Microsoft Word Tebriz folkloru doc



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə58/98
tarix08.07.2018
ölçüsü2,5 Mb.
#54600
1   ...   54   55   56   57   58   59   60   61   ...   98

 

  

٢٦٢



- Yasdığıvın altında üç panabat pul var, onnari götür, Müş-

gülgüşa alıb, payla.  

Qız harsan yuxudan durub, yasdığı altında üç panabat pul 

görür. Yadına tüşür ki, atasi gedәndә ona nә tapşırmışdi.  

Zindan pәncәrәsinnәn eşigә baxır, görsün ki, birisi var, 

ona Müşgülgüşa alsın. Görür bir kişi qaça-qaça gedir. Onu 

çağırıb deyir:  

- Bu üç panabati al, bazardan mәnә Müşgülgüşa al.  

Kişi deyir: 

- Mәnim bacımın toyudu, ora gedirәm. Mәn alanmaram.  

Qız bir azdan sonra görür bir ayri kişi gәlir. Ona deyәr:  

- Bu üç panabati al, bazardan mәnә Müşgülgüşa al.  

Kişi deyir:  

- Vallah, mәnim atam ölüb, kәfәn almağa gedirәm, amma 

Müşgülgüşa onnan vacibdi, ver alım.  

Kişi gedib bazardan Müşgülgüşa alıb qıza verir. Qız da Müş-

gülgüşalari zindandaki adamlara paylır. Onnar da hamısı deyir: 

- Allah müşkülünü açsın. 

O tәrәfdәn  şahın qızı bağda dolanırdı, birdәn gözü qarğa-

nın dimdiginә parıldayan bir şeyә dәgir. Qarğa dimdigindә bo-

yünnuğu gәtirub, ağaca asır. Qız bunu gördügündә ürәgi pisә-

lib, huşdan gedir. Hami gәlib, üzünә su sәpillәr. Qız huşdan 

ayılır, bilir ki, günahsız tikançi qızıni zindana salıb. Deyir: 

- Gedin o qızı azad elәyin.  

Qız zindannan çıxıb, atasının da Mәkkәdәn gәldigin görür. 

Evlәrinә sari yola düşüllәr. Yolda görüllәr ki, bir yerdә çoxlu 

adam yığışıb. Yaxınnaşıb görüllәr ki, toy evindә yasdi. Qız gö-

rür, bu ev o kişinin evidi ki, deyirdi, bacımın toyuna gedirәm, 

Müşgülgüşa alanmaram.  

Uzaxlaşıb, bir azdan sonra görüllәr ki, genә bir yerdә çoxlu 

adam yığışıb. Yaxınnaşıb görüllәr, yas evindә şadlıxdı. Qız görür, 



 

  

٢٦٣



bu ev dә o kişinin evidi ki, deyirdi, atama kәfәn almağa gedirәm. 

Amma Müşgülgüşanı almağı ondan vacib bilib, o qıza Müşgül-

güşa almışdı. İndi kişinin atasi dirilib, sağ-sәlamәt olmuşdu. Ata-

bala birlikdә evә gәlib, ömür boyu Müşgülgüşa alıb, paylallar.  

Sübhә şansan, ya Әli, 

Sübhә nişansan, ya Әli. 

Müşgülә düşmüş işim 

Müşgül açansan, ya Әli. 



 

RAHİB İLӘ OVÇU 

 

Bir gün bir nәfәr oğa gedәrdi ki, yol üstә bir rahibә 



raslaşıb. Rahib onnan soruşar: 

- Hara gedisәn?  

Kişi deyәr: 

- Oğa gedirәm. 

 Rahib deyәr: 

- Getmә!  

Kişi deyәr:  

- Niyә getmiyim? 

 Rahib deyәr: 

- Gedsәn, oğlun ölәcәh. 

 O kişi saymıyıb gedәr. Ancax qәyıdan baş görәr rahibin 

sözü düz çıxıb, oğlu ölüb. 

 Bir neçә ay sora hәman kişi ginә oğa gedәr, ginә hәman 

rahibә rast gәlib, ginә deyәr:  

- Ay qәrdәş, bu dönә hara gedisәn?  

Kişi deyәr: 

- Oğa gedirәm.  

Rahib deyәr:  

- Getmә, әyәr getsәn, arvadın ölәcәh.  



 

  

٢٦٤



Kişi ginә sözә baxmıyıb yola düşәr, qәyıdannan sora 

arvadi ölü görәr.  

Ginә bir neçә gün sora hәman kişi oğa gedirdi, rahibә rast 

gәlib, sual-cәvab, rәd-bәdәl olunar. Bu dönә dә rahib deyәr: 

- Getmә! 

Kişi soruşar: 

- Niyә getmiyim? 

Rahib deyәr:  

- Getsәn, dostun ölәcәh.  

Yazıx kişi rәngi-rufu ağarıb, әl-qolu sustalar, qayıdar. 

Rahib soruşar: 

- Bәs necә oldi, iki dәfә mәn sәni bu işdәn mәn elәdim, 

ancax saymadın, indi әl-qolun yanıva düşdi. 

 Kişi bu sözu eşidcәh deyir: 

- Axi, bax, o ki uşaxdi, beldәn gәlir, arvad eldәn gәlir

ancax dost ürәhdәn gәlir. 

 

YOXSUL KİŞİ 

 

Bir gün bir nәfәr yoxsulluxdan ailәsinnәn uzax düşüb, bir 



ölkәyә gedәr. Orada bir dәnizә sari gedib yuxu tutar. Bәxti qәrә 

adam yuxuda görәr yaman var-dövlәt sahibi olub. Bu arada yu-

xudan ayılıb görәr, sinәsindә bir ilan qәlbirәk vurub oni sancmax 

istiiri. Yazıx kişi qorxusundan ilana dil töküb yalvarır, deyir: 

- Harami saşsan da, iki yerimi saşma. 

 İlan deyir: 

       - İki yer haradi? 

 Kişi diskinә-diskinә deyir: 

- Birisi ürәyimın başıdı, başqası gözümdü. Niyә ki, ürәyimdә 

çoxli gizli dәrd var, nisgillәrim, gözlәrimdә çoxli intizarım var. 




 

  

٢٦٥



LӘTİFӘLӘR 

 

KARVANSARA SAHİBİNİN ÖZÜDÜ

 

 

Bir tacir Tәbrizә  gәlir, bir neçә günnәn sonra getmәgә 



hazırraşanda öz-özünә deyir: "Axı  tәbrizlilәrin çox zarafatcıl 

olmaları adlımdı. Bәs mәn öz hәmkәntlilәrim üçün gülmәli bir 

zarafat burdan sovqat aparmıyım?”  

O, karvansara yeyәsinә sözü açır, o da gülüb deyir:  

-

 

Mәn zarafat etmiyәcәm, sizә bir tapmaca deyim, tapın: 



O kimdi ki, atamın oğludu, ama mәnim qardaşım dәgil? 

Tacir çox fikirrәşir, tapa bilmir. 

-

 

O, mәn özümәm, atamın oğluyam. Ancax özüm-özümә 



qardaş deyilәm. 

Tacir öz kәndinә gәlir. Onnan soruşullar:  

-

 

Gülmәli bir zarafat gәtirmisәnmi?  



-

 

Yox, sizә bir tapmaca deyim: O kimdi ki, atamın 



oğludu, ama mәnim qardaşım dәgil? 

Mәclisdә oturannar çox fikirrәşillәr, ancax tapa bilmillәr.  

-

 

Biz tapa bilmәdih, sәn özün de, görәk kimdi?  



-

 

O, Tәbrizdәki karvansara sahibinin özüdü. 



 

RÜSTӘMİ-ZALIN OĞLU NADİR ŞAH 

 

Bir nәfәr öz arvadı ilә Tәbrizә gәlir, şәhәrә çatır, gәzmәgә 



başlayıllar. Birdәn arvad Şәhriyarın  heykәlin görüb deyir:  

-

 



Sәn ki, deyirdin mәni şәhәrnәn tanış edәssәn, indi başa 

sal görüm, bu yazıx kişi nә günah edib ki, Allah onu daşa 

döndәrib?  

Kişi arvadın yanında pәrt olmamax üçün başıçıxan adam-

lar kimi deyir:  



Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə