafizmlərin milliliyi, ümumişləkliyi, 
habelə xalqımızın məişətini, həyat tərzini, məşğuliyyətini və nəhayət, özgün-
lüyünü ifadə etməsi həmin tematik qrupların söz və termin yaradıcılığında 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə