Microsoft Word Tebriz folkloru doc



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə49/98
tarix08.07.2018
ölçüsü2,5 Mb.
#54600
1   ...   45   46   47   48   49   50   51   52   ...   98

 

  

٢٣٢



- Bu kişi ki, ölüb, daha dudmanı neylir, bir dә belә zad-

larin vәfasi olsaydı, Mәmmәdi saxlardılar, elә bu qapının üs-

tündә onu qәbristana aparacağam.  

Ocağı qurub; qazanı suyulan doldurub, qoyur odun üstünә, 

su qaynağa gәlәnnәn sonra haqvermәz Mәmmәdi qoyub taxta 

qapının üstünә  hәyәtә  gәtirillәr, hәyәtdә  әlin atıb Mәmmәdin 

köynәyin başınnan çıxartmax  әvәzinә  cırıb qoyur qırağa, 

köynәyi cıra-cıra deyir:  

- Sәn Mәmmәdә vәfa qıldın ki, qalannarına da vәfa qılasan?  

Mәmmәdi lüt edib, mәşqәfәni doldurub, qaynar suyu tökür 

Mәmmәdin üstünә, yazıq Mәmmәd sәsin içindә gizlәdib heç 

nә demir. Kisәni götürüb Mәmmәdin qızarmış  bәdәninә 

çәkdikdә dәrisi soyulur. Yavaş qulağına deyir:  

- Bilirәm ölmәmisәn, mәnim bir şahımı ver, özünü ölüm-

lüyә vurmaxdan bir iş çıxmaz!!!  

- Sәn ölәsәn, gör vermәmişdim ki.  

Haqqalan Mәmmәd bunun yumağın qutarıb kәfәnnәyir, üz 

tutub xanımına deyir:  

-  İndi bir adam tapa bilәrsәn, kömәhlәşә bunu qәbristana 

aparax?  

- Yox, qardaş, güman edirәm bunu gündüz aparsax qәbris-

tannığa qoymazdar, yaxşıdı, elә gecә aparax. Qalıllar, gecә gә-

lib çatır. Haqqalan Mәmmәd baş tәrәfdәn, xanım ayax tәrәfdәn 

götürüb aparıllar qәbristannığa. Orda olan qәbirqazan gec gәl-

mәhlәrin xatırladıb deyir:  

-  İndi qarannıxdı, ölü quylamax olmaz, qoyun mirdәşir-

xanada qalsın, sәhәr tezdәn gәlib quylaram. 

Haqqalan Mәmmәd öz-özünә deyir: “bu, burda tәk qalsa, 

gecә durub qaçar, daha tapa bilmәrәm”. ona görә üz tutub xa-

nıma deyir:  




 

  

٢٣٣



- Sәn get evizә, bu, burda tәk qalsa, qorxuram qurd-quş 

yesin, mәn sәhәrә kimi bunun yanında qalmalıyam. Sәhәr 

gәlәsәn birlihdә işlәrin görәrih.  

Xanım çıxıb gedir. Bir azdan sonra qәbir qazan da gedir. 

Bunnar ikisi mirdәşirxanada qalıb bir-birlәrin güdürdülәr. Ge-

cә yarıya çatmamış qulaxlarına bir sәs gәlir. Diqqәt edib görül-

lәr qırx hәramılar bir-bir dolullar mirdәşirxanaya. Sәslәrin giz-

lәdib onnarı göz altına alıllar. Danışıxlarından belә düşünüllәr 

ki, hәramilar şahın xәzanәsin yarıb gәtiriblәr burda bölsünnәr. 

Bir şam yandırıb, oranı bir az ışıxlandırıb, gәtirdiklәri qızılları 

aralarında bölüşdürüb bir qimәtli qılınc qalır. Hәramıbaşı  qı-

lınc tәk olduğu üçün deyir:  

- Hәr kimsә bu qılıncın bir zәrbәsi ilә o ölünü aradan bölsә 

qılınc onunku olacax.  

Hәramilәrin içinnәn bir nәfәr ayağa qalxıb deyir: Mәn  

böllәm.  

Qılıncı әlinә alıb ölüyә yaxınnaşib, isdiyir qılıncı qalxızıb 

endirsin, öz-özünә deyir: “Bu kişi haqq-nahaqq ölüb, mәn bir 

qılıncdan ötrü daha nә üçün buna bir yara vurum”. Qılıncı qo-

yub yerә deyir:  

- Mәnim işim dәyil.  

Bir ayrısı gәlib qılıncı götürüb ölünü iki şaqqa elәmәk istә-

yir. Bu anda haqqalan Mәmmәd görür bu qabağa gәlsә vuracaq, 

qılıncı aşağı endirәndә haqqalan Mәmmәd ucadan sәslәnir:  

- Qalx ayağa. Mәmmәd xodda!  

Haqvermәz Mәmmәd ki bir bahanaya bәnd idi, kәfәni yır-

tıb  әyninnәn, durur ayağa. Orda olan hәramılar ölünü xodda-

mış görüb hәr nәlәrin qoyub, tü dabana qaçıllar. Bir qәdәr ora-

dan uzaqlaşannan sonra dayanıb hәramibaşı deyir:  

- Hәr kim gedib ordan bir xәbәr gәtisә, qılınc onunku ola-

cax.  



 

  

٢٣٤



Onnar gedәnnәn sonra iki Mәmmәd qızılları aralarında bö-

lüşdürüb, işlәri qurtulmuşdu, amma yenә bir şahı davası baş-

lanmışdı. Haqalan Mәmmәd bir şahısınnan  әl çәkmәyib, haq-

vermәz dә onu vermәyә hazır deyildi. Haqvermәz deyirdi:  

- Mәn olmasaydım, sәn bu qәdәr qızıla әl tapa bilmәzdin, 

daha sәnә bir şahını verәn deyilәm.  

- Qızılların bütünü sәnin, amma mәnim bir şahımı ver.  

Bu arada hәramıların biri özünü mirdәşirxananın damına 

çatdırıb. Xәbәr tutmaq üçün oranın işıqlıq bacasınnan içәri 

baxmaq istәyәndә haqvermәz Mәmmәdin gözü sataşır onun 

başında olan börkünә, qalxıb ayağa onun başınnan börkün 

götürüb verir haqqalan Mәmmәdә deyir:  

- Gәl bu da sәnin bir şahın, daha mәnim yaxamnan әl çәk.  

Hәrami qorxusunnan elә qaçırdı, ayağı daşa dәysәydi, 

yeddi parça olardı, özün çatdırıb dostlarına soruşullar:  

- Nә xәbәr?  

Dili tutar-tutmaz deyir:  

- Bilmirәm ölü nә qәdәrdi, o qәdәr qızılı bölüşdürüblәr, bi-

rinә bir şahı yetişmәmişdi, dava edirdilәr, mәnim börkümü ba-

şımnan qapıb ona verdilәr.  

İki Mәmmәd ordan çıxıb öz evlәrinә yollandılar, bizim dә 

nağılımız burada sona çatdı.  



 

BORCLU KİŞİ 

 

Günnәrin bir günündә bir kişi yoxsullaşıb, pul atlı olur, o 



piyada. Bir nәfәr pullu adam tapıb, onnan günlü pul borc is-

tәyir. O deyir:  

-

 

Mәn sәnә borc verdim, sәnin ona zәmanәt üçün nәyin 



var verәsәn?  


 

  

٢٣٥



-

 

Bir zad yoxumdur, amma hazıram bәdәnimin  әtinnәn 



bir çәrәk zәmanәt saldıram. Vaxtında pulunu qaytara bilmә-

sәm, bәdәnimin harasınnan sevsәn, ver kәssinnәr.  

Bunnar razılaşıb gedirlәr qazı yanına. Bir kağız yazdırıb iş-

lәrin yollandırıllar. Zaman ötür, borclu kişi pulun yerin dola bil-

mir. Tәlәbkar neçә gün dә gözlәyir, görür bunnan xәbәr çıx-

madı, durub gәlir borclunun qapısına, onu çağırır eşiyә, deyir:  

-

 

Qardaş, elә bil pulun vaxtınnan neçә gün dә sovuşur, 



bәs haçan verәcәhsәn?  

-

 



Vallah, hәlә pulu cürrәyә bilmәmişәm, pul yoxdu, am-

ma nә qәdәr desәn göz yaşı var.  

-

 

Mәnә bunnardan pul olmaz, burcunu  gәrәk ödәyәsәn.  



-

 

Çox çalışdım, bir iş görә bilmәdim, olsa mәnә neçә gün 



dә möhlәt ver, bәlkә tapdım, pulunu qaytardım.  

-

 



Yox, qardaş, o pul indi lazımdı, lap elә indi vermәlisәn, 

mәn varındı-yoxundu bilmәrәm, indi istәyirәm, ölәsәn, qala-

san, gәrәk verәsәn.  

-

 



Axı mәn ölüm, sәnә pul olar?  Bir dә ata-babamız deyib 

boşlu, boşlunun sağlığın istәr.  

Bunnarın sözü çox uzuna çәhdi, neçә nәfәr yetişib araçılıx 

edib axırda bu qәrara gәldilәr ki, getsinlәr qazı yanına. Birlikdә 

yola düşüb getdilәr, gördülәr qabaxdan ucadan haray-dad sәsi 

gәlir. Hamı deyirdi: “qoyma qaçsın, tut qabağın”. Demәh, bir 

nәfәrin atı  әlinnәn üzülüb qaçırdı, yolda olannar atı tutmağa 

çalışırdılar. Hәr kim bir yol ilә istәyirdi atın qabağın alsın. 

Bәxti qara borclu kişi dә  әl atıb yerdәn bir daş götürüb tolaz-

ladı ata tәrәf, daş düz getdi dәydi, atın gözü çıxdı. At yeyәsi 

atın boşlayıb yapışdı bunun yaxasınnan. Hirsli halda dedi:  

-

 



Axmax kişi, bәs niyә belә elәdin, sәnә kim dedi mәnim 

atımın gözün çıxardasan?  




Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə