Microsoft Word tam jurnal -1 018 Nadir m pdf doc



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə11/140
tarix19.07.2018
ölçüsü1,8 Mb.
#57273
1   ...   7   8   9   10   11   12   13   14   ...   140

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
27 
 
göstərilir.  Bəzi  dillərdə  hal  kateqoriyasının  olmamasına  rəğmən  (fars, 
tacik, çin), digər dillərdə 40-dan çox hal göstərilir”[10, s. 168]. 
Qədim  İran  dilləri  inkişaf  etmiş  hal  sisteminə  malik  olmuş  və 
sözdəyişmənin  bu  növü bütün adlara (isim, sifət,  əvəzlik  say),  eləcə  də 
feili  sifət  və  məsdərləri  əhatə  etmişdir.  Avesta  dilində  8  hal  (adlıq, 
təsirlik, yiyəlik, yönlük, alət, yerlik, çıxışlıq, çağırış) halları qeydə alınır. 
Qədim İran dilində bu sayı altıya qədər azalmışdır [11, s. 116].  
Qədim hind dillərində də halların sayı 8 olmuş və demək olar ki, 
Avesta dilinə uyğun gəlir. Bu baxımdan prairan dili üçün 8 hallıq sistemi 
bərpa etmək olur. 
Qədim İran dillərində halın ifadə vasitələri müstəqil, ön şəkilçi və 
ya  qoşmalarla  işlənərək  adların  cəmdə  mürəkkəb  sintaktik  əlaqələrinin 
qurulmasına  xidmət  etmişdir.  Qədim  İran  dillərində  çağırış  halı  istisna 
olmaqla,  digər  hallar  çoxfunksionallığı  ilə  diqqəti  cəlb  etmişdir.  Buna 
görə də, bu və ya digər halın funksiyalarını onun hansısa bir mənası üzrə 
təyin etmək olmur. Halın əsas mənası və təyinatından ümumiləşdirilmiş 
şəkildə bəhs etmək mümkündür.  
Qədim İran dillərindəndaha arxaiki olan Avesta dilində mövcud hal 
sisteminin dağılması əlamətləri həm formal-morfoloji, həm də məzmun-
funksional  planda  müşahidə  olunur.  Formal  planda  aşağıdakı  əlamətlər 
qeyd  olunur:  1)  müəyyən  hal  formalarının  yaranmasında  tematik  qrupa 
daxil  olmayan  əsasların  tematik  hallanması;  məsələn,  “zam”  –  torpaq; 
yerlik  hal,  tək  zəme:  gözlənilən  forma  isə  sonu  “-a”  əsaslı  olan  köklər 
üçün  “zami”,  “zəmi”  olmalı  idi;  2)  qeyri-tematik  əsasların  hallanması 
zamanı saitlərin əvəzlənməsi qaydalarının pozulması [11, s. 135]. 
S.N.Sokolov  bu  əlamətin  meydana  çıxmasını  zəif  əsasların  güclü 
əsaslar sahəsinə daxil olmasında görür [12, s.61].  
Məzmun  planında  mənanın  sürüşməsi  və  bununla  əlaqədar  bəzi 
halların    funksional  qarşılıqlı  əvəzlənməsi  hal  sisteminin  dağılma  təsiri 
kimi  qeyd  olunur.  Qədim  fars  dilində  hal  sisteminin  dağılması  daha  da 
güclənmişdir.  Yönlük  hal  Avesta  dilində  xüsusi  formaya  malik 
olmuşdursa, qədim fars dilində belə forma yoxdur və onun funksiyasını 
yiyəlik  hal  yerinə  yetirir.  Qədim  fars  dilində  çıxışlıq  halın  da  müstəqil 
forması yoxdur. Çıxışlıq cəmdə adlıq və təsirlik halla üst-üstə düşür.  
Avesta  dilində  özünün  qrammatik  hal  forması  olan  sözlərin 
qazandığı  qrammatik  məna  müəyyən  ön  şəkilçi  və  ya  qoşma  ilə  əldə 
olunur.  
Arxaik İran dillərində hal sisteminin dağılma prosesi sonradan daha 
da  sürətlənmişdir.  Bu  prosesə  təsir  edən  iki  amil  xüsusi  qeyd  olunur. 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
28 
 
Birinci amil vurğunun xarakteri və yeridir. Belə hesab olunur ki, arxaik 
dillərdə vurğu güclü olmuş, adətən, sondan üçüncü hecaya, yaxud ikinci 
heca  qısa  olduqda,  sondan  ikinci  hecaya  düşmüşdür.  Belə  hallarda  hal 
şəkilçiləri  vurğusuz  qalır  və  bu  da  onların  reduksiyasına  və  düşməsinə 
səbəb olmuşdur. Ikinci amil köməkçi sözlərdən ön şəkilçi və qoşmaların 
istifadə olunması ilə əlaqələndirilir. İlk dövrlərdə hal formalarının dəqiqləş-
dirilməsinə və onların sintaktik istifadə dairəsini genişləndirməyə xidmət ön 
şəkilçi  və  qoşmalar  tədricən  relyativ  funksiyaları  yerinə  yetirən  başlıca 
vasitələrə çevrilmişlər. Bu hal formalarının funksional əhəmiyyətinin zəiflə-
məsinə və aradan çıxmasına səbəb olmuşdur.  
Qədim  İran  dövründən  sonra  hal  sisteminin  təkamülünü  aşağıdakı 
istiqamətlər  üzrə  getdiyini  qeyd  edirlər:  1)  adların  sözdəyişmə  sisteminin 
unifikasiyasının  ümumi  ənənələri  ilə  əlaqədar  hallanma  tiplərinin  sayının 
azalması;  2)  halların  sayının  tədricən  ixtisarı;  3)  bəzi  halların  funksiya  və 
mənalarının genişlənməsi[11, s. 137]. Qeyd olunan hallar artıq xotansak və 
soqdi dillərində ifadəsini tapmışdır. Xorəzm dillərində bu proses bir qədər 
ləng getmişdir.Yeni İran dilləri  dövründə sözdəyişmə  sistemində  də əsaslı 
şəkildə  dəyişmələr  baş  vermişdir.  Bu  dəyişmələr  aşağıdakı  istiqamətlərdə 
getmişdir:  1)  hal  sistemində  yeni  dəyişmələr  baş  vermişdir;  2)  ikinci 
sözdəyişmə bazasında innovativ hal sisteminin yaranması baş vermişdir. Bu 
iki prosesdən birincisi ümumi səciyyəli olub, bütün yeni İran dillərinə aid 
olursa, ikincisi yalnız bəzi yeni İran dillərini əhatə edir. 
Yeniləşmiş hal sistemi olmayan dillər üçün ikihallı və azlığı ilə diqqəti 
cəlb edən üçhallı sistem səciyyəvidir. İkihallı sistemə vasitəsiz və vasitəli, 
üçhallı sistemə vasitəsiz, vasitəli və çağırış halları daxildir. Yeniləşmiş hal 
sistemli  dillərdə  ikihallı,  üçhallı,  dördhallı  və  hətta  beşhallı  sistemlər  də 
qeydə alınır. Bununla yanaşı, yeni İran dillərinin bir qismində (fars, tacik, 
şuqnan, Mərkəzi və Cənubi İran dialektləri) hal sistemi tam eliminasiyaya 
uğramışdır.Yeni  İran  dillərində  adların  sözdəyişmə  vasitələri  biri-birindən 
xeyli dərəcədə fərqlənir. Onlardan bəzilərində hal formalarının yaranmasının 
flektiv  tipi  qalmaqdadır.  Bəzi  dillərdə  isə  fleksiya  bütünlükləaqqlütinasiya 
ilə əvəzlənmişdir. Müəyyən qisim dillərdə artikllə əmələ gələn analitik hal 
formaları  vardır.  Qeyd  olunanlar  sözdəyişmə  prosesinin  qeyri-müntəzəm 
getdiyini  təsdiq  edir.  Bir  sıra  dillərdə  hal  sistemi  bu  və  ya  digər  xüsu-
siyyətlərinə görə qədim İran dillərinin hal sistemi ilə tipoloji oxşarlığını 
saxlayırsa, digərlərində belə oxşar cəhətlər tamamilə silinmiş, yeni sistem 
formalaşmışdır.  Yeni  İran  dillərinin  hal  sisteminin  müqayisəsi  yeni  hal 
sisteminin  formalaşmasının  hansı  yolla  getdiyini  öyrənməyə  kömək 
edəcəkdir.  


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə