Microsoft Word tarix bay doc



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə24/25
tarix23.11.2017
ölçüsü0,55 Mb.
#12130
1   ...   17   18   19   20   21   22   23   24   25

 

59 


10 DEKABR 

 

İNSAN HÜQUQLARI GÜNÜ 



 

1948-ci il dekabrın 10-da BMT Baş  Məclisi "İnsan Hüquqları haqqında Ümumi Bəyannamə" 

qəbul etdi. Bu sənədin qəbul edilməsində  məqsəd insan hüquqlarını  və bütün ölkələrin  əməl etməli 

olduqları normaları müəyyən etmək idi. "Bəyannamə"ni qısa bir müddətdə dünya ölkələrinin böyük 

əksəriyyəti, hətta ən qəddar diktaturalar belə imzalamışdılar. 

"İnsan Hüquqları haqqında Ümumi Bəyannamə" müxtəlif sosial-iqtisadi quruluşlu dövlətlərin 

insan hüquqlarının müdafiəsi sahəsində  əməkdaşlıq imkanlarını nümayiş etdirmiş mühüm beynəlxalq 

sənəddir. O, dünya dövlətlərinin konstitusiya və qanunlarına da öz müsbət təsirini göstərir. 

Dünya xalqları "Bəyannamə"nin müddəalarından öz hüquqları, sülh, demokratiya və  tərəqqi 

uğrunda mübarizədə istifadə edirlər. 

"Soyuq müharibə" illərində sosialist bloku və  Qərb demokratiyası arasında qarşıdurma 

güclənmişdi. Mübarizə aparan ölkələr insan hüquqları  və azadlıqları barədə müxtəlif mövqelərdə 

dururdular. Qərb demokratiyaları insanın mülki və siyasi hüquqlarının (söz, fikir azadlığı, siyasi 

plüralizm, ölkədən sərbəst getmək və yenidən qayıtmaq və s.) zəruriliyini təkidlə irəli sürür, sosialist 

ölkələri isə iqtisadi və sosial hüquqların vacibliyini qabardırdılar. 1966-cı ildə, təxminən 20 il davam edən 

qızğın müzakirələrdən sonra iki sənəd - Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və  İqtisadi, 

Sosial və Mədəni hüquqlar haqqında Beynəlxalq Pakt qəbul edildi. 

Dünya ictimaiyyəti tərəfindən tanınan yeni növ insan hüquqlarının siyahısı ilbəil artır. Bu gün 

dünya artıq insanın ekoloji hüququnu tanımaqdadır, gələcək nəsillərin ləyaqətlə  və layiqincə yaşamaq 

hüququ müzakirə edilir. Bu günə qədər insan hüquqları üzrə yeni-yeni sənədlər hazırlanır və qəbul edilir. 

Müasir dünyada insan hüquqları daha geniş bir anlayışdır və aşağıdakıları əhatə edir: 

- Hər bir ayrı-seçkilikdən azadlıq, o cümlədən irqi, cinsi, milli, yaxud dini ayrı-seçkilikdən 

azadlıq; 

- Qorxudan azadlıq: şəxsi təhlükəsizlik üçün qorxudan, səbəbsiz azadlıqdan məhrum edilməkdən, 

işgəncə və digər zorakılıqlardan azadlıq; 

- Fikir və söz azadlığı, qərar qəbul etmə prosesində iştirak və birliklər yaratmaq hüququ; 

- Yoxsulluqdan azadlıq, layiqli həyat sürmək hüququ; 

- İnsan potensialının inkişafı və onu həyata keçirmək üçün azadlıq; 

- Ədalətsizlikdən və qanun pozuntusu ilə rastlaşmaqdan azadlıq; 

- İstismar olunmadan layiqli işləmək hüququ. 

İnsan hüquqlarının qorunmasının əhəmiyyəti o qədər böyükdür ki, BMT Baş Məclisi 1950-ci ildə 

bütün dövlətlərə  və maraqlı  təşkilatlara dekabrın 10-u gününü İnsan Hüquqları Günü kimi qeyd etməyi 

tövsiyə etmişdir. 

 



 

60 


3. BUNLARI UNUTMAQ OLMAZ 

 

25-26 FEVRAL 



 

XOCALI SOYQIRIMI 



 

Erməni hərbi qüvvələri 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə XX əsrin ən dəhşətli və 

qanlı faciəsini - Xocalı soyqırımını törətdilər. Bu, İkinci Dünya müharibəsində faşizmin törətdiyi dəhşətli 

qırğınlardan sonra müasir dövrdə erməni separatçı-terrorçuları ilə birlikdə Ermənistan hərbi qüvvələrinin 

və Rusiyanın 366-cı motoatıcı polkunun əsgərlərinin törətdiyi ən kütləvi və ən dəhşətli soyqırımıdır. 

Azərbaycanın qədim sivilizasiya mərkəzlərindən olan Xocalı  şəhəri hələ 1991-ci ilin oktyabr 

ayından hər tərəfdən düşmən  əhatəsində idi. Oktyabrın 30-da avtomobil yolları bağlandıqdan sonra 

şəhərlə əlaqə saxlamaq yalnız vertolyotla mümkün idi. Sonuncu mülki vertolyot 1992-ci il yanvarın 28-də 

Xocalıya gələ bilmişdi, lakin Şuşa  şəhəri üzərində 40 nəfərlik mülki vertolyotun vurulmasından sonra 

hava yolları da bağlanmışdı. 1992-ci il yanvarın 2-dən  şəhərin elektrik enerjisi də  kəsilmişdi. Xocalı 

əhalinin və onun müdafiəçilərinin iradəsi və dözümü sayəsində yaşaya bilirdi. 

Şəhər  əsasən atıcı silahlarla silahlanmış yerli könüllü dəstələr, milis və Milli Ordunun birləşmiş 

qüvvələri tərəfindən müdafiə olunurdu. Fevralın ikinci yarısında Xocalı erməni hərbi birləşmələrinin 

blokadasına alınaraq müntəzəm şəkildə hər gün artilleriya və ağır hərbi texnikadan atəşə tutulurdu. 

Xocalıya hücum edən ermənilər Xankəndindəki 366-cı rus alayının hərbi texnikası ilə 

silahlanmışdılar. Bu hücum 1992-ci il fevralın 25-i axşam başlandı.  Şəhər iki saat tank və BTR-lərdən

eləcə  də "Alazan" tipli raketlərdən açılan güclü atəşə tutuldu. Xocalı üç tərəfdən mühasirəyə alındığı 

üçün,  əhali yalnız  Əsgəran  İstiqamətində irəliləyib xilas olmağa can atırdı. Lakin tezliklə aydın oldu ki, 

bu, bir tələdir. Naxçıvanik kəndi yaxınlığında ermənilər  əliyalın, silahsız  əhalini fasiləsiz atəşə tutdular. 

Şaxtalı havada meşələri qət edərək taqətdən düşmüş insanların - uşaqların, qadınların, qocaların çoxu 

məhz Əsgəran-Naxçıvanik yolunda erməni qaniçənlərin törətdiyi vəhşiliklərin qurbanı oldular. Ermənilər 

bu faciədən sonra belə, vertolyotlar vasitəsilə  ağ xalat və maskalarda meşələri gəzərək insanları  əsir 

götürməkdən çəkinməmişdilər. O vaxtkı Azərbaycan hökuməti isə faciəni xalqdan gizlətməyə çalışmışdı. 

Fevralın 28-də Milli Qəhrəman Çingiz Mustafayevin başçılıq etdiyi yerli jurnalistlərdən ibarət 

qrup vertolyotla azərbaycanlıların məhv edildiyi əraziyə  gəlmişdilər. Hər tərəf avtomat güllələri və 

süngülərlə qətlə yetirilmiş qoca, uşaq və qadın meyitləri ilə dolu idi. Ermənilərin fasiləsiz atəşləri yalnız 

dörd cəsədi götürməyə imkan vermişdi. Martın 1-də xarici və yerli jurnalistlərdən ibarət qrup buraya 

gəldikdən sonra faciənin miqyası daha aydın görünmüşdür. Bir çox meyitlərin bədənləri süngü ilə deşik-

deşik edilmiş, başlarının dərisi soyulmuş, gözləri çıxarılmış, burun və qulaqları  kəsilmişdi. Bu dəhşətli 

mənzərə  əslində erməni faşizminin bütün dünyaya bir xəbərdarlığı idi. Təəssüf ki, hələ  də bu 

xəbərdarlıqdan nəticə  çıxarmayan, erməni terrorizminin bəşəriyyətin gələcəyi üçün necə bir bəla 

olduğunu başa düşməyənlər vardır. 

Xocalı soyqırımının dəhşətli mənzərəsi belədir: 613 nəfər öldürülmüşdür (63 nəfər uşaq, 106 

nəfər qadın, 70  nəfər qoca); 8 ailə tamamilə  məhv edilmişdir; 25 uşaq valideyninin hər ikisini itirmişdir; 

130 uşaq valideynlərdən birini itirmişdir; 487 nəfər yaralanmışdır; 1275 nəfər əsir düşmüşdür; 150 nəfər 

itkin düşmüşdür; dövlətə və mülki vətəndaşlara 5 mlrd. manat (1992-ci il qiymətləri ilə) ziyan dəymişdir. 

Sonradan erməni quldurları etiraf edirdilər ki, Xocalı  Əsgəranla Xankəndini birləşdirən dəhliz 

rolu oynadığı, həm də azərbaycanlıların nəzarətində olan hava limanı burada yerləşdiyi üçün bu qırğını 

törətmişlər. 

Azərbaycan Respublikasının Milli Məclisi 26 fevralı "Xocalı soyqırımı günü" elan etmişdir. Hər 

il xalqımız fevralın 26-da saat 17:00-da Xocalı  şəhidlərinin müqəddəs ruhunu bir dəqiqəlik sükutla yad 

edir. Hazırda Xocalı əhalisi 48 .rayonda qaçqın vəziyyətdə yaşayır. Onlar Dağlıq Qarabağ münaqişəsinin 

ədalətli həlli, öz vətənlərinə dönmək ümidi ilə yaşayırlar. Onlar dünya xalqlarına, dövlətlərinə  və 

beynəlxalq təşkilatlara öz hüquqlarının və  ədalətin bərpası üçün çoxsaylı müraciətlər edir, Xocalı fa-

ciəsini ermənilər tərəfindən etnik təmizləmə, Azərbaycan türklərinə qarşı terror aktı kimi ittiham edirlər. 

Bəşəriyyət XX əsrdə bir çox müdhiş soyqırımı və etnik təmizləmə cinayətlərinin şahidi olmuşdur. 

Xocalı onların içərisində daha dəhşətlisidir. Xocalı soyqırımının təşkilatçıları  və icraçıları  bəşəriyyətə 

qarşı ən ağır cinayətlər törətmiş canilər kimi beynəlxalq qanunlar əsasında mühakimə olunmalıdırlar. 

 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə