Microsoft Word tarix bay doc



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə21/25
tarix23.11.2017
ölçüsü0,55 Mb.
#12130
1   ...   17   18   19   20   21   22   23   24   25

 

51 


5 İYUN 

 

ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ GÜNÜ 



 

İkinci Dünya müharibəsindən sonra bəşəriyyət bir daha yəqin etdi ki, insanı  təbiətdən ayrı  dərk 

etmək olmaz. Təbiət anadır, insan isə onun övladıdır. Övlad anasının qədrini bilməlidir.  İnsanlığın  əsas 

göstəricilərindən biri onu yaradıb bəsləyənə hörmətdir. Təbiətin qədrini bilmək, qayğısına qalmaq - 

insanlığın göstəricisidir. Belə bir bənzətmə var: "təbiət gözəl qadındır, insan isə onun qulaqlarından 

asılmış qiymətli sırğadır; sırğa qadına çox əziyyət verərsə, qadın onları açıb ata bilər". Ona görə müasir 

insanlar biosferi qoruyub saxlamaq üçün qlobal miqyaslı tədbirlər hazırlayıb həyata keçirməyə çalışırlar. 

Bu tədbirlər bəşəriyyəti bütövlükdə  əhatə edir, hər kəs dünya və  gələcək nəsillər qarşısında məsuliyyət 

daşıyır. 

Bunları  nəzərə alan BMT Baş  Məclisi 1972-ci il dekabrın 15-də iyunun 5-ni Ətraf Mühitin 

Mühafizəsi Günü elan etmişdir. Bu qərarda məqsəd ictimaiyyətin diqqətini  ətraf mühiti qorumaq və 

yaxşılaşdırmaq sahəsində  təxirəsalınmaz tədbirlərin keçirilməsinə yönəltməkdir. Həmin günün seçilməsi 

onunla  əlaqədardır ki, 1972-ci il iyunun 5-də Stokholmda BMT-nin Ətraf mühitin mühafizəsi prob-

lemlərinə dair konfransı açılmış və burada BMT-nin Ətraf mühit haqqında Proqramı qəbul edilmişdi. 

Hər bir insan özünün fəaliyyəti prosesində bu və ya digər formada təbiətlə  və  ətraf mühitlə 

təmasda olur. Bu baxımdan hər kəs istər məişətdə, istərsə də istirahət zamanı ətraf mühitin qorunmasına 

qayğı ilə yanaşmalıdır.  Ətraf mühiti qorumaq vəzifəsi ilk növbədə  əmək fəaliyyəti nəticəsində  təbiətdən 

istifadə edən və ətraf mühitə təsir edə bilən hər bir şəxsin üzərinə düşür. 

Hər kəsin  ətraf mühiti qorumaq və ona qayğı ilə yanaşmaq vəzifəsi həm hüquqi, həm də  əxlaqi 

dəyərlərlə ölçülür. Həyat fəaliyyəti  ətraf mühitlə  və  təbiətlə bağlı olan hər kəs bu sahədə mövcud 

qanunvericiliyin bütün tələblərinə  əməl etməlidir.  Ətraf mühiti qorumaq və ona qayğı ilə yanaşmaq 

cəmiyyətin hər bir üzvünün mənəvi borcudur. Ətraf mühitin mühafizəsinin hüquqi, iqtisadi və sosial 

əsasları  "Ətraf mühitin mühafizəsi haqqında" 1999-cu il 8 iyun tarixli Azərbaycan Respublikasının 

qanunu ilə müəyyən edilir. Ətraf mühitin ekoloji tarazlığının mühafizəsi sahəsində ekoloji təhlükəsizliyin 

təmin edilməsi, təbii-ekoloji sistemlərə təsərrüfat və başqa fəaliyyətin zərərli təsirinin qarşısının alınması, 

bioloji müxtəlifliyin qorunub saxlanması  və  təbiətdən istifadənin səmərəli təşkili Azərbaycan dövlətinin 

ekologiya sahəsində qarşıya qoyduğu əsas vəzifələrdir. 

 



 

52 


26 İYUN 

 

NARKOMANİYAYA VƏ NARKOBİZNESƏ QARŞI 



BEYNƏLXALQ MÜBARİZƏ GÜNÜ 

 

Narkomaniya "ağ ölümdür", həyatdan üz çevirməkdir. "Narkomaniya" və "ölüm" sözləri bu gün 



insanların təsəvvüründə sinonim sözlərə çevrilib. 

Müasir dövrümüzdə insanlıq üçün böyük bəla olan narkomaniya bütün dünyada geniş 

yayılmışdır. Bu bəla ilə mübarizə etmək bir o qədər asan deyil. Narkotik maddə alverçiləri uşaqların çox 

olduğu yerlərdə olur, onlara həmin məhsulları  təklif edirlər. Pul qazanmaq naminə onlar insanları, 

xüsusilə uşaqları ölümə aparan bu pis vərdişə alışdırırlar. 

Narkotik maddələr müxtəlif çeşidlidir. Daha çox yayılanları isə xaşxaş, tiryək, marixuana, heroin, 

kokain və s.-dir. Son illər kimyəvi laboratoriyalarda hazırlanan yeni sintetik narkotik maddələr meydana 

gəlmişdir. Bunlar xüsusilə  təhlükəlidir, çünki birinci dəfədən adamı özünə alışdıra bilir. Narkotiklərdən 

asılılıq ağır xəstəliyə - narkomaniyaya gətirib çıxarır. Narkotik maddələr insan sağlamlığına bərpaedilməz 

ziyan vurur, fiziki qüvvələri tükəndirir, bədənin çəkisi birdən-birə azalır, ümumi zəhərlənmə baş verir. 

Narkomaniya keçici xəstəliklərin sürətlə yayılmasına səbəb olur. Narkotik maddələrin bir çoxu 

şprislə qana ötürüldüyündən və narkoman qrupları daxilində eyni şprisdən istifadə edildiyindən 

narkomanlar arasında QİÇS və başqa xəstəliklərə tutulmuş insanlar çoxdur. Narkotik maddə alverçiləri 

heroin və kokaini yuyucu toz və ya şəkər tozu qatıb satırlar, ona görə  də narkomanda şəkər diabeti tez 

inkişaf edir. Əgər "xalis mal", yəni heç bir qarışığı olmayan narkotik maddə qəbul olunarsa, zəhərin güc-

lü təsirindən o saat ölmək olar. Ən dəhşətlisi odur ki, bir neçə  dəqiqə  ərzində baş beyin zədələnə  və 

bununla da yaşaya-yaşaya şikəstlik əmələ gələ bilər. Belə halda adam düşünmək, hərəkət etmək, reaksiya 

vermək qabiliyyətini itirir, danışmaq və müxtəlif əşyalardan istifadə etmək imkanından məhrum olur. Bu 

vəziyyət illərlə davam edə bilər. 

Narkotik maddələrlə ticarət böyük gəlir gətirir. Milyard dollarlarla qazanc əldə edən cinayətkarlar 

üçün bacardıqca daha çox adamı "iynəyə oturtmaq", daha çox gəncləri və  uşaqları narkomaniyaya sövq 

etmək sərfəli işdir. Bir az "yüngül" narkotiklərdən başlayan insan tez bir zamanda çox təsiredici 

narkotiklərə alışır və müalicəsi mümkün olmayan xəstəliyə mübtəla olur. 

Nəyə görə müasir dünyamızda narkomaniya bu qədər geniş yayıla bilmişdir? 1960-cı illərdə 

"gənclik inqilabı" adlanan dövrdə gənc sənət adamları arasında narkotik maddələrin qəbulu dəbə düşmüş, 

bu, hətta özünəməxsus həyat tərzinə çevrilmişdi. Onlar bunu ictimaiyyətdən gizlətmir, bəzən sənət 

uğurlarını narkotik maddənin qəbulu ilə  əlaqələndirirdilər. Bu sənətçilərin pərəstişkarları onların həyat 

tərzini təqlid edərək narkotik maddə qəbul edirdilər. Bu nəsildən olan bir çoxları belə məst olmaqla gün-

lərini, həyatlarını başa vururdular. Tanınmış adamların arasında da narkomaniyanın qurbanları olmuşdur. 

O illərdən xeyli vaxt keçmişdir. Lakin narkomaniya ilə  məşğul olanlar narkotiklərin insanı  ağır 

problemlərdən xilas etməsi, həyatı daha rəngarəng, maraqlı etməsi haqqındakı xülyaları yaymaqda davam 

edirlər. 

Narkotik maddələrin gənc nəsillər arasında yayılması  təhlükəsini nəzərə alaraq, bir çox ölkələr 

"Narkotiksiz gələcək naminə" milli proqramlar qəbul edirlər. Buraya təhsil ocaqlarında, hüquq mühafizə 

orqanlarında, təşkilatlarda narkomaniyanın ziyanı haqqında maarifləndirilmə kampaniyaları daxildir. Bu 

kampaniyalar kütləvi informasiya vasitələri, o cümlədən internet şəbəkəsi vasitəsilə aparılır. 

Narkomaniya ilə bağlı problemləri daim ictimaiyyətin nəzarəti altında saxlamaq məqsədilə BMT 

iyun ayının 26-nı Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan etmişdir. 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə