Microsoft Word who-aims final report azerb 04 2008. doc


İnsan hüquqlarının müdafiəsi məsələləri



Yüklə 281,14 Kb.
Pdf görüntüsü
səhifə5/11
tarix26.03.2018
ölçüsü281,14 Kb.
#34098
1   2   3   4   5   6   7   8   9   10   11

 

 

13



İnsan hüquqlarının müdafiəsi məsələləri  

 

İnsan hüquqlarına riayət edilməsinə  rəy verən qurumun olmasına baxmayaraq 



(Ombudsman ofisi), həmin orqan psixi xəstə  şəxslərin hüquqlarının qorunması ilə 

bağlı  məsələləri müntəzəm surətdə  nəzərdən keçirmir. Belə ki, psixiatriya 

xəstəxanaları  və ümumi təyinatlı  xəstəxanaların psixiatriya şöbələrinin heç birində, 

pasiyentlərin insan hüquqlarının qorunması ilə bağlı ildə azı bir dəfə yerinə yetirilməli 

olan kənar qurumların baxış keçirməsi və ya yoxlaması aparılmır. Psixiatriya 

xəstəxanaları  və ümumi təyinatlı  xəstəxanaların psixiatriya şöbələri işçiləri 

pasiyentlərin insan hüquqlarının qorunması mövzusunda heç olmasa bir günlük 

treninq, yığıncaq və ya digər növ məşğələlərdə iştirak etməyiblər. Bununla əlaqədar

son iki il ərzində qeyri-hökumət və peşə  təşkilatları  tərəfindən təxminən 40 nəfər 

xəstəxana işçisinə pasiyentlərin insan hüquqlarının qorunması üzrə treninq keçilmişdir. 

 

İşgəncələrin,  Qeyri-insani və ya Təhqiredici Müalicə  və ya Cəzanın Qarşısının    



Alınması üzrə Avropa Komissiyasının ekspert rəyinə görə, müəyyən psixiatriya 

müəssisələrində insan hüquqlarının pozulması halları vardır. 

 

 

PSİXİ



 

SAĞLAMLIQ

 

XİDMƏTLƏRİ 

 

Psixi sağlamlıq xidmətlərinin təşkili 

 

Ölkədə psixi sağlamlıq sahəsində  səlahiyyətli qurum yoxdur. Səhiyyə Nazirliyinin 

Baş psixiatrı vəzifəsi əsasən məsləhətverici funksiya daşıyır. Bu vəzifə üçün fəaliyyət 

dairəsi Soİ-dan qalan normativ sənədlə müəyyən edilir (Soİ  Səhiyyə Nazirliyinin 

1985-ci il tarixli 225 saylı əmri).

  

 



Psixiatriya xidmətləri Səhiyyə Nazirliyi tərəfindən idarə olunur və  ərazi/xidmət 

sahələri prinsipi üzrə  təşkil edilmişdir. 50 000-dən 150 000 nəfərə  qədər  əhaliyə 

xidmət göstərən hər bir şəhər və ya rayon poliklinikasında psixiatr ştatı vardır. Bu 

psixiatrlar, həm öz rayonlarının baş həkimləri (poliklinikaların baş həkimləri), həm də 

xidmət dairəsi 300 000 - 600 000 nəfər əhalini əhatə edən bölgələrarası Psixonevroloji 

dispanserlərin (PND) tabeliyində  fəaliyyət göstərirlər (PND-lərə onlar hesabatlarını 

təqdim edirlər). 

 

Ambulator psixiatriya müəssisələri  

 

Ölkədə 11 ambulator psixiatriya müəssisəsi (PND) mövcuddur, onlardan biri (9%) 



yalnız uşaq və yeniyetmələr üçün nəzərdə tutulmuşdur. 11 ambulator psixiatriya 

müəssisəsinin doqquzunda stasionar müalicəsi üçün çarpayılar vardır.  Lakin          

ambulator müəssisələrində olan çarpayılar haqqında məlumatlar "Psixiatriya 

xəstəxanaları" bölməsində (səh. 15) verilmişdir. Bu müəssisələrdə ümumi əhalinin hər 

100 000 nəfəri üçün 1092 pasiyent (1,1%) müalicə olunur. 

 

Ambulator psixiatriya müəssisələrində müalicə alan bütün şəxslərin təqribən 25%-ini 



qadınlar və  təxminən 16%-ini uşaq və yeniyetmələr təşkil edir. Mədəni 

xüsusiyyətlərlə  əlaqədar olaraq, Azərbaycan Respublikasında qadınlar tibbi yardım 

üçün psixiatriya müəssisələrinə kişilər qədər tez-tez müraciət etmirlər və  onlar daha 

çox öz ailələri və qohumları  tərəfindən dəstək alırlar. Kişilərdən fərqli olaraq, gənc 




 

 

14



yaşlı qadınlar sosial həyatda da – peşə  fəaliyyəti və asudə vaxtın keçirilməsi ilə 

əlaqədar tədbirlərdə – daha az iştirak edirlər. Qadınların kişilərə nisbətən SN 

xidmətlərindən istifadə imkanlarının aşağı olmasının digər səbəbi, hərbi xidmətə 

çağırışla əlaqədar, orduya yararlılığın müəyyən edilməsi məqsədilə kişilərin psixiatrik 

müayinədən keçməsidir. Psixi xəstəlik damğası almaq qorxusu qadınlarda kişilərdə 

olduğundan daha yüksəkdir və onların şikayətləri çox zaman ciddi qəbul olunmur. 

 

Psixi və davranış pozğunluqları ilə  əlaqədar ambulator psixiatriya müəssisələrində 



müalicə alan şəxslərin ilkin diaqnozu nevrotik, stresslə bağlı olan, somatik formalı 

xəstəliklər (25%) və  şizofreniya,  şizofreniyaya bənzər və sayıqlama ilə müşayiət 

edilən xəstəliklər (19%) olur. Həyata keçirilmiş qiymətləndirmə  əsasında belə fikir 

söyləmək olar ki, Azərbaycan Respublikasında psixi xəstəliklərin statistik bölgüsü 

Avropa ölkələrində olduğundan  əhəmiyyətli dərəcədə  fərqlənir, çünki psixiatrlar 

tərəfindən zəif və orta ağır  əhval-ruhiyyə pozğunluqları diaqnozu əksər hallarda 

qoyulmur. Qiymətləndirmə aparılmış il ərzində hər pasiyentin psixiatriya müəssisələri 

ilə kontaktlarının orta sayı 3,48-ə bərabər olmuşdur. 

 

Ambulator müəssisələr tərəfindən həyata keçirilən icma daxilində sonrakı qayğı  və 



himayə  əsasən bu müəssisələrin daxilində göstərilir. Qanunvericiliyə  əsasən 

pasiyentlərin evə yazılması üçün onlardan qabaqcadan razılıq alınması lazımdır. 

PND-lərdə    fəaliyyət göstərən işçilərin nəqliyyatla təmin edilməməsi səbəbindən 

pasiyentlərin evlərinə gedişlər məhduddur. PND-lərdə mobil psixiatriya qrupları 

yoxdur, çünki mobil psixiatriya qrupu Təcili tibbi yardım xidmətlərinin bir hissəsidir. 

 

Pasiyentlər PND-lərdə  hər hansı psixososial yardım almırlar, çünki xidmətlər yalnız 



psixofarmakoterapiya ilə  məhdudlaşır. Ambulator psixiatriya müəssisələrinin hamısı 

(100%), hər dərman qrupu üzrə (neyroleptik, antidepressant, əhval-ruhiyyəni 

tənzimləyən, trankvilizator və antiepileptik dərmanlar) heç olmasa bir psixotrop     

preparatla təmin olunmuşdur və bu preparatları bütün il ərzində müəssisədə  və ya  

yaxınlıqda yerləşən aptekdə əldə etmək mümkündür. 

  

Gündüz stasionarı müəssisələri 

 

Ölkədə beş "gündüz müalicə  şöbəsi" mövcuddur. Onlardan dördü paytaxtda 



yerləşmişdir: ikisi psixiatriya xəstəxanalarının bir hissəsidir, digər ikisi isə ambulator 

psixiatriya müəssisələrinin (yaşlılar və  uşaqlar üçün PND-lər) tərkibinə daxildir. 

Mövcud gündüz stasionarı müəssisələrinin biri (20%) uşaqlar və yeniyetmələr üçün 

nəzərdə tutulmuşdur. Əlavə A-da göstərilmiş ölkə PSS-nin blok-sxeminə baxın. 

 

Bu  şöbələr tam gücü ilə istifadə edilmir və onlarda hər 100 000 nəfər ümumi əhali 



üçün 24,9 pasiyent müalicə olunur. Gündüz stasionarı müəssisələrinin qadın 

pasiyentləri haqqında məlumatlar toplanmamışdır. Gündüz stasionarı müəssisələrində 

müalicə   olunan bütün pasiyentlərin 17%-ini uşaq və yeniyetmələr təşkil edir. 

 

Ümumi təyinatlı xəstəxanaların psixiatriya şöbələri  

 

İctimai xəstəxanaların stasionar psixiatriya bölmələri ümumi profilli stasionarların 



"psixosomatik  şöbələri" adlanır. Ölkədə  cəmi 60 çarpayı tutumu olan (hər 100 000 

nəfər əhali üçün 0,71) iki belə şöbə vardır. Ümumi təyinatlı xəstəxanaların psixiatriya 

şöbələrindəki bu çarpayıların heç biri uşaq və yeniyetmələr üçün nəzərdə                  



Yüklə 281,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə