Microsoft Word Tebriz folkloru doc



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə48/98
tarix08.07.2018
ölçüsü2,5 Mb.
#54600
1   ...   44   45   46   47   48   49   50   51   ...   98

 

  

٢٢٨



- Mәnәm. 

Qapını açıb deyir:  

- Mәn Mәmmәd hәmdanlıyam. Ağa Mәmmәd qәfәxana-

daydı yüz tümәn pul istәdim, dedi, evdә kisәdә var, gedib ev-

dәn istәsәn, verәllәr .  

- Kisәnin rәngin demәdi?  

- Xeyir. Buyurdular, kisәdә var desәn, verәllәr.  

Xanımısı gedib yüz tümәni kisәdә  gәtirib verir buna. 

Mәmmәd xanımısına tapşırmışdı, hәr kәsә pul versәn qiya-

fәsinә, boy-buxununa diqqәtlә bax. Haqvermәz Mәmmәd pulu 

alıb yollanannan bir saat, bir saat yarım sora haqqalan Mәm-

mәd gәlir evinә, xanıma deyir:  

- Çökkәni, dәftәr-midadi gәtir.  

Verdiyin, aldığın dәftәrә yazıb xanıma deyir:  

- Şamı gәtir! 

Xanımı mәtbәxdәn sәslәnir:  

- Ağa Mәmmәd, o yüz tümәni dә dәftәrә yazdın? 

- Hansı yüz tümәni?  

- Bir nәfәr gәldi, dedi, ağa Mәmmәd qәfәxanadadi, mәn 

onnan yüz tümәn pul istәdim, dedi, get, evdәn al.  

- Nә cür adamıdı?  

- Sәnnәn alçax, amma sәnnәn dolu idi. Qara qaş-göz, qırx 

yaşı olardı. Qabaxdan üst dişi kәc idi.  

- Onda bәs mәn şam yemirәm. Dәsmalıma iki çörәh bağla, 

o haqvermәz hәmәdannı Mәmmәddi.  

- Hәn, hәn ... o dedi mәn hәmәdannıyam. 

- İndi pulun başın daşdar.  

Özün hazırlayıb, çörәhlәri dәstmalına qoyub, dabannarın 

çәkib, haqvermәz Mәmmәdin dalısınca düşür yola, gedib yeti-

rir Hәmәdana. Hәr kimnәn soruşur: “Ay bala, haqvermәz 

Mәmmәdin evi hardadır?” Deyillәr, biz tanımarıx. Haqqalan 



 

  

٢٢٩



Mәmmәd “rәml esterlab”dan başı  çıxardı, rәmi çıxadıb, tası 

әlindә dolandırıb atır yerә, rәmdә belә görünür: 

“Mәmmәd kәcdәndan, sakene Hәmәdan, küçeye nalbәn-

dan, yek, do, se, dәrb dәr an”.  

Durub düşür yola, nalbәndlәr küçәsin axtarıb rahatlıqla 

tapır. Bilmirdi o üçüncü qapı sağ әldәdir, ya sol әldә. Çün heç 

kim Mәmmәdin evin nişan vermirdi, naçarlıxdan rәmә  pәnah 

gәtirib, bir boş yer tapıb, rәm atır belә gәlir:  

“Mәmmәd kәcdәndan, sakene Hәmәdan, küçeye nalbәndan, 

yek, do, se, dәrb dәr an, sәmte yәman”. Gәlib sağ tәrәfdә üçüncü 

qapını çalır. Haqvermәz Mәmmәdin xanımısı gәlir qapıya.  

- Kimdi? 

- Mәn Mәmmәd Tәbrizdәn gәlmişәm.  

Xanım qapını açır, haqqalan Mәmmәd soruşur:  

- Ağa Mәmmәd evdәdi?  

- Bәli, buyurun!  

İçәri keçib görür Mәmmәd yatıb, onu ayıldıb deyir: 

Bizim o pulu ver. Mәn getmәliyәm.  

- Nә pulu?  

- Keçәn gün gәlib bizim evdә xanımnan alıbsan! 

- Mәn onu vermәk üçün almamışam.  

- Yox baba, yanı sәn o pulu qeytәmiyәcaqsan?  

- Mәn pul alıb qeytәrәn olsaydım, Tәbriz-Hәmәdan 

yolunda özümü yormazdım, elә burda bir nәfәrdәn alardım.  

- Mәn pulumu sәnnәn alaram, sәn dә görәrsәn ki, haqqı 

necә alallar.  

Bunların sözlәri uzanıb bir az deyişәnnәn sora iş bәrkiyir, 

dalısınca bir az da vuruşullar, xanım araçılıq edir. Haqqalan 

Mәmmәdin birdәn yadına düşür ki, pulu rәmin kömәkliyi ilә 

rahat tapa bilәr. Rәm alatın çıxardıb evin ortasında tas atır. 

Görür rәmdә belә gәlib:  



 

  

٢٣٠



“Mәmmәd kәcdәndan, sakene Hәmәdan, küçeye nalbәn-

dan, yek, do, se, dәrb dәr an, sәmte yәman, pul dәr küflәdan”. 

Durub gәlir tәndirin yanına,  әlin uzadıb küflәdәnnan pul 

kisәsin çıxardır, pulları töküb yerә sanayır, görür pullardan bir 

şahı әsgikdi. Üz tutub Mәmmәdә deyir:  

- Bizim bir şahını ver gedәh.  

-Onu xәrclәmişәm, daha sәnә vermәli pulum yoxdu.  

- Mәn o pulu sәnnәn alanmayıb getsәm, bütün Azәrbay-

canda adım batar, ölmәyim qalmağımdan yeydir. Hamı deyәr, 

getdi yekә-yekә  Hәmәdannan bir şahısın alanmadı. Yenә söz-

lәri uzanıb yaxalaşıllar. Bu dönә dә xanım girib aralarına deyir: 

- Bu günü get, gecәni bir yerdә sәhәr elә, sәhәr gәl, heç ol-

masa, mәn bu kişidәn boşannam, kәbinimnәn o bir şahini sәnә 

verrәm.  

- Eybi yox, neçә gün desәz, burda qalaram, ancax mәnim 

haqqımı verin.  

Haqqalan Mәmmәd onların evlәrinnәn çıxıb gedir, gecә 

bir daldanacaq yeri tapıb, sәhәrisi yenә gәlir bunnarın qapısına. 

Pulu istiir, Mәmmәd yenә vermәrәm, deyir. Bir daha yaxalaşıb 

vuruşullar. Baxtı qara arvad girir bunnarın arasına bir gün dә 

möhlәt alır.  

Haqqalan Mәmmәd qıraxda qalsın, gedәh haqvermәz 

Mәmmәdin evinә görәh arvadı ilә nә danışıllar. Mәmmәd üzün 

tutdu arvadına deyir:  

- Belә ki, bu başlayıb, elә bil haqqın almayınca burdan 

getmәyәcәh!  

- Deyirsәn bәs nә edәh?  

- Özümü ölümlüyә vuracağam, sәn bir az sarıkök tap, sürt 

mәnim üz-gözümә, özünü dә yaslı nişan ver, bir az da soğan 

çәk gözlәrinә, Mәmmәd qapıya gәlәndә ağlıya-ağlıya çıx qaba-

ğına, ona de ki, Mәmmәd, sәnin pulunu tapa bilmәdi, keçәn 



 

  

٢٣١



gecә narahatlıxdan yatıb durmadı, indi dә ölüsü evdәdi. Daha o 

görәr ki, mәn ölmüşәm, әl çәkip, çıxar gedәr.  

- Yaxşı fikirdi. Sәhәr sәn dediyin kimi edәh.  

Sәhәr olub haqqalan Mәmmәd qonur bunnarın qapısına. 

Qapını çalıb, xanım ağlıya-ağlıya qapıya gәlir. Mәmmәd onu 

ağlar görcәk soruşur:  

- Bacı, nә olub? Niyә ağlıyırsan?  

- Bilmirsiz ki, sizin bir şahız cәhәnnәm, mәn yazıx oldum. 

Keçәn gün sәnnәn sora Mәmmәdi bir sancı tutdu, hәr nә elә-

dim toxtamadı, bir an gözün açıb yumdu, ömrün verdi sizә.  

- Yox, baba, doğru deyirsәn, öldü? 

- Bәli, doğurdan ölüb, inanmırsız gәlin baxın. 

Mәmmәd girib içәri haqvermәzi yataxda görәndә sәslәnir:  

- Niyә bәs oturmusuz, adam çağırın bunun ölüsün yerdәn 

götürәh.  

- Bu hamıya boşlu olduğu üçün heç kim buna baş qoşmaz, 

hamının pulun yeyib, azı sәnsәn ki, bir şahı burcu var. 

- Bunu yuyub kәfәnnәyib yerdәn götürmәliyih, burda 

odun satan olar?  

- Bәli tapılar.  

Mәmmәd bir az cibinnәn pul çıxardıb xanıma verib deyir:  

- Bu pula kәfәn, sidir-kafur, bir dә әrik-badam odunu al ki, 

suyu tez qızdırsın, gәtir, bu ölünü yerdәn götürәh.  

Haqvermәz Mәmmәd bu sözlәri eşidib yorqanın altında 

öz-özünә deyir, “elә bil köpöyoğlu bir şahini almıyınca getmi-

yәcәh.  


Xanım dedihlәrin alıb gәlәnnәn sonra Mәmmәd soruşur:  

- Burda tabut tapılmaz?  

- Burda tabut olar, amma bizә vermәzdәr.  

Haqqalan Mәmmәd  әl atıb dәhliz qapısın yerinnәn çıxa-

rdıb deyir:  



Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə