Microsoft Word Yasar ?hm?dov-dissertasiya docx



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə24/31
tarix31.08.2018
ölçüsü0,83 Mb.
#65845
1   ...   20   21   22   23   24   25   26   27   ...   31

70 

 

Qızıl  və  digər  qiymətlilərin  Azərbaycan  Respublikasının  Milli  Bankına 



göndərilməsi "0" dərəcə ilə əlavə dəyər vergisinə cəlb olunur. 

Həmçinin Banklar və bank fəaliyyətinin ayrı-ayrı növlərini həyata keçirən kredit 

təşkilatları  fəaliyyətinin  xüsusiyyətləri  nəzərə  alınaraq  Vergi  Məcəlləsi  ilə  banklara 

qanunvericiliyə  müvafiq  qaydada  aktivlərin  təsnifatından  asılı  olaraq  xüsusi  ehtiyat 

fondlarının  yaradılmasına  aid  edilən  məbləğlərin  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən müəyyən edilmiş qaydada gəlirdən çıxmaq hüququ verilir. 

Bundan başqa  yuxarıda  qeyd  olunan xüsusi  güzəştlərdən  əlavə,  banklar və bank 

fəaliyyətinin  ayrı-ayrı  növlərini  həyata  keçirən  kredit  təşkilatları  sahibkarlığın  və 

investisiya fəaliyyətinin inkişaf etdirilməsi üçün nəzərdə tutulmuş digər güzəştlərdən də 

Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada istifadə etmək hüququna malikdirlər. 

Vergi  Məcəlləsinin  110-112-ci  maddələri  kredit  riskləri  ilə  bağlı  bankların 

davranışlarını  müəyyən  edir.  Belə  ki,  banklar  və  bank  fəaliyyətinin  ayrı-ayrı  növlərini 

həyata  keçirən  kredit  təşkilatları  aktivlərin  təsnifatından  asılı  olara  xüsusi  ehtiyat 

fondlarının yaradılmasına aid edilən məbləğləri AR Nazirlər Kabinetinin müəyyən etdiyi 

qaydada  gəlirdən  çıxmaq  hüququna  malikdirlər.  Əgər  bank  müştəri  xidmətlərinin 

göstərilməsi  ilə  əlaqədar  əldə  etdiyi  gəliri  əvvəllər  əldə  etdiyi  ümumi  gəlirə  daxil 

edilibsə, onda vergi ödəyicisi olan həmin kredit təşkilatı onlarla bağlı olan ümidsiz borc 

məbləğini  gəlirdən  çıxmaq  hüququna  malikdir.  Bu  zaman  gəlirdən  çıxmalar  vergi 

ödəyicisinin mühasibat kitablarında ümidsiz borc məbləğinin dəyəri olmayan borc kimi 

silindiyi vaxt yol verilir. 

Bundan  başqa,  xaricdən  alınmış  borclar  üzrə,  habelə  qarşılıqlı  surətdə  asılı  olan 

şə

xslərin  bir-birinə  ödədikləri  faizlərin  faktiki  məbləği  (hesablamalar  metodundan 



istifadə edildikdə ödənilməli faizlərin məbləği) faizlərin aid olduğu dövrdə eyni valyuta 

ilə, oxşar müddətə  verilmiş banklararası kreditlər üzrə faizlərinin orta səviyyəsinin 125 

faizdən artıq olmamaqla gəlirdən çıxılır. 



71 

 

Sığorta  fəaliyyəti  ilə  məşğul  olan  kredit  təşkilatı  qanunvericiliklə  müəyyən 



edilmiş normalara uyğun olaraq, ehtiyat siğorta fondlarına ayırma məbləğlərini gəlirdən 

çıxmaq  hüququna  malikdir.  Burada  xüsusilə  qeyd  etmək  lazımdır  ki,  “Banklar 

haqqında”Qanunun 33-cü maddəsinə əsasən, heç bir bank topdansatış və ya pərakəndə 

ticarət,  istehsal,  nəqliyyat,  kənd  təsərrüfatı,  yaraqların  işlənilməsi,  tikinti  və  siğorta 

fəaliyyəti ilə məşğul ola bilməz. Banklar yalnız Milli Bankın müəyyən müddətə verdiyi 

xüsusi icazə ilə siğorta təşkilatında payçı kimi iştirak edə bilərlər.  

VM-in  123-cü  maddəsində  isə  qeyd  edilir  ki,  rezident  banklarına,  maliyyə 

lizinqini  həyata  keçirən  qeyri-rezidentin  Azərbaycan  Respublikasındakı  daimi 

nümayəndəliyinə  kreditlər  (ssudalar)  və  depozitlər  (hesablar)  üzrə  ödənilən  faizlər 

istisna  olmaqla  (bu  faizlər  VM-in  101.2-ci  maddəsinə  uyğun  vergiyə  cəlb  edilir), 

rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür 

nümayəndəliyin adından  ödənilən  faizlərdən,  o cümlədən  maliyyə  lizinqi  əməliyyatları 

üzrə ödənilən ssuda faizlərindən, gəlir bu məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq 

Azərbaycan  mənbəyindən  əldə  edilibsə,  ödəniş  mənbəyində  10  faiz  dərəcə  ilə  vergi 

tutulur. 

Ə

lavə  dəyər  vergisinə  gəldikdə  isə  bankın  göstərdiyi  xidmətlərin  əksəriyyəti 



maliyyə  əməliyyatlarına  aid  olduğu  üçün  VM-in  164.1.2-ci  maddəsinə  əsasən  bu 

vergidən  azaddır.  Lakin  Məcəllənin    13.2.14.4-cü  maddəsində  deyildiyi  kimi,  bankın 

göstərdiyi  inkassasiya  xidmətləri  və  ya  banknotların,  qiymətli  kağızların  və  ya  digər 

qiymətlilərin  saxlanması  və  ya  onların  qorunmasının  təmin  edilməsi  üzrə  xidmətlər 

maliyyə xidmətlərinə aid olmadığı üçün ƏDV üzrə vergitutma obyekti hesab olunur. 

Banklara  və  bank  əməliyyatlarının  ayrı-ayrı  növlərini  həyata  keçirən  kredit 

təşkilatlarına  vergi  güzəştləri  tətbiq  edilir.  Milli  Bank  və  onun  qurumları  Azərbaycan 

Respublikasının  Vergi  Məcəlləsinə  əsasən  mənfəət,  əmlak  və  torpaq  vergilərini 

ödəməkdən  azaddırlar.  Qızıl  və  digər  qiymətlilərin  Azərbaycan  Respublikasının  Milli 

Bankına  göndərilməsi  “0”  dərəcə  ilə  əlavə  dəyər  vergisinə  cəlb  olunur.  Bundan  başqa 




72 

 

onların  fəaliyyət  xüsusiyyətlərini  nəzərə  alaraq  Vergi  Məcəlləsi  ilə  banklara 



qanunvericiliyə  müvafiq  qaydada  aktivlərin  təsnifatından  asılı  olaraq  xüsusi  ehtiyat 

fondlarının  yaradılmasına  aid  edilən  məbləğlərin  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən müəyyən edilmiş qaydada gəlirdən çıxmaq hüququ verilir.  

Ölkədə bank sektorunun fəailiyyətini sağlamlaşdırmaq üçün hökumət demək olar, 

bütün vasitələrdən istifadə edir. Azərbaycan Mərkəzi Bankının (AMB) banklara istehlak 

kreditlərini məhdudlaşdırmaq barədə verdiyi tövsiyə ilə yanaşı, Prezidentin “Banklar və 

digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir 

vergisindən  azad  edilməsi  haqqında”  27  dekabr  tarixdə  imzaladığı  Azərbaycan 

Respublikası  Qanunu  da  bu  vasitələrdəndir.  Qanuna  əsasən,  banklar  və  digər  kredit 

təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faiz məbləğləri 2014-cü il 

yanvarın 1-dən 1 il müddətinə gəlir vergisindən azad edilir. 

 Hazırda  əhalinin  banklarda  7  milyard  manatdan  çox  əmanətinin  olduğunu  və  il 

ə

rzində  600  milyon  manat  gəlir  götürüldüyünü  nəzərə  alsaq,  təkcə  fiziki  şəxslərin 



ə

manətləri üzrə  ödənilən  fazilərin gəlir  vergisindən  azad  edilməsi  50-60  milyon  manat 

vəsait  əhalidə  qalacaq.  Doğrudur,  bu,  ilk  dəfə  deyil  həyata  keçirilir.  Banklar  ilə  digər 

kredit  təşkilatlarının  əhaliyə  ödədiyi  əmanətlər  üzrə  faiz  dərəcələrinə  tədbiq  edilən  10 

%-lik  vergi  ilk  dəfə  1999-cu  ildə  ləğv  edilmişdir.  O  vaxtdan  bəri,  hər  ilin  əvvəlində 

Prezident  tərəfindən  müvafiq  sənəd  imzalanmaqla,  banklar  və  digər  kredit  təşkilatları 

tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlər üzrə gəlir vergisi ləğv olunur. 

Nəticədə,  milyonlarla  manat  vəsait  dövlət  büdcəsinə  cəlb  edilmədən  əhaliyə  verilmək 

üçün banklarda qalır. 

 Vergi  Məcəlləsinə  əsasən  hesablanmış  və  ya  yenidən  hesablanmış  vergilər  və 

faizlər  vergi  ödəyicisi  tərəfindən  bildirişdə  göstərilən  müddətdə  ödənilmədiyi  halda 

vergi orqanı vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarından vergilər üzrə 

borcların və faizlərin dövlət büdcəsinə alınması üçün banka və ya digər kredit təşkilatına 

icra sənədi olan sərəncam verir. 




Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə