Microsoft Word Tanr?verdi ?



Yüklə 61,3 Kb.
Pdf görüntüsü
səhifə33/53
tarix21.06.2018
ölçüsü61,3 Kb.
#50105
1   ...   29   30   31   32   33   34   35   36   ...   53

                                                    “Koroğlu”nun şeir dili 
 
 
157 
Xan Eyvaz, min Ərəb ata
Bəlli Əhməd fərmana gəlir. 
 
Burada  şivə  tələffüzünün transkripsiyasını  şərt-
ləndirən detalları belə ümumiləşdirmək olar: ərəb mənşəli 
“xəta” (günah, təqsir, səhv...) sözü bir sıra şivələrimizdə, o 
cümlədən qərb  şivələrində “xata” şəklində  işlənir; zəngin 
qafiyələrdəki (xata-yata-ata) semantik dinamika “xata” 
sözü ilə başlanır; “yat” (maq) feli və “Ərəb at” zooniminə 
qoşulan  şəkilçi morfemləri (“-a” arzu şəklinin qrammatik 
forması, “-a” yönlük hal şəkilçisi) də məhz “xata” sözünün 
assosiativliyi ilə işlənib. 
“Koroğlu”dakı  şeir parçalarında müşahidə olunan 
şivə  tələffüzünün transkripsiyasını  aşağıdakı kimi sistem-
ləşdirmək olar: 
– incə saitlərin qalın saitlərlə  əvəzlənməsi:  ə→a 
əvəzlənməsi – amanat (əmanət). “Bazubəndi amanatı”; 
ataş (atəş). “Can qovrulu ataşında”; çara (çarə). “Olmadı 
dərdimə çara”; xavar (xəbər). “Söylə Möminədən mənə bir 
xavar”; ciyar (ciyər). “Görcək səni yara oldu ciyarım” 
...Dilçiliyimizdə bu cür əvəzlənmə daha çox qərb 
şivələrinə aid edilir;  
         – o → a əvəzlənməsi: qavar (qovar). “Biri qaçar, biri 
qavar”. Qeyd etdiyimiz kimi, bu hadisəyə daha çox 
Azərbaycan dilinin cənub şivələrində təsadüf edilir; 
         –  i  → u, ə  → a və i →  ı  əvəzlənmələri: sufatlı 
(sifətli). “O misri qılınclı, aslan sufatlı..,”. M.Şirəliyevə 
görə, “sifət” sözünün “sufat” şəklində  işlənməsi yalnız 
Qarabağ  şivələri üçün xarakterikdir (Azərbaycan dialek-
tologiyasının  əsasları. Bakı, 1962, səh.50). Halbuki bu 
Язизхан Танрыверди 
 
 
158
 
hadisəyə  qərb qrupuna daxil olan bütün şivələrdə rast 
gəlinir; 
– e → ö əvəzlənməsi: sövda (sevda) “Sövdasın 
saldı başıma”; söyün (sevin). “Arxa veriv söyündüyüm”. 
Bu hadisə Azərbaycan dilinin qərb  şivələri üçün səciy-
yəvidir; 
– a→  ə  əvəzlənməsi: nazik (nəzik). “Belin nəzik, 
qəddin uca, üzün gül...”. M.Şirəliyev “a→  ə”  əvəzlən-
məsinin  dilimizin bütün şivələri, xüsusən də  şərq və 
cənub  şivələri baxımından səciyyəvi olduğunu göstər-
məklə yanaşı, “nəzix`” (nazik) formasının yalnız Qazax 
çivəsinə aid olduğunu da qeyd edir (Azərbaycan dialek-
tologiyasının  əsasları. Bakı, 1962, səh.40). Müəllif 
haqlıdır, amma “nəzix`” deyiliş  şəklinin qərb qrupuna 
daxil olan bütün şivələr üçün xarakterik olduğunu da inkar 
etmək olmaz. Burada bir məqamı da qeyd edək ki, 
“Koroğlu”nun  şeir dilində “nazik” formasına, yəni 
orfoqrafik normalara uyğun  şəkildə yayazılmaya da rast 
gəlinir: “Gümüş kəmər, nazik belin qurbanı!”; 

 
ı  → u və  i → ü əvəzlənmələri (labiallaşma 
hadisəsi): adamdandur (adamdandır). “Hər nə desən adam-
dandur”; alur (alır). “Koroğlu alur salamı...”; dəmdür 
(dəmdir). “Koroğlum der: dəm bu dəmdir...”; möhkəmdür 
(möhkəmdir). “İmam ləşkəri möhkəmdür”. Dialektolo-
giyaya dair araşdırmalarda labiallaşma hadisəsinin Azər-
baycan dilinin Təbriz və Ordubad şivələri üçün səciyyəvi 
olduğu göstərilir. Burada xüsusi olaraq vurğulayaq ki, 
labiallaşma hadisəsi ilə bağlı təqdim etdiyimiz nümunələr 
də ilk dəfə Elyas Muşeqin “Nəğmələr kitabı”nda verilib 
(Təbriz nüsxəsi, 1721). 


                                                    “Koroğlu”nun şeir dili 
 
 
159 

 
e  → a və  ı→i  əvəzlənmələri: qaydına qalmaq 
(qeydinə qalmaq). “Günüm ahü-zar görünür // Bir qaydıma 
qalan yoxdu...”. Buradakı “qaydına qalmaq” frazemi 
Azərbaycan dilinin qərb  şivələri üçün xarakterikdir. 
Maraqlıdır ki, sonuncu misrada həm  şivə, həm də  ədəbi 
tələffüzün transkripsiyası özünü göstərir: qaydına qalmaq 
– qeydinə qalmaq; yoxdu – yoxdur;  

 
müasir  ədəbi dilimizdə “demək” feli indiki 
zaman  şəkilçisini qəbul etdikdə “deyir” formasında 
işləmir. “Koroğlu”nun  şeir dilində isə “der” şəklindədir: 
“Muradbəyli derlər bizə”; “Koroğlu der: məhşər günü bu 
gündür”. Burada bir həqiqəti xüsusi olaraq vurğulamaq 
lazım gəlir: “Koroğlu”ya qədərki Azərbaycan yazılı 
abidələrin dili üçün səciyyəvi olan “de:r” (deyir) forması 
Azərbaycan dilinin qərb  şivələrində eynilə mühafizə 
oluunur.  

 
Müasir  ədəbi dilimizdəki “o qədər” ifadəsi bir 
sıra  şivələrdə, xüsusən də  qərb  şivələrində “o qarta” şək-
lində  işlənir (ə→a sait əvəzlənməsi, yanaşı olmayan d-
r→r-d yerdəyişməsi və d→t əvəzlənməsilə) “Koroğlu”nun 
şeir dilində də məhz “o qarta” formasında verilib: “Bu gün 
bu məclisdə bir gözəl gördüm // O qarta gözəllik xana 
yaraşır...”Yeri gəlmişkən, bu cür nümunələrdə “Kor-
oğlu”nun  şeir dilinin daha çox Azərbaycan dilinin qərb 
şivələri ilə səsləşməsi açıq-aydın şəkildə görünür. 

 
v→y əvəzlənməsi: döyran (dövran). Bu döyran-
lar  ərzənindi...”;göydə (gövdə)... Başım getsə, göydəm 
qalsa yurd kimi...”.  
Yuxarıda qeyd etdiyimiz kimi, bu hadisəyə daha 
çox Azərbaycan dilinin qərb şivələrində təsadüf edilir; 
Язизхан Танрыверди 
 
 
160
 

 
“r” ilə başlanan ərəb-fars mənşəli sözlərin əvvə-
linə sait artımı (proteza): “i” artımı – irazı. “Elçi göndər 
irazıyam..,”; irast. “Yol yörürkən irast gəldim davada..,”; 
irəng. “Suyu zəhər ola, irəngi qara...”; “ü” artımı – ürbənd 
(rübənd). “Qaldır ürbəndini, görüm gül üzün!..”. 
Göründüyü kimi, şivə  tələffüzünün transkripsiyası 
müşahidə olunan nümunələrin bir hissəsi daha çox 
Azərbaycan dilinin qərb (Qazax, Borçalı...), digər hissəsi 
isə  cənub (Təbriz, Ordubad...) şivələri üçün səciyyəvidir. 
Bu isə o deməkdir ki, həmin  şeirlər məhz Azərbaycan 
dilinin qərb və  cənub  şivələrinin daşıyıcıları olmuş el 
sənətkarları, aşıqlar tərəfindən yaradılıb. Həm də bir sıra 
şeirlər elə yaradılıb, elə düzülüb-qoşulub ki, buradakı ayrı-
ayrı dil vahidlərini orfoqrafik normalara uyğun  şəkildə 
yazmaq qeyri-mümkündür. Daha doğrusu, bu tip qaydalar 
tətbiq edilərsə, həmin şeirlərin poetik strukturu bütövlükdə 
sıradan çıxa bilər. Deməli, “Koroğlu” şeirləri şivə tələffü-
zünün transkripsiyası kontekstində də böyük və zəngindir. 
Ən maraqlısı isə budur ki, bu şeirlərin yazıya alınmasında 
dörd cəhət əsas götürülüb: orfoqrafik normalara uyğun 
şəkildə yazılma:  əl-ayaq. “Üstündə  əl-ayaq yığşırıl-
mayan...”; qurd. “Dəyirman mədəli, ac qurd yeyimli...”; 
bağlayaram. “Coşub qılınc bağlayaram”...;  ədəbi tələffü-
zün transkripsiyası: yalıyar (yalayar).  “Qoç igid yalıyar 
özü öz qanın...”; bulut (bulud). “Bulut olub Çənlibelə 
yağaram...”; çoxdu (çoxdur). “Koroğlunun malı çoxdu”;  
şivə tələffüzünün transkripsiyası: ciyar (ciyər). “Görcək 
səni yara oldu ciyarım”; söyünmək (sevinmək). “Arxa 
verib söyündüyüm”; xançal (xəncər). “Dal xançallar 
düşman qanında gərək!”;  leksik-fonetik arxaizmlərin 
olduğu kimi transkripsiyası:  bəni (məni), kibi (kimi). 


Yüklə 61,3 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə