Microsoft Word Tebriz folkloru doc



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə47/98
tarix08.07.2018
ölçüsü2,5 Mb.
#54600
1   ...   43   44   45   46   47   48   49   50   ...   98

 

  

٢٢٢



İşliyib işinnәn doymuyan,  

Oturub dincin almıyan.  

 

Qabağı ay canamazlı,  



Ağzı әziz dualı.  

Qiblәsinnәn çönmüyәn,  

Namazınnan doymuyan.  

 

 Altı qәlbı,  



 Üstü zalım döxtörlü. 

  

vә . . . 



 

Oğul ölümü: 

 

Gedәrsәn, әylәnәrsәn, 



Yaman dil öyәnәrsәn.  

Dilinnәn bir kağaz ver

Görum, nә vaxt gәlәrsәn. 

 

Cavanın ölümü: 

 

Mәni vurdu üç ilan, 



Yumurtası puç ilan. 

O kimdi mәnim kimi 

Xәşili göy biçili. 

 

Mәnim anam, öz anam,   



 

İki dolu göz anam. 

Yad gәlәr, yalan ağlar,  

 

 



Qoy ağlasın öz anam. 


 

  

٢٢٣



Qardaş ölümü: 

 

Qardaş, qardaş, quş qardaş, 



Atlanmısan, düş, qardaş.  

Gecә gәl, qonağım ol, 

Sәhәr yola düş, qardaş. 

 

Gülü taxtım duvara, 



Bülbül gәlә suvara. 

Acı qışı bizinәn qışladın yaza, 

Yazı düşdün avara. 

 

Yazı bizinәn yazladın, 



Yayı düşdün avara. 

Payızı bizinәn payız etdin, 

Qışı düşdün avara. 

 

Qaşları vәsmәlidi, 



Gözlәri sürmәlidi. 

Qardaş, sәni vüran ovçunun 

Әllәri kәsmәlid. 

 

Oğul-qardaş ölümü: 

 

Soğanam, soyma mәni, 



Boşqaba qoyma mәni. 

Axı mәn çox zәhmәtdәr çәhdım, 

Evinnәn qovma mәni.  

 

 

 



 

  

٢٢٤



Yoldaş  ölümü: 

 

Qızılgül dәn-dәn oldu, 



Dәrmәdım dәn-dәn oldu. 

Biz sәnnәn ayrılmazdıx, 

Ayrılıx sәnnәn oldu. 

 

Çayda çimәn yeri var, 



Dağda duman yeri var.   

Biz gәlmişıx buruya 

Burda guman yeri var. 

 

Kәhliyim duzdә deyil



Sәkibdi, duzdә deyil. 

Quran gәtirin, әl basım, 

Vallah bizdә deyil. 

 

Naqafıl ölüm: 

 

Almanı qaxladılar, 



Sandıxda saxladılar. 

Mәn belә can vermәzdım, 

Mәni dalıdan oxladılar. 

 

Aşıx aradan gәldi, 



Peykәrim yaradan gәldi. 

Nә duman variydi, nә çiskin, 

Bu sel haradan gәldi? 

 

 



 


 

  

٢٢٥



Adaxlı, hәyat yoldaşının ölümü: 

 

Baxçada barın tapar, 



Heyva da narın tapar. 

Yazıx mәn, yazıx nәnәm, 

Yar gedәr, yarın tapar. 

 

Yalqız adamın ölümü: 

 

Bir at mindim, başı yox, 



Bir çay geşdim, daşı yox. 

Burda bir qәrib ölüb

Yanında qardaşı yox. 

 

Ailәsi oxşama başarmayan ölünün oxşaması: 

 

Ağaçı daldı bunun,  



Yemişi kaldı bunun. 

Hәr kәs bir kәlmә desin,  

Nәnәsi, bacısı laldı bunun. 

 

Çox yanıxlı ölüsü olan: 

 

Bu dağda әkin olmaz, 



Әkmәsә әkin olmaz. 

Mәnim nәnәm gәlib bu evdә dolanmasa, 

Mәnim ürәyim sakin olmaz. 

 

Әlacsiz xәstәlihdәn ölәn: 

 

Bu taya qәlbi taya, 



Şökәsi düşdü çaya. 


 

  

٢٢٦



Çan çәkdih, cәfa çәkdih, 

Әlacın tapammadıx 

Әmәyimiz getdi zaya. 

 

Bağda üzüm ağacı, 



Yola düzüm ağaci. 

Әli baltalı girdi 

Kәsdi bizim ağaci. 

 

Uşaq ölümü: 

 

Quzu-quzu, çal quzu



Dil-dodağı bal quzu. 

Duman gәldi, itirdi, 

Duman getdi, gәl, quzu. 

 

Dostaxda ölәn şәhidlәrin ölümü: 

 

Apardılar gülümü, 



Elәdilәr zülümü. 

 

Nә qoydular ağlıyam, 



Nә kәsdilәr dilimi. 

 

Arazı ayırdılar, 



Qum ilә doyurdular. 

Mәn sәnnәn ayrılmazdım, 

Zülm ilә ayırdılar. 



 

  

٢٢٧



NAĞILLAR 

 

HAQQALAN MӘMMӘDLӘ  

HAQVERMӘZ MӘMMӘD 

 

Günnәrin bir günündә Tәbriz şәhәrindә haqqalan Mәmmәd 



adlı kişi var imiş. Hәmәdanda da bir haqvermәz Mәmmәd. Haq-

vermәz Mәmmәd bütün Hәmәdanı kәsmişdi, daha bir kәs yoxu-

du ki, bu getsin qapısına. Burdan-ordan soraxlaşır, deyillәr Tәb-

rizdә bir Mәmmәd var, mәdrәksiz-kağızsız pul verәr; amma ver-

diyin alar. O zaman maşın var idi, ya yox, bәlli deyil, bu piyada 

gәlib, ya maşınınan, qalsın. Haqvermәz Mәmmәd gәlib Tәbrizә 

çatır. Özün yetirir bir qәfәxanaya, dönür orda çay içib bir tikә 

çörәk yesin. Tәzә oturmuşdu, görür bir nәfәr

 

ayağı sәqqәt, dolu, 



qırxa yaxın yaşı olan bir kişi içәri girib keçir oturur. Qәfәxanada 

olannarın hamısı ayağa durub: ya Allah, Mәmmәd ağa, – 

deyillәr. Haqvermәz yanında oturan adama deyir:  

- Elә bil mәn bu adamı görmüşәm, amma fikrimnәn çıxıb.  

- Baba, bu adlım adamdır, küll Azәrbaycanda Mәmmәd 

haqq alan bir danadır, iki dana deyil. 

Haqvermәz xörәyin yeyib, çayın içib, qәfәxananın hesabın 

verib, durur çıxır eşiyә. Bir nәfәrdәn soruşur: 

- Ay bala, haqqalan Mәmmәdin evi hardadır? 

- Rasta küçәdә olar.  

Bu Mәmmәdi ötürüb rasta küçәni soruşa-soruşa gәlir tapır. 

Bir uşaxdan soruşur:  

- Haqqalan Mәmmәdin evi hardadır?   

- Gedәk nişan verim. 

 Aparıb nişan verir, uşağ kişidәn ayrılıb gedir. Haqvermәz 

qapını çalır, Mәmmәdin xanımı gәlir qapıya, soruşur:  

- Kimdi?  



Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə