Microsoft Word Tebriz folkloru doc



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə50/98
tarix08.07.2018
ölçüsü2,5 Mb.
#54600
1   ...   46   47   48   49   50   51   52   53   ...   98

 

  

٢٣٦



-

 

İnan, mәn istәyirdim sәnә kömәk edәm, yoxsa ayrı 



qәsdim yox idi.  

-

 



Mәn belә kömәhliyi istәmirәm. Onnan sonra sәn mәnә 

kömәk etmәyibsәn, bәlkә bollu zәrәr dә  gәtiribsәn. Mәn onu-

bunu bilmәrәm, gәrәk mәnә ikigözlü at alasan.  

-

 



Mәndә elә pullar yoxdur ki, sәnә at alam. Amma bir tә-

lәbkarım da var, gedirik qazı yanına, istәyirsәn sәn dә  gәl, 

şikayәtini qazıya elә.  

At yeyәsi qoşulub bunnara, düşdülәr yola. Bir qәdәr ge-

dәnnәn sonra gördülәr çoxlu adam toplaşıb bir yerә, orda işin 

nә olmasınnan baş çıxarmax üçün bunlar da yaxınlaşdılar. Bir 

yazıx adamın eşşәyi palçığa batmışdı, çıxarda bilmirdilәr. Kişi 

yazıx-yazıx yalvarırdı, siz Allah, bu eşşәyi burdan çıxardın. 

Hәr kәs eşşәyin bir yerinnәn yapışıb qovzamax istәyirdi, günü 

qara burclu da yaxınnaşıb eşşәyin quyruğunnan tutub qovzadı, 

birdәn quyrux yerinnәn çıxıb qaldı  әlindә. Eşşәh yiyәsi çox 

әsәbi halda dedi:  

-

 

Bu necә kömәklik elәmәhdir, sәn mәni yazıx elәdin.  



Borclu kişi boynun qoyub çiyninә çox mәzlumyana dedi:  

-

 



Axı  mәnim sәnlә  nә düşmәnçiliyim olacax, istәyirdim 

sәnә kömәk edәm, eşşәyin tez yerdәn qaxsın.  

-

 

Bu sözlәr mәnim qulağıma girmәz, dari-dünyada var-



yoxum bu eşşәhdi, onu da sәn eybәcәr elәdin. Tez ol gedәh, 

mәnә bir sağ eşşәh al! 

-

 

Mәn sәnnәn dә yazığam, hәlә sәnin eybәcәr olmuş eşşә-



yin var, mәnim o da yoxumdu, üstәlik neçә tәlәbkar da düzmü-

şәm dövrәmә. İndi gedirih qazı yanına, istәyirsәn sәn dә qarış 

bizlәrә, gedәh görәk başımıza nә gәlir.  

Eşşәh yeyәsi naçarlıxdan tәlәbkarlara qoşulub düşdü on-

narın yanlarına, qazının dәftәrinә sarı yollandılar. Yolda ge-

dirdilәr, hәr biri fikirdә idi, borclu kişi dә fikirlәşirdi: “Bu nә iş 




 

  

٢٣٧



idi, bu gün gәlib sәni tapdı. Sәhәr yerinnәn duranda tәlәbkarın 

bir idi, indi olub üç, tutaq ki, lap getdin qazı yanına, bunnarın 

istәyin necә ödәyәcәhsәn? Elә yaxşı  iş budur ki, әllәrinnәn 

qurtulub qaçasan. Gedәrsәn bir bilinmәz yerdә gizlәnib, sonra 

da Allah qadirdi". Belә fikirlәr başınnan keçdihdә gözü sataşdı 

qabaxda olan bir alçax divara, bu qәrara gәldi, o divardan aşıb, 

bunnarın әlinnәn canın qurtulsun. Nәnәsi ölmüş, burclu xәbәri 

yoxudu, divar o birisi yannan dәrin olduxda bir nәfәrin dә 

hәyәti idi. Canın  әlinә alıb tәlәbkarları göz-göz edib qaçdı, 

divardan atıldı. Demәk, divarın o yanında ev yiyәsinin dә 

boylu qadını, divarın kölgәsindә uzanıb dincәlmәkdә idi, evi 

yıxılmış borclu düşdü qadının üstünә, yazıx qadın uşağın saldı. 

Haray-dad qopdu, camaat töküldü borclu kişi tutuldu. Qadının 

әri qanı kәllәsinә qaxmış dәlilәr kimi bağırdı:  

-

 

Köpәkoğlu, dәdәni yandıracağam, mәnim uşağımı öl-



dürdün, heç bilirsәn mәnim arvadım nә zәhmәtlәr çәkib?  

-

 



Başına dolanım, bağışla, mәn tәlәbkarlar әlinnәn qaçır-

dım, nә bilirdim belә olacax.  

-

 

Axı, namәrdin balası, yer qurtulmuşdu, bәs niyә mәnim 



hәyәtimә düşdün? Gözün kor olmuşdu, bәdzat köpәkoğlu!  

-

 



Daha iş işdәn sovuşub, sәn necә deyirsәn, elә edәh.  

-

 



Mәn nә diyә bilәrәm, fәqәt, sәnnәn uşağımı istәyirәm.  

-

 



Tövbә-tövbә, mәn ki Allah deyilәm, sәnә  uşax diril-

dәm. Amma gedirih qazı yanına, istәyirsәn sәn dә gәl, görәh o 

nә deyir, hökmü nә olsa, ona әmәl edәh. 

Uşax  әldәn vermiş kişi dә  tәlәbkarlara artırılıb getdilәr 

qazının dәftәrinә. İçәri girmәmiş, borclu kişi deyir: “Siz eşikdә 

olun, mәn baxım görüm qazı var, ya yox”. Qapını çalmadan 

girir içәri, siz dә bağışlayın, qazı birin salmışdı yanına, öz ke-

findә idi. Bu halda bunnar bir-birin görüllәr, borclu kişi tez 

çıxır eşiyә tәlәbkarlara deyir: 



 

  

٢٣٨



-

 

Qazı ibadәt edir, bir az dözün, özü xәbәr elәyәndә gi-



rәrih içәri. 

 Bunlar  eşikdә qalsın, qazı tez әl-ayax edib özün yığış-

dırıb, tәrәfi o birisi qapıdan eşiyә ötürüb, gәlir qapıya müş-

tәrilәrә deyir: "Buyurun içәri".  

Necә ki bilirsiniz, adamın işi әyilәndә dalbadal әyilәr. Dü-

zәlәndә isә Allah tәrәfinnәn elә rahat düzәlәr ki, insan özü 

heyran qalar. Borclu kişiyә dә belә oldu, әhvalatın dalın tutax 

görәh işi hara çatır. Olar hamı keçillәr içәri, qazı üzün tutub 

bunnara deyir:  

-

 



Әvvәl o adam danışsın ki, gәlib otaqda mәni gördü.  

Borclu kişi boynunu çiyninә qoyduxda qalxıb ayağa deyir:  

-

 

Hacı ağa, o adam mәn idim. 



-

 

Sәn mәni otaxda nә halda gördün?  



-

 

Hacı ağa, mәn sizi ibadәtdә gördüm, getmişdiz sәjdәyә.  



-

 

Çox gözәl, de görüm, nә üçün bura gәlmisiz?  



-

 

Hacı ağa, mәn bu adamların hamısına borcluyam, mәni 



gәtiriblәr burda siz hökm verәsiz.  

-

 



Çox yaxşı. İndi tәlәbkarlar bir-bir durub ayağa sözlәrin 

desinnәr.  

İlk dәfә pul borc verәn adam qalxıb ayağa dedi:  

-

 



Hacı  ağa, neçә ay bunnan qabax bu kişi mәnnәn borc 

aldı, qәrar oldu qoyduğumuz vaxta pulu qaytarsın. Ama qay-

tara bilmәsә, bәdәninin  әtinnәn bir çәrәh mәnim  әlimlә  kәsil-

sin. İndi neçә gün dә pulun vaxtınnan sovuşub, mәnim haqqımı 

qaytarmır. Siz nә buyursanız biz ona әmәl edәk. 

-

 



Sәn haqlısan. Borclu gәrәk sәnin pulunu qaytara. Am-

ma әgәr pulu yoxdur, sәn dә razısan, mәnim dә nәzәrim budur 

ki, onun bәdәninnәn bir çәrәk әtin kәsәsәn.  

Qazının yanında iti bıçax var idi, әl atıb onu götürüb dedi:  




Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə