Microsoft Word tam jurnal -1 018 Nadir m pdf doc



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə10/140
tarix19.07.2018
ölçüsü1,8 Mb.
#57273
1   ...   6   7   8   9   10   11   12   13   ...   140

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
24 
 
da  aparıcı  rol  oynamasına  və  müxtəlif  amillər,  əlaqə  və  münasibətlər 
nəticəsində  bir  çox  başqa  dillərə  də  keçməsinə  (əvvəlcə  ekzotik  sözlər, 
sonradan isə alınmalar kimi) səbəb olmuşdur. 
 
                                               ƏDƏBİYYAT: 
 
Araslı  Həmid.  Azərbaycan  ədəbiyyatı:  tarix  və  problemləri.  Bakı, 
Gənclik, 1998  
Dəmirçizadə  Ə.  “Kitabi-Dədə  Qorqud”  dastanlarının  dili.  Bakı,  “Elm”, 
1999 
Kitabi-Dədə Qorqud (tərtibçiləri F.Zeynalov və S.Əlizadə) Bakı, 1988 
В.В. Похлебкин. Национальные кухни наших народов. М., 1983 
Асланов В.И. Историцеская лексикология азербайджанского языка. 
Док. дисс. Баку, 1973 
Исмайл Маммадли 
Место материально-духовной лексики в словарном 
составе эпоса «Книги Деде Коркута» 
Резюме 
 
   «Книга  Деде  Коркута»  один  из  самых  древних  памятников 
общетюркской  устной  литературы.  Дастан  по  своей  структуре 
состоит  из  синтеза  поэзии  и  прозы.  В  этом  произведении  особое 
внимание привлекают средства художественной изобразительности, 
а  также  этнографические  термины  и  выражения.  В  докладе  к 
исследованию привлечены лексические единицы из  сказаний эпоса, 
анализированы  лексико-семантические  оттенки  слов  и  названий 
традиционно-обрядовых церемоний.       
Ismail Mammadli 
Material-spiritual Lexicology in the Vocabulary of 
“The Book of Dada Gorgud” 
Summary 
 
“The Book of Dada Gorgud” is one of the most ancient monuments 
in  Turkic  oral  literature.  According  to  the  epos  structure  it  consists  of 
versification  and  prose.  In  the  poetical  parts  illustrated  art,  expression, 
colorful  ethnographic  terms  and  phrases  attracks  the  attention.  In  the 
lecture  lexicological  units  used  in  the  parts  of  “The  Book  of  Dada 
Gorgud”  are  investigated  and  lexical-semantic  meanings,  traditional 
names are analyzed. 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
25 
 
Gülsüm Hüseynova 
AMEA Nəsimi adına Dilçilik İnstitutu, 
filologiya üzrə elmlər doktoru,  
gulsum.huseynova27@mail.ru
 
 
 
İran dillərində hal kateqoriyası 
 
Açar  sözlər:  kateqoriya,  hal,  vasitəsiz  hal,  ümumi  hal,  əsas  hal, 
vasitəli hal, fleksiya 
Ключевые слова: категория, состояние, косвенное состояние, 
общее состояние, основное состояние, прямое состояние, флексия.  
Key  words:  category,  condition,  indirect  condition,  common 
condition, main condition, direct condition, flexes.  
 
İsmi  qrammatik  kateqoriyalar  arasında  hal  özünəməxsus  yer 
tutmaqla  yanaşı,  istər  təyin  olunmasına,  istər  qrammatik  və  linqvistik 
statusuna, istərsə də ifadə üsullarına münasibətdədaim elmi mübahisələr 
doğuran  kateqoriyadır.  Bu  kateqoriya  dilə  dair  elmi-nəzəri  fikirlərin  irəli 
sürüldüyü ən qədim dövrlərdən diqqəti cəlb etmişdir. Aristotel rabitəli nitqdə 
adların  rast  gəlinən  və  addan  fərqlənən  formalarına  münasibət  bildirərkən 
yazmışdır:«Nə  insandır,  nə  addır.  Onu  adlandırmaq  olmur.  Çünki  o  nə 
nitqdir, nə də inkar. Qoy qeyri-müəyyən ad adlansın. «Filonun», «Filona» və 
buna oxşar olanlar ad deyil, adların hallarıdır” [1, s. 92]. 
Hal  barədəən  qədim  fikir  hind  alimi  eramızdan  əvvəl  V-II  əsrlərdə 
yaşaması  güman  edilən  Paniniyə  aiddir.  Onun  “Səkkizlik”  (səkkiz  kitab) 
əsəri  sanskrit  qrammatikasına  həsr  olunmuşdur  və  burada  ad  formasının 
cümlədə dəyişməsinə görə  7 hal – adlıq, yiyəlik, yönlük, təsirlik, alətlik,-
ablativ, yerlik hallarıqeyd olunmuşdur [2, s. 79].  
Hal sisteminə universal linqvistik hadisə kimi baxılmamış, hər bir 
dilin  hal  sisteminin  yaradılmasına  fərdi  şəkildə  yanaşılmışdır.  Müasir 
dilçilikdə hal kateqoriyasına dair araşdırmalarda ziddiyyətli və mübahisə 
doğuran fikirlərin çoxluğunun bir səbəbini də bunda axtarmaq olar. 
L.Yelmslev  adların  cümlədə  dəyişmə  səbəblərini  öyrənərkən 
müxtəlif  dillərdə  sözlərin  mümkün  əlaqə  modellərini  qurmuş  və  216 
nəzəri mümkün hal müəyyənləşdirmişdir. Bu hallardan hər biri müvafiq 
məna  əsasında  təyin  edilmişdir[3,  s.  57].  Qeyd  edək  ki,  L.Yelmslev 
mümkün  nəzəri  halları  təyin  edərkən  mənaya  əsaslanmışdır  və 
ümumiyyətlə, sözlərarası əlaqə məna ilə bağlıdır. Təsadüfi deyil ki, hal 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
26 
 
konsepsiyasının  banisi  sayılan  Ç.Fillmor  da  halı  məna  münasibətlərini 
yaradan  vasitə  olduğunu  qəbul  etmişdir.Ç.Fillmor  altı  hallıq  sistem 
qurmuşdur [4, s. 404-405]. Hal sistemi sonralar da ardıcıl olaraq tədqiq 
edilmişdir.  Bu  tədqiqatlarda  həm  konkret  dilin  hal  sisteminin 
qurulmasına, həm də ümumiyyətlə, hal anlayışının təyin edilməsinə həsr 
edilmişdir.  Ümumiyyətlə,  dilçilikdə  hala  aid  araşdırmalar  kifayət  qədər 
çoxdur.  Hal  kateqoriyasına  xeyli  sayda  tərif  verilmiş,  bu  anlayış  izahla 
təyin olunmuşdur. «Hal söz birləşmələrində və cümlədə isimlərin başqa 
sözlərləəlaqəsini  göstərən  qrammatik  kateqoriyadır.  Hal  şəkilçiləri 
qoşulduqları  sözləri  cümlənin  başqa  üzvləri  ilə  bağlayır,  başqa  sözlə, 
onlar  arasında  sintaktik  əlaqə  yaradır»[5,  s.  48].  O.S.Axmanovanın 
lüğətində hala belə tərif verilir: “Hal – ismin adlandırdığıpredmetin gerçək-
liyin digər predmetlərinə münasibətini ifadə edən və deməli həmin ismin hal 
kateqoriyaları formasında cümlənin digər üzvlərinə münasibətini müəyyən 
edən  qrammatik  kateqoriyadır.  Hallanma  isə  ismin  və  digər  substantiv 
sözlərin hallar üzrə dəyişmə paradiqmasıdır” [6, s. 416]. 
M.Hüseynzadə hal barədə yazmışdır: «İsimlərin hallanması formaca 
morfoloji, vəzifəcə sintaktik tələblərdən irəli gəlir. Daha doğrusu, hallanma 
qrammatikanın  həm  morfoloji  bəhsinə,  həm  də  sintasis    bəhsinə  aid  bir 
məsələdir. Morfologiya bəhsində ismin yalnız hal şəkilçilərindən danışmaq 
mümkündür»[7, s.53]. 
"İsimlərin  halları  onların  dəyişmə  formasıdır.  Bu  da  istər  cümlədə, 
istərsə də müəyyən tərkib daxilində feillərin və başqa sözlərin tərkibindən 
(idarəsindən) asılı olaraq meydana gəlir. Bunu daha yaxşı başa düşmək üçün 
Azərbaycan  dilində  ismin  adlıq  halı  ilə  başqa  hallarını  müqayisə  etmək 
kifayətdir. Məsələn, kitab, kitabın, kitaba, kitabı, kitabda, kitabdan sözlərini 
nəzərdən keçirdikdə aydın olur ki, kitab sözü ismin adlıq halında daha çox 
müstəqildirsə, qalan hallarda bu müstəqillik yoxdur" [8, s.187]. 
«Azərbaycan  dilində  hal  kateqoriyası  hallana  bilən  sözləri  əhatə 
edir. Hallana bilən sözlər söz birləşməsi və cümlə daxilində fel, qoşma və 
adların (ismin, sifətin, sayın, əvəzliyin, o cümlədən zərfin) tələbinə görə 
müxtəlif  formalara  düşür.  Bu  zaman  hallanan  sözlərin  qəbul  etdiyi 
şəkilçilər hal şəkilçiləri olur»[9, s. 152]. 
Hala müxtəlif tərif və izahların verilməsi məsələsi də tədqiqatçıların 
diqqətindən  yayınmamışdır.  Məsələn,  R.Heydərov  yazır:  “Hal  kateqori-
yasına  dilçilikdə  müxtəlif  təriflər  verilsə  də,  prosesin  özü  digər  sözlərin 
(əsasən, fellərin) tələbi ilə ismin, və digər isimləşmiş sözlərin bir haldan 
digər hala düşməsi ilə səciyyələnir. Dünya dilçiliyində hal kateqoriyasına 
münasibət  fərqlidir.  Belə  ki,  müxtəlif  dillərdə  halların  sayı  tam  fərqli 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə