Microsoft Word Tebriz folkloru doc



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə55/98
tarix08.07.2018
ölçüsü2,5 Mb.
#54600
1   ...   51   52   53   54   55   56   57   58   ...   98

 

  

٢٥٢



-

 

Almәmmәd, üç nәfәrih, beş yumurtamız var, bunnarı böl ye-



yәh.  

-

 



Gözüm üstә. 

Üç nәfәr ibarәt olurdu şah, xanımı, bir dә Almәmmәddәn. 

Pay bölәn yumurtaların birin qoydu şahın qabağına, üçün verdi 

şahın xanımına, birin dә özü götürdü. Şah belә görәndә 

tәәccübnәn soruşdu:  

-

 



Almәmmәd әmi, elә bil şorgözlüyün dә var, nә tez gö-

zün düşdü bizim xanıma, üçün verdin ona.  

-

 

Elә deyil, qurban, ikisi sәnin var, birin dә  mәn verdim 



oldu üç, mәn dә  sәnә tay, amma xanımın heç nәyi yoxdu, 

gәrәk ona da üçün verәrdim ki, biz ilә barabar olardı.  

Onlar gülüşüb ağız almaların yedilәr. Bizim dә nağılımız 

burda qutardı.  



 

KEÇӘL OĞLAN  

 

Şahın bir qızı var idi, onu lap cana gәtirmişdi. Vәzirә dedi: 

-

 

Birin tapax, sәssiz bu qızı әrә verәh, başımızdan olsun.  



-

 

Qurban, ver bir car çәhdir. Carçılar desinnәr, hәr kәs 



subay olsa, şah onu evlәndirәcәh. Elә ki bütün subaylar yığıldı 

bura, bir-bir çağırıb qabağına bir kasa duz qoyarıx, şәrt elәyә-

rih, hәr kәs bu duzu yeyib qutarsa, şahın qızını verәcәyih ona.  

Şah vәzirin sözün qәbul edib, carçılar xәbәri  şәhәrdә ya-

yannan sonra, çoxlu subay oğlan ayax qabağa qoyub razılıx 

elәdilәr. Hәr kimsәnin qabağına duzu qoydular, onu heç kim 

yiyә bilmәdi. Subayların içinnәn bir keçәl oğlan gәlib oturdu. 

Şah soruşdu:  

-

 

Oğul, sәn nә üçün gәlmisәn?  



-

 

Şah sağ olsun, gәlmişәm duzu yeyib, qızı alam.  



-

 

Olsun, başla ye, hamısını yeyә bilsәn, qız sәnindi.  




 

  

٢٥٣



Oğlan barmağın ağzının suyu ilә yaş edib basdı kasadaki 

duza, barmağını  yalayannan sonra dedi:  

-

 

Mәn duzu yedim! 



-

 

Qabaxki elçilәr qaşıx-qaşıx bu duzdan yeyiblәr, amma 



qurtara bilmәdihlәrinә görә  qızı ala bilmiyiplәr. Sәn bir barmax 

duz yalamaxnan istiyirsәn onnardan  qabağa keçib qızı aparasan? 

-

 

Şah sağ olsun, mәnim nәzәrimdә bir hündür duz dağını 



yemәh ilә o dağdan bir dadım dadmağın heç fәrqi yoxdu. Mәn 

duz yemәyinin dәyәrin bilsәm, bir barmax yalamax yetәr. Amma 

bilmәsәm, bu kasanı bütün yesәm dә, yenә bilmәyәcәm.  

Şah üzün tutub vәzirә dedi:  

-

 

Bu oğlan dәrin fikir adamıdı, mәnim qızımı da yaxşı 



saxlıya bilәr. Qızı ver bu oğlana, hәr nә  dә yaşayış üçün isti-

yillәr ver aparsınnar.   



 

KEÇӘLİN NAĞILI  

 

Günnәrin bir günü, şah qızın  әrә vermәh üçün carçılara 



deyir: 

- Gedin şәhәrdә car çәkin, hәr kәs bacarsa üç yalan diyә 

ki, vәzirlәr onun yalanın qәbul eliyә, qızımı ona verәcәm. 

Carçılar carı çәkәndә bir keçәl dә var idi, naxıra gedәndә 

şahın bu sözün eşitdi. Bu xәbәr şәhәrdә yayılannan sonra çoxlu 

adam gәldi. Qәsrә gәlib yalan söylüyәnnәrin yalannarın vәzir-

rәr qәbul etmәdilәr. Neçә gün  bu sözün üstünnәn sovuşannan 

sonra keçәl naxırı tapşırıb bir dostuna, qәsrә  gәlib yalan da-

nışmağın bildirdi. Elә ki izin aldı, sözün belә başladı:  

-

 



İcazә versәniz, mәn üç yalan deyәcәm, amma hәr yalanı 

bir gündә. Şәrtim budu, yalannarımı bütün vәzirrәr qәbul elәsә, 

şah qızı sözsüz mәnim ossun, qәbul elәmәsә, şah hәr nә hökm 

versә, mәn sözsüz qәbul edәm.  




 

  

٢٥٤



Şah bu sözlәri keçәldәn eşidib, vәzirrәri ilә mәşvәrәt edib, 

keçәlin sözün qәbul eliyәnnәn sonra dedi:  

-

 

Sәnin sözün qәbulumdu, indi başla birinci yalanını de. 



-

 

Şah sağ olsun, mәn elatam, әsli işim naxırçılıxdı. İlin çox 



günnәrin dağda qalaram. Günnәrin bir günündә kәnd әhli mәnә 

dedi, yaz yetişib, gәl naxırı çıxart çölә. Mәn dә fikirrәşdim hәlә 

yazın qırx beşi olmuyıb, naxır çölә çıxsın. Bәzilәri dedi, dağlarda 

qar var, hәlә naxır çıxartmağa tezdi, kimsәsi dedi, hәlә çöllәrdәn 

qar getmiyib, biri dә dedi, kәndimizin uca dağı qardan ağdı, bir-

iki nәfәr dedi, gedin yaxınnan baxın. Dәdәmnәn mәn getdih dağa 

baxdıx, gördüh payızdan bizim bir çolax toyuğumuznan bir xo-

ruzumuz dağda qalıb. Bizim çolax toyuğumuz o qәdәr bu dağda 

yumurtdayıb ki, dağın hәr yerin ağardıb, hamı deyir, bәs dağda 

qar var. Qayıtdıx kәntdәn mal-heyvan, şәnә, kürәh apardıx. Yu-

murtaların üsdündә hola sürüb döydüh, sonra sovurdux, cücә-

lәrin içindә xoruznan fәriyin ayırıb götürdüh gәtirdih.  

Keçәlin bu yalanını hamı vәzirrәr qәbul eliyib, onun hesa-

bına bir yalan qoydular. Keçәl qәsrdәn çıxıb getdi. Sabah olub 

keçәl gәldi, vәzirrәr hamısı hazır olannan sonra ikinci yalanın 

belә dedi:  

-

 

Günnәrin bir günündә bizim kәtdә mal kәsmişdilәr. Nә-



nәm dedi: – bala, çoxdandı küfdә yemәmişih, get onun әtinnәn 

bir az al gәti, küfdә pişirәh.  Әti aldım, gәtirdim. Nәnәm küf-

dәni döydü, sonra qoydu tәndirin içinә. Bir-iki saat sonra dedi 

ki, bala, tәndir istidi, mәn әyilә  bilmirәm, qolunu salla, tәndir-

dәn qazanı  çıxat, küfdәni götü, gәti, yeyәh. Çn mәn qarınqu-

luyam, tәndirdәn qazanı götürmәh, haman özümü saxlıya 

bilmiyib küfdәlәrdәn birini qoydum ağzıma. Küfdә  ağzımı 

yandırdı, qazanı atdım qırağa, qaşdım hәyәtә, bir qırx arşın 

quyu varımız idi, küfdәni ağzımnan çıxardıb atdım ora, birdәn 

gördüm quyu od tutub şölәlәnir, qorxumnan qaşdım qırağa.  




Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə