Microsoft Word Tebriz folkloru doc



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə54/98
tarix08.07.2018
ölçüsü2,5 Mb.
#54600
1   ...   50   51   52   53   54   55   56   57   ...   98

 

  

٢٤٨



-

 

Bala, necә olub bәs mәn özüm boylu ola-ola, tәrkimdә 



bir boylu qadınla kişi aparıram. Amma sәn tәk canına gәlә 

bilmirsәn. Bir az yeyin yeri da!  

Ovçu Pirim düşünür ki, qadını boyludur, gülmәyi tutur. 

Arvadı onun öz-özünә gülmәsinin illәtin soruşur, amma elә 

ağlabatan cavab eşitmir. Yolların davam verib bir çobana rast 

gәlillәr. Çoban qoyunnarı otardığı halda görüllәr, bir qoyun 

arxdan atılıb keşdi o birisi taya, sonra mәliyib, qoça dedi: "Gәl 

mәnә sarı". Qoç mәliyib cavab verdi: "Sәfeh özünsәn, mәn 

ovçu Pirim deyilәm ki, düşәm arvad dalısınca, sәn olmazsan o 

birisi, odur orada durub". Ovçu yenә gülüb amma bu dönә 

atdan düşüb arvadına dedi:  

-

 



Bu at, bu da sәn, hara gedirsәn get, xoş gәldin! 

-

 



Noldu mәgәr?  

Çox çәkiş-bәrkişdәn sonra ovçu Pirim qoyunnan qoçun 

sözlәrin arvadına deyir. Arvadı bilir ki, әri heyvannarın dilin 

bilir. Sonra gülmәhlәrinin sәbәbin annıyır. Bu anda ilannarın 

şahının elçisi gözünün qabağında zahir olub deyir:  

-

 



Sәn ilannar şahı verәn gücü saxlaya bilmiyib ürәyindәki 

sirri qadınına açdın, elә indi dә o güc sәnnәn alınır, daha bun-

dan bu yana heç heyvanın dilin annamıyacaxsan, çün ilannar 

şahı sәnә demişdi ki, bu sirri saxlıyan deyilsәn.  

Ovçu Pirim çox yalvardı, amma daha iş-işdәn sovuşmuş-

du.  Әlinnәn getdiyi gücә hayıf dedi, amma daha soonki peş-

mannıx bәrә bitirmәdi. 

 

PAY BÖLӘN ALMӘMMӘD 

 

Günnәrin bir günündә Almәmmәd adlı bir kişi var idi. Bu 



kişi çox fikirli, iş bilәn adam olsaydı da, çox yoxsul idi. 

Dünyada kara gәlәn iki toyuğu var idi. Bir gün arvadına dedi:  




 

  

٢٤٩



-

 

Biz dünya malınnan sarı çox yoxsulux, evdә var-yox iki 



toyuğumuzun başın kәsәcәm. Sәnnәn istiyirәm öz hünәrini 

göstәrib toyuxları düzgün bişirib qızardasan.  İstiyirәm töhfә 

kimi bir xonçuya qoyub şaha aparam. Әgәr xoşu gәldi, bir 

әnam verdi, kefimiz saz olar, kasıplığın daşın atarıq, yoxsa 

mәni öldürәr, yaxam bu dünyadan qutular.  

-

 



Mәnim sözüm yoxdu, çalışaram daddı-düzdü bişirәm, 

bәlkә şahin xoşu gәldi.  

Kişi toyuxları  kәsib dәrisini ütәnnәn sonra verdi xanıma. 

Qadın da çox bacarıxla  şah qabağına qoymalı pişirib qızartdı. 

Sonra onu qoydu bir sininin içinә, üsdünә örtüh çәkib qon-

şudan bir xonça borc edib, qoydu onun üstünә. Xonçanı alıb 

başına, getdi şahın qәsrinin qapısına. Qapıçılar qabağın alıb, 

içәri keşmәyә qoymadılar. Yalvarıb istәdi gedib şaha desinnәr 

ki, bir nәfәr töhfә  gәtirib, onu vermәh istәyir. Bu sözü şaha 

çatdırannan sonra şah dedi: 

- Qabağın almayın, qoyun gәlsin. 

Almәmmәd töhfәni aparıb  şahın qabağında örtüyün aşdı. 

Şah baxıb gördü ömründә belә gözәl pişmiş toyux görmüyib. 

Elә  mәharәtlә  qızarılmışdı ki, hәr yeri bir rәngdә görünürdü. 

İstәr-istәmәz özünün qabağın ala bilmiyib, toyuxlardan xoşu 

gәldiyini Almәmmәdә dedi.  

Nahara yaxın idi, otaxda şah, vәzir, Almәmmәd, bir dә 

şahın iki oğlu otumuşdular.  Şah üzün tütüb bu kişiyә sarı 

soruşdu:  

-

 



Әmi, sәnin adın nәdi?  

-

 



Mәnim adım Almәmmәddi. Bir adım da pay bölәndi.  

-

 



Almәmmәd әmi, burda mәn, vәzir, iki oğlum, bir dә sәn 

varsan, bu toyuxları aramızda elә bölәcәhsәn ki, bir kimsәnin 

haqqı aradan getmәsin.  



 

  

٢٥٠



-

 

Demәh, beş nәfәr olurux. İcazә versәniz, әllәrim tәmiz-



di, toyuxları bölüm.  

-

 



Başla görәk.  

Almәmmәd toyuxların boyunnarın qırıb qoydu şahın oğ-

lannarının qabağına. Qanaddarı  qırıb qoydu vәzirin qabağına, 

buddardan birin qoydu şahın qabağına, qalan әtdәri çәhdi öz 

qabağına.  Şah onun pay bölmәsin belә görәndә  tәccübnәn 

soruşdu:  

-

 

Almәmmәd, bu necә pay bölmәhdi?  



-

 

Şah sağ olsun, boyunnarı verdim oğlannarına, buna görә 



ki, olar boyun qәdәr sәnә yaxındılar, demәh, sonralar sәn kimi 

olacaxlar. Qanaddarı verdim vәzirә, çünki o sәnә qol-qanad ki-

midi. Buddarın birin verdim sәnә, buna görә ki, toyuğun lap 

yemәli yeri bududu. Qalan yerlәrin dә özümә götüdüm, çün to-

yuğun sinәsi yumşax olar, mәn dә ki qocalmışam, dişim tutmur.  

Pay bölәn Almәmmәdin bu işi  şahla vәzirin xoşuna gәlib 

ona dәyәrli  әnam verdilәr. Bu qәsrdәn çıxıb getdi evinә, daha 

yoxsulluğun daşın atıb, ev-eşiyin sahmana saldı. Bir gün yaxın 

qonşusu soruşdu:  

-

 



Ay kişi, sәn nә iş gördün, belә parradın? Mәnә dә öyrәt, 

nolar!  


-

 

Allahdan gizlin deyil, sәnnәn nә gizlin ossun, mәnim 



iki toyuğum var idi, yumurtalamazdılar, onnarı evdә pişirip 

şaha töhfә apardım.  Şahın da xoşuna gәlib mәnә  әnam verdi. 

Elә o günnәn yoxsulluğun daşın atdım.  

Qonşusu öz-özünә deyir: "Mәnim ki toyuğum üçdi, töhfә 

aparsam mәn bunnan çox alaram da".  Gәldi heyvan toyuxları 

götürüb cannan elәdi. Arvadı da toyuxları  şilә-fәtir elәyib, 

qoydu bir siniyә dedi:  

-

 



Götür apar görәh, sәn belә fikir eyliyipsәn, hәr oxuyan 

malla Nәsrәddin olar. Belә fikir edirsәn şah sәnә әnam verәcәx.  




 

  

٢٥١



-

 

Sәn ki falı belә  bәd vurdun, inanmıram  әlimә bir zad 



toxdasın. 

Toyuxları götürüb gәtirdi qәsrә. Qapıçılardan izin alıb töh-

fәni tәqdim etdi. Şah soruşdu:  

-

 



Adın nәdi?  

-

 



Adım Әlidi. 

-

 



İki oğlum, vәzir, mәn, bir dә sәn, bu toyuxları böl yeyәh.  

Toyuxların birin aradan bölüb qoydu oğlannarının qabağı-

na, birin bütünün qoydu şahın qabağına, birin dә aradan bölüp, 

yarısın verdi vәzirә, yarısın da özü götürdü. Şah soruşdu:  

-

 

Sәn bütün payları belә bölәrsәn?  



-

 

Bәli, nәzәrimcә bu haqqın özüdü.  



-

 

Elә deyil, yığ bir yerә.  



Mәmurlardan birin göndәrib, pay bölәn Almәmmәdin da-

lısınca ki, gәlsin toyuxları bölsün. Almәmmәd gәlib, şah dedi:  

-

 

Üç toyuxdu, töhfә  gәtirәni hesaba salma, qalan beş 



nәfәrih, bunnarı böl.  

Almәmmәd toyuxları qabaxki kimi bölüb başladılar ye-

mәyә.  Şah vәzirә dedi: "Almәmmәdә bir yaxçı  әnam ver, bu 

Әli kişi dә  әliboş getmәsin, bir cib xәrcliyi ver". Yazıx kişi 

suyu süzülmüş it kimi kor-peşman qayıdıb gәldi evlәrinә.  

Bir gün qәsrdә yemәh üçün beş yumurta bişirmişdilәr.  İsti-

yirdilәr ağız alma yesinnәr. Bu anda şahı gülmәh tutdu. Xanımı 

soruşdu:  

-

 

Niyә güldün?  



-

 

Bir yaxşı kişi var, gözәl pay bölәr. O, burda olsaydı, yu-



murtaları bölәrdi, biz dә yeyәrdih. 

-

 



Adam yolla çağırsın.  

Şah mәmur göndәrib pay bölәn Almәmmәdi çağırıb qәsrә 

gәtirdi. Apardılar şahın yanına. Xoş-beşdәn sonra şah dedi:  



Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə